“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   35   36   37   38   39   40   41   42   43

ölkələrdə onlardan çox, bəzilərində isə azdır. Bitki əsaslı

pəhriz saxlayan insanların sayına görə absolyut rekord

Hindistana məxsusdur, burada vegetarianlar əhalinin

80% -ni təşkil edir. Lakin bu təəccüblü də deyil.

Əksəriyyət hindlilər üçün inək indiyə kimi müqəddəs

heyvan sayılır və onu kəsib bifşteks hazırlamaq ən

böyük günahdır. Əhali çoxluğu olan Çində də ətə deyil,

ənənəvi olan düyüyə və tərəvəzə üstünlük verilir. Yapon

mətbəxində heyvan mənşəli qidalar keçmiş zamanlardan

etibarən əsla donuz və mal əti ilə deyil, dəniz məhsulları

ilə təqdim olunur. Lakin Amerika və Avropada

vegetarianlıq nisbətən son dövrdə yaranıb və onun

pərəstişkarları hələ ki azlıq təşkil edir,  cəmi 5 %. 

Bitki mənşəli qidaların “missionerləri” öldürülməyə

məruz qalmış heyvanların və quşların həyatından

dəhşətli təsvirlər olan ədəbiyyatı geniş yayır,

“Makdonalds”ları hamburgerləri ilə birgə boykot edirlər.

“Qrinpis”ə dəstək olaraq, heyvanlar üzərində təcrübə

aparmağa qarşı protest edirlər. 

XX əsrin əvvəlində məşhur yazıcı Frans Kafka

akvariumda balıqlara diqqətlə baxaraq nə isə deyir:

“İndi mən sizə sakitcə baxa bilərəm, mən daha sizi

yemərəm”. “Qəsr” və “Məhkəmə”nin müəllifi heç

bilməzdi ki, onun bu təsadüfi ifadəsi vegetarianların

“mən heç kimi yemərəm” şüarına çevrilərək tarixə

düşəcək.


Vegan adlanan ciddi vegetarianlar, həqiqətən heç

kimi yemir. Onların fikrincə, qaçan, uçan və üzən hər şey

insana qida kimi xidmət etməməlidir. Bəzi vegetarianlar,

hətta bal da yemir, çünki o “arıların istismarından

yaranan məhsuldur”.

Belə bir elm var – məntiq

Sübutsuz qalmamaqları üçün bitki mənşəli qidanın

tərəfdarları insana ət yeməyin nə üçün zidd olmağı

barədə ətraflı izahat verirlər. Onların əsas arqumenti

budur: bizim orqanizm təbiətcə heyvan mənşəli qidalar

üçün uyğun deyil. Və hamıya aydın olsun deyə, insanı

yırtıcı heyvanlarla müqayisə edirlər. Həqiqətən, oxşarlıq

azdır. Yırtıcılarda qurbanı parçalamaq üçün iti dişlər və

caynaqlar vardır, amma insanda dişlər o cür inkişaf

etməmişdir və caynaqlar əvəzinə isə dırnaqlar vardır.

Ətin daha yaxşı həzm edilməsinə turş mədə şirəsi

kömək edir: bütün yırtıcılarda onun turşluğu insanda

olduğundan daha çoxdur. Bitki mənşəli qidanın həzmi

üçün vacib olan uzun bağırsaq yırtıcıya lazımlı deyil,

ona görə onların bağırsağı insanda olandan bir neçə dəfə

qısadır. 

Bu yolla, vegetarianlar nəticə çıxarır: insanlar–

yırtıcı deyil, ona görə də onlar ətlə qidalanmamalıdırlar.

Lakin əgər insanı otyeyən heyvanlarla müqayisə etsək,

oxşarlıq daha az olacaqdır. Otyeyənlərdə minasız, düz,

çeynənən səth ilə azı dişlər və iti kəsici dişlər vardır. Bir

halda ki, sərt bitki qidalarından azı dişlər tez ovulur,

təbiət otyeyən heyvanlarda dişlərin daima yenilən 

-

məsinin qeydinə qalmışdır. 



Bitki kütləsinin fermentasiyası üçün adaptasiya olan

otyeyənlərin böyük (bəzən hətta ayrıca kameralara

bölünən) mədəsi də insan mədəsinə oxşamır. Turşluq da

onda daha az olacaq. Hətta bağırsaqları da insandakı

kimi deyil. İnək və dovşanlarda o təxminən bədəndən

iyirmi dəfə uzundur, insanda isə – səkkiz. Belə çıxır ki,

bitki qidası da bizə uyğun deyil. 

Bu qida paradoksunu bioloqlar çoxdan bəri izah

ediblər. Məlum olub ki, insanı nə otyeyən nə də yırtıcı

heyvana aid etmək olmaz. O, bioloji əcdadı meymun

kimi hər şey yeyəndir. İnsan orqanizmi elə yaradılmışdır

ki, eyni dərəcədə həm bitki, həm də heyvan mənşəli

qidaların öhdəsindən yaxşı gəlir.  Və vegetarianların

insanların əvvəldən ot yeməkləri haqda fərziyyəsi

yanlışdır. “Bizim ulu əcdadlarımız yalnız bitki mənşəli

qidadan istifadə edirdi” – veganlar sakitləşmir. Bəs qaya

üzərində mamont və digər heyvanların ovu təsvir

olunmuş şəkillər necə olsun? Heç kim mübahisə etmir,

ilk insan yeməli meyvə və bitki kökləri ilə qidalanırdı,

amma əgər imkan düşsə idi ətdən də istifadə edirdi. 

Antropoloqlar hesab edir ki, heyvan mənşəli qidaya

ən kəskin keçid Buz dövründə olmuşdur, nə zaman ki

bitkilərin çoxu buz bağlamışdır. Bu ağır şəraitdə insan

məcbur idi ki, ət pəhrizinə riayət etsin. Belə çıxır,

vegetarianlıq nəzəriyyəçiləri səhv ediblər: əcdadlarımız

yalnız bitki ilə qidalanmayıb. Lakin baxmayaraq ki,

vegetarianlıq təbiətcə insana uyğun deyil, o yenə də

meydana gəldi. 



Əvvəlcə Pifaqor:

Ət yeməyindən dərk edilmiş şəkildə imtina edən

insanlar haqqında ilk etibarlı məlumat eramızdan əvvəl

təqribən IV-V minilliyə aid edilir. Allahlarla uğurlu

ünsiyyətdə olmaq və sehrli ayinlər keçirmək üçün qədim

Misir kahinləri vegetarian olurmuşlar. Bəlkə, bir çox

Misir allahlarının heyvani siması öz rolunu oynamışdır,

bəlkə də ola bilsin, ayinin xidmətçiləri ehtiyat edirdilər

ki, yeyilmiş canlı məxluqların ruhu fövqəl qüvvələr ilə

mükəmməl dialoqa girməyə mane olur. 



87

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Qədim Yunanıstanda vegetarianlıq daha gec, antik -

lik dövründə meydana gəlmişdi. Və onun yaranma səbəbi

artıq başqa idi. Heç bir mistika. Sadəcə mütərəqqi

yunanlar düşündülər: bitkilərlə yaxşı qidalana biləriksə,

nəyə görə günahsız heyvanları öldürək? Sokrat, Platon,

Dioqen, Plutarx və bir çox başqa filosoflar vegetarian

olmuş və öz işlərində bitki tərkibli pəhrizin əlverişliliyi

barədə fikirlər irəli sürürdülər. 

Lakin vegetarianlığın yayılmasında açar rolunu

eramızdan əvvəl VI əsrdə Pifaqor oynamışdır. Məşhur

filosof və riyaziyyatçı ruhun köçməsinə inanmış və buna

görə də heyvan əti yeməkdən qəti imtina etmişdir. Onun

çoxsaylı şagirdləri, nüfuzlu ailələrdən olan gənc adamlar

da müəllimlərinin örnəyi ilə bitki mənşəli pəhrizə

keçmişdir, bu dünya tarixində ilk “vegetarianlar

cəmiyyəti” idi.  “Vegetarianlıq sağlamlığa zərər

yetirməz ki?” – pifaqorçuların yaxınları narahat olurdu.

Bu sualı eramızdan əvvəl IV əsrdə dahi həkim

Hippokrat cavablandırmışdır. Sağlam qidalanma

haqqında danışarkən o, vegetarianlığı da təqdir etmişdir. 

Avropada qədim yunan sivilizasiyasının tənəzzülü

ilə vegetarianlıq da uzun müddət unuduldu. Bitki

tərkibli pəhrizə yalnız bəzi dini icmaların

nümayəndələri, xristian asketləri və rahib-münzəvilər

riayət edirdi. Qalan insanlar isə nə oldu onunla qidalanır

vəmənşəyi haqda düşünmürdülər. 



İkinci gəliş

Vegetarianlığa olan maraq İntibah dövründə qayıtdı,

lakin Leonardo Da Vinçinin hər cür yeniliklərinin

həvəskarlarından başqa ətdən imtina edən az idi. Yalnız

XIX əsri ortalarında vegetarianlıq kütləvi xarakter kəsb

etməyə başlayır. 

Rəsmi olaraq hesab olunur ki, ingilislər yenidən

vegetarianlığı aşkar etmişlər. Bütün şərq dəbi ilə bərabər

onlar Hindistandan (özünün ən böyük koloniyası) qədim

hind Veda dininin ideyalarını da gətirmişlər, hansı ki,

yemək üçün canlı məxluqları öldürməyi qadağan edir.  

Vegetarianlar 1842-ci ildən özlərini “vegetarian”

adlandırmağa başladılar. Terminin müəllifi “Britaniya

vegetarian cəmiyyəti” nin yaradıcısıdır. Latın sözü

“vegetus” onlar üçün daha müvafiq olmuşdur, belə ki,

o, “sağlam, gümrah, təmiz” mənasını verir. Tam simvolik

olmuşdur, çünki səslənməsinə görə o, ingiliscə “vegetable”

olan tərəvəz sözünü xatırladırdı. 

İngiltərədən vegetarianlıq tədricən bütün Avropaya

və Amerikaya yayılırdı. Qərb vegetarianlığının əsas

məqsədi hindlilərdə olduğu kimi, müdafiəsiz heyvanların

ölümündən imtina idi. Qərəzli politoloqlar iddia edir ki,

Avropalılar üçün iqtisadi böhran və onun ardınca ət

qidasının bahalaşması mühüm rol oynamışdır. 

O zamandan vegetarianlıq yoxa çıxmamış, lakin heç

tələbatı da böyük deyildi. Bitki əsaslı pəhrizi daha çox

ekstatik (şövqlü) ziyalılar saxlayırdı:Rusiyada qraf

Tolstoy, Amerikada həkim-naturopat Herbert Şelton,

Hindistanda şair Rabindranat Taqor, İngiltərədə

dramaturq Bernard Şou başda olmaqla. Populyarlığını

isə XX əsrin sonlarında qazanmağa başladı, nə zaman

ki, həkimlər sübut etdi ki, ətsiz yaşamaq mümkündür.

Belə bir tarixçə. 

Vegetarianlıq: xeyir, yoxsa ziyan? 

Son illikdə vegetarianlıq dünyəvi cəmiyyətdə ən çox

müzakirə olunan mövzu olub.  Bəziləri bu qidalanma

metodikası və həyat tərzinə dəstəklə çıxış edir, bəziləri

isə qəzəbli şəkildə onun ziyanlı olduğunu sübut edirdi.

Sözsüz ki, hər iki tərəfin öz dəstəyinə dair çoxlu dəlilləri

və tutarlı arqumentləri var, lakin ümumi rəy indiyəcən

mövcud deyil. Ona görə də bu müba 

hisədə hansı

mövqeni tutmağa hərə özü qərar verməlidir. 



Vegetarianlığın xeyri

Amerika həkimləri iddia edir ki, vegetarianlar

yoğun bağırsaq xərçənginə yoluxmağa daha az

meyillidirlər. Əslində, heç bir xüsusi tədqiqat aparmadan

da hər kəs bilir ki, tərəvəz və meyvələr faydalı qida

lifləri ilə zəngindir. Onlar bağırsağın normal fəaliyyətinə

kömək edir, öd ifrazını və mədəaltı vəzinin şirə

ayırmasını yaxşılaşdırır. Məhz buna görə vegetarianlar

daha sağlam bağırsaq və mədəaltı vəzinə malikdir, bu

isə öz növbəsində bir çox xəstəliklərin yaxşı

profilaktikası deməkdir. 

O faktı nəzərə almaq lazımdır ki, vegetarian

qidalanmasında duzdan az istifadə olunur. Bir qayda

olaraq, duz bütün ət yeməklərinə əlavə olunur, bu da

orqanizmdə suyun saxlanmasına gətirib çıxarır, qan

damarları və böyrəyə ağırlığı artırır. Bitkilərdə bədənin

su balansının tənzimlənməsinə kömək edən kalium və

maqnezium kimi minerallar mövcuddur. Bunu, sözsüz

ki, vegetarianlığın müsbət cəhəti hesab etmək olar. Bir

çox tərəvəzlərin tərkibində elə maddələr var ki, yüksək

arterial təzyiqə təsir edərək onu aşağı sala bilər.

Britaniya alimləri sübut edib ki, ət məhsullarının qida

rasionundan tam təcrid edilməsi göz kataraktı inkişafı

riskini əhəmiyyətli dərəcədə azaldır. Alimlər, həmçinin

qeyd ediblər ki, vegetarianlarda dərinin vəziyyəti və

bənizi daha yaxşıdır, nəinki ənənəvi qidalanma siste -

mindən faydalanan insanlarda. Onların fikrincə, bu,

bağırsağımızın zərərli toksinlərdən yaxşı təmizlən 

-

məsinə imkan verən vitamin və bitki liflərinin çox



istifadə edilməsi ilə əlaqədardır. 

Vegetarianlığın mənfi cəhətləri

Vegetarianlığın üstünlüklərinə baxmayaraq, bu

qidalanmanın danılmaz mənfi cəhətləri də vardır:

B12 vitamini çatışmazlığı – sübut olunmuş faktdır

ki, bütün vegetarianlar B qrupu vitamini çatışmaz 

-

lığından əziyyət çəkir, bu səbəbdən də bir çox nevroloji



pozuntulara meyillidilər, həmçinin bu vitamin hüceyrə

artımı və qan hüceyrələrinin formalaşması üçün vacibdir. 

Mikroelementlərin çatışmazlığı – vegetarianların

orqanizmində kalsium, dəmir, sink çatışmır, çünki bu



88

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə