“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

Neftdən sonrakı

dünya 

Hələ yarım əsr əvvəl neft ehtiyatlarının

tükənməsi haqda xəbər meydana gəlmişdi.

Xammal çatışmazlığı səbəbindən hasilatın

azalması ötən əsrin 80-ci illərinə, daha sonra

XXI əsrin əvvəlinə şamil edilirdi. İndi isə bəzi

analitiklər güman edir ki, neft hasilatı 2020-ci ildə

aşağı düşəcək, on il sonra isə indiki illərlə

müqayisədə ikiqat  azalacaq. Səbəb isə ehtiyatın

tükənməsi olmayacaq, sadəcə ona görə ki, bu

qədər neftə ehtiyacımız olmayacaq. Hal-hazırda

əldə olunan bütün neftin yarısı yerüstü

nəqliyyatın (8%-i isə su və hava nəqliyyatının)

ehtiyaclarına sərf olunur. Lakin tezliklə avtomo -

billərin əksəriyyəti elektriklə işləyəcək, qalanları

isə benzinlə idarə olunaraq elə effektiv olacaqlar

ki, yanacağa az tələbat yaranacaq. Bu proqno-

zlar nə dərəcədə doğrudur?

Həqiqətən, bizim dövrdə bütün iri avtomobil

istehsalçıları müxtəlif elektrifikasiya dərəcəli

modellər istehsal edirlər, hibriddən tutmuş təmiz

elektrikəcən. Belə modellərin sayı dünyada 130-a

yaxındır. Düzdür, onlar çox da satılıb qurtar mırlar

(alınmırlar). 2012-ci il üçün ABŞ-da alın 

mış

avtomobillərin sayı ötən ilki illə müqa yisədə 10%,



hibridlərin və elektromo billərin satışı isə cəmi 2,3

% artmışdır. Səbəb müasir akku mul yatorların

baha olmasıdır. Orta elektromobil üçün onlara 12

min dollar tələb olunur. Lakin yanacağın qiyməti

xeyli aşağıdır. Belə ki, ABŞ-da benzinlə işləyən

avtomobilin sahibi bir kilometr yola səkkiz sentə

yaxın, elektromobilin sahibi isə iki sentdən az pul

xərcləyir. 

“Deutsche Bank”ın eksperti Den Qalvz

güman edir ki, Lİ-İon batareyalarının qiyməti

elektromobillərin kütləvi istehsalına keçid zamanı

kəskin şəkildə aşağı düşəcək və 2015-ci ildə

akkumulyatorların komplekti 7000 dollardan az

qiymətə olacaqdır. O, həmçinin hesab edir ki,

2020-ci ildə elektromobillər ABŞ-da bütün avto-

mobil satışlarının beşdə birini, Avropada isə

dörddə birini təşkil edəcəkdir.  

Bundan başqa, daxiliyanma mühərriklərinin ef-

fektivliyi artır. Amerika qanunvericiləri belə bir

məqsəd qoyublar: 2025-ci il üçün orta avtomobil

bir litr benzinlə 23 kilometr yol getməlidir (hal-

hazırda 11,5 km). Avropa İttifaqı benzinin

istehlakını deyil, zərərli yanma məhsullarının,

həmçinin karbondioksidin tullantılarını azaldır.

2020-ci ilə Avropada sürülən avtomobillər 2015-ci

ilin avtomobilləri ilə müqayisədə tullantıları 25%

azaltmalıdır.

Lakin inkişaf etməkdə olan ölkələrdə,

xüsusən Çində benzinə olan tələbat minimum on

il davam edəcəkdir.  Orada avtomobil parkla rının

sayı ABŞ-dakından beş dəfə azdır.  Lakin Çin

Xalq Respublikası hökumətinin elektromobil

istehsalını stimullaşdırması ilə əlaqədar olaraq,

orada da 2025-ci ildən etibarən benzinə olan

tələbat azalmağa başlayacaq. 

Mütəxəssislərin çoxu “Deutsche Bank”ın

proqnozları ilə razılaşmır. Beynəlxalq Energetika

Agentliyi bildirir ki, 2035-ci ilə dünya avtoparkı

80%, neftə olan tələbat isə günə – indiki 90 milyon

barreldən 107 milyon barreləcən artacaq. Agent -

liyin baş analitiki bildirir ki, 2020-ci ilə elektro -

mobillər dünya avtoparkının yalnız iki faizini

təşkil edəcək. Və köhnə daxili yanma mühərri -

kinin isə effektivliyin artması üçün hələ çox

ehtiyatı vardır. Lakin o narahatlıq da vardır ki,

gediş xərclərinin azalması səbəbindən insanlar

daha çox maşın sürəcəklər.

Bəs avtomobil istehsalı nümayəndələri nə

düşünür? Bu yaxınlarda dünya avtomobil fir ma -

larının 200 rəhbəri  arasında  “Daxiliyanma

mühərrikləri nə qədər müddətə elektromotordan

üstün olacaqdır?” sualı üzrə keçi rilən sorğu bu

nəticələri verdi:  70% 1 ildən 10 ilə qədər, 18%

isə 10–20 il müddətini ehtimal edir.  



Zaur Ağamalıyev

Məqalə “Nauka i jizn” jurnalından

götürülmüşdür.

79

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




80

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



– 

Cəlil bəy, bu gün biznesin idarə olun 

ması

iqtisadiyyatın əsas sahələrindən biridir. Sizdə bu

sahəyə  maraq necə oyandı?

– Doğrusu, mənim riyaziyyat və iqtisadiyyata mara -

ğım həmişə olub, ona görə qərara aldım ki, bakalavr

təhsilimi maliyyə sahə sin də alım. Bu məqsədlə İqti-

sad Universitetinin maliyyə fakültəsinə daxil oldum

və “biznesin idarə olunması” ixtisası üzrə bakalavr

təhsi limi bu ali məktəbdə aldım. Bilirsiniz ki, maliyyə

indiki şirkətlərin əsas fəaliyyət istiqamətini təşkil edir.

Təhsilim dövründə bu sahəyə marağım daha da artdı.

İlk iş yerim Azərbay 

can İnvestisiya Şirkətində

maliyyə analitiki vəzifəsi oldu. İşlədiyim müddətdə

bu sahəyə maraq dairəm genişlənməyə başladı.

Bunun üçün şübhəsiz ki, daha yüksək ali təhsil

almağa ehtiyac duyurdum.

– Dünyanın aparıcı bir ölkəsinə magistratura

təhsili almağa gedəndə İqtisad Universite tin dəki

qazandığınız biliklər, ixtisaslaşma nə dərəcədə Sizə

kömək etdi? Yəni yerli univer 

sitetlərimizdə dil

probleminin olması bir gerçək likdir, bu problemi

necə aradan qaldırdınız?

– Aydındır ki, bizim universitetlərdə təhsil, əsasən, öz

dilimizdə olduğundan həmin prob 

lemlər yarana

bilərdi. Amma mən universi tetdə “Xüsusi istedadlar

qrupu”ndan dərs almışam və maliyyə fənnini ingilis

dilində öyrənmişəm. Ona görə də elə bir problemim

yaranmadı, yəni dil baryerini aşa bildim. Dil

imtahanını uğurla verdikdən sonra isə təhsil üçün elə

bir problemim qalmadı. 



– Təhsil aldığınız ixtisas üzrə tələbə kontingenti

necədir?  Xüsusən  azərbay can lılar  neçə nəfərdir?

Və belə bir tendensiya var ki, çinlilər, yaponlar və

başqaları çoxluq təşkil edir. Bu mənada həmin ix-

tisasda azərbay canlı kimi təksinizmi?

– Təhsil aldığım universitetə hər il təxminən 600

nəfər tələbə qəbul olunur. Mən daxil olan ildə yeganə

azərbaycanlı tələbə oldum. Oxuduğum qrupda  50 faiz

amerikanlı, qalanı isə müxtəlif ölkələrdəndir. Ümumi -

likdə isə universitetin 50 faizi xarici ölkələrdəndir. Bu

nüfuzlu ali məktəbdə Azərbaycandan yalnız mən təhsil

alıram. Əsas təmsil olunan ölkələr Çin, Hindistan,

Braziliya və inkişaf  etməkdə olan ölkələrin gənclə ridir.

Keçmiş SSRİ respublikalarından mənim oxuduğum

qrupda Rusiyadan 3, Gürcüstandan 1 nəfər var. 

– Həmin universitetdə təhsilin quruluşu necədir?

Sizə bizim universitetlərdə olduğu kimi elmi işi

davam etdirmək üçün hər hansı bir rəhbər təyin

olunurmu, yoxsa mövzunu götürüb sərbəst şəkildə

işləyir siniz? Yaxud elmi hesabat kimə verilir?

– Əvvəla məzun olmaq üçün elmi iş, diplom müda -

fiəsi tələb olunmur və diplom işini sonuncu tədris

Kolumbiya Universitetinin magistri

Cəlil Musayevlə müsahibə

Gənc alimlərlə müsahibə rubrikası




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə