“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   2   3   4   5   6   7   8   9   10   ...   43

baycan elminin beynəlxalq aləmdə səviy yəsinin

və nüfuzunun yüksəlməsinə əhəmiyyətli

dərəcədə təsir edir. Təsadüfi deyil ki, respubli -

kamızın ali təhsil müəssisələrinin və elmi

müəssisələrinin əmək daşlarının Citation Index

seriyalarına daxil olan jurnallarda dərc olunan

məqalələrinin sayı ildən-ilə artır. Məsələn,

Azərbaycan Respubli kası Təhsil Nazirliyinin

hesabatlarına istinadən qeyd etmək olar ki,

respublikamızın ali təhsil müəssisələrində

çalışan əməkdaşların Citation Index seriyalarına

daxil olan jurnallarda dərc olunmuş məqalələ -

rinin sayı 2008-ci ildə 86 olduğu halda, 2012-ci

ildə bu say artaraq 322-yə çatmışdır. Respubli -

ka 

mızın ali təhsil müəs 



sisələrinin və elmi

müəssisələrinin əmək  daş  la rının  Citation  Index

seriyalarına daxil olan jurnallarda dərc olunan

məqalələrinin sayının ildən-ilə artmasında

Azərbaycan Respublikası Preziden tinin 2008-ci

il 5 iyun tarixli 769 nömrəli Sərən 

camı ilə

«Azərbaycan Respublikasının Prezidenti yanında

Ali Attestasiya Komissiyası haqqında Əsas 

-

namə»yə və «Alimlik dərəcə 



lərinin və elmi

adların verilməsi qaydaları haqqında Əsasnamə»yə

edilən əlavə və dəyişikliklərin mühüm əhəmiy -

yətə malik olması xüsusi olaraq qeyd olunmalıdır.



– Azərbaycanda nəşr olunan dövri elmi

nəşrlər qarşısında AAK tərəfindən qoyulan

tələblər Azərbaycan elminin səviyyəsinin

yük səl məsinə və Azərbaycan elminin beynəl -

xalq elm məkanına inteqrasiyasına nə dərəcədə

kömək edir?

– Azərbaycan elminin beynəlxalq elm məka -

nına inteqrasiyası və onun beynəlxalq aləmdə

səviyyəsinin və nüfuzunun yüksəlməsi respubli -

ka mızda nəşr olunan dövri elmi nəşrlə rin reytin -

qini müəyyən edən keyfiyyət və kə 

miy 

yət


gös tə ricilərindən əhəmiyyətli dərəcədə asılıdır.

Bu baxımdan respublikamızda nəşr olunan dövri

elmi nəşrlər qarşısında da böyük vəzifələr durur.

Azərbaycan   Respublikasında   dissertasiyaların

əsas   nəticələrinin   dərc olunması  tövsiyə edilən

dövri  elmi  nəşrlərlə bağlı respublika elmi

ictimaiyyətinin rəyi, dövri elmi  nəşrlərin baş

redaktorlarının iştirakı ilə keçirilmiş  elmi-

praktik  seminarda onlar tərəfin dən irəli sürülən

faydalı təklif və tövsiyələr  nəzərə alınmış və

Azərbaycan Respublikasının Prezidenti yanında

Ali Attestasiya Komissiyası Rəyasət  Heyətinin

2010-cu il 30 aprel  tarixli  icla   sında “Azərbay -

can   Respublikasında   disser tasiyaların   əsas   nəti -

cələrinin   dərc olunması  tövsiyə edilən  dövri

elmi  nəşrlər qarşısında qoyulan tələblər”  təsdiq

edilmişdir. Respubli kamızda nəşr olunan dövri

elmi nəşrlər qarşısında Azərbaycan Respublika -

sının Prezidenti yanında Ali Attestasiya Komis -

siyası tərəfindən qoyulan tələblər Azərbaycan

elminin beynəlxalq elm məkanına inteqrasi 

-

yasına və onun beynəl xalq aləmdə səviyyəsinin



və nüfuzunun yüksəl mə sinə xidmət edir. Bu

tələblərdən bəzilərini nəzərdən keçirək.

Azərbaycan   Respublikasında   dissertasiya ların

əsas   nəticələrinin   dərc olunması  tövsiyə edilən

dövri  elmi  nəşrlər qarşısında AAK tərə findən

qoyulan ən vacib tələblərdən biri dövri elmi nəş -

rin Beynəlxalq Standart Seriya Nömrəsi (İSSN)

almasıdır. Bu tələb dövri elmi nəşrin beynəlxalq

səviyyədə qeydə alınaraq tanınması üçün mühüm

əhəmiyyət kəsb edən şərtlərdən biri sayılır.



Dövri  elmi  nəşrlər qarşısında qoyulan

digər mühüm tələblərdən biri də ondan iba -

rətdir ki, dövri elmi nəşrin  internetdə saytı

olmalı və onun “onlayn” olaraq məqalə qəbul

etmək imkanı olmalıdır. Bu tələb ona görə

mühüm sayılır ki, dövri elmi nəşrin  internetdə

saytı olduqda və onun “onlayn” olaraq məqalə

qəbul etmək imkanı olduqda respublikamızdan

və beynəlxalq aləmdən olan istənilən bir mütə -

xəssis və ya şəxs bu dövri elmi nəşr və orada

dərc olunan məqalələr barədə istənilən vaxt

məlumat əldə edə bilər, yaxud bu dövri elmi

nəşrə  istənilən vaxt dərc olunmaq məqsədilə

14

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




yeni elmi məqalə göndərə bilər. Bu, bir həqi -

qətdir ki, respublikada dərc olunan elmi jurnallar

böyük tirajla nəşr olunmur və nəşr nüsxələrinin

sayı  üç yüzü aşmır. Bu jurnalları çap olunmuş

şəkildə dünyanın bütün elmi mərkəzlərinə, ali

təhsil müəssisələrinə  çatdırmaq fiziki və iqtisadi

baxımdan çox çətin bir məsələdir. Dövri elmi

nəş rin  internetdə saytı  olduqda onun qeydiy -

yat dan keçmiş və beynəlxalq E-İSSN kodu almış

elektron variantı dünyada bütün elmi mərkəzlər,

ali təhsil müəssisələri və ya istənilən bir şəxsə

asanlıqla əlçatan olur. Bu, Azərbaycan elminin

səviyyə sinin  və nüfuzunun beynəlxalq miqyasda

yüksəl məsi üçün çox mühüm bir amildir. 

Respublikada nəşr olunan dövri elmi nəşrlər

qarşısında qoyulan tələblərdən biri də ondan

ibarətdir ki, dövri elmi nəşr, elm sahələrinə uyğun

olaraq, Web of Science, Chemical Abstracts,

CrossRef, İnspire, Historical Abstracts, Sociolo -

gical Abstracts, SCOPUS, Web of Knowledge,

Astrophysics, Pub Med, Springer, SPIN, Elec -

trical and Electronics Index, GeoRef və s. kimi

beynəlxalq xülasələndirmə və indekslən dirmə

sistemlərindən ən azı birinə daxil olma 

lıdır.

Əgər respublikamızda nəşr olunan hər hansı bir



dövri elmi nəşr yuxarıda qeyd olunan beynəl -

xalq xülasələndirmə və indeksləndirmə sistem -

lərindən ixtiyari biri tərəfindən qeydə alınıbsa,

bu, o deməkdir ki, dünyanın istənilən bir elmi

mərkəzində və ya ali təhsil müəssisəsində işlə -

yən hər hansı bir mütəxəssis və ya dünyanın

istə ni lən bir yerində yaşayan hər hansı bir şəxs

həmin xülasələndirmə və indeksləndirmə siste -

minə daxil olaraq həmin dövri elmi nəşrdə dərc

olunmuş istənilən elmi məqalə haqqında yığcam

və zəruri məlumatı operativ şəkildə əldə edə bilər.

Dövri elmi nəşrin yuxarıda qeyd olunan

xülasələndirmə və indeksləndirmə sistemlərin -

dən ixtiyari birinə daxil olması üçün orada dərc

olunan hər bir məqalənin ingilis dilində və digər

beynəlxalq dillərdən hər hansı birində

xülasəsinin verilməsi vacib şərtlərdən biri

sayılır. Dövri elmi nəşrlərdə dərc olunan hər bir

məqalənin Azərbaycan dili ilə yanaşı ingilis

dilində və beynəlxalq dillərin digər birində

xülasəsinin verilməsi  tələbi həm dövri elmi

nəşrlərimizin beynəlxalq standartlara cavab

verməsi, həm də Azərbaycan elminin ən son

nailiyyətlərinin dünya elmi ictimaiyyətinə çox

qısa bir zamanda çatdırılması  baxımından

mühüm əhəmiyyət kəsb edir.

Respublikamızda nəşr olunan dövri elmi

nəşrlərin beynəlxalq aləmdə reytinqinin yüksəl -

məsinə güclü təsir edən faktorlardan biri də

ondan ibarətdir ki, həmin dövri elmi nəşrlərdə

baxılan elm və ya texnologiya sahəsində qabaq -

cıl olan dünya ölkələrindən  daxil olan elmi

məqa lələrin çapına yer verilməlidir. Bu məqsədlə

respublikamızda nəşr olunan dövri elmi nəşrlər

qarşısında müvafiq tələb qoyulmuşdur. Respub -

lika mızda nəşr olunan dövri elmi nəşrlərin qısa

bir zamanda beynəlxalq aləmdə tanınması üçün

həmin dövri elmi nəşrlərin redaksiyaları dün -

yada tanınmış alimlərin və ya yenicə tanınmağa

başlayan perspektivli alim lərin elmi məqalələ -

rinin həmin elmi nəşrlərdə dərc olunmasında

maraqlı olmalıdırlar. Bu baxımdan, dövri elmi

nəşr hansı dillərdə məqalə dərc edirsə, həmin

dillərin hər birində  məqalə müəllifləri üçün

qaydalar verməlidir. Digər tərəfdən dövri elmi

nəşrlərin beynəlxalq aləmdə tanınması üçün

həm də həmin dövri elmi nəşrlərin redaksiyaları

dünyada tanınmış alimlərin həmin dövri elmi

nəşrlərin redaksiya heyətinə daxil edilməsində

maraqlı olmalıdırlar.

– Dissertasiyaların elmi nəticələrinin bey -

nəl xalq simpozium, konfrans, seminar və digər

elmi tədbirlərdə məruzə edilməsinə dair AAK-nın

15

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə