“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   35   36   37   38   39   40   41   42   43

mikroelementləri lazımi səviyyədə bitki mənşəli məh -

sullardan almaq qeyri-mümkündür. 

Vegetarianlar qoz-fındıq və dənli paxlalılar yeməklə

heyvan mənşəli zülal çatışmazlığını kompensasiya

etməyə çalışırlar. Lakin bu, ətin ən yaxşı əvəz olunması

deyil.  Bundan əlavə, bitki mənşəli qidalardan lazımi

miqdarda zülal alıb qidalanmada istifadə etmək üçün

kifayət qədər böyük miqdarda zülal tələb olunur, bu isə

həzm sisteminin işinə yaxşı şəkildə təsir etməyəcəkdir. 

Qırmızı əti (mal ətini) rasiondan istisna etmək

xüsusilə hipertoniya, anemiyadan əziyyət çəkənlərə,

həmçinin keçid dövründə olan qızlara məsləhət

görülmür. 

İdmanla məşğul olan vegetarianlar tez bir zamanda

yorulur və qüvvəsini zəif şəkildə bərpa edirlər, səbəb isə

eynidir – heyvan zülalı çatışmazlığı. 

Hər halda, vegetarianlıq barədə nə qərar verək?

Tamamilə bitki mənşəli qidaya keçmək bir məna kəsb

edirmi? Bu məsələ ilə bağlı son rəyi 1988-ci ildə

Amerika dietoloqlar birliyi vermişdir. Əlavə vitamin və

digər mineralların qəbul edilməsi şərtilə, ciddi

vegetarian rasionlarında proteinin aşağı bioloji dəyərinə

baxmayaraq, vegetarianlıq ateroskleroz, hipertoniya,

bəzi xərçəng, şəkər və digər xəstəliklərin profilaktikası

yollarından biridir. 

Belə aydın olur (çıxır) ki, vegetarianlıq həyat

əhəmiyyətli vitaminləri (В2, В12, D) və mikro 

-

elementləri (dəmir, kalsium, sink) çatışmayan sağlam



pəhrizdir. Yaxşı ki, farmakoloqlar vegetarianların

köməyinə çatmış və vitamin həbləri istehsal etməyə

başlamışlar. Əks halda, bu qidalanmanın tərəfdarları bir

xəstəlikdən qurtularaq digərini qazanardılar: qan azlığı,

sümük zəifliyi, əsəb pozuntuları, cinsi funksiyanın

korlanması. Həkimlərin fikrincə, ən ağıllı vegetarian

pəhrizi – ciddi olmayan pəhrizdir, hansı ki, süd

məhsulları və yumurtadan istifadəyə icazə verir. Bir

tərəfdən insan faydalı maddələrin çatışmazlığından

əziyyət çəkməz, digər tərəfdən tədricən bəzi

xəstəliklərdən xilas olar. Heyvanları da öldürmək lazım

gəlməz. 


Vegetarianlıq: yeni həyata necə başlamalı? 

Vegetarianlar “cəmiyyəti”nə qoşulmaq barədə qərar

verərkən onu nəzərə alın ki, ciddi vegetarianlıq növü

yalnız yaşlı insanlar üçün məsləhətdir. Gənc yaşlı

insanlar üçün bu məsləhət görülməyib, lakto və ya lakto-

ovo vegetarianlıq növünə icazə verilir. Ümumiyyətlə,

vegetarianlığa onun yüngül formalarından başlamaq

lazımdır. Hamilə qadınlara həkimlə bu qidalanmanın əks

göstərişləri barədə müzakirə etmək lazımdır, belə ki, o,

gələcək ananın və uşağın sağlamlığına mənfi təsir

göstərə bilər. 

Vegetarian sistemi ilə qidalanmağa başlamaq üçün

ilin isti dövrünü seçmək lazımdır, çünki bu dövrdə

maddələr mübadiləsi daha fəal şəkildə gedir və meyvə-

tərəvəz seçimi daha zəngindir. Bu dövrdə orqanizm

üçün bitki mənşəli qidaya keçmək asandır və yeni qida

rasionuna alışmaq insanda stressə səbəb olmayacaq. 

Həmçinin vegetarian olmaq barədə qərar verdikdən

sonra, əlavə olaraq balanslaşdırılmış kompleks vitamin

qəbulunun qayğısına qalmaq lazımdır.

Əvvəlcə elə görünə bilər ki, icazə verilən

yeməklərin sayı çox məhduddur, lakin bu elə deyil.

Vegetarian qidalanma sistemi müxtəlifdir, bir çox

yeməklər nəinki faydalı, həm də çox dadlıdır. Əsas olan

– bir az fantaziya və istənilən adi yeməyi bitki mənşəliyə

çevirmək olar. Ət məhsulları və balığa alternativ olaraq,

soya, paxlalı, göbələk və badımcandan istifadə edə

bilərsiniz. Əlbəttə, yeməyin dadı adət olunandan fərqli

olacaq, lakin ədviyyatlardan istifadə vəziyyəti

düzəldəcək. 

Əksər insanlar üçün yeni qidalanma sisteminə

keçmə – nə isə yeni bir şeyə, yeni mərhələyə və ya həyat

tərzinə başlamaq deməkdir. Axı vegetarianlıq – yalnız

qidalanma sistemi deyil, həm də həyat fəlsəfəsidir. 

Necə və nə ilə qidalanmaq, buna hər insan özü qərar

verməlidir. Həm bitki, həm də ət məhsulunun müsbət

cəhətləri vardır. Qafqaz qocaları (ağsaqqalları) ət

yeyərək yüz yaşacan yaşayır. Hunza uzaq qəbiləsindən

olan insanlar yalnız bitki mənşəlilərlə qidalanır və az da

yaşamırlar. Hərənin öz seçimi, öz yolu. 



Nuranə Alverdiyeva, 

Neft Kimya Prosesləri İnstitutunun əməkdaşı

_________________________________________

Moris Meterlink (1862–1949, Belçika dramaturqu,

esseçi və şair) 

“Əgər nə vaxtsa insan ət yemədən yaşamağın

mümkünlüyünü dərk etsə, bu nəinki fundamental

iqtisadi inqilab, həm də cəmiyyətin əxlaq və

mənəviyyatında əhəmiyyətli irəliləyiş olacaqdır”. 

_________________________________________

A.N.Beketov (1862–1941, Rusiya və Sovet

arxitektoru, rəssam-peyzajçısı)

“Tək bəşəriyyətə deyil, bütün canlılara sevgi..budur

mənəvi inkişaf etmiş insanın nəcib atributunun –

insanlığın ən yüksək ifadəsi”.

Makkartni Pol (1942, Böyük Britaniyanın rok musi -

qiçisi, müğənni, şair, prodüser)

“Əgər ət kombinatlarında divarlar şüşədən olsaydı,

hamı vegetarian olardı”.



89

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




90

ELM DÜNYASI / Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Ермянистан–Азярбайcан, Даьлыг Гарабаь мцна-

гишясинин ядалятли тянзимлянмясинин ян мцщцм аспек-

тляриндян бири Ермянистанын юлкямизя тяcавцзцня вя

Азярбайcан торпагларыны ишьал етмясиня эюря онун

бейнялхалг щцгуги мясулиййятинин мцяййянляшдирил-

мясиндян вя Азярбайcана дяйян мадди вя мяняви зя-

рярин юдянилмясиня йюнялдилмиш комплекс мясялялярин

щяллиндян ибарятдир. 

Бейнялхалг щцгуг бахымындан Ермянистанын

бейнялхалг-щцгуги мясулиййят дашымасы щеч бир шцбщя

доьурмур. Ермянистан Республикасы бейнялхалг

щцгугун вя БМТ Низамнамясинин норма вя ясас

принсиплярини кобудcасына позмагла, тякcя сцлщя

гаршы cинайят олан вя бейнялхаlг щцгуг цзря тяcав-

цзкарын цзяриня cидди мясулиййят гойан тяcавцзкар

мцщарибяйя башламайыб, щям дя Азярбайcан яразиси-

нин 20%-ни ишьал етмякля, диэяр дювлятин ярази

бцтювлцйцня вя тохунулмазлыьына гаршы тящдид вя йа

эцc тятбиг етмякля баьлы гадаьалара мящял гойма-

мышдыр. Бу факт БМТ Тящлцкясизлик Шурасынын Ермя-

нистан-Азярбайcан, Даьлыг Гарабаь мцнагишяси иля

баьлы гябул етдийи 4 гятнамядя юз яксини тапмышдыр [1;

2; 3; 4]. БМТ Тящлцкясизлик Шурасы юз гятнамяляриндя

Даьлыг Гарабаь реэионунун Азярбайcана мяхсус ол-

масыны бирмяналы олараг тясдиг етмишдир. Бейнялхалг

щцгуги ядябиййатда да ядалятли олараг буна истинад

едилмишдир [5, 44; 6]. «Азярбайcан Республикасынын

Даьлыг Гарабаь бюлэяси» ифадяси БМТ Баш Ассамб-

лейасынын (БА) гятнамясиндя дя тясбит едилмишдир.

Беля ки, БМТ БА-нын 16 йанвар 1998-cи ил тарихли

«БМТ иля Авропа Тящлцкясизлик вя Ямякдашлыг Тяш-

килаты арасында ямякдашлыг» гятнамясиндя «Азярбай-

cанын Даьлыг Гарабаь бюлэяси» вя онун ятрафындакы

мцнагишядян бящс едилир [7]. 

Буна охшар тяфсир БМТ БА-нын 9 феврал 2000-cи

ил, 2 март 2001-cи ил, 14 феврал 2002-cи ил вя 6 феврал

2003-cц ил тарихли гятнамяляриндя дя юз яксини тапмыш-

дыр. БМТ БА-нын 14 март 2008-cи илдя кечирилян 62-cи

сессийасында гябул едилмиш гятнамядя Азярбайcан

Республикасынын бейнялхалг сявиййядя танынмыш сяр-

щядляри щцдудунда онун суверенлийиня вя ярази

бцтювлцйцня щюрмят вя дястяк эюстярилмяси бирбаша

бяйан едилир, щямчинин бцтцн ермяни щярби гцввяляри-

нин Азярбайcан Республикасынын ишьал олунмуш яра-

зиляриндян дярщал, там вя данышыгсыз чыхарылмасы тяляб

едилир. Бу сяняддя Азярбайcан Республикасынын ишьал

едилмиш яразиляриндян говулан ящалинин юз доьма

йурд-йуваларына гайытмасы кими айрылмаз щцгугу да

тясдиг едилир вя мцнагишядян язиййят чякянлярин щяр-

тяряфли реабилитасийасы да дахил олмагла беля бир гайыдыш

ЕРМЯНИСТАНЫН АЗЯРБАЙCАНА ТЯCАВЦЗЦ 

НЯТИCЯСИНДЯ ДЯЙМИШ ЗЯРЯРИН 

ЮДЯНИЛМЯСИНИН ЩЦГУГИ АСПЕКТЛЯРИ



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə