“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

ilində yazırıq. Əsas akademik tələb odur ki, bir tədris

ilinə 60 kredit topla 

malısan. Bir fənnə 3 kredit

verməlisən. İki il müddətinə 20 dərs götürürük və

bunların əsasında imtahan veririk. Bunları uğurla

yerinə yetirənlər məzun olurlar. Nəzarət baxımından

maraqlı məqam ondan ibarətdir ki, dərs ilinin  baş lan -

ğıcında müəyyən bir sənəd imzalatdırırlar, yəni sən heç

kimdən  köçür mə yə cək sən,  başqalarına  dürüst  yanaşa -

caqsan, şərəf və ləyaqətlə Kolumbiya Universitetini

təmsil edəcəksən. Bu tələbə andı bir cümlədən çox

deyil. Bu mənada mənə maraqlı gələn o oldu ki, artıq

birinci imtahandan heç bir nəzarət sezmədik. Təsəv -

vür edin, bir neçə tələbə imtahan sinfinə daxil olub

həmin andı divara vurub getdilər. Yəni belə sərbəstlik

var. Beləliklə, bundan sonra heç bir imtahanda

nəzarət adlı bir şeyə rast gəlmədik. 

– Yəni sərbəstlik və inamlılıq tələbələrdə elmə,

təhsilə daha çox motivasiyalar yaradır?

– Bəli, heç bir qadağa yoxdur. Hətta mən bir tələbə

olaraq universitetin dekanının yanına gedib söhbət

edə bilərəm. Hər həftənin iki günü dekan universitetin

girişində oturur və istənilən tələbə yaxınlaşıb ona

təkliflərini edə bilir. Onlar da bu təkliflər əsasında

yeniliklər və dəyişikliklər edirlər. Məsələn, dərslərin

saatında, müəllimlərdə və sairə. 



– Aydın məsələdir ki, Amerika və Böyük Britaniya

universitetləri Boloniya prose sinə qoşul mayıb. Bu

məsələdə həmin universitet lərin tarixi, məktəb -

lərin rolu xüsusi önəm kəsb edir. Ancaq iqti-

sadiyyat üzrə nobelçi lərin 90 faizi ABŞ alimləridir.

Sizin nəzərdə tutduğunuz həmin 60 krediti Har-

vard, Çikaqo uni versi tetlərindən gətirməyə hüqu -

qunuz varmı?

– Bu, təhsil aldığımız universitet ilə həmin təhsil

ocaqları arasında bağlanılan ikili müqavilənin

şərtlərindən asılıdır. Kolumbiya Universitetinin Berkli

Universiteti ilə ikitərəfli müqaviləsi varsa, bir semestr

Berkli Univer si tetində təhsil ala bilərik və bu kreditlər

sayılır. Konkret olaraq, Kolumbiya Universitetinin

Honq-Konq, London Biznes Məktəbi ilə ikitərəfli

müqavilələri var.

– Azərbaycanda bir sıra təhsil ocaqları, məsələn,

Neft Akademiyası, Bakı Dövlət Universiteti, Odlar

Yurdu kimi universitetlərin ixtisaslarında müəy -

yən oxşarlıq var.  ABŞ-da necə, belə bir müqayisə

aparmısınızmı?

– Müqayisə aparmamışam, amma təxmin edə bilərəm

ki, Azərbaycanın da ali məktəb 

lərində maliyyə,

mühasi batlıq, dil və s. dərsləri keçirilir. Orada da biz

həmin dərsləri keçirik. Məncə, fərq ondadır ki,

Azərbay canda həmin MB proqramı yenidir. 5-10 il

sonra xaricdən müəllim dəvət olunsa, həmin proq -

ram ların keyfiyyəti daha da artacaq. Amma Kolum -

biya Universitetində bu proqram ötən əsrin

əvvəllə rindən keçilir. Yəni 100 yaşı olan ixtisaslar hər

dəfə təkmilləşdirilirsə, bu, inkişafa xidmət edir. Bu

mənada böyük keyfiyyət fərqləri üzə çıxır. 

– Siz oxuduğunuz ixtisasın Azərbay canda perspektivini

görürsünüzmü?

– Nəinki Azərbaycan, keçmiş SSRİ respublikalarında,

o cümlədən planlı iqtisadiyyat olan ölkələrdə özəl

sektor hələ yeni-yeni inkişaf edir. Bizim iqtisadiy ya -

tın əsasını dövlət sektoru təşkil etsə də, özəl sektorun

inkişafı artır. Mən bunu  görürəm. Əlbəttə ki, biznesin

tətbiq sahəsinin genişlənməsi üçün ölkədə özəl sek-

torun payı daha da artmalı, özəl şirkətlər yeni metod-

larla idarə olunmalıdır ki, onlar rəqabət qabiliyyətli

olsunlar. Həm də şirkətin rəqabət qabiliyyəti onun

işçilərinin keyfiyyəti ilə mütənasibdir. 

– Necə hesab edirsiniz, Amerika mühiti iqtisa diy -

yatın əsas paradiqmalarının for 

ma 

laşma 

sında

mühüm rol oynayıb. Yaxın tariximizdə baş verən

iqtisadi böhran hansı fəsadları verdi? Tədris

prosesində böhranlar öyrənilirmi?

– Bu təsir hiss olunubdur. Məsələn, mənim təhsil

aldığım universitetdə maliyyə böhran larını araşdıran

xüsusi dərslər keçirilir. Yəni bu mövzu ABŞ-da çox

aktualdır. Mətbuatda bu barədə geniş müzakirələr

aparılır. Sual olunur, ölkə bu vəziyyətdən çıxa

bilibmi? Biz makroiqtisadiyyat dərsinin hər semestrində

keçmiş böhranların strukturunu araşdır 

mışıq.

Ümumiyyətlə, bu, ABŞ-da birinci böhran deyil və bu



ölkə iqtisadiyyatının hər 10 illiyində müəyyən böh -

81

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Gənc alimlərlə müsahibə rubrikası



ran lar olub. Ən böyük böhran isə Böyük Depressiya

illəri idi. Ondan sonra isə xırda böhranlar, 1970-ci

illərdə neftin qiymətinin kəskin artımı ilə bağlı

böhranlar olmuşdu. Təbii ki, maliyyə böhranının struk -

turunu araşdırmaq üçün xüsusi dərslər keçirilir. Son

böhranın əvvəlkilərdən fərqi odur ki, bu dəfə zaman

bir qədər uzandı. Normalda böhranın müəyyən

zamanı olur, məsələn, 2 yaxud 3 il. Amma 2008-ci

ildən başlanan böhran hələ davam edir, yəni indiki

böhran daha dərindir. 



– ABŞ-da ümumi zənginliyin 70 faizindən çoxunu

insan kapitalı təşkil edir. Bizdə bu göstərici çox

aşağıdır, əsas üstünlüyü təbii kapital təşkil edir,

ancaq bu zaman-zaman insan kapitalına çevril -

məlidir. Dünyanın aparıcı universitetlərinin birində

təhsil alan bir gənc kimi Azərbaycanda insan

kapitalının formalaşmasını necə görürsünüz? Bu

barədə hansı fikirləriniz var?

– Mən Sizinlə tam razıyam, belə bir deyim var: bütün

yumurtaları bir səbətə qoymayın, səbət getsə hər şey

gedəcək. Azərbaycan iqtisadiyyatı neftin üzərində qu-

rulub, neft gəlirləri ölkəyə daxil olur. Bunun hesabına

olan xeyli inkişafın şahidiyik. Bu gəlirlər hesabına

təhsil sisteminə fundamental yeniliklər gətirmək

lazımdı. Bəli, Xaricdə Təhsil Üzrə Dövlət Proqra -

mının olması təqdirəlayiqdir. Bu, insan kapitalının

inkişafına yönəldilən investisiyanın bir növüdür,

arzuolunan odur ki, belə investisiyaların həcmi artsın.

Yaxşı olardı ki, Azərbaycan universitetləri ilə ABŞ,

Böyük Britaniya universitetləri arasında təcrübənin

bölüşdürülməsi baxımından müqavilələr imzalansın. 



– Azərbaycanda təhsil alan tələbələrlə əlaqələriniz

necədir?

– Təbii ki, həm qrup yoldaşlarımla, həm də məndən

əvvəl universiteti bitirmiş dostlarımla keçdiyimiz

dərsləri bölüşürük. Mən  ABŞ-da olanda mənim

oxuduğum İqtisad Universitetində məndən bir neçə il

əvvəl Xüsusi İstedadlar Qrupunu bitirmiş bir

həmvətənimlə görüşdüm. Hal-hazırda Nyu-Yorkda

çalışır. Onun mənə verdiyi məsləhətlər mənim üçün

çox dəyərli oldu. O cümlədən istedadlı dostlarımdan

biri İsveçdə magistratura pilləsində təhsil alır. Təbii

ki, fikir mübadilələrimiz olur. Azərbaycanda da bəzi

qrup yoldaşlarımız var ki, böyük beynəlxalq

şirkətlərdə çalışırlar, onlarla da elmi mübadilələrimiz

olur. 


Bilirsiniz ki, Dövlət Proqramı ilə təhsil alanların

ölkəyə  qayıdıb  gəlməsinə  məcbu riyyət  qoyul ma -

yıb. Yəni Azərbay canı kənardan da təmsil etmək

olar. Amma indiki zamanda yüksək bilik almış

vətəndaşlarımızın ölkəyə qayıtması olduqca vacib

faktordur. Bu məsələyə münasibə tiniz necədir?

– Fikrimcə, dünyanın Nyu-York kimi maliyyə

mərkəzində insanlarımız iş təcrübəsi keçib ölkəyə

qayıtmalı və biliklərini yerli şirkətlərdə tətbiq

etməlidirlər. Bunlar yeni biliklərdir. Təbii ki,

akademik təhsil önəmlidir, ancaq iş təcrübəsi də

vacibdir. Bunların ikisi birgə olanda dəyərli

mütəxəssis yetişir ki, bu, artıq insan resursudur.

Mənim də şəxsi fikrim odur ki, əsas maliyyə

sahəsində ölkədəki qurumları inkişaf etdirmək, effek-

tivlik yaratmaq və xarici maliyyə bazarları ilə yerli

şirkətlərin əlaqələrini gücləndirmək üçün insan

resurslarının inkişafına diqqət yetirmək lazımdır.

İnkişafın əsas tərkib hissəsi kimi iş təcrübəsini önəmli

amil hesab edirəm. 

– Sizinlə və digər xaricdə təhsil alan azər 

-

baycanlılarla söhbətdən yaranan təəs süratım o oldu

ki, yaxşı universitet yeni insan yetişdirir. Sizin də

timsalınızda yaxşı mənada yeni insanın yetişmə sin -

dən məmnun qaldım. 

– Təbii ki, dünyanın tanınmış universitetlərindən biri

olan Kolumbiya Universitetində təhsil almağım şəxsi

həyatımda, bilik və bacarığımın inkişafında  çox

mühüm rol oynayıb. Bilikdən əlavə başqa keyfiy yət -

lər də əldə etdim. Əgər sən 60 ölkənin vətəndaşı ilə

eyni auditoriyada dərs keçirsənsə, təbii ki, tolerantlığı

da öyrənəcəksən.



Müsahibə 2013-cü ilin iyul ayında götürülmüşdür.

Müsahibəni apardı:

Emin Bayramzadə

82

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Gənc alimlərlə müsahibə rubrikası



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə