“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

adı arasında bir paradoksallıq vardır. Belə ki,

“qeyri-şüuri” əslində insanın iç dünyasının ən ali

təzahürü, ən yüksək pilləsidir.

“Qeyri-şüuri” idrak fəaliyyəti olduqca böyük

miqyaslı, mürəkkəb bir psixi-fizioloji prosesin

nəticəsidir ki, onun ideal konstruksiyasını, mode -

lini qurmaq, onun gedişini izləyə bilmək müasir

imkanlar daxilində deyil. Biz yalnız bu fəaliyyət

sayəsində alınan informasiya ilə yeni məlumatla

tanış oluruq, bütün naməlum idraki əməliyyat isə

“qeyri-şüuri”, “sövq-təbii” anlayışlar ilə ifadə

olunur. Beyinin sövq-təbii “intellektual” fəaliyyə -

tinin nəticəsi artıq intellekt yox, yeni keyfiyyətli

hadisə kimi təzahür edir ki, bunu da xarakte rin -

dən asılı olaraq emosiya, hiss, fəhm adlandırırlar.

Duyğunun, hissin ikinci, yüksək mənası adi

danışıq dilində və ədəbiyyatda da geniş yayıl -

mışdır. Məsələn, S.Vurğun “dünən bir duyğusuz

soruşdu məndən”, – deyərkən “duyğu” anlayışı

bilavasitə inikas anı kimi deyil, yüksək

“intellektual” (əgər belə demək mümkündürsə)

duyğu mənasında işlədilir. Yaxud hissin ikiməna -

lılığına uyğun olaraq həssaslıq sözü də iki mənada

işlədilir. Həssaslıq – duyğu üzvlərinin yaxşı inki -

şafı; iti görmə, yaxşı eşitmə, iybilmə qabiliyyəti

və s. kimi və həssaslıq – situasiyanı qeyri-şüuri

olaraq düzgün qiymətləndirmək,  sövq-təbii

olaraq ən optimal çıxış yolu tapmaq və s. kimi. 

“Qeyri-şüuri” anlayışı həm estetik, emosional

hadisələri, həm də elmi idrakın bir məqamı olan

intuisiyanı əhatə edir. Azərbaycanca adi danışıq

dilində emosiya və intuisiya terminlərinə hiss

(“intellektual hiss” mənasında) və fəhm sözləri

uyğun gəlir. Bunlar idrakın keyfiyyətcə fərqli

sahələri olsa da, təbiətləri etibarilə bizə bəlli

olmadıqlarından hər ikisi “qeyri-şüuri” adı altında

ümumiləşdirilir. 

Belə bir fakt da maraqlıdır ki, ayıq vəziyyətdə

(ağlın, intellektin istiqamətlənmiş fəaliyyəti) həll

oluna bilməyən bir sıra problemlər yarıyuxulu

vəziyyətdə asanlıqla həll olunur; bu vəziyyətdə

gözlənilməz kəşflərin sayı daha çoxdur. 

Tədqiqat göstərir ki, insan yatarkən beyinin

fəaliyyəti nəinki dayanmır, əksinə, onun ən

intensiv fəaliyyət dövrü bu vaxta düşür. İnsan

kənardan heç bir informasiya almadığı və

məntiqi təfəkkürün fəaliyyəti dayandığı bir

vaxtda beyində müstəqil, sərbəst fəaliyyət üçün

imkan yaranır; gündüz alınmış informasiya bir

növ yerbəyer edilir. Bu zaman bütün passiv

hafizə tutumu işə düşür (yuxu hadisəsi də

bununla izah olunur), yeni məlumatlar nə vaxtsa

görülmüş, eşidilmiş və öyrənilmiş olan, lakin

sonralar unudulmuş olan (tam unutma mümkün

deyil – məlumat passiv hala keçməklə beyində

həmişə qalır) məlumatlar, biliklər küllüsü içəri -

sində yerləşdirilir. “Birdən-birə yada düşmək”,

“ağlına gəlmək” və s. məhz belə passiv yerləş -

dirmə prosesində olur; nə vaxtsa axtarılarkən

hələ çatışmayan bir detalın əlavə olunması

sayəsində tam konstruksiya yaranır, o vaxt

yarımçıq qalmış model tamamlanır və s. Yaxud

da gördüyün yeni bir mənzərə, duyduğun yeni

ahəng, struktur və s. axtarılan məsələ ilə qeyri-

şüuri surətdə analogiya yaradılmasına (assosi -

asiya) gətirir ki, bu da yeni “mənzərə”nin daha

mükəmməl olan strukturunun başqa bir modeldə

istifadə edilməsinə imkan yaradır...

Hiss, emosiya qabiliyyətinə malik olmamaq

maşının idrak qabiliyyətinin insan idrakı ilə



63

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




müqayisədə başlıca məhdudiyyətidir. Onun

bütün idrak qabiliyyəti yalnız intellekt pillə 

-

sindən ibarətdir. Düzdür, müasir dövrdə robot -



ların ən yeni nəsli – inteqral robotlar “duyğu

üzvləri” ilə də təchiz olunur, süni görmə, eşitmə

və s. imkanlara malik olur və bu baxımdan onla -

rın idrakı intellektlə yanaşı primitiv duyğu mər -

hə 

ləsini də əhatə edir. Lakin yüksək duyğu



qabi liy yəti inteqral robotlar üçün də əlçatmazdır.

Cinslərarası intellektual əlaqələr  

(gender intellectual relationships)

Son illərdə aparılan tədqiqatların nəticəsinə

görə, qadın və kişilərdə vizual-fəza intellekti

xarakterinə görə fərqlənir. Ümumiyyətlə, intel -

lek 

tin bu növündə kişilər daha üstündürlər.



Verbal-linqvistik intellektdə üstünlük qadınlar da -

dır. Son bir neçə on illikdə aparılan müşahidələr

göstərir ki, ayrı-ayrı intellekt sahələrində qadın

və kişilər arasında fərqlər bu 2 qrup üçün tarixən

müəyyənləşmiş məşğuliyyətlərlə bağlıdır. Ənə -

nəvi olaraq kişi sahələri hesab edilən məşğuliy -

yətlərə qadınların getdikcə daha çox cəlb

olunması bu 2 qrup arasındakı intellekt fərqlərini

azaldır. 

İntellekt səviyyəsinin yüksəldilməsinin əsas

şərti geniş fəaliyyət sahəsini əhatə edən və

innovativ informasiyanın əldə olunmasıdır.

Bundan başqa insan fövqəladə yaradıcı məhsul -

darlığa və qədim mədəni miraslara yiyələnmə

qabiliyyətinə malik olmağı, öz fəaliyyəti ilə

cəmiyyətin proqressiv olaraq inkişafına təsir

göstərməyi bacarmalıdır. İntellektlərinin inkişaf

səviyyəsinə görə seçilən insanlar cəmiyyətdə

özünəməxsusluq yaradır. Bu özünəməxsusluq və

qabiliyyət istedad formasında inikas edir. Lakin

qabiliyyətlərin yüksək inkişaf pilləsi təkcə

istedadla məhdudlaşmır. Bəzi insanlar öz istedad -

larının yüksək səviyyəsi ilə də fərqlənir və

onların yaradıcı nailiyyətləri cəmiyyətin həya -

tında, mədəniyyətin inkişafında tam bir dövrü,

epoxanı əhatə edir. Bu cür insanlar dahi insan -

lardır. Dahilik şəxsiyyətin elə bir ali yaradıcılıq

səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan

cəmiyyətin həyatında ağlagəlməz rol oynayır.

Dahi insan, daha obrazlı şəkildə desək, öz

fəaliyyət sahəsində yeni dövr yaradan ümummilli

liderimiz Heydər Əliyev də bu cür şəxsiyyətlər -

dəndir. Dahi insanlar olduqca azdır. Tarixən bu

cür universallığa malik olan dahilərdən Nizami

Gəncəvinin, Nəsirəddin Tusinin, Aristotelin və s.

adını çəkmək olar. Məsələn, Tusi müxtəlif bilik

sahələrində öz əvəzolunmaz nailiyyətləri və

intellekti ilə fərqlənmişdir. 

İnsanın bir şəxsiyyət kimi formalaşması,

hadisələrin nəticəsini proqnozlaşdıraraq öz

fəaliy yə tini buna uyğun qurması və müəyyən

sahəni sərbəst interpretasiya edə bilməsi üçün o,

hər zaman axtarışda olmalı, mövcud qabiliyyət

və istedadlarını daha da təkmilləşdirməli və əldə

etdiyi elmi nailiyyətləri cəmiyyətin inkişafı

naminə istifadə etməlidir. Məlumdur ki, həyat

tərzinin müsbət istiqamətdə dəyişdirilməsinin ən

mühüm göstəricilərindən biri informasiyanın

sosial həyatın və fəaliyyətin bütün sahələrində

istifadəsidir. Ona da qeyd edək ki, XXI əsr

informasiyalaşdırma və kompüterləşdirmə əsridir. 

İnformasiyalaşmış və yüksək intellektə malik

olan cəmiyyət hərtərəfli inkişaf etmiş bir mədəni

irsə imza atacaqdır...



Zeynəb Hüseynli,

NKPİ-nin əməkdaşı

64

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə