“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

16

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



tələbinin elmimizin beynəlxalq aləmdə tanın -

masında rolu barədə fikrinizi bilmək istər -

dik?

– “Elmi dərəcələrin və elmi adların verilməsi

qaydaları haqqında Əsasnamə”yə görə, disserta -

siyanın əsas elmi nəticələrini əks etdirən dərc

olunmuş işlərə əlavə olaraq, ümumres publika və

beynəlxalq konfrans və simpozium larda edilmiş

məruzələr üzrə dərc olunmuş materiallar da

aiddir. Dissertasiyaların elmi nəticələrinin bey -

nəl xalq simpozium, konfrans, seminar və digər

elmi tədbirlərdə məruzə edilməsi tələbi alimlə -

rimizin və onların elmi əsərlərinin beynəlxalq

aləmdə tanınması, Azər baycan elminin  nüfuzu -

nun və səviyyəsinin bey nəl xalq aləmdə yüksəl -

məsi və bütövlükdə elmimizin beynəlxalq elm

məkanına inteqra siyası işinə bilavasitə xidmət

edir. Alimlərimi zin, doktorant və dissertantla -

rımızın  beynəlxalq konfrans və simpoziumlar

vasitəsilə dərc etdir dikləri məruzə və tezislərin

sayının ildən-ilə artma sında və nəticədə elmi -

mizin beynəlxalq aləmdə getdikcə yüksək səviy -

yədə təmsil olunmasında AAK-nın iddiaçı ların

elmi nəticə lərinin beynəlxalq səviyyədə məruzə

edilməsi tələbinin müsbət rolunu xüsusi olaraq

qeyd etmək lazımdır.  



– Arif müəllim, bildiyimizə görə, artıq

dissertasiyaların avtoreferatlarının elektron

variantları müdafiədən öncə AAK-nın rəsmi

internet saytında yerləşdirilir. Bu informa -

siya bazasının yaradılması elmimizin beynəl -

xalq aləmdə tanınmasında hansı əhəmiyyətə

malikdir?

– Dissertasiyaların avtoreferatlarının

müdafiədən öncə AAK-nın rəsmi internet saytında

yerləşdirilməsi və azərbaycan dilində təqdim

olunmuş dissertasiyaların avtoreferat 

larında


ingilis və rus dillərində xülasələrin veril məsinə

dair AAK-nın müvafiq Əsasnaməyə uyğun

tələbi Azərbaycan elminin ən son nailiy 

yət 


-

lərinin çevik şəkildə beynəlxalq elmi icti maiy -

yətə çatdırılmasına və onun beynəlxalq aləmdə

nüfuzunun yüksəlməsi işinə bilavasitə xidmət

edir.   

– Elmimizin beynəlxalq standartlara

uyğun 

laşdırılmasında  və ixtisasların yeni

təsnifatının daxil edilməsində AAK-nın fəal

rolu respublika mızın elmi ictimaiyyətinə yaxşı

məlumdur. Bu sahədə görülən işlər barədə də

eşitmək istərdik.

– Elmi və elmi-pedaqoji işçilərə elmi

dərəcələr verilməsi üzrə ixtisasların nomenkla -

turasının beynəlxalq təşkilatların qəbul etdiyi

elmi ixtisas siyahılarına uyğunlaşdırılması pro -

se sində AAK-nın Azərbaycan Respublikasının

müvafiq dövlət orqanları, elmi müəssisələri, ali

təhsil müəssisələri və respublikamızın elmi

ictimaiyyətinin alimləri ilə  birgə fəal iştirakını

xüsusi olaraq qeyd etmək yerinə düşərdi.

Azərbaycan Respublikası Prezidentinin  2009-cu

il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq

edilmiş “Azərbaycan Respublikasında 2009–

2015-ci illərdə elmin inkişafı üzrə Milli Stra -

tegiyanın həyata keçirilməsi ilə bağlı Dövlət

Proqramı”nın icrasına dair Tədbirlər Planının

22-ci bəndinə uyğun olaraq, Azərbaycan Res -

publikasının Prezidenti yanında AAK “Azər -

baycan Respublikasında elmi və elmi-pedaqoji

işçilərə elmi dərəcələr verilməsi üzrə ixtisasların

nomenklaturası”nın UNESCO-nun və digər

beynəlxalq təşkilatların qəbul etdiyi elmi ixtisas

siyahılarına uyğunlaşdırılması tapşırığını Azər -

baycan Milli Elmlər Akade miyası, Azərbaycan

Respublikasının Təhsil Nazir 

liyi və digər

müvafiq dövlət orqanları ilə birgə hazırlamış və



nəticədə, Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2012-ci il 15 mart tarixli 65 nöm -

rəli qərarı ilə “Ali təhsilin doktorantura səviy -

yəsi üzrə ixtisasların təsni fatı” və Azərbaycan

Respubli kasının Prezidenti yanında AAK Rəya -

sət Heyə tinin  2012-ci il 13 aprel tarixli qərarı

ilə  “Azərbaycan Respubli kasında elmi və elmi-

pedaqoji işçilərə elmi dərəcələr verilməsi üzrə

ixtisasların nomenkla turası” təsdiq edil mişdir.

Qəbul olunmuş bu sənədlərə əsasən  ali təhsil

müəssisələrində və elmi müəssisələrdə dokto -

ran turalara qəbul aparılarkən və elmi dərəcələr

və elmi adlar verilməsinə dair AAK qarşısında

vəsatət qaldırılarkən müvafiq ixtisas lar qəbul

olunmuş nomenklaturaya uyğun olma 

lıdır.


Şübhəsiz ki, bu, ali məktəblərin mə  zun   la rının,  elmi

dərəcə və elmi ad sahib lə ri nin müvafiq diplom və

attestatlarının hər bir ölkədə tanın masında  vacib

bir addımdır. 



–  Elmimizin sabahının etibarlı təminatını

nədə görürsünüz?

– Elmimizin sabahının etibarlı təminatını

artıq  bərqərar olmuş qüdrətli dövlətimizdə, düz -

gün daxili və xarici siyasətimizdə, respub lika -

mızda hökm sürən siyasi sabitlikdə, güclü

iqtisa diy yatımızda,  gündən-günə  peşəkar laşan

kadr potensialımızın olmasında görürəm.  Bütün

bunlar isə praqmatik düşüncəyə və geniş

erudisi yaya malik olan Prezidentimiz  İlham

Əliyevin düzgün siyasəti və  çevik diploma -

tiyası sayə sində mümkün olmuşdur. İnanırıq

ki, bu il oktyabrın 9-da müdrik xalqımız, o

cümlədən Azərbaycan alimləri respublikamızın

mütərəqqi inkişafı, etibarlı və parlaq gələcəyi

naminə ən düzgün seçimini edərək, yenidən

İlham Əliyevə etimad göstərəcək və onun Azər -

baycan  Respub li ka sının  Prezidenti  postunu tutma -

sına səs verəcək. 



Müsahibəni apardı :

Emin Bayramzadə

17

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə