“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   2   3   4   5   6   7   8   9   ...   43

uğurludur, bununla bərabər hələ çox iş

görülməlidir. Ancaq beynəlxalq təşkilatlar, o

cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbay -

canın bu sahədəki fəaliyyətini yüksək

qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə

Təşkilatının Avropa bölməsi Azərbaycanda

gedən islahatları vurğulamışdır.

Bir daha demək istəyirəm ki, son illərdə

hər bir rayonda müasir xəstəxanalar, tibb

mərkəzləri tikilir. O ki qaldı Bakıya, son

illərdə Bakıda, demək olar ki, əsas elmi-

tədqiqat səhiyyə müəssisələrimiz yenidən

qurulmuşdur, əsaslı təmir edilmişdir, bir neçə

böyük xəstəxana tikilmişdir. Yəni bu sahədə

biz öz ardıcıl siyasətimizi davam etdirəcəyik.

İnsanların sağlamlığı dövlətimiz üçün

prioritet məsələdir. Mənim bölgələrə

səfərlərim zamanı açılan xəstəxanalar, su

xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir

məqsədi güdür – Azərbaycanda insan sağ -

lamlığı qorunsun, keyfiyyətli müalicə almaq

üçün imkan, şərait olsun. İndi bütün bölgə -

lərdə və yaxın zamanlarda hər bir şəhərdə

dializ mərkəzləri tam şəkildə fəaliyyətə

başlayacaqdır. Əksər şəhərlərdə biz artıq

buna nail olmuşuq. Biz bunun müsbət tərəfini

görürük. Vaxtilə xəstələr yüz kilometrlərlə

məsafəni qət etməli olurdular, böyük şəhər -

lərdə müalicə alırdılar. İndi hər bir bölgədə

deyə bilərəm ki, təxminən hər bir şəhərdə

müasir dializ mərkəzləri vardır. Ona görə

insanların sağlamlığını təmin edən tibbi

xidmət bu gün, əlbəttə ki, daha da yüksək

səviyyədədir. İnsan sağlamlığını şərtləndirən

digər amillər Azərbaycanda, əlbəttə ki, vardır.

Bu sahəyə diqqət yetirilir. Statistik göstə -

ricilər – yəqin ki, həkimlər bunu hamıdan

yaxşı bilirlər – onu göstərir ki, Azərbaycanda

insanların ömrünün uzunluğu artır, uşaq

ölümü azalır. Bu, səhiyyənin səviyyəsini

göstərən əsas amillərdən biridir.

Bir daha demək istəyirəm ki, Azərbaycan

Tibb Universitetinin böyük tarixi, ənənələri,

gözəl bu günü, gözəl gələcəyi vardır. Deyə

bilərəm ki, biz həkimlərin bütün xahişlərini

çalışırıq ki, yerinə yetirək. Belə gözəl klini -

kalar həm tədris, tibb mərkəzləridir, eyni

zamanda həkimlərin iş yeridir. Hər yerdə, hər

şəhərdə, hər rayonda həkimlərin iş yeri də

bax, belə olmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, bu

gözəl klinikanın açılışı böyük əlamətdar

hadisədir. Mən çox şadam ki, son illərdə biz

sizinlə bərabər bu gözəl hadisələri qeyd

etmişik. Tibb Universitetinin ardıcıllıqla

klinikaları yaradılır. 2002-ci ildə stomatoloji,

2007-ci ildə onkoloji, 2010-cu ildə terapevtik

klinikaları açılmışdır və indi cərrahiyyə

klinikası artıq fəaliyyətə başlayır. Bir daha

sizi bu gözəl hadisə münasibətilə ürəkdən

təbrik edirəm.

Azərbaycan  Tibb  Universite ti nin

rektoru, akademik Əhliman Əmiras -

la novun  çıxışı:

– Möhtərəm cənab Prezident!

Çox hörmətli Mehriban xanım!

İcazə verin, Tibb Universitetinin profes -

sor-müəllim heyəti, tələbə kollektivi adından

Sizi ürəkdən salamlayım və Tibb Universi -

tetinin bu möhtəşəm, böyük klini kasına xoş

gəlmisiniz deyim.

Bu gün yeni tədris ilinin başlaması

ərəfəsində, möhtərəm Prezident, Sizinlə bir

yerdə olmaq bizim üçün çox böyük qürur

mənbəyi və sevincdir. Siz son illərdə artıq

üçüncü dəfədir ki, universitetimizə gəlirsiniz.

Bu, universitetimizə olan hörmətin, etimadın,

qayğının nəticəsidir. İcazə verin, bu etimada,

bu qayğıya görə bir daha Sizə dərin

təşəkkürümü və səmimi minnətdarlığımı

bildirim.

Mən ayrıca olaraq qeyd etmək istərdim ki,

Azərbaycanda elmin, səhiyyənin, təhsilin,

mədəniyyətin, incəsənətin böyük hamisi

olan, vaxtilə universitetimizdə təhsil almış



6

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Heydər Əliyev Fondunun prezidenti, birinci

xanım Mehriban Əliyeva da bu üç görüşün

üçündə də iştirak edibdir. Mən ona da bütün

kollektiv adından dərin təşəkkürümü və

minnətdarlığımı bildirirəm. Tibb Universiteti

fəxr edir ki, – düzdür, universitetimizi bitir -

məyibdir – vaxtilə Mehriban xanım bizim

universitetdə təhsil alıbdır.

Möhtərəm cənab Prezident, Ulu Öndər

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə

Tibb Universitetinə böyük qayğı və diqqətlə

yanaşmışdır. Təkcə ikinci dəfə Azərbaycanda

hakimiyyətə gələndən sonra Ulu Öndər iki

dəfə bizim universitetdə oldu. O ağır, çətin

dövrdə universitetin 11 mərtəbəli möhtəşəm

tədris binası və stomatoloji klinikası Ulu

Öndərin Tibb Universitetinə çox sanballı bir

töhfəsi kimi yaddaşlara həkk olunubdur. Uni -

versitet klinikalarının yaranması ideyası da

Ulu Öndərə məxsusdur. Ancaq bu ideyanı, bu

universitet klinikalarının yaranmasını Siz

reallaşdırdınız və Sizin sərəncamlarınızla bu

gün Tibb Universitetinin üç klinikası fəaliy -

yət göstərir. Bayaq mən Sizə məruzə etdiyim

kimi, 2007-ci ildə onkoloji klinika istifadəyə

verildikdən bir qədər sonra Sizə tədris-

terapevtik klinikanın yaradılması ilə bağlı

müraciət etdik. Bu gün burada qeyd etdiyiniz

kimi, çox çəkmədi ki, Siz Sərəncam imzala -

dınız. Onun həm təməl daşının qoyulması,

həm də açılış mərasimlərində Siz Mehriban

xanımla bir yerdə iştirak etdiniz. Universitet

kollektivinə töhfələrinizi verərkən elə

oradaca qeyd etdiniz ki, Tibb Universitetinin

daha bir klinikaya böyük ehtiyacı vardır –

cərrahi klinikaya. Siz cərrahi klinikanın

tikilməsi ilə bağlı qərar verdikdən düz beş il

sonra biz bu klinikanın açılışına toplaşmışıq.

Hesab edirəm ki, Tibb Universiteti 83 illik

şərəfli tarixinin bu gün ən yaddaqalan, bəlkə

də, o tarixə qızıl hərflərlə həkk oluna biləcək

bir gününü, hadisəsini yaşayır. Çünki bu

klinika, doğrudan da, istər tədris, istər elmi,

istər müalicə-profilaktika, müalicə-diaq nos -

tika nöqteyi-nəzərindən son dərəcə geniş

imkan 


lara malik olan, dünyanın bir çox

7

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə