“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   2   3   4   5   6   7   8   9   ...   43

10

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

pub likası Prezidentinin bilavasitə tabe liyinə ve -

ril məsi haqqında” xüsusi Fərman imzalamış və

həmin tarixdən bu qurum Azər baycan Respubli -

kası  nın  Prezidenti  yanında  Ali  Attestasiya  Ko -

mis si yası  adlan mağa  başlamışdır.  Ulu  Öndər  21

fevral 2003-cü il tarixli Fərmanı ilə Azərbaycan

Respubli kası nın Prezidenti yanında  AAK-nın

fəaliy yətini tənzimləyən yeni normativ hüquqi

aktları – «Azərbaycan Respublikasının Prezidenti

yanında Ali Attestasiya Komis siyası haqqında»

və «Alimlik dərəcələrinin və elmi adların veril -

məsi qaydaları haqqında» Əsasnamələri təsdiq

etmişdir. 

Ulu Öndərimiz Heydər Əliyevin elmi mizin,

təhsilimizin və bütövlükdə respubli 

kamızın

gələ cək inkişafı naminə Ali Attes tasiya Komis -

si ya sına daim qayğı və diqqət göstərməsi əsa -

sını qoyduğu və uğurla həyata keçirdiyi siya sətin

mühüm tərkib hissəsi idi. Ümummilli lideri -

mizin kadrların attestasiyası sahəsində vahid

dövlət siya 

sətini həyata keçirməklə əlaqədar

imzaladığı tarixi fərmanlardan sonra Azərbaycan

Respubli ka sı nın  Prezidenti  yanında  Ali  Attes ta -

siya Komis siyasının fəaliyyəti elmin, texnikanın,

təhsilin, mədəniyyətin və incə sənətin inkişafının

müasir tələblərinə cavab verməklə daha ciddi və

məqsədyönlü xarak ter almağa başlamışdır. Bu

gün  respub likamızın tələbatına uyğun olaraq

elmi dərəcələrə və adlara malik olan yüksək ixti -

saslı kadrların hazırlanması Ulu Öndəri mi zin

qayğısı nəticəsində mümkün olmuşdur.



– Respublikamızda siyasi sabitliyin olması,

sosial-iqtisadi sahədə böyük uğur ların qaza -

nıl ması, büdcə gəlirlərinin ildən-ilə artması

elmin inkişafı üçün lazım olan ən zəruri şərt -

lərdən biridir. Qazanılmış bu nailiyyətlər elmin

inkişafına öz müsbət təsirini necə göstərir?

– Ulu Öndərimizin siyasi müdrikliyi, dönməz

əqidəsi, qətiyyəti və xalqın ümum milli liderimizə

olan böyük inamı və dəstəyi sayəsində Azərbaycan

Respubli kasının parçalanmaq və öz müstəqilli -

yini itirmək təhlükəsindən xilas olması respubli -

ka mızda siyasi sabitliyə gətirib çıxardı. Məhz əldə

olunmuş bu siyasi stabilliyin nəticəsidir ki, res -

pub likamızda hər il sosial-iqtisadi sahədə böyük

uğurlar qazanılır və büdcə gəlirləri ildən-ilə artır.

Bu gün Ulu Öndər Heydər Əliyevin əsa sını

qoyduğu siyasi və iqtisadi kurs Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyev

tərəfindən uğurla həyata keçirilir və inkişaf

etdirilir. Qətiyyətlə deyə bilərik ki, bu gün

Azərbaycan Respublika 

sının əldə etdiyi

nailiyyətlər elmi təməl üzə rində həyata keçirilən

uğurlu siyasətə əsaslanır. Azərbaycanın gələcə -

yini təbii resurs lara bağlamayan ölkə rəhbərliyi

neft-qaz gəlirlərinin insan kapitalına çevrilməsi

yönümündə məqsədyönlü və ardıcıl siyasət

yürüdür. Bu siyasət iqtisadi inkişafın elmi sütun -

lar üzərində aparılmasını, innovasiya yeniliklə -

rinin idarəçilikdə tətbiqini, elmlə iqtisadiyyatın

üzvi vəhdətinin təmin olun masını, informasiya

texnologiyalarının inki şaf etdirilməsini, elektron

hökumətin  forma laş dırılmasını,  ölkənin  gələcək

tərəq qisi naminə əsaslı elmi proqnozların irəli

sürülməsini və digər məsələləri aktual tələb kimi

önə çəkir. 

Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan

islahatlar, həyata keçirilən kompleks tədbirlər,

sosial-iqtisadi və mədə ni-mənəvi inkişaf sahə -

sin də qazanılmış nailiyyətlər Azərbaycanın bey -

nəl xalq aləmə inteqrasiyasını daha da yüksək

səviyyədə təmin etməyə, respublikamızın bey -

nəl 

xalq aləmdə nüfuzunun yüksəlməsinə və



bütöv  lükdə respublikamızın və xalqımızın yeni

inki şaf mərhələsinə qədəm qoymasına xidmət

edir.  



– Arif müəllim, elmin inkişafı və yük sək -

ixtisaslı elmi kadrların hazırlanması elmin

qanunverici bazasından əhəmiyyətli dərə cədə

asılıdır. Bu barədə və bu sahədə AAK ilə bağlı

vəziyyət haqda yığcam məlumat verməyinizi

istərdik.

– Şübhəsiz, hər hansı islahatı uğurla həyata

keçirmək, səmərəli nəticələr əldə etmək üçün,

ilk növbədə, onun qanunverici bazasını forma -

laş dırmaq  lazımdır.  Azər baycan  Respub lika sının

Prezidenti  İlham Əliyev 10 aprel 2008-ci il tarixdə

«Azər baycan elmində islahatların aparılması ilə

bağlı Dövlət Komissiyasının yaradıl ması haq -

qında» Sərəncam imzalamışdır. Həmin sənəd

əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu

il tarixli «Azərbaycan Respublikasında 2009–

2015-ci illərdə elmin inkişafı üzrə Milli Stra te -

giya»nın və «Azərbaycan Respublikasında

2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli

Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət

Proqramı»nın təsdiq edilməsi haqqında», habelə

22 may 2009-cu il tarixli «2009–2013-cü illərdə

Azərbaycan Res publikasının ali təhsil siste mində

islahatlar üzrə Dövlət Proqramı»nın təsdiq

edilməsi haqqında», 11 iyun 2011-ci il tarixli

«2011–2013-cü  illərdə  Azərbaycan  təhsi li nin

inkişafı üzrə Milli Strategiyanın hazır lanması

haqqında», 21 oktyabr 2009-cu il tarixli «Azər -

bay 


can Respublikasının Prezi 

denti yanında

Elmin İnkişafı Fondu nun yaradılması haqqında»

Sərəncamlar növbəti illərdə elm və ali təhsil

sahəsində qarşıda duran vəzifələri dəqiq şəkildə

müəyyən ləşdirmişdir. 

Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral

tarixli  «Azərbaycan  Milli  Elmlər  Aka demiya sı -

nın gənc alimlərinin Avropa nın elmi mərkəzlə -

rində doktorantura təhsi li nin maliyyələşdirilməsi

haqqında» Sərən  camı respublikada elmi tədqiqat -

ların müasir standartlar səviyyəsində aparılma -

sına,  ölkə nin  elmi  kadr  potensialının  artı   rıl    ma sına,

Azərbaycan elminin dünya elm məkanına inteq -

rasiyasının təmin olunmasının sü rətlən dirilməsinə

xidmət edir. 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci

il 5 iyun tarixli 769 nömrəli Sərən 

camı ilə

«Azər bay can  Respublika sı nın  Prezi  denti  yanında

Ali Attestasiya Komis siyası haqqında Əsasnamə»yə

və «Alimlik dərəcələrinin və elmi adların veril -

məsi qay daları haqqında Əsasnamə»yə edilən

əlavə və dəyişikliklər həm yüksək ixtisaslı elmi

və elmi-pedaqoji kadrların attesta si yası sahə -

sində, həm də Azərbaycan elminin beynəlxalq

aləmdə səviyyəsinin və nüfu zunun yüksəlməsi

istiqamətində çox mühüm əhəmiyyətə malikdir. 

Bütün bu sənədlər AAK-nın fəaliyyətinə hüquqi

əsas yaradır və bu dövlət quru munun səmərəli

fəaliyyətinin tənzimlən məsinə imkan verir.

– Arif müəllim, Azərbaycan elminin bey nəl -

 xalq elm məkanına inteqrasiyasında AAK-nın

rolu danılmazdır. İddiaçıların elmi əsər lərinin

nüfuzlu xarici elmi nəşr lərdə dərc olunmasına

dair AAK-nın müva fiq Əsas naməsindən irəli

gələn  tələbi Azərbaycan elmi 

nin inkişafında

hansı irəliləyişə gətirib çıxar mışdır?

– AAK-nın Əsasnaməsində qeyd olunur:

«Dissertasiyanın əsas elmi nəticələri onun ilkin

ekspertizasına qədər Azərbaycan Respublika -

sının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu

(beynəlxalq elmi icti maiyyət tərəfindən birmə -

nalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi

nəşrlərində dərc olunmalıdır. Azərbaycan Res -

pub lika sının müvafiq  elmi nəşrlərinin siyahısı

Ko missiya tərəfindən müəyyən edilir». Yuxarıda

qeyd olunan Əsasnamədə daha sonra göstərilir ki,

iddiaçıların fəlsəfə doktoru dissertasiyalarının

nəticələrinə dair ən azı beş, o cümlədən xarici

ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir,

elmlər doktoru dissertasiyalarının nəticələrinə

dair isə ən azı iyirmi, o cümlədən xarici ölkə -



11

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə