Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   2   3   4   5   6   7   8   9   ...   44

Çexiya Onkoloqlar Cəmiyyətlərinin üzvü,

Amerika Klinik Onkologiya Cəmiyyətinin

aktiv üzvü, Rusiya Federasiyası Təbiət Elm ‐

ləri Akademiyasının, Polşa Tibb Elmləri

Akademiyasının həqiqi üzvü və bir sıra nü ‐

fuzlu universitetlərin fəxri doktorudur.

Ә.Әmiraslanov 1998‐ci ilin avqust ayında

Polşa Tibb Elmləri Akademiyasının Albert‐

Şvaytzer adına mükafatına və Böyük qızıl

medalına layiq görülmüşdür. O, 2000‐ci ilin

iyun ayında müstəqil ölkəmizin ən yüksək

təltiflərindən olan «Şöhrət» ordeninə layiq

görülmüş, 2001‐ci ilin fevral ayında Rusiya

Federasiyası Tibb Elmləri Akademiyasının,

həmin ilin iyun ayında isə Azərbaycan Milli

Elmlər Akademiyasının həqiqi üzvü və

2007‐ci ildə MEA‐nın Biologiya Elmləri Böl ‐

məsinin akademik‐katibi seçilmişdir. 2006‐cı

ildə N.N.Bloxin adına Qızıl Medala layiq

görülmüşdür. Dayaq–hərəkət aparatı şişləri

üzrə dünya miqyasında yüksəkixtisaslı

mütəx əssis kimi tanınır və Azərbaycanda

dayaq‐hərəkət aparatı onkologiyasının əsasını

qoymuşdur. İri oynaqların rezeksi yası ilə

aparılan endoprotezləşdirilməsi, rota 

sion


plastika, qalça‐qarınarası ayırma, yumşaq

toxuma və süd vəzisi şişlərində aparılan

cərrahi əməliyyatları yüksək professional ‐

lıqla yerinə yetirir. Rotasion plastika əmə ‐

liyyatını keçmiş SSRİ‐də ilk dəfə məhz

aka demik Ә.Әmiraslanov yerinə yetirmiş ‐

dir. Onun rəhbərliyi altında 42 nəfər disser ‐

tasiya işi müdafiə etmişdir. Elmi‐təd qiqatlarının

əsasını sümük, yumşaq toxuma, süd vəzisi

və bir sıra digər orqanların şişlərinin öyrə ‐

nilməsi, eləcə də onların effektiv diaqnostika

və müalicə metodlarının işlənib hazırlan ‐

ması və klinik praktikaya tətbiq edilməsi

təşkil edir.

Akademik Ә.Әmiraslanov Azərbaycan

Tibb Universitetinin rektoru vəzifəsində

çalışır. Məhz onun rektorluğu dövründə

Azərbaycan Tibb Universitetində bir sıra

mühüm islahatlar həyata keçirilmiş və

yüksəkixtisaslı həkim kadrlarının hazırlığı

işi xeyli təkmilləşdirilmiş, universitetin onko ‐

loji, stomatoloji, tədris‐terapevtik və tədris‐

cərrahlıq klinikaları yaradılmışdır.

Akademik Ә.Әmiraslanov 2 dəfə Azər ‐

baycan Respublikası Milli Məclisinin depu ‐

tatı seçilmişdir və hazırda Türkdilli Ölkə lərin

Parlament Assambleyasının Parlamentlər ‐

arası Komissiyasının sədridir.



13

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




– Hörmətli Әhliman müəllim, ölkə baş çısı

cənab İlham Әliyevin səhiyyəyə gös tər diyi

yüksək qayğı göz önündədir. Bakı şəhəri də

daxil olmaqla bölgələrdə insan ların sağlam ‐

lığının qorunması istiqamə tində çox ciddi

işlər görülüb. Görülən işləri necə səciyyə ‐

ləndirərdiniz?

– Doğru qeyd etdiniz ki, ölkə başçısı cənab

İlham Әliyevin Azərbaycanın bütün sahə ‐

lərində, o cümlədən Azərbaycan səhiy yəsinə,

təhsilinə, elminə və hər bir vətən öv la dına

göstərdiyi yüksək qayğı göz qa ba ğındadır.

Hamı bu qayğını öz üzərində hiss edir, duyur

və onun 


bəhrəsini görür. Son 10 ildə cənab

Prezidentin  Azərbaycan  səhiy yə si nə  və  onun

tərkib hissəsi olan Azərbaycan tibb elminə, tibb

təhsili sisteminə, tibb işçi lə rinə göstərdiyi qayğını,

eləcə də ölkəmizin bü tün bölgələrində yaşayan

insanların sağ lamlığının qorunması naminə

gördüyü işləri analiz‐sintez süzgə cindən keçirib

təhlil etsək və onun geniş təsvirini versək, yəqin

ki, bir neçə cildlik kitab alınar. Azərbaycanda

insan kapitalını bütün nemətlərdən üstün tu ‐

tan ölkə başçımız respublikamızın elə bir re ‐

gionu yoxdur ki, orada insan sağlamlığının

qorunmasına xidmət edən hər hansı bir səhiyyə

ocağı, xəstəxana, poliklinika, müasir tibb mərkəzi

tikdirməmiş  olsun.  Azərbay ca nın  hansı  regionuna

getsəniz orada mütləq müasir tibb avadanlığı

ilə təchiz olunmuş tibb ocaqlarını, bu şəfqət

ocaqlarında xidmət göstərən yüksək səviyyəli

tibb personalını görərsiniz. İndi Azərbaycanın

bütün rayon mərkəzlərində tibbin hər sahəsi

üzrə  xəs tə xa nalar,  müalicə‐diqnostika  və

reabilitasiya mərkəzləri, müasir təchizatlı

laboratoriyalar mövcuddur və bunların  hamısı

cənab İlham Әliyevin səhiyyəyə, tibb işçilərinə,

həkimlərə, eyni zamanda xalqımıza, millətimizə

gös tər diyi qayğı sayəsində mümkün olub. Elə

deputat seçildiyim Sabirabad, Saatlı, Kür də mir

rayonlarının timsalında da bunları əya ni olaraq

görmüş, ölkə başçımızın region larda həyata

keçirdiyi titanik işlərin şahidi ol mu şam. Necə

ki, cənab Prezidentin apardığı isla 

hatlar


nəticəsində gündən‐günə gözəlləşən pay taxt

şəhərimiz Bakıya, həmçinin iri şəhər lərimiz olan

Gəncəyə, Sumqayıta və s. baxan da ürəyimiz

dağa dönür, eləcə də region ları mızın yönəlmiş

layihələrin həyata keçiril 

məsi sayəsində

müasirləşən digər şəhər və kən dlərimizin, rayon

mərkəzlərimizin sürətli dəyişikliklərini görəndə

qürur hissi keçiririk. Keçmişdə şəhər və kənd ‐

lərimizin vəziyyətini, insanlarımızın hansı şəraitdə

yaşamalarını görənlər, əlbəttə, bu müqayisəni

aparıb nəticə çıxara bilərlər. Mən regionlarda

görüşdüyüm sadə adamlarla söhbətlərimdə də

əmin oldum ki, sadə insanlar, bütovlükdə xalqı ‐

mız ölkə Prezidentinin onların sağlam həyat tərzi

ke çir mələrinə göstərdiyi qayğını yüksək qiymət ‐

ləndirirlər və ölkə başçısına olan səmimi rəğbət

hislərini gizlətmirlər. Mən bunu ünsiyyətdə

olduğum insanların əksəriyyətin də hiss etmişəm.

Ölkə başçısı cənab İlham Әliyevin səhiyyədə,

insanların sağlamlığının qorunması istiqamətində

gördüyü işləri tək‐tək şəxslər yox, ümumilikdə

xalq səciy yələndirir və xalqımız da bu möhtəşəm

işlərə özünün ən yüksək əyarlı qiymətini verib. 

Bildiyimiz kimi, bu ilin fevral ayının 5‐də

Hey dər Әliyev Mərkəzində Azərbaycan Res ‐

pub likası regionlarının sosial‐iqtisadi inki şafı

üzrə Dövlət proqramlarının icrasına həsr olun ‐

muş konfrans keçirilərkən region ların səhiyyə

sisteminin  inkişaf  dinami kas ı na  toxunul muş ‐

dur. Konfransda qeyd edil miş dir ki, son 10 ildə

həyata keçirilən Dövlət proqramları çərçivəsində

2708 mək təb, regionlarda 38 mərkəzi xəstəxana

ol maq la 500‐dən çəx səhiyyə, 700‐ə yaxın mə ‐

dəniyyət, 250‐dən çox idman və gənclər obyekti

tikilmiş və əsaslı təmir edilmiş, 41 Olimpiya

İdman Kompleksi yaradılmışdır. Son 10 il ərzində

yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə

enmişdir. İqtisadi göstəricilər 3,4 dəfə artmışdır.

Dünyanın heç bir ölkəsində son illərdə belə artım

olma mış dır.

14

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə