“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

71

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Daşduz laylarının qalınlığı cənub-şərq -

dən şimal-qərbə doğru 46,4 m-dən 90 m-dək

artır. Daşduz layı ətraf süxurlarla birlikdə

uyğun yatım təşkil edir. Yatım istiqamətindən

lay 3 km, uzanma istiqamətindən isə 400–

800 m izlənilmişdir. Yatağın ümumi sahəsi

1,54 kv.km-dir.

Nehrəm yatağının duzu kristallik olub, ağ,

metalı-boz və tünd-boz rəngdədir. Bir sıra

quyularda yasəmən rəngli dəmir mikaları

saxlayan şəffaf duz laylarına rast gəlinir. Duz

qatı massiv kütlə təşkil etməyib, qalınlığı

2–10 sm olan gil və gilli qumdaşı  laycıqları

ilə ayrı-ayrı laylara ayrılır.

Daşduzun mineraloji tərkibi mürəkkəb

olmayıb, şlifdə bütün sahəni kubşəkilli halit

mineralı tutur. Halitin fonunda sistemsiz

şəkildə anhidritlə sementləşmiş xırda-xırda

gilli-qumlu materiallara rast gəlinir. Nehrəm

yatağında daşduz kimyəvi tərkibinin sabitliyi

ilə seçilir. 

Aşağıdakı cədvəldə buruq quyuları üzrə

duzun kimyəvi tərkibi verilir.

Nehrəm yatağının hazırkı öyrənilmə

dərəcəsi onun kimya sənayesi üçün əsasən,

soda istehsalı üçün maraq kəsb etdiyini

söyləməyə əsas verir. Əldə olunmuş geoloji

nəticələr Nehrəm yatağının ehtiyat artımının

çox perspektivli olduğunu göstərir.



72

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Şəkərabad-Qoşadizə yatağı sənaye ehti -

yatları təsdiq edilmiş Nehrəm duz yata 

-

ğından 1,0–1,5 km şimal-qərbdə yerləşir.



Yataqda kəşf edilmiş duz layları Nehrəm duz

yatağındakı layların davamı olduğundan bir

sıra hallarda yatağın geoloji, fiziki-mexaniki,

texnoloji və digər parametrləri Nehrəm duz

yatağına uyğundur.

Kəşfiyyat işlərinin əsas məqsədi Karaqan

horizotunun duz çöküntülərində yeraltı qaz

anbarlarının yaradılması mümkünlüyünün

təyin edilməsindən ibarət olmuşdur. Buruq

quyuları vasitəsilə Orta Miosen çöküntü lə -

rində daş duz laylarının mövcudluğu təsdiq

edilmiş, duzun maksimal qalınlığı 39 m, mini-

mal qalınlığı isə 14 m olmuşdur. Duzun

yayılma sahəsini dəqiqləşdirmək üçün əlavə

5 buruq quyusu qazılmışdır. Buruq quyuları

vasitəsilə 9 kv.km sahə əhatə olunmuş, 5 kv.km

sahə yeraltı qaz anbarlarının yaradılması

üçün perspektivli hesab edilmişdir.

Aşağıdakı cədvəldə Şəkərabad-Qoşa 

-

dizə yatağı üzrə daşduzun kimyəvi tərkibi



verilir.

Tədqiqatlarla müəyyən edilmişdir ki, kal-

sium, maqnezium və kaliumun miqdarına

görə duz xlor istehsalı üçün nəzərdə tutulan

tələbləri ödəyir.

Naxçıvan sahəsi: Naxçıvan şəhərindən

12 km şimal-qərbdə yerləşir. Yataq 6 laydan

ibarətdir. Aşağıda I və II duz layları üzrə kim -

yəvi analizin orta nəticələri verilir. Duzdağ

Naxçıvan şəhərinin 10 kilometrliyində yer lə -

şir. Ta qədimlərdə İpək yolu bu ərazidən

keçirdi.


Xəstələr şaxtada olduqda temperatur 0–

50C, nisbi rütubət isə 5–10% arta bilər.

Müalicə başa çatdıqdan sonra böyüklərdə

65–70%, uşaqlarda isə 80–85% yaxşılaşma

qeyd olunur.

Naxçıvan Respublika Fizioterapiya xəstə -

xa nasının müalicəvi təsiri digər duz  şaxta -

ların dan üstünlüyü ondadır  ki, şaxta hori zon tal

yerləşdiyindən xəstələr yeraltı şöbəyə adap-

tasiya olaraq girirlər. Xəstə 

xanada yeraltı

 şöbə nin işlənmiş şahmatvari ştrixlərində ven-

tilyasiya təbiidir, yəni havanın axın sürəti

0,1m/san-yə yaxındır.  Şaxtada təbii yüksək

dispersli Na+, CI+ ionları sabitdir. Mikrob

cisimləri şaxtada çox azdır. Xəstəxananın

yerləşdiyi sahə ekoloji cəhət 

dən yüksək

təmizliyə malikdir. Buna görə şaxtada zəhərli

qazlar (metan qazı), ümumiy yətlə, yoxdur. Bu

xəstəxanada predastma, bronxial astma I

mərhələ, infeksion-allergik və atopik formalı




yüngül, orta ağır dərəcəli, tənəffüs

çatışmazlığı l–ll mər hələ, ürək çatışmazlığı I

mərhələ, yanaşı xro 

niki qeyri-obstruktiv

bronxit və xroniki pnevmoniya l–ll mərhələ (re-

missiya fazası), allergik rinosinusopatiyalar,

pollinozlar müalicə olunur.

Duzlu göllərə Avstraliyada (Viktoriya),

ABŞ-da (Böyük duzlu göl), İranda (Urmiya),

Azərbaycanda (Xəzər) rast gəlinir. 



Urmiya gölü

Urmiya gölü Cənubi Azərbaycanın ən

məşhur    gölüdür. Onun sahəsi təxminən

6 min kvadrat kilometrdir. Köçəri quşlar bu

göldən miqrasiya zamanı fasilə məntəqəsi

kimi istifadə edirlər. Fasiləsiz quraqlıq

səbəbindən Urmiya gölü tədricən dayazlaşır,

sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil,

həm də heyvanlara mənfi təsir göstərir.

Bu gün Urmiya gölünün suyunun duzu

litrdə 280–300 qrama çatır.

X

әzәr sahilindә Qara-Boğaz-Qol körfәzi.

Xəzər dənizinin ən görkəmli yerlərindən biri

Qara-Boğaz-Qol körfəzidir. Qara-Boğaz-Qol

körfəzi Xəzər dənizinin şərq sahilində

yerləşən Türkmənistandadır. Dənizin səviy -

yə sindən asılı olaraq körfəzin sahəsi dövri

olaraq  dəyişir. Körfəz dənizlə eni 110–300 m

arasında dəyişən və uzunluğu 8–10,5 km olan

dar boğaz vasitəsi ilə birləşir. Qara-Boğaz-

Qol körfəzinin səviyyəsi Xəzər dənizinin

səviyyəsindən daimi aşağıdır. Səviyyələr

arasındakı fərq dəyişəndir, dənizin səviy 

-

yəsindən asılıdır və 2–6 metr intervalındadır.



Boğaz vasitəsi ilə körfəzə daimi su axını

vardır və bu suyun hamısı körfəz səthindən

buxarlanır. Hər il Xəzərdən körfəzə təqribən

8–10 km3, yəni 20–300 m

3

/san su axır. Bu



su vasitəsilə dənizdən körfəzə 150 mln. ton

duz daşınır. 1980–1984-cü illərdə körfəz süni

damba vasitəsilə dənizdən ayrılmış, nəti 

-

cədə Qara-Boğaz-Qol qurumuş və 18 min



km

2

ərazidə nəhəng duz vadisi yaranmışdır.



Dəniz tipli duzların çöküntüsünü verən


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə