Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

siologiya, kulturologiya və  siyasi elmlər

tərəfindən öyrənilməsini qəbul etmə 

məmiz

anlamına gəlmir. Bu istiqamətdə təd qiqatlar



Azərbaycanda da həyata keçirilir. Nə qədər

konkret biliklər olsa, o qədər yaxşıdır. Lakin

filosof kişi və qadın arasında müxtəliflik və

anlaşma haqqında  fikirləşərkən digər cinsin

identikliyinin nədən ibarət olmasını izah etmək

qabiliyyətinə malikdir. Әlbə ə, Qərbdə və

Şərqdə bu məsələyə müxtəlif cür yanaşırlar,

burada bir çox şeylər mədəniy yətdən, ənənə ‐

dən, şüurdan asılıdır. Hə a müxtəlif cəmiy ‐

yətlərdə müasirliyə cəhdlə yanaşı, başlanğıca,

arxaikaya qayıdış ten densiyaları da müşahidə

olunur və bu, bir qayda olaraq, kişilərin domi ‐

nant 

lığı ilə bağ 



lıdır. Bununla belə, proble 

matikanın mahiy yəti hamı tərəfindən qəbul



edilir.

Adil Әsədov (AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutu, Estetikanın nəzəri və tətbiqi

problemləri şöbəsinin müdiri).

Düşünürəm ki, bu gün filosof, faktiki olaraq,

mədəniyyətlərin qarşılıqlı əlaqələrində modera tor

kimi çıxış edir. Həm də qeyd etmək istəyirəm

ki, bir tərəfdən mövcud mədəniy yətlər, digər

tərəfdən isə o mədəniyyətlər ara sında ki, biri

mövcuddur, digəri isə möv cud olma lıdır. Bu

aspektləri ayrı‐ayrılıqda nəzər dən keçirək.

Filosofun roluna münasibətimi təqdim etmək

üçün öz fikrimin aydınlaşdırılmasında adi

sosial sxemdən istifadə etmək istərdim. Hər bir

tam suveren millətdə sanki birgə şəkildə dörd

mədəniyyət tipi mövcuddur: cəngavər, icma,

zadəgan, şəhər. Bu mənada, hər bir millətin su‐

verenliyi və beynəlxalq nüfuzu, ilk növbədə,

bu mədəniyyətlərin daşıyı cılarının keyfiyyət

parametrləri və nisbəti ilə müəyyənləşir. Әgər

əkinçilik mədəniyyəti yoxdursa, bu millət

kifayət qədər təminatlı ola bilməyəcək. Eləcə

də cəngavərlik mədəniyyə tinin daşıyıcılarının

miqdarı kifayət qədər deyilsə, o millət öz

təhlükəsizliyini təmin edə bilməyəcək. Şəhər

mədiyyətinin daşıyıcıla 

rının kəmiyyəti

qədərində olmazsa, onda o millət yetərincə

sivil ola bilməz. Aristokratik mədəniyyətin

daşıyıcılarının miqdarı lazımi səviyyədə ol‐

mazsa, bu millət tam suveren ola bilməz, yalnız

vahid sosial orqanizm kimi  suveren millət ola

bilər.


Fəlsəfə hər zaman, bir növ, mövcud olan

sosiumların daxilində (yəni yuxarıda qeyd olu ‐

nan sosiomədəni qruplar arasında) dünyagö ‐

rüşlərin ortaq vəziyyətini və ya bir‐birini əvəz

edən mədəniyyət tiplərinin arasında olan keçid

vəziyyətlərini fiksə edir. Bu səbəbdən də filoso‐

fun vəzifəsi dünyagörüşünü formalaş 

dır 


maqdan ibarətdir. Bu həm də fəlsəfənin rolu dur.

Fəlsəfə dünyagörüşünün yaradılması və ra si onal ‐

 laşdırılması  ehtiyacından  yaran mış dır.  Fəlsəfi

fəaliyyətin bu istiqaməti, o cümlədən fəlsəfi təfək ‐

kürün təşəkkülünün bila vasitə əxlaqi ideal ların

dinamikası ilə bağlı lığında  ifadə tapır. Çünki hər

bir dövrdə davra nış mədəniyyəti bu və ya digər

konkret əxlaqi keyfiyyətə əsasən formalaşır:

döyüşkən qədim dövr üçün igidlik, orta əsrlə ‐

rin kənd mühiti üçün mehribanlıq və mər ‐

həmətlilik, Yeni dövr ticarətçiliyi üçün azadlıq

və tədbirlilik başlıca əxlaqi dəyər mahiyyəti

daşımışdır. Yeni dövrün materializm və deter‐

ministik elmi insana dünyanı azad və tədbirlə

idarə etməyə sanki ontoloji əsas verirdi. Bu gün

dünyada bir çox şeylər dəyişilir və əxlaqi

idealların  dinami ka sını  anlamaq  üçün  fəlsəfi

təfəkkürə zərurət yaranır.

Hər bir dövrün təfəkkürünün «Dünyanı nə

idarə edir?» sualına cavabı da özünəməxsus

olmuşdur. Qədim dövr dünya proseslərinin

hərəkətverici qüvvəsinin universal səbəbini

Dünya İradəsi – Tale ilə, Orta əsrlər – ilahi iradə

ilə, Yeni dövr isə – qanunlarla  eyniləş dirirdi.

Buna müvafiq olaraq, bu və ya digər dövrdə

biliyin bu və ya digər paradiqması mütləq

olmuşdur. Görünür, elə bu səbəbdən də qədim

dövr üçün mifologiya, orta əsrlər üçün din,

yeni dövr üçün nəzəri təbiətşünaslıq mütləq

həqiqət statusu əldə etmişdir. Mifolo giyanın

predmetini, özünün saysız‐hesabsız təzahür ‐

ləri ilə,  Dünya İradəsi – Tale, dinin predmetini

– ilahi iradə, nəzəri təbiət şünas lığın predmetini

isə təbiət qanunu təşkil edir.

Güman edirəm ki, deyilənlər mənim o fik ‐

rimi aydınlaşdırır ki,  bu gün, Yeni dövrün əvəz ‐

ləndiyi bir zamanda, filosof insanın dünyada

öz yaşayışını təmin etməsi üçün yeni ontoloji

əsaslar verə biləcək dünyagörüşü perspektivini

axtarmaq qabiliyyətinə malik olmalıdır. Bu,

29

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




çox çətin məsələdir. Lakin bu məsələlər bizim

multimədəni, qloballaşan, dinamik dünya mız ‐

da mədəniyyətlərarası qarşı 

lıqlı əlaqələrdə

nəzərdən keçirilir.             

Dilarə Müslüm‐zadə (AMEA Fəlsəfə, Sosio ‐

logiya və Hüquq İnstitutu, Etika şöbəsinin apa ‐

rıcı elmi işçisi).

Şərq və Qərb mədəniyyətləri və sub mədə ‐

niyyətləri, millətlər arasında mövcud olan

müxtəlifliklər, fikrimizcə, bu gün qarşılıqlı

anlaşmanın hər hansı bir ümumi prinsiplə rinin

qəbulunu tələb edir. Milli maraqlarda kompro‐

mis axtaran və dünya kontekstində bir çox hal‐

larda aydın olmayan, müxtəlif cür anlaşılan

siyasətə tədricən keçid də müəyyən dərəcədə

buna sübutdur. Әgər «ikiqütblü» dünyanın,

nisbi sabit və müəyyən mənada, aydın olan,

sərt şərtlərində, milli dövlət üçün «böyüyün

ardınca getmək» üstün tutulurdusa, müasir di‐

namik, siyasi məkanda çox şeylər dəyişilib. Bu

gün dünya məhz özünün hər şeyə təsir gücünə

malik «çoxqütblülüyü», yüksək səviyyədə

qeyri‐müəyyənliyi ilə xarakterizə olunur. Və

buna müvafiq olaraq, dövlətlər, millətlər

arasında qarşılıqlı əlaqə lərdə meydana çıxan

humanitar problemlər siyasi aktyorlar üçün

mahiyyət kəsb etməyə başlayır. Beynəlxalq

münasibətlərin fəlsəfə sində onu şərtləndirən

və ola bilsin ki, per sonallaşdırmağa sövq edən

fəlsəfi möv 

qeyin formalaşmasına ehtiyac

yaranır.


«Çoxqütblülük», prinsip olaraq həm siyasə ‐

tin, həm iqtisadiyyatın və hə a mədəniy yətin

inkişaf rəqabətini aktuallaş dırır. Həm də bu

rəqabət,  yüksək səviyyədə müxtəlif növ xərc ‐

lərlə birləşdirilərək, fərqli siyasi, iqtisadi,

mədəni, hərbi şərait və böhran, qarşıdurmalar,

qeyri‐bərabər inkişaf səviyyəsi fonunda baş

verir. Bəzən öz aralarında rəqabət aparan müx ‐

təlif biznes elitasının, siyasi elitanın, cəmiyyətin

özünəməxsus  submədə niy yətə  və  dəyərlərə

malik fərqli təbəqələrinin inteqrasiyasını reallaş ‐

dırmaq getdikcə daha çətin olur.  Submədəniy ‐

yətlərin dialoqu sanki ictimai həyatın müxtəlif

sahələrini və səviy yələrini əhatə edən dərin

dəyişikliklərin kəsişməsində qərarlaşır. 

Bəs görəsən, bu rəqabət necə tarazlaşdırıla

bilər. Amerikan sosioloqu Q.Blumer kommu‐

nikasiya formalarını təhlil edərək belə qənaətə

gəlmişdir ki, neqativliyin, təcavüzkarlığın azal ‐

dılması vətəndaşların siyasi mədəniyyət lərinin

səviyyəsinin yüksəldilməsi, vətəndaş cəmiy ‐

yəti mədəniyyətinin inkişafı cəmiyyətdə tole ‐

rantlığın və fikir plüralizminin gücləndiril məsi

ilə bağlıdır. Görünür,  biz daha çox hər bir

konk ret dövlətin və cəmiyyətin çoxsaylı, qlobal,

ümumbəşəri mədəniyyətlərarası dialoqu pro ‐

ses lərindən danışmaqda haqlıyıq. Bu keçid bir

çox şeylərə – iqtisadiyyata, siyasətə, dövlətin

suverenliyinə və s. – fərqli cəhətdən baxmağa

vadar edir.

Müasirliyin bir tendensiyasını da informa‐

sion mübadilənin həcmi və onun fərdin, qru ‐

pun, millətin identikliyinə təsiri müəy yən  ləşdirir.

Bu gün dünyada, coğrafi məsafədən və mədəni

müxtəliflikdən asılı olmayaraq, bütün millətlər

eyni informasiya mənbəyinə bağlıdırlar, virtual

kommunikasiya proseslə rinin iştirakçıları, bəzən

isə «girovudurlar». Virtual şəbəkələrə nəzarət

və onların qeyri‐rəsmi şəkildə inzibati nəzarə ‐

tinin həyata keçirilməsi bu gün hərbi potensial‐

dan az əhə miyyət kəsb etmir. Şəbəkə birlikləri

cəmiyyət həyatının kommunikativ təşkilindən

yaran 

dıq 


larına görə onlar insanların və ya

qrupların bir‐birinə qarşılıqlı təsirinə səbəb

olan,   bir növ, kommunikativ interaksiyaların

«sıxıl  ması» kimi nəzərdən keçirilə bilər. Bu

səbəb dən də müasir dövr iqtisadiyyatdan, siya ‐

sət dən, beynəlxalq münasibətlərdən, gücdən

daha çox dünyada informasiyanın sürətlə

inkişafının payına düşən  ümumi gəlirə əsas ‐

lanır. Lakin eyni zamanda hamı, bu və ya digər

səviyyədə, bir çox hallarda sıxışdırılan və

saxtakarlıqlarla, simulyasiyalarla əvəz edilən

«həqiqətin istehsalçılarına» çevrilir. Buna görə

biliyə, fəlsəfəyə, filosofa ehtiyac kəskinləşir və

eyni zamanda sanki bunun əksi olaraq, bəlkə

də, bizim adət etdiyimiz  ənənəvi mədəniy ‐

yətin  mühüm xüsusiyyətləri silinir. Nəticədə

müxtəlif   mədəniyyətlərin nümayəndələri arasında

həyata keçən qarşılıqlı kommunikativ əlaqələr

mədəniyyətlərarası təsir xüsusiy yə tini itirir.

Mövcud şəbəkələr fərdlərarası münasi bət ‐

ləri millətdən, vətəndaşlıqdan kənar,  «dünya

sosiumu sinergiyasını» özündə cəmləşdirən,

spontan şəkildə yaranan, böyük təsir potensi ‐

alına malik strukturlar ətrafında konsolidasiya



30

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə