Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   2   3   4   5   6   7   8   9   ...   44

7

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014

Akademik A.Paşayevin 400‐dən çox elmi

əsəri dərc olunmuşdur. O, 30‐dan artıq kitabın,

monoqrafiyanın müəllifidir, 60‐dan artıq ixtira

üçün müəlliflik şəhadətnaməsi və sənaye

nümunələri almışdır.

Azərbaycan Respublikası Prezidentinin

fərmanlarına əsasən Azərbaycan elminin və

təhsilinin inkişafındakı xidmətlərinə görə

«ŞÖHRӘT» və «ŞӘRӘF» ordenləri ilə təltif

edilmişdir. Akademik Arif Paşayev Azərbay ‐

can elm və təhsil xəzinəsinə verdiyi töhfələrə,

Azərbaycan elmini dünya səviyyəsində

ləyaqətlə təmsil etdiyinə görə «Әməkdar elm

xadimi» fəxri adına, Ümumdünya Әqli Mülkiy ‐

yət Təşkilatının Ali mükafatına – «Qızıl medal»ına,

eləcə də Beynəlxalq Mühəndislik Akademi ‐

yasının yubiley «Qızıl medal»ına, «Mühən ‐

dislik şöhrəti» ordeninə layiq görülmüşdür.

29 fevral 2008‐ci il tarixində Dövlətlərarası

Aviasiya Komitəsinin sədri Tatyana Anodina

akademik Arif Paşayevə «Aviasiya mütəxəs sis ‐

lərinin hazırlanması işindəki xüsusi xidmət ‐

lərinə və tədris prosesinin nümunəvi təşkilinə

görə» Qızıl medal təqdim etmişdir.

2009‐cu ildə MAA‐nın rektoru, akademik

Arif Paşayev Beynəlxalq Mühəndislik Akade ‐

miyasının Beynəlxalq mükafat laureatı dip lomu

və Böyük Qızıl medalı ilə də təltif olun  muşdur.

MAA‐nın tələbələrinə göstərdiyi yüksək

qayğı və dəstəyinə görə Arif Mir Cəlal oğlu

Paşayev 2010‐cu ilin mart ayında Bakı şəhər

Gənclər və İdman Baş İdarəsi tərəfindən «İlin

ən fəal rektoru» fəxri diplomu ilə təltif edil ‐

mişdir.


Azərbaycan Respublikası Prezidentinin

«Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin

təsis edilməsi haqqında» 3 may 2010‐cu il tarixli

885 nömrəli Sərəncamının 6‐cı bəndinin icra ‐

sının təmin edilməsi məqsədilə Azərbaycan

Res publikası Rabitə və İnformasiya Texnolo ‐

giyaları Nazirliyinin 5 iyul 2010‐cu il tarixli 6

saylı kollegiyasının qərarına əsasən Kosmik məsə ‐

lələr üzrə Şura yaradılmış və akademik Arif

Paşayev həmin şuraya sədr təyin olunmuşdur.

2011‐ci ilin may ayında Milli Aviasiya

Akademiyasının rektoru, akademik Arif Paşa ‐

yev «Qafqaz Universiteti ilin adamlarını seçir»

layihəsi çərçivəsində «İlin elm adamı» fəxri

adına layiq görülmüşdür.

2011‐ci il oktyabr ayının 24‐də akademik

Arif Paşayev Beynəlxalq Mühəndislik Aka 

demiyasının (BMA) vitse‐prezidenti seçilmiş və



o, BMA‐nın ən yüksək mükafatı – «Mühən ‐

dislik şöhrəti» ordeninə layiq görül müşdür.

MAA‐da respublikamızda analoqu olma ‐

yan, beynəlxalq standartlar səviyyəsində Aka ‐

demiya şəhərciyinin salınması işində gərgin

yaradıcılıq fəaliyyəti, müntəzəm şəkildə apar ‐

dığı islahatlar, təhsilin səviyyəsinin yüksəl ‐

dilməsi ilə bağlı şəxsi nəzarəti, MAA‐da sağ lam

elmi‐pedaqoji mühit yaratması, yüksəkixtisaslı

mütəxəssisləri MAA‐ya dəvət etməsi, bir çox

elmi müəssisələrin iştirakı ilə keçirilən elmi‐

praktiki konfranslara rəhbərlik etməsi onun

yüksək elmi potensiala və təşkilatçılıq

qabiliyyətinə malik olmasına sübutdur.

Azərbaycan Respublikası Prezidentinin

14 fevral 2014‐cü il tarixli Sərəncamı ilə Azər ‐

baycan Respublikasında səmərəli elmi fəaliy ‐

yətinə və təhsilin inkişafında xüsusi xid mət lərinə

görə Arif Mir Cəlal oğlu Paşayev «İstiqlal» ordeni

ilə təltif edilmişdir. 

Azərbaycan Mühəndislik Akademiyasının

prezidenti akademik Arif Paşayev elm və tex ‐

nikanın inkişafına, beynəlxalq əməkdaşlığın

möhkəmlənməsinə böyük töhfələrinə görə

Ukrayna Mühəndislik Akademiyasının akade ‐

miki seçilmiş, Ukrayna Mühəndislik Akade ‐

miyasının ali mükafatı – «Mühəndislik Şöhrəti»

ordeni ilə təltif edilmişdir.




Görkəmli alim, AMEA‐nın prezidenti,

Geo 


logiya İnstitutunun direktoru, Azər 

baycan Geoloqları Milli Komitəsinin prezi ‐



denti, əməkdar elm xadimi, Azərbay 

can


Dövlət mükafatı laureatı, geologiya‐mine ‐

ralogiya elmləri doktoru, professor, aka 

demik Akif Ağamehdi oğlu Әlizadənin 80



yaşı tamam olur.

Akif Әlizadə Bakı şəhərində anadan olmuş,

tanınmış həkimlər ailəsində böyümüş, orta

məktəbi medalla qurtarmışdır. Azərbaycan

Sənaye İnstitutunun geoloji‐kəşfiyyat fakültə ‐

sini əla qiymətlərlə bitirmiş və dağ‐mədən

mühəndisi ixtisasına yiyələnmişdir. İstehsa ‐

latda bir müddət işlədikdən sonra gənc

geoloq respublika Elmlər Akademiyasının

Geologiya İnstitutuna qəbul olunmuş,

gələcək həyatını və fəaliyyətini həmişəlik bu

institutla bağlamışdır. Belə ki, o, adi labo ‐

rant dan institutun direktoru vəzifəsinə, aspi ‐

rantdan akademikə qədər görkəmli alim və

istedadlı elm təşkilatçısı kimi məzmunlu və

çoxşaxəli həyat yolu keçmişdir.

Gənc mütəxəssis – geoloq elmi tədqi ‐

qatlarının istiqaməti kimi geologiyanın klas ‐

sik bölməsi olan paleontologiya və strati qrafiya

sahəsində özünəməxsus zəhmətkeşliklə,

məqsədyönlü və inadla işləyir, qədim taba ‐

şir çöküntülərində belimnit adlanan onur ‐

ğasız canlıların qalıqlarını öyrənir, zəngin

heyvanat aləminin elmdə yerini müəyyən

edir və öz tədqiqatları ilə Azərbaycanın

tabaşir çöküntülərinin regoinal startiqra fi ‐

yasına dəyərli yeniliklər gətirir.

1961‐ci ildə Akif Әlizadə aspiranturada

təhsilini müvəffəqiyyətlə başa çatdırıb nami ‐

zədlik dissertasiyasını müdafiə edir, 1969‐cu

ildə isə ona 35 yaşında geologiya‐minera ‐

logiya elmləri doktoru elmi dərəcəsi verilir.

Keçən əsrin 70‐ci illərindən başlayaraq

alim Qafqazın tabaşir dövrü hövzələrini

yenidən tədqiq edir. Geologiya İnstitutunun

elmi‐təşkilati məsələlərinə rəhbərlik etdiyi

dövrdə gərgin fəaliyyətinə baxmayaraq,

Akif Әlizadə, eyni zamanda geologiya

elminin bu sahəsində müvəffəqiyyətlə elmi

tədqiqatlarını davam etdirir, paleobioge o ‐

kimya məktəbinin yaranması üçün etibarlı

zəmin yaradır.

40 ilə yaxındır ki, Akif Әlizadə akade ‐

miyanın qocaman elmi müəssisəsi olan Geo ‐

lo 

giya İnstitutuna rəhbərlik edir. Bu



institutun çoxsaylı alimlər kollektivinin elmi

nailiyyətlərini, bütövlükdə, onun adı ilə



8

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Akif Aьamehdi oьlu

Яlizadя – 80


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə