Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
şəhərin hazır  ki,  həyatından  bir  sıra  səhnələr çəkmişlər. Bu 
şəkildə Təbrizin Ərk qalası üstündən görünüşü verilmişdir.  
Əsrlərdən bəri məmləkətimizi talan və qarət etmiş istila-
çılar, qəhrəman xalqımızın zəngin tarixini də uğurlamağa çalış-
mışlar. Bunun səbəbi  aydındır.  Bununla  onlar  xalqımızın  şü-
urunda siyasi mübariz
ə  hisslərinin  inkişafına  mane  olmaq  və 
onu 
əsirlik həyatına öyrətmək istəmişlər. Onlar çox aydıncasına 
bilirdil
ər ki, bir xalqın özünün kimliyini tanıtmaq və ona öz si-
yasi  keçmişini  göstərmək, ona gələcəkdə  öz  ağalarına  qarşı 
mübariz
ə aparmaq üçün ilham vermək deməkdir.  
Bu nöqteyi-n
əzərdən də padşahlar və xəlifələr bir xalqın 
tarixini yazdırdıqları zaman siyasi və ictimai intibahlara səbəb 
ola bil
əcək tarixi hadisələrin mündərəcə etibarı ilə təhrif edil-
m
əsini və  yaxud onun tamamilə  yazılmamasını  əmr  etmişlər. 
Bu gün biz islamiyy
ətin zühurundan sonra orta və yuxarı Asiya 
xalqlarının həyatına dair  yazılan tarix kitablarının hansı birini 
n
əzərdən keçirmiş olsaq, orada xalq hərəkatına həsr edilən sə-
hif
ələrin  uydurmaları  və  təhrifləri ilə  dolu  olduğunu  görə 
bil
ərik. 
Burada misal üçün  İbn  Müqəffe tarixini göstərmək olar. 
Şərq  xalqları  arasında  şöhrət  qazanmış  olan  bu  böyük  tarix 
Abbasil
ərdən Mənsur xəlifənin  sifarişi  üzrə  yazılmışdır. 
T
əbiidir ki, belə  bir  əsərdə  müəllif Azərbaycan  xalqının 
x
əlifələrə  qarşı  apardığı  mübarizədən bir kəlmə  də  olsa yaza 
bilm
əzdi.  
Başqa bir tarixi əsəri misal göstərə bilərik. Məşhur tarix-
çil
ərdən Məhəmməd  İbn  Zəkriyya Razi öz böyük əsərlərini 
hicr
ətin üç yüz iyirmi birinci ilində Samani hökmdarlarını xid-
m
ətində  olduğu  zaman  yazıb  bitirmişdir,  belə  bir  əsərdə  Orta 
Asiya xalqlarının əsirlik dövrünə aid həyatından nə kimi bir cə-
sar
ətlə danışa bilərdi? 
Şərq tarixçilərindən elələri  vardır  ki,  onlar  xalq 
h
ərəkatının  siyasi  və  ictimai təhlilinə  tamamilə  göz 
 
 
34 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
yummuşdular.  İbn  Əsirin  tarix  əl-Kamilli də  bu kimi əsərlər 

ərisinə daxildir.  
Tarixçil
ərin böyük bir hissəsi də öz əsərlərində qələm və 
vic
dan azadlığına malik  olmadığlarına baxmayaraq bəzi hərə-
katlara s
əthi nəzərlə baxa bilmişlər.  
H
əsən Məsəudi, İbrahim İbn Məhəmməd Əszəxri və Ya-
qub H
əmdi bu qəbil alimlərindən və tarixçilərdəndir. 
Şərq tarixçilərindən bir hissəsi  də  monğol  istilasında  və 
ondan  sonra  yazılanlardır  ki,  bunlarda  Xacə  Rəşidəddin Fəzi-
lullah v
ə  sairələrdən ibarətdir. Bu alim azərbaycanlıdır, 
H
əmədan  şəhərindəndir. Təəssüf olsun ki, Xacə  azərbaycanlı 
olduğuna baxmayaraq, öz xalqının monğol istilahçılarına qarşı 
b
əslədikləri mübarizə  hisslərini  açıb  göstərə  bilməmişdir. 
Çünki Xac
ənin  özü  Qazan  xanın  vəziri  olduğu  zaman  əsərini 
yazmışdır.  
Şübhəsiz  ki,  padşahın  sifarişi  üzrə  yazılmış  cameəltarix 
t
əbrizlilərin həyatından dəyərli bir məsələyə toxuna bilməzdi.  
Xac
ə  Əbdülhin  və  Safəlhəfrə  və  Əlaləddin Cubəninin” 
“Tarixe C
ahanşahi” öz sərlövhəsinin əksinə olaraq xalq həraka-
tına  həsr etdiyi məsələlərdə  bütün dünyada deyil, kiçik bir 
m
əmləkətdə  baş  vermiş  siyasi  hadisələrə  qiymət verə  bilmə-
mişdir.  
Yuxarıdan bəri göstərilənlərə yekun vurmaq üçün qəzvi-
nil
ərin tarixini göstərmək kifayət edir, bu əsərlərin hər ikisi Av-
ro
panın şərq ölkələri haqqında  yazan tarixçiləri üçün mötəbər 
bir max
əz hesab olunurlar. Nezhətəlqlub Təbrizin tarixi haq-
qında belə yazır:  
“şəhre Təbriz ra zide xatun məskuhe  Harun  Əl  Rəşid 
saxt. D
ər senə xəms və səin dəmayə (Təbriz şəhərini Hərun Əl 
R
əşidin qadını Zidə xatun saldırmışdır. 175- inci ildə). 
T
əbriz  şəhərinin tarixini Nezhətəlqlubun göstərdiyi kimi 
anlamış olursaq, bu döyüşkən xalqın hicrətin 25 – nci ilindən 
 
 
35 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
başlayaraq ərəblərə qarşı təşkil etdikləri üsyanların və apardıq-
ları mübarizənin üzərinə qələm çəkməliyik.  
Bu 
əsərlərdən başqa bir də” Həbibəlsir”  və “Ruztəl səfa” 
kimi 
əsərlər var ki, bunlar siyasi və  ictimai mübarizələrin 
h
əqiqi təhlilini verə bilmədikdən onların Təbriz və Azərbaycan 
bar
əsində  yazdıqlarını  bir  tarixi  mənb  əkimi qəbul etmək 
olmaz. M
əsələn, vaxtilə böyük Azərbaycan mütəfəkkiri Mirzə 
F
ətəli Axundov tərəfindən tənqid edilən çox cildli “Nasexəl 
tarix Az
ərbaycan”  haqqında  nə  kimi bir tarixi material 
veribl
ər?! yaxud Rza şah Pəhləvinin sifarişi üzrə Abdullah xan 
Əmir Təhmasibi tərəfindən qələmə alınan tarix Pəhləvidən nə 
gözl
əmək olardı?  
Halbuki Yunan tarixçisi Herodot  yuxarıda adları çəkilən 
tarixçil
ərin  əleyhinə olaraq Azərbaycan və Təbrizin qədimliyi 
haqqında verdiyi məlumatda deyir: 
“Yuxarı  Asiyada  beş  yüz  iyirmi  il  hökmranlıq  edən av-
ril
ərin  əsirliyi  altından  birinci  olaraq  midiyalılar  xilas 
olmuşdur”.  
Buna 
əlavə  olaraq məşhur  Sətrabun Midiya  paytaxtına 
dair açdığı bəhsində: 
“T
əbriz şəhəri Midiya dövlətinin paytaxtı olmuşdur. Qə-
dim Əkbətanın Təbriz şəhəri olmasına ehtimal vardır” – deyə 
isbata çalışmaqdadır. 
Əlbəttə  bu fikir ümumi tarix alimləri tərəfindən qəbul 
edil
miş  bir  fikir  deyildir,  çünki qədim  Əkbatanın  hazırkı 
H
əmədan  şəhəri  olduğuna  dair  vəsiqələr  vardır.  Bu  şəhər on 
üçüncü 
əsr  miladın  əvvəllərinə, yəni  monqol  istilahına  qədər 
Az
ərbaycan dövlətinin  partaxtı  olmuşdur.  Hətta Səlcuqların 
süqutundan sonra Az
ərbaycan atabəyliyini müstəqil bir dövlət 
halına  gətirən  İldəniz  oğulları  da  Həmədan  şəhərini paytaxt 
elan el
əmişdir. 
Şərq tarixçiləri bir tərəfdən Təbrizin hicrətin yüz yetmiş 
beşinci  ilində  varlandığını  yazır,  bir  neçə  səhifədən sonra 
 
 
36 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə