Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   36   37   38   39   40   41   42   43   44

sıx, kürə və oval formadadır, yarpaqları

lansetşəkilli, parlaq, gümüşü rəngli olub zoğ

üzərində qarşı‐qarşıya düzülür, görkəmi və

rəngi ilə ağaca gözəllik verir.

Bitki birevli, çiçəkləri isə iki cin siyyətlidir.

Çiçək topası salxımlıdır. Bu sal xımlar yazda

əmələ gələn zoğların yarpaq qoltuqaltıla 

rından çıxır. Çiçəklər  4‐5‐ci sıra budaqlar



üzərində yaranır. Zeytun mayda çiçəkləyir

(şəkil 1). Çiçəkləri 4 ləçəkli  (2 erkək və 1 dişi)

və sarımtıldır. Çiçək salxımları erkən yazda

əmələ gəlməyə başlayır, apreldə əmələ

gələnlər isə tədricən böyüyüb may ayında

açılır. Buna görə də zeytunun çiçəkləmə

vaxtında arada şaxtalar olsa da, çiçəklərin

hamısı tələf olmur. Bir çiçəyin ömrü 3–4 gün,

salxımın çiçəkləməsi 4–6 gün, kütləvi

çiçəkləmə isə 8–12 gün davam edir. Çiçəkləmə

havanın temperaturu 15–20

0

C olduqda



başlayır. Zeytun,  əsasən, küləklə (anemofil)

tozlanan bitkidir.

Meyvəsi oval, yumru, uzunsov formalı, orta

irilikdə (2–5 q.) olur, meyvə ləti qırmı zımtıl ya

da qara olur, yağlıdır. Çəyirdəyin ucları küt və

ya şişdir, çox bərkdir. Meyvənin çəkisi 5–18 q‐dır.

Toxumdan çıxan ağacların çox qüvvətli və

dərinə gedən kökləri olur. Mil köklərindən

başqa ətrafa uzun köklər ayrılır. Zeytun

kökləri olduqca qüvvətlidir. Qayaların,

daşların arasına girərək özlərinə rütubət və

qida tapmağa qadirdirlər.

Qələm və pöhrə ilə çoxaldılan ağacların

kökləri bir qədər zəif olur, dərinə getməyib

torpağın üst qatlarında yerləşirlər. Zeytun

ağacı çox yavaş böyüyür, uzunömürlüdür.

Zeytun ağaclarında aktiv boyatma  havanın

orta temperaturu 24–26

0

C şəraitində iki mər ‐



hələdə gedir:

1. Әn intensiv boyatma apreldən iyunun

sonuna qədər.

2. İyunun sonundan sentyabrın ortalarına

qədər.

Havanın orta temperaturu 8–10



0

C şərai ‐

tində ağaclarda boyatma çox yavaş gedir.

Havanın temperaturunun 30–35

0

C‐yə qədər



yüksəlməsi şəraitində ağaclarda boyatma pro ‐

sesi dayanır. Sortlardan asılı olaraq zeytun

ağac larının illik boyu müxtəlif  olur. Prof.

İ.M.Axundzadə ağaclarda zoğların illik boyuna

görə sortları 3 qrupa ayırır.

1. Qüvvətli illik zoğları olan (boyu orta

hesabla 35–55 sm): Azərbaycan zeytunu, sevil ‐

yano, nikitski – I, qordal, nadvijskiy, neva ‐

 dilyo, şirin zeytun, Mission.

2. Orta boylu illik zoğları olan sortlar: (orta

hesabla 30–35 sm): Raso, aqopsina, otur, della

madonna, qara zeytun, dolçe‐del‐Marokko və s.

3. Zəif illik zoğları olan sortlar (orta he ‐

sabla 30 sm‐ə qədər): Armudu zeytun, asko ‐

lana, buzovna zeytunu, dolmatskaya, kore djiolo,

krımskaya, leççino, mission, nikitskaya‐II, qor‐

val, pikvalis, tolqamskaya, tossiyskaya  və s. 

Yunanıstanda, Livanda, Anadoluda, İs‐

paniyada, İzraildə min illik zeytun ağaclarına

tez‐tez rast gəlinir. Suriyada və İsraildə 2 min

illik ağaclar da var. 

Yaşlı zeytun ağaclarının torpaqüstü his səsi

tamamilə məhv olmur, köklərindən çıxan çoxlu

cavan pöhrələr ağacın cavanlaş ma sına imkan

verir. Bir yerdə zeytunun kökü asanlıqla itmir.

Bu səbəbə görə də zeytun əbədi yaşayan

ağaclar sırasına daxildir.

90

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Şəkil 1


ZEYTUNUN XARİCİ ŞӘRAİTӘ

TӘLӘBİ

İşığa tələbi: Zeytun öz vətəni olan yer lərdə

cır halda seyrək meşələrdə bitir. Ağac larda ən

tez yetişən meyvələr yaxşı işıqlanan

hündürlükdə olan budaqlarda qeydə alınır.

Çətirin ortasında olan meyvələr gec yetişir. Sıx

əkilən ağacların çətiri həmişə ensiz, uzun və

zəif budaqları ilə fərqlənir. Ağacın çətirində

havanın, günəşin olması ona yüksək fotosin‐

tez effekti yaradır. Ona görə də zeytun

ağaclarının budanması mühüm yer tutur.

İ.A.Jiqareviçin çoxillik tədqiqatları göstərir ki,

sıx əkində olan zeytun ağaclarının kölgədə qalan

işıq düşməyən budaqlarında maya 

lanmış


çiçəklər 1,35% olduğu halda, işıq altında olan

budaqlarda mayalanmış çiçəklərin miqdarı

4,05% olmuşdur. Bunlar onu göstərir ki, zey‐

tun ağacı işıqsevən bitkidir.



Havanın fəal temperaturuna tələbi. Zeytun

istisevən subtropik meyvə bitkisidir. Onun

becərilməsi və yaxşı məhsul olması üçün ha ‐

vanın fəal temperaturunun cəmi 3500–4000

0

C‐dən


az olmamalıdır.

Zeytunun təbii vətəni şəraitində havanın

fəal temperaturun cəminin  3000–6000

0

C olması



məlumdur. Suvarma olduqda havanın yüksək

temperaturu şəraitində zeytun ağacları yaxşı

inkişaf edərək yüksək məhsul verir. Zeytun

ağaclarının Abşeron yarımadasında yaxşı

inkişafı və keyfiyyətli məhsul verməsi havanın

orta illik temperaturu +13,6 ‐ +14,2

0

C , ən isti



aylarda (iyul, avqust) +24,9 ‐ +25

0

C  və ən



soyuq aylarda (yanvarda) 2,4‐3,6

0

C  şəraitində



keçir. Burada havanın fəal temperaturunun

cəmi 4300‐4600

0

C‐ə bərabərdir. Ona görə də



bu şəraitdə Abşeronda zeytunun tez və gec

yetişən yerli və əcnəbi sortlarının əksəriyyəti

yaxşı inkişaf edərək hər il optimal miqdarda

məhsul verir.

Zeytun  şaxtalara nisbətən az davamlıdır.

Qış şaxtaları və rütubəti şəraitində zeytunun

cavan hissələrini ‐7, ‐8

0

C‐də  asanlıqla don‐



durur, lakin hava quru olduqda ‐13, ‐14

0

C



şaxtada donmur. Buna görə də zeytunun

soyuğa olan dözümü hər konkret şərait üçün

fərqlənir. Bir şəraitdə ‐8, ‐9

0

C  şaxta lar da  donan



zeytunlar, başqa şəraitdə ancaq ‐18, ‐19

0

C



şaxtada donur.

Rütubətli və münbit torpaqlarda bitən zey‐

tunun cavan zoğları zərif və sulu olduğundan

qışda tam yetişmir, biraz soyuq olduqda

asanlıqla donur. Quraq və çınqıllı torpaqda

olan zeytunların zoğları tam yetişir və şaxtaya

bir qədər dözümlü olur. Ümumiyyətlə, nə

dərəcə soyuğa dözümlü olması onun vege‐

tasiya şəraitindən, soyu 

ğun birdən və ya

tədricən düşməsindən, illik budaqların

yetişməsindən, havanın rütubətli olmasından

və iqlimin kompleksindən ası lıdır. Torpağın

relyefi də şaxtaya davam lılı ğında böyük rol

oynayır. Dağ döşlərində zeytun asanlıqla

donur. Çoxillik tədqiqatlar göstərir ki, zeytun

bitkisi dünyada həmişə yaşıl subtropik meyvə

bitkiləri arasında soyuğa  çox davamlı bitkidir.



Rütubətə münasibəti. Zeytun bitkisi müx ‐

təlif rütubətli şəraitdə bitir. Zeytun Qafqazın

Qara dəniz sahillərində 3000 mm‐dən artıq

yağmur düşən yerlərdə və 206–250 mm yağmur

düşən yüksək quraqlı yay mövsümü və nəmli

payız‐qışı  olan  Xəzər ya nı  nəmli  subtropi ‐

kasında (Abşeronda) zey tun əkinləri yerləşir.

Abşeron yarıma dasında zeytun yaxşı boy atıb

inkişaf edir və hər il yaxşı məhsul ancaq su‐

varma şəraitində verir. Başqa meyvə bitkilə ‐

rinə nisbətən zeytun ağaclarında meyvə lərin

sürətli  boyar tı mı,  onların  formalaşması  və

yetiş məsi  vege ta siya nın  sonunda  (avqust

ayın dan dekabr ayına qədər) gedir. 

Payız aylarında torpaqda nəmliyin çatış ‐

ma ması nəticəsində göstərilən proseslər daya ‐

nır. Meyvələrin yetişmə müddəti payı zın sonuna

qədər uzanır.

Әdəbiyyatdan məlum olur ki, hazırda

dün  yada 8 mln. hektara qədər zeytun bağ ları

var. Bunlardan: İspaniyada 2,34 mln. hektar,

İtaliyada 2,25 mln. hektar, Tunisdə 1,25 mln.

hektar, Portuqaliyada 1,1 mln., Türkiyədə 800

min hektar, Yunanıstanda 600 min hektar,

Suriyada 142 min hektar, Әlcəzairdə 127 min

hektar, Fransada 100 min hektar. Bunlardan az

zeytun sahəsi olanlar: Mərakeş, Bosniya‐Her‐

soqovina, Xor vatiya, Albaniya, İran, İsrail və s.



91

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Zeytun Azərbaycanda: Azərbaycanda zey‐

tunun becərilmə tarixinə aid müxtəlif yazılar

var. İ.M.Axundzadənin (1962) yazdı ğına görə,

eramızın birinci əsrində Azərbay canın bəzi

rayonlarında, xüsusilə Kür‐Araz sahillərinin

düzənliklərində zeytun geniş yayılmışdır.

Lakin 1222‐ci ildə monqolların basqını nəti ‐

cəsində bu əkinlər tamamilə məhv edilmişdir.

V.Yekimovun (1955) məlu matları  zeytunun

Azərbaycana eramızdan qabaq gətirildiyini

göstərir. Qədim yunan coğrafiyaşünası Stra‐

bon qeyd edir ki, Azərbaycanın Kür çayı boyu

zeytun ağacları ilə zəngin olmuşdur. Bu fikri

X əsrdə Alban tarixçisi Moisey Kalankatlı da

təkrar etmişdir. İ.A.Jiqareviç, Z.Nəbiyeva, A.Streb ‐

 kova, S.Aslanov (1966) Azərbaycanda zeytun

bitkisinin birinci dəfə, təqribən 1740‐cı ildə

Abşeronda əkildiyini qeyd etmişlər. Ә.Rə cəbli

(1966) əksinə olaraq yazır ki, Azərbaycan

torpağında zeytun bitkisi olmamışdır və bəzi

müəlliflərin  və tarix çilərin Azərbaycanda  zey ‐

tunun geniş sahə lərdə becərilməsini  qeyd

etməsi yanlışdır. Bunlar zeytuna çox bənzər

olan və Azərbay canda çox becərilən iydəni

zeytun zənn edərək qeyd etmişlər. Әgər belə

olsaydı, min illərlə ömür sürən ağaclardan,

heç olmasa, indi bir nümunə qalardı və ya

əhali arasında onun meyvələrinin sərf olun ‐

ması adəti, yağ çıxarmaq üçün tətbiq olunan

alətlərdən bir nümunə qalardı və yerli dillərin

birində işlənərdi. Bunları Azərbay canda gör‐

mürük.


Ә.Rəcəblinin yazdığına görə, Azərbay cana

zeytun ağacları vaxtilə Şimaldan gətirilmişdir.

Cavan ağaclar isə XX əsrin əvvəllərində Türki ‐

yənin Artvin vilayətindən gətirilmişdir.

Azərbaycanda zeytun bağlarının inkişafı

1946‐cı ildən başlandı. Belə ki, SSRİ döv ründə

Nazirlər Sovetinin 9 iyun 1946‐cı il tarixli

sərəncamına əsasən Respublika mızda 300 hek‐

tar zeytun bağı salınması nəzərə alın mışdır.

Birinci olaraq ixtisaslaşdırılmış zey 

tunçuluq

sovxozu Zığ kəndində yaradıldı. Burada 200 hek‐

tar zeytun bağı salındı. Sonralar Qala kən ‐

dində, Hövsanda zeytunçuluq təsər rüfatları

yaradıldı. Bunlardan başqa, zeytun bağları

Maştağada və Bilgəh kən din də sa lındı.

Sənaye zeytunçuluğunun təşkilində onun

sort tərkibinin böyük rolu var. Düzgün se ‐

çilmiş və yerləşdirilmiş sortlar təsərrüfatın

iqtisadi səmərəliliyinin təməlini qoyur.

Zeytun zəngin miqdarda sortları ilə se çilir.

Hesab olunur ki, dünyada 800 zeytun sortu

var ki, onlardan 350‐si alimlər tərə findən öyrə ‐

nilib. Hazırda Elmi‐Tədqiqat İnstitut larında

və onların Stansiyalarında olan zeytun

kolleksiyalarında Azərbaycanda rayonlaşdırıl ‐

mış və artırmaq üçün məsləhət görülmüş bir

neçə sortların qısa təsvirini veririk.



Azərbaycan sortu: (şəkil 2), (Bakı 25). Sort

yerlidir, Azərbaycan Elmi‐Tədqiqat Çoxillik

Bitkilər İnstitutu tərəfindən köhnə bağlardan

seçilib. Ağacı hündürboylu, 10 m və ondan da

hündür olur. Güclü boy atır. Çətiri enli girdə

budaqlıdır. Quraqlığa və şaxtalara davamlıdır.

Məhsula 4–5‐ci ildə düşür, hər il məhsul verir.

Meyvəsi iri – 2,5–3,1 sm, 25 yaşlı ağac 30–35 kq

məhsul verir.

Konserv üçün istifadə olunan meyvəsi

(texniki) oktyabrda və qara meyvələri (bota ‐

niki) noyabrda yetişir. Meyvələrinin tərki 

bində 68–70%‐ə qədər yağ vardır, 89%‐i isə ətli



hissə təşkil edir. Sortun ən yaxşı tozlayıcıları –

armudu  zeytun, askalano, pikvales sortlarıdır.



Armudu zeytun: (şəkil 3). Sort yerlidir,

Azərbaycan ETÇBİ‐i tərəfindən seçilib. Ağacı

güclü boy atandır, boyu 8–9 m‐ə çatır, çətiri

enli girdə, qollu budaqlıdır. Ağacları şaxtalara

və quraqlığa davamlıdır. Mayın ortalarında

çiçəkləyir, meyvələri noyabrın I yarısında

yetişir. Yetişmə dövrü uzun vaxtda gedir. Sort

məhsuldardır. Ağacdan 20–25 kq meyvə



92

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Şəkil 2


alınır. Meyvələri iridir, uzunluğu 3,0–3,3 sm,

çəkisi 8‐10 q‐dır, uzunsov‐oval formadadır,

ucu uzunsovdur. Sort konserv üçün istifadə

olunandır, ondan yüksək keyfiyyətli duza qo ‐

yulmuş göy zeytun konservi alınır. Oktyabrın

ortalarından (göy zeytun), noyabrın (qara zey‐

tun) sonunadək yetişir. Meyvəsinin tərkibində

67–68% yağ var. Meyvənin çəyirdəyi böyük ‐

dür (0,9–1,1 q.). Meyvənin ət çıxımı 86–90%‐dir.

Sorta mütləq tozlayıcı sort lazımdır. Onun

yaxşı tozlayıcıları Azərbaycan zeytunu, Pik‐

vales sortlarıdır. Sortun meyvələrinin eyni

həcmdə olmaması onun çatışmamazlığıdır.

Buzovna sortu: Sort yerlidir, Azərbaycan

ETÇBİ‐i tərəfindən seçilib. Sortun ağacı

hündür boylu, enli yumrutəhər, qollu‐bu daq ‐

lı, başı yuxarı istiqamatə yönəlmiş çətirlidir.

Şaxtaya və quraqlığa çox dözümlüdür. Mayın

ortalarında çiçəkləyir, meyvələri isə noyabrın

ikinci yarısında yetişir. Meyvələri orta böyük ‐

lükdə, 5,5–7,0 q. çəkisindədir. Meyvənin ətli ‐

liyi 85,88%, tərkibində 65% yağ var. Sort çox

məhsuldardır. 30 yaşlı ağacdan 60–65 kq

məhsul alınır.

Sortun meyvələrindən alınan yağ sarı və

xüsusi ətirli, xoş dadlı olur. Sortun çatış maz ‐

lığı meyvələrin gec yetişməsi və meyvə çəyir ‐

dəklərinin iri olmasıdır. Tozlayıcı sortlarla

(Azərbaycan zeytunu, Pikvales) əkildikdə sor‐

tun məhsulu daha yüksək olur.

Pikvales: (şəkil 4). Sort İspaniya mənşə ‐

lidir. Ağacları iri yumrutəhər, yaxud enli sıx

çətirlidir. Quraqlığa və isti küləklərə davam ‐

lıdır. Şaxtalara nisbətən (‐13

0

C qədər) dözüm‐



lüdür. Ağaclar iyunun birinci yarısında çiçək ləyir,

tozlanmadan meyvə verir, ancaq yüksək

məhsul almaq üçün tozlayıcı sort olmalıdır.

Sort hər il meyvə verir, məhsuldardır. 20–25

yaşlı ağacdan 25–30 kq (maksimal 40–45 kq)

meyvə alınır. Sortun meyvələri iri orta

həcmdə, çəkisi 5–7 q., asimmetrik yumurta

formasındadır. Meyvə qabığının qalın

olmasından o az zədələnir. Meyvənin ət çıxımı

84–86%, yağlılığı 66–69%, çəyirdəyi orta boy‐

ludur. Meyvələrin yetişməsi oktyabr ayının

93

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Şəkil 5

Şəkil 3

Şəkil 4


axırlarından başlayaraq dekabrın əvvəllərinə

qədər davam edir. Sortun qara (tam yetişmiş)

meyvələri duza qoyulur, ondan alınan yağ

yüksək keyfiyyətli olur.

Pikvalesin ən yaxşı tozlayıcıları Askalano,

Azərbaycan zeytunu və Santa‐Katarina sortla ‐

rıdır.

Askalano: (şəkil 5). Sort İtaliya mənşə lidir.

Sortun ağacı yaxşı inkişaf etmiş, şaxəli, çox

yarpaqlı, yumurtavari çətirlidir. Ağaclar istiyə

və quraqlığa davamlı, şaxtaya isə davam sız ‐

dır. Ağaclar mayın ikinci yarısında çiçəkləyir.

Sort hər il bar vermir.

20–25 yaşlı bar verən ağaclardan ildə 25–30

kq məhsul alınır. Sort öz‐özünü tozlamır, ona

görə də bu sorta mütləq tozlayıcı sortlar

lazımdır.

Meyvələri çox iridir, həcmi 31–25 mm,

çəkisi 9–14 q‐a qədərdir. Meyvənin lət çıxımı

90%‐dir. Tam yetişmiş meyvədə 70–71% yağ

olur. Meyvə çəyirdəyinin çəkisi 0,8‐1,2 qrama

qədərdir. Meyvələrin tam yetişməsi noyabrın

ikinci yarısında olur. Meyvələrdən (yaşıl vaxtı)

əla keyfiyyətli şoraba hazırlanır. Әfsuslar

olsun ki, sortun meyvələri çox zərifdir və tez

zədələnir.

Santa‐Katarina: (şəkil 6).

Sort İtaliya

mənşəlidir. Konservlik sortdur. Ağacı orta

boylu, hündürlüyü 4–6 m, çətiri kürəşəkillidir.

Məhsula 6‐cı ilində düşür, meyvəsi iridir,

uzunluğu 3,2–4,0 sm, çəkisi 9–15 q‐dır,

uzunsov‐oval və ya oval formalıdır, təpəsi

girdədir. Meyvələri oktyabrın sonunda yetişir.

Sort orta məhsuldardır. 25–30 yaşlı ağacdan

20–25 kq məhsul yığılır.

Meyvəsinin tərkibində 68–69% yağ olur,

ətliliyi 90–%‐i təşkil edir.



Tiflis: Sort Acar mənşəlidir. Bu sortun

meyvələrindən yağ alınır. Ağacı sürətlə boy

atır, orta boy həddə 6–7 m‐dir. Çətiri kürə ‐

şəkilli, qollu‐budaqlıdır. Bara 5–6‐cı ildə

düşür. Sort məhsuldardır, hər ağacı 35–40 kq

məhsul verir. Meyvələri xırda və ya orta

ölçülüdür, uzunluğu 1,8–2,4 sm, çəkisi 3,0–6,0

q‐dır, girdə‐oval formalı, təpəsi küt və ya

girdədir. Oktyabrın sonundan noyabrın axırı ‐

nadək tam yetişir. Meyvəsindən quru duz ‐

lama üçün də istifadə etmək olar. Meyvə

lətində 70–72%‐dək yağ vardır. Әtliliyi 86%‐dir.



Cəlal MӘMMӘDOV, 

kənd təsərrüfatı üzrə fəlsəfə

doktoru  

94

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Şəkil 6



Azərbaycan Respublikası Preizdentinin sərəncamları ........................................................2

Akademik Arif Mir Cəlal oğlu Paşayev–80 ...........................................................................4

Akif Ağamehdi oğlu Әlizadə–80.............................................................................................8

Azərbaycan Tibb Universitetinin rektoru, SSRİ Dövlət mükafatı laureatı, 

Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri 

Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri 

doktoru, akademik Әmiraslanov Әhliman Tapdıq oğlu 

haqqında bioqrofik məlumat...................................................................................................12

Akademik Әhliman Әmiraslanovla müsahibə .....................................................................14

Filosof mədəniyyətdə ...............................................................................................................22

Dünya üzrə Nobel statistikası .................................................................................................32

Liderlik psixologiyası və keyfiyyətləri...................................................................................34

Mühacir alimimiz professor Әhməd Cəfəroğlu kimdir ......................................................52

İqlim dəyişmələri: Mif və reallıqlar ........................................................................................58

Azərbaycan opera incəsənətinin inkişafı tarixindən............................................................69

Qiymətli daşlar haqqında nə bilirik?......................................................................................76

Fritof Kapra: «Gizli əlaqələr»...................................................................................................84

Riçard Feynman : «İdrakın sevinci» .......................................................................................86

Zeytunun mənşəyi, tarixi və yayılmasına dair .....................................................................88

MÜNDƏRİCAT

96

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə