“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

yeganə hövzədir. Qara-Boğaz-Qol körfəzi

mirabilit, qalit, astraxanit və s. mineral du-

zlarla çox zəngindir. Hazırda körfəzdə na-

trium sulfat, qlauber duzu, tibbi  dəniz duzu

və müalicəvi xlorlu maqnezium istehsal ol-

unur. 


Qara-Boğaz-Qol ehtiyatlarının istifadə

perspektivləri böyükdür. Hal-hazırda Qara-

Boğaz-Qol böyük kimya sənayesinin güclü

bazasıdır.



Masazır gölü

Azərbaycan Respublikasının Abşeron

rayonu ərazisində, paytaxt Bakıdan 21 km

şimal-qərbdə Masazır gölü yerləşir. Bu

göldən 1813-cü ildən başlayaraq mütəmadi

şəkildə duz hasil olunur. Masazır gölünün

uzunluğu 4,7 km, ortalama eni 2,1 km,

ümumi sahəsi 10 km

2

-dir. Gölün dərinliyi 0,2



metrdən 3 metrə qədərdir. Masazır duz

gölündə duz iki vəziyyətdə mövcuddur:

gölün dibində olan duz layı şəklində və gölün

suyunun tərkibində məhlul şəklində. Göl

suyunda NaCl-un miqdarı 270 gr/litrdir, göl

suyunun ümumi mineralizasiyası 330 gr/litrdir.

Masazır gölünün   duz ehtiyatı 1.735.000

tondur. 


NaCl-un əsas istehsal mənbəyinə

daşduz layları, okean və dəniz suyu, göl şor

suyu, vulkan kraterlərindəki sublimasiya

prosesinə uğrayan sular aiddir. Hasiletmə

metodlarına aşağıdakı əsas qruplar aiddir.

Daşduzun hasilatı;



Duzlu göllərdən hasilat;

Hovuz üsullu göl və dəniz sularından



hasilat

Təbii və süni duz məhlullarının



buxarlanması yolu ilə.

Yeraltı hasilat 500 m dərinlikdə aparılır.

Hasil olunan duzun yarısından çoxunu şoran

göl duzu təşkil edir. Onun tərkibində NaCl-dan

başqa, KCl, MgCl

2

, eləcə də sulfatlar var. 



İsrailin və İordaniyanın sərhədləri bo yun ca

uzanan Ölü dəniz dünyada ən maraqlı

yerlərdən biridir. Onun uzun olmayan qumlu

sahilləri bütün dünyadan turistlərin böyük

miqdarını özünə cəlb edir. Bir çox insanların

marağına səbəb olan təbiətin bu gözəl yerini

görmək üçün onlar uzaqlardan bura gəlirlər.

Bir çoxlarının böyük marağına səbəb olan-

lardan biri də onun adıdır. Ölü dəniz, məlum

olduğu kimi, bizim planetimizdə ən duzlu

dənizdir. Məhz bu mineral maddənin

sayəsində siz sakitcə su üzərində uzana və

boğulmağa ehtiyat etmədən öz sevimli

jurnalınızı oxuya bilərsiniz. Ölü dənizdə

duzun qatılığı çox yüksəkdir, belə ki – bir litr

suda 270 qramdan çox duz var. Nəzərə

alsaq ki, qalan bütün duzlu çarhovuzlarda bu

rəqəm nadir hallarda 35 qramla qiymətlənir,

onda bu miqdar, həqiqətən də, çox

böyükdür.

Natrium-xloridin belə böyük miqdarı

suyun sıxlığını əhəmiyyətli dərəcədə yük -

səldir və işə fizika qanunları daxil olur –

insan sudan çaxır probkası kimi itələnir.

Bu mineral da dənizin dəhşətli adının

yaranmasına səbəb olur. Təəccüblü deyil ki,

belə duzlu suda mikroorqanizmlərin yalnız

nadir növləri sağ qalır. Balıqlar, molyusklar



74

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




75

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

və yosunlar duzun belə miqdarında yaşaya

bilmirlər. Balıqlar dənizə düşərək, hətta onlar

ağrı hiss etməyə vaxt tapmadan bir anda

ölürlər və onların duzla örtülmüş bədənləri

ləpələrlə sahilə çıxarılır.

Ölü dəniz

Bəs bu dənizdə bu qədər belə qorxunc

güc hardandır? Daha sadə desək – onda

böyük miqdarda duz haradandır? Ölü dəniz

ona düşən bütün çay və çaylar üçün tələ

təşkil edir – çünki su heç vaxt çarhovuzun

hüdudlarını tərk edə bilmir. Tək çıxış yolu –

buxarladır. Ancaq duz buxarlana bilmə diyin -

dən, o dənizdə qalır. Beləliklə, bu yerdə əsr -

lər boyu duzun böyük miqdarı yığılıb qalıb.

Göründüyü kimi, hələ bir neçə yüz il əvvəl

insanlar bu çarhovuza tamamilə məntiqli ad

verdilər – Ölü dəniz. Həmçinin öz

böyüklüyünə görə bu gölə qədimdən səhvən

dəniz adı verilmişdir.

Duzlu dəniz və göl sularında yuyunmaq

və çimmək insan orqanizmi üçün olduqca

faydalıdır. İnsanlar hələ lap qədim zamanlar-

dan əsəb və oynaq xəstəliklərinin müalicəsi

üçün Türkmənistanda Molla-Qara gölünə

gələrdilər. Bu suyun duzluluğu Ölü dənizin

suyundan 1,5 dəfə çoxdur.

Yemək duzu istehsal və emalına görə

aşağıdakılara bölünür: 

1. Xırda kristallı;

2. Müxtəlif növlü üyüdülmüş; 

3. Üyüdülməmiş; 

4. Yodlaşdırılmış. 

Bir qayda olaraq, yemək duzunun tərkibi

CaCl


2

, MgCl


2

, Na


2

SO

4



, CaSO

4

və MgSO



4

ibarətdir. Yodlaşdırılmış duzun bütün növlə -

rində az miqdarda KJ var, lakin belə duzun

saxlanılması zamanı tərkibindəki KJ oksigenlə

oksidləşir və duzun tərkibindən çıxır. Son

vaxtlar KJO

3

əlavə olunur. Rusiyada daşdu -



zun istehsalı XII əsrdə yaranıb, Çar Aleksey

Mixayloviçin dövründə çoxlu duz mədənləri

işləyirdi. Ural, Nijniy Novqorod. I Pyotrun

dövründə xörək duzunun istehsalı xəzinə

tərəfindən monopoliyalaşdırılmışdır və bun-

dan böyük gəlir əldə olunurdu. 1711-ci ildə

bütün duz zavodlarını nəzərdən keçirmək və

təsvir etmək fərmanı verilmişdi. I Pyotrun

dövründə 6 duz zavodu işləyirdi. I Yekate -

rinanın dövründə “Duz istehsalı və ticarəti”

adlı fərman dərc olunmuşdu.

Yelizavetanın dövründə duzun hasilatı ilə

bağlı çoxlu fərmanlar verilmişdi. Duz bişirmə

çox böyük yanacaq tələb edirdi. Duz bişirilən

yerlərə yaxın olan meşələr amansızcasına

məhv edilirdi. 1753-cü ildə meşələrin saxla -

nıl ması üçün qədim rus duz bişirmə

məkanları bağlandı. II Yekaterinanın dövründə

Baxmut, Yenisey, İrkutsk, Nikolskiy, Balaxinskiy,

Sunskiy və s. duz hasilatı məkanları işləyirdi.

Qeyri-adi xörək duzunun tarixi məhz II

Yekaterinanın dövrüylə bağlıdır. Ölkənin

cənub vilayətlərindən çəhrayı rəngə çalan,

ətirli duz gətirilirdi. Bu duzun ətirli və rəngli

olması göldəki mikroorqanizmlər –

hallofillərlə əlaqədar idi.

Duzun istehsalında taxta boruları olan

mürəkkəb hidrotexniki qurğulardan istifadə

olunurdu. 



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə