“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

Dövrünün böyük astronomu, riyaziyyat çısı,

etnoqrafı, tarixçisi və filosofu Əbu Reyhan

Biruni 973-cü ildə Xarəzmdə anadan olmuşdur.

Onun əsərləri bu gün də Qərb elm dünyasında

mənbə kimi istifadə edilir. UNESCO-nun 25

dildə çap etdirdiyi “Cornier” jurnalı 1974-cü il

iyun sayının üz qabığında “1000 il əvvəl Orta

Asiyada yaşayan beynəlxalq düha Biruni: as-

tronom, tarixçi, botanik, əczaçılıq mütəxəssisi,

geoloq, şair, mütəfəkkir, riyaziyyatçı, coğrafiya -

şünas və humanist” ifadələrinə yer vermişdir.

Yaşadığı əsrə “Biruni əsri” deyilməsinə səbəb

olan və yaşadığı dövrdən əsrlər sonra da

əsərlərindən fayda götürülən Biruni yalnız İslam

aləmində deyil, bütün dünyada dərin iz

qoymuşdur. Əslən türk olan (bəzi mənbə lərdə

fars mənşəli olduğu bildirilir) Biruni türklərin

İslamı qəbul etməsi nəticəsində bu mədəniyyətin

çox geniş ərazilərə yayılması ilə bəşəriyyətin,

xüsusilə elm sahəsində böyük qazanclar əldə et-

diyini bildirmişdir. Biruni elmlə din arasında

körpü salmaqla elmi fəaliyyətində yeni bir cığır

açmışdır. Qurani-Kərimə olan sevgisini hər

vasitə ilə dilə gətirən Biruni dini qaynaqlara

əsaslan maqla elmi təcrübə ilə isbatetmə şərtini

irəli sürmüş,  “Müqayisəli Dinlər Tarixi” elminin

əsasını qoymuşdur.

Ümumdünya cazibə qanununun ingilis alimi

Nyuton tərəfindən kəşf edilməsi qəbul olunsa da,

bu istiqamətdə ilk tədqiqatlar Biruniyə məxsus -

dur. Bundan başqa indi də geniş müzakirə edilən

quru hissələrinin şimala doğru sürüşməsi fikrini

9 əsr əvvəl Biruni elmi dövriyyəyə gətirmişdir.

Yaşadığı dövrdə “Ümid burnu”nun varlığından

ilk dəfə danışan Biruni Şimali Asiya və Şimali

Avropa haqqında da hərtərəfli məlumatlar

vermiş, əsərlərində Xristofor Kolumbdan beş əsr

əvvəl Amerika qitəsindən və Yaponiyadan bəhs

etmişdir.

Biruni Buxara kitabxanasında görkəmli

filosof, təbib İbn Sina ilə tanış olmuşdur. Dövrün

iki böyük dühası bir-birinin biliklə 

rindən

faydalanmışlar. Ümumiyyətlə, Buxara alimləri



sağlam bilik mübadiləsi ənənəsinə sadiq olan və

biliklərini bölüşən alimlər olmuşlar. Onlar

bildiklərini digərlərindən gizlət 

məz, elmdə

diskussiyanı üstün tutmaqla yanaşı, həm də

tənqidi qəbul edərdilər. Bu onu göstərir ki, elmdə

diskussiya mədəniy yəti Şərqdə mövcud olmuş və

bu günümüzə süzülüb gəlmişdir. Biruni bir



65

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



Əbu Reyhan

Biruni: elmi və dini

biliklərin vəhdəti

Elm və din rubrikası




mövzuda heç zaman İbn Sina ilə razılaşmırdı. İbn

Sina Aristotelin sabitlik nəzəriyyəsini qəbul edən

alimlərdən biri idi. Yəni o, kainatın başlan ğıca

malik olduğuna və dünyanın İlahi varlıq

tərəfindən idarə edildiyinə inanmırdı. Bu

düşüncə iki böyük alim arasında ziddiyyətlər

yaradırdı. Biruni İbn Sinanın ateist olmasına çox

təəssüflənir və dostunun həyata bu cür baxışını

qəbul etmirdi. Ona görə Biruni tez-tez Quran

ayələrindən sitat gətirib dinin elmlə vəhdətini

yaratmaq istəyirdi. Məhz bundan sonra Biruni

Astronomiya elmində dövrünün ağlasığmaz

kəşflərini etmişdir.

Gecəni, gündüzü, günəşi, göy cisimlərini

yaradan Odur. Onların hər biri öz orbitində üzür.

(21. Ənbiya-33 ayə)

Biruninin bu ayə haqqında açıqlamaları:

“Göy cisimlərinin hər biri öz orbitində üzür”

deyilməsində "əl-fələk" kəlməsindən istifadə

edilmişdir. "Fələk" kəlməsi ayədə ərəbcə "əl"

birləşməsi əlavə edilmədən göstərilmişdir. İndi

qədim ərəb lüğətlərinə diqqət edib "fələk"

kəlməsinin mənasının nə olduğunu anlayaq.

Əsrlər öncə yazılmış ərəb lüğətlə rində "fələk"

kəlməsinin 3 mənası var:

1. Ulduzların dairəvi hərəkəti: (Qurandan

əvvəl ərəblər "fələk" kəlməsini bu mənada

istifadə etmirdilər). İndi ərəbcə Astronomiya

elmi "İlm əl-fələk"dir. Yəni göy cisimlərinin

hərəkətini incələyən bir elm.

2. Gəmilərin dairəvi hərəkətləri: Gəmilər

daima dairəvi hərəkət edirlər. Bu da dünya nın

düz xətli olmadığından qaynaqlanır.

3. Dairəvi şəkildə bir ərazi. "Fələk"

kəlməsinin anlamı ortaq nöqtəsi olan dairəvi bir

ərazidən bəhs edilməsidir. Beləcə, ayədə

göstərildiyi kimi göy cisimləri öz oxu ətra fında

dairəvi hərəkətdədir.

Bəs nə üçün "əl-fələk" deyil, "fələk" kəlməsi

istifadə edilmişdir. Əsrlər öncə İbn Aşur Quran

təfsirində belə yazırdı. "Fələk" kəlməsinin tək

şəkildə istifadə olunması mənanı ümumiləşdirir,

yəni hər bir göy cisminin öz orbiti olduğu və çox

sayda orbitlərin var olduğu mənasına gəlir.

Əgər "əl-fələk" şəklində istifadə edilsəydi,

konkret bir orbitdən bəhs edilmiş olardı. Deməli,

bundan belə nəticə çıxarmaq olar ki, Göy

cisimləri tək bir orbit ətrafında deyil, hər biri öz

orbiti ətrafında hərəkət edirlər.

Biruninin açıqlamaları: Ayədə "kullun"

kəlməsi istifadə olunur. Ərəbcədən tərcü mədə

"hər biri" mənasını verir, ümumiyyətlə, hər biri

və ya hamısı kəlmələri ayrıca istifadə olunmur.

Çünki "nəyin hər biri" və ya "nəyin hamısı" sualı

ortaya çıxır.

XI əsrdə yaşayan ərəb alimləri Əl-Zemahşeri

və Əl-Beydavinin təfsirlərində bu ayət belə

açıqlanmışdır: “Ərəbcədə “tənvin deyilən hərəkə”

bir kəlmədə istifadə olunursa o kəlimədə əvəzlik

yazılmaya bilər. Yəni (Onların) "hər biri" kəlməsi

Günəş və Ayların hər biri anlamına gəlir. Bu da

kainatda çoxlu sayda günəşlər, aylar və müxtəlif

göy cisimlərinin olmasından xəbər verir”.

Biruni məhz bu ayələrdəki hikmətlərə istinad

edərək Astronomiya sahəsindəki ən vacib əsəri

olan "əl-Qanunül-məsudi" (Məsudi qanunları) adlı

əsərini yazmışdır. O, Ptolomey və Aristotel

təlimlərinə qarşı çıxaraq, Yerin tərpənməz deyil,

fırlanan bir kütlə olduğunu, Yerin Günəş

ətrafında, Ayın isə Yerin ətrafında da dövr et-

diyini sübut etmiş, göy üzü və yer səthinin

müxtəlif xüsusiyyətlərini en və uzunluq

dairələrini, qitə və dənizləri göstərmək üçün di-

ametri 7 metrə bərabər olan kürə düzəltmişdir. O

bu işləri ilə tarixdə Yeri kürə üzərində xəritəyə

salan ilk alim adını qazanmışdır. 995-ci ildə bu

Şərqin birinci relyefli qlobusu oldu. İşığın

sürətinin səsin sürətinə nisbətən son dərəcə



66

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Elm və din rubrikası



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə