Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

xarici ölkələrin tibb fakül tələrində təhsillərini

davam etdirmələrinə əlve 

rişli şərait yaratdı.

Hazırda onların bir qismi artıq təhsillərini başa

vuraraq vətənə qayıdıb və işlə təmin olunublar.

Digər tərəfdən bizdə uzun illər diplom 

dansonrakı hazırlıq birillik internatura sistemi



ilə aparılıb. 2011–2012‐ci tədris ilindən etibarən

diplomdansonrakı hazırlığın, başqa ölkələrdə

olduğu kimi, rezidentura sistemi ilə aparıl ması ‐

nın təməli qoyuldu. Cənab Prezident bu layihə ‐

ləri ardıcıl olaraq həyata keçirdikcə bizimlə

birlikdə ürəkdən şad olur, sevinirdi. O, bilirdi

ki, bu klinikalar inkişaf etmiş xarici ölkələrdə

olan klinikalardan heç də geri qalmır, hətta bəzi

göstəricilərinə görə onları üstələyir. Cənab

Prezident sevinirdi ki, bu klinikalar tam gücü

ilə işlədikdən, lazımi mütəxəssislərlə təmin

olunduqdan sonra daha bizim gənclərimizin

xaricə oxumağa getmələrinə ehtiyac qalmaya ‐

caq. Hər şey maddi‐texniki bazanın gücündən,

bacarıqlı mütəxəssislərin qüdrətindən asılıdır.

Cənab Prezident sitat gətirdiyiniz ifadəni

işlədəndə sanki bu müdrik kəlamı ilə deyirdi ki,

belə unikal klinikaları olan tələbələrin xaricə

getmələrinə heç bir ehtiyac qalmayacaq.

– Azərbaycanda elmin, səhiyyənin, təhsilin,

mədəniyyətin, incəsənətin böyük hamisi olan

Heydər Әliyev Fondunun prezidenti millət

vəkili, birinci xanım Mehriban Әliyevanın

konkret olaraq səhiyyəmizin inkişafı naminə

gördüyü işlər barədə fikirləriniz maraqlı olardı. 

– Mən əminliklə deyirəm ki, yuxarıda qeyd

edilən uğurların əldə edilməsində Heydər

Әliyev Fondunun prezidenti, UNESCO‐nun və

ISESCO‐nun xoşməramlı səfiri, Milli Məclisin

deputatı Mehriban xanım Әliyevanın müstəsna

xidmətləri olmuşdur. Belə ki, Mehriban xanım

Әliyevanın qayğısı sayəsində təhsil, səhiyyə,

mədəniyyət və digər sosial layihələr reallaşdı ‐

rılmış, minlərlə insanın sosial şəraiti, o cümlə ‐

dən onların sağlamlığının yüksək səviy yədə

qorunmasına, yaxşılaşmasına əlve rişli imkanlar

yaradılmışdır. Onu qeyd etmək lazımdır ki, əldə

olunan nailiyyətlərin əyani liyini təmin etmək

üçün Heydər Әliyev Mərkə zində təşkil edilən

sərgidə Heydər Әliyev Fondunun çoxşaxəli

fəaliyyəti, o cümlədən fondun təhsil, səhiyyə,

mədəniyyət və digər sahələrdə həyata keçirdiyi

layihələr haqqındakı məlumatlar öz əksini

tapmışdır.

Mehriban xanım Әliyevanın son 10 il

ərzində təhsilə və səhiyyəyə göstərdiyi hima ‐

yədarlıq təkcə paytaxt Bakı şəhəri və onun

ətrafında deyil, vətənimizin bütün regionla ‐

rında hiss edilir, duyulur. O, xalqımıza payla ‐

dığı maarifçilik nurunun təmsilçisi kimi ən

ucqar kəndləri, obaları belə gözdən kənarda

qoymur, hər yerdə yeni məktəb binaları, müva ‐

fiq ali təhsil ocaqları, uşaq bağçaları, səhiyyə

müəssisələri tikdirməklə yanaşı, onların ən

müasir avadanlıqla təchiz olunmaları məsələ ‐

lərini də müvəffəqiyyətlə həll edir.

Mehriban xanım Әliyevanın Azərbaycan tibb

elmi və tibb təhsilinə göstərdiyi diqqət və qayğı

bu ali tibb təhsili ocağının professor‐müəllim

heyəti, eləcə də çoxminli tələbə‐gəncləri tərəfin ‐

dən böyük məmnunluqla qarşılanır, ürəkdən

alqışlanır. Kollektivimizin yaxşı xatirindədir ki,

Mehriban xanım Әliyeva son illərdə – 2007‐ci il

sentyabrın 18‐də, 2012‐ci il oktyabrın 1‐də və

2013‐cü il sentyabrın 12‐də ölkə Prezidenti

cənab İlham Әliyevlə birlikdə üç dəfə

Azərbaycan Tibb Universitetində olmuş, bu ali

tibb təhsili ocağının əməkdaşları ilə görüşmüş,

dəyərli təkliflər, məsləhətlər vermişdir. ATU

kollektivi regionda analoqu olmayan iki

möhtəşəm klinikanın – Tədris‐Terapevtik Klinika

və Tədris Cərrahiyyə Klinikasının təməlqoyma

mərasimində, sonra isə onların açılışlarında

yaxından iştirak edən, bu unikal klinikaların

ərsəyə gəlməsində diqqət və qayğıkeşliklə

yanaşan Mehriban xanım Әliyeva ilə tarixi görüş ‐

lərini səmimi minnətdarlıq və məmnunluq

hisləri ilə qarşılamışdır.

Hazırda ATU‐nun bu klinikaları, eləcə də

onlardan əvvəl istifadəyə verilmiş stomatoloji

və onkoloji klinikalar tibb təhsilinin tədrisinin

kredit sistemi ilə aparılmasında, rezidentlərin

hazırlanmasında ən möhkəm maddi‐texniki

baza kimi uğurla fəaliyyət göstərirlər. Məhz bu

klinikaların çoxşaxəli fəaliyyəti sayəsində

Azərbaycan Tibb Universitetinin beynəlxalq

əlaqələri geniş miqyas almış, dünyanın ən

qabaqcıl tibb təhsili müəssisələri ilə qarşılıqlı

müqavilələr imzalanmışdır.

19

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Mehriban xanım Әliyevanın həm də bir

həkim kimi ölkəmizin tibb təhsili sisteminə

göstərdiyi qayğını daim hiss edən kollektivimiz

elm, təhsil, müalicə‐profilaktika, reabilitasiya

işləri üzrə innovativ layihələr üzərində işlər

aparmaqla, bu qayğıya adekvat olaraq tibb elmi

və tibb təhsili sistemlərində yeni nailiyyətlər

qazanacağına əminlik yaradır.



– Siz dünya şöhrətli elmi məktəb yaratmı ‐

sınız. Bu məktəb haqqında nə deyərdiniz?

– Düzü, mən özüm haqqında danışmağı

xoşlamıram, ancaq təvazökarlıqdan uzaq olsa

da, demək istərdim ki, mən nəsə edərkən, heç

də «bunu məktəb yaratmaq üçün edirəm» fikri

ilə etməmişəm. Sadəcə, bir vaxtlar öyrəndik lə ‐

rimi, sonralar vətən övladlarına öyrətməyə

çalışmışam. 20 ilə yaxın bir dövrdə Moskvada

çalışmışam və həmin illər ərzində orada tələbə ‐

lərimə etdiyim köməyi 1992‐ci ildən etibarən

burada birbaşa Azərbaycanda edirəm. Onu da

deyim ki, çox mehriban, ünsiyyətli, eyni zamanda

savadlı, bilikli, bacarıqlı gənc mütəxəs sis lərimiz

var. Onlar üzərlərinə düşənin öhdə 

sindən

ləyaqətlə gəlirlər. Həm tədrisdə, həm də elmi‐



tədqiqat işlərinin yerinə yetirilməsində dözüm

və təmkin nümayiş etdirirlər. Bu vaxta qədər

tələbələrimdən 10‐u tibb üzrə elmlər doktoru,

32‐si isə tibb üzrə fəlsəfə doktoru elmi

dərəcəsinə layiq görülüb.

Yetişdirdiyim tələbələr Moskva şəhərində,

Rusiya Onkoloji Elmi Mərkəzində, bir sıra

Avropa Klinikalarında, Orta Asiya Respubli ‐

kalarında, Gürcüstanda və Azərbaycanda fəaliy ‐

yət göstərirlər. Onların bir çoxu tibb elmində öz

sözünü demiş nüfuzlu alim, həkim və səhiyyə

təşkilatçılarıdır. Mən belə tələbələrimlə fəxr

edirəm.

Xarici ölkə alimləri ilə sıx əlaqələrimiz var.



Belə əlaqələr olmadan irəliləyiş mümkün

olmaz. İnanıram ki, bu gün məndən dərs alanlar

sabah öz məktəblərini yaradacaq, xalqımıza,

vətənimizə layiqli vətəndaş olacaqlar.



– Siz SSRİ Dövlət mükafatına, akademik

N.N.Pet rov adına mükafata, akademik Nikolay

Nikolayeviç Bloxin adına qızıl medala layiq

görülmüsünüz. Bu mükafatlar hansı nailiy yət ‐

lə rinizə görə verilib?

– Mən Moskvada SSRİ Tibb Elmləri Akademi ‐

ya sının Ümumittifaq Onkoloji Elmi Mərkəzində

çalışanda 1985‐ci ildə «Sümük sarkoması» adlı

monoqrafiyaya görə SSRİ Tibb Elmləri Akade ‐

miyasının beynəlxalq miqyasda ən nüfuzlu

mükafatlarından biri hesab edilən və 5 ildən bir

tibb elmi sahəsində böyük nailiyyətlər əldə

edən elm xadimlərinə təqdim edilən akademik

N.N.Petrov adına mükafata və diploma, bundan

bir il sonra 1986‐cı ildə isə OEM‐də sümük

şişlərinin erkən diaqnostikası, profilak tikası,

müali cəsi və xəstələrin reabilitasiyası üzrə apar ‐

dığım silsilə elmi‐tədqiqat işlərinin nəticə lə rinə

görə «Onkoloji xəstələrdə bərpa müalicəsi metod ‐

 larının işlənib hazırlanması və klinik praktikaya

tətbiqi» mövzusunda elmi işə görə elm və

texnika sahəsində SSRİ Dövlət mükafatı laureatı

adına layiq görüldüm. 2007‐ci ildə bu istiqa ‐

mətdə aparılan tədqiqat işlərimin Azər bay can ‐

dakı davamının nəticələrinə görə akade 

mik


N.N.Bloxin adına qızıl medal ilə təltif edil dim.

– Azərbaycanda elmin təşkili və maliy ‐

yələş məsinə aid fikirlərinizi bilmək istərdik.

– Azərbaycanda elmin inkişafı, onun təşkili

və maliyyələşdirilməsi birbaşa dövlət qayğısı və

dəstəyi ilə müvafiq təşkilatlar tərəfindən yerinə

yetirilir. Cənab Prezident İlham Әliyevin sərən ‐

camı ilə 2011‐ci ildə Azərbaycanda Elmin

İnkişaf Fondu yaradılmışdır. 2013‐cü ildə bu

komis 


siyanın tərkibində bəzi dəyişikliklər

edilərək, yenidən təsdiq edildi. Bilirəm ki,

ölkəmiz elmin inkişafını və maliyyələşdiril 

məsini yüksək səviyyədə təşkil edən ölkələrin



ön cərgəsindədir. Xüsusilə də gənc mütəxəs ‐

sislərin apardığı elmi işlərə dəstək üçün Prezi ‐

dentimiz böyük maliyyə köməyi edir və həm də

bu, ötəri yox, daimi xarakter daşıyır. Bununla

birlikdə, həm ölkə daxilində, həm də xaricdə

alimlərimiz böyük məbləğdə qrantlar udur və

elmi işlərini yüksək səviyyədə davam etdirirlər.

1 milyon ABŞ dolları dəyərində olan elektron

mikroskopun qrant yolu ilə alınıb Azərbaycan

Tibb Universitetinə gətirilməsi dediklərimizin

əyani sübutudur. Sadəcə olaraq, elmə cavabdeh

olan hər bir rəhbər işçi yerlərdə işə vicdanla,

vətən daşlıq  mövqeyindən  yanaş malı,  vəzifə

borcunu ardıcıllıqla yerinə yetirməlidir.



20

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə