Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
böyük  şəhərlərində  müasir  memarlıq  sənətinin təzə  tələbləri 
üzr
ə tikilən böyük sinema tamaşaxanaları vardır. 
Bakıda Nizami adına sinema tamaşaxanası şəhərin ən möh-
t
əşəm imarətlərindən biridir ki, bütün Sovet  İttifaqında  bunun 
müqabili  az  tapılar.  Cümhuriyyətin dairə  mərkəzlərində  həqiqi 
m
ədəniyyət ocağına çevrilən sinema tamaşaxanaları vardır. 
Axır zamanlarda Azərbaycanın ən uzaq və dağlıq dairələ-
rind
ə, o cümlədən Kəlbəcər və  Lerik kimi yerlərdə  də 
münt
əzəm surətdə sinema tamaşaları göstərilir. 
K
əndlilərin mədəni tələbləri elə  sürətlə  artır  ki,  indi  bir 
çox kolxozlarda sinema tamaşaxanaları açılmışdır. 1946-cı ildə 
cümhuriyy
ətdə sinema tamaşaxanalarının miqdarı daha da arta-
caq v
ə hər bir kənddə tamaşa göstərməyə imkan olacaqdır. 
Y
əqindir ki, yaxın zamanlarda Azərbaycan sinema sənaye 
n
əfisəsi daha böyük nailiyyətlər əldə edəcəkdir.  
 
İmran Qasımov    
(1946-
cı il № 2 səhifə 31,32,33,34,35) 
 
 
AZƏRBAYCANDA MƏTBUAT TARİXİNDƏN 
 
Dil h
əmişə millətin ən qabaqda gedən və tərəqqiyə sövq 
ed
ən kəskin ünsürlərindən  biri  olmuşdur.  XIX-cu  əsrin ikinci 
yarısının başlanğıcında biz Azərbaycanda böyük və geniş milli 
m
ətbuata təsadüf edirik. Azərbaycan xalqının namuslu oğulları, 
yazıçı və şairləri, ədib və tənqidçiləri Ana dilində mətbuat vasi-
t
əsilə  xalqımızın  şəxsiyyət və  əzəmətini bütün dünyaya 
göst
ərib sübut edirlər ki, Azərbaycan  xalqı  diridir  və  hələ  də 
coşqun bir qəlblə mübarizəyə hazırdır. 
Bizim 
əlimizdə  olan təmiz azərbaycan dilində  nəsr 
əsərləri fövqaladə  əhəmiyyətlidir. Azərbaycan dilində  nəsrin 
ilk şah əsəri – Səfəvi sülaləsinin böyük babası Şeyx Səfiyəddin 
 
 
52 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Ərdəbilini yeddi yüz il bundan əvvəl  yazmış “Qara məcmuə” 
adlı elmi-fəlsəfi və ürfani əsəridir. Mərhum Mirzə Məhəmməd 
Əli  xan  Tərbiyət  “Daneşməndani Azərbaycan”  ünvanlı 
t
əskirəsində yazır ki: “Məşhur tarix ədəbiyyat müəllifi Qürbəti 
bu kitabdan f
əsillər nəql etmişdir”. Azərbaycan dilində mövcud 
olan dig
ər nəsr  kitablarından  məşhur  “Dədə  Qorqud”  əsərini 
zikr etm
ək olar. Bu kitab təqribən min il bundan qabaq təhrir 
edilmişdir.  Lakin  Şeyx  Səfinin “Qara məcmuə”  adlı  əsəri 
az
ərbaycan dilində  mövcud olan fəlsəfi-ürfani  əsərlərin 
birincisi v
ə şah əsəridir. 
XIX  
əsrin  ikinci  yarısının  əvvəllərində  Təbrizdə  Ana 
dilind
ə  çap olunmuş bir çox  elmi-ədəbi tarixi klassik əsərlərə 
rast g
əlmək mümkündür. Bu əzəmətli mətbuat  əsərinin 
əksəriyyəti Rza xan dövründə məhv edilib yandırılmışdır. 1920 
-ci miladi ilind
ən bəri  İranda  milli  ruhu,  xüsusilə 
az
ərbaycanlılıq  mənbələrini müxtəlif  yollarla  boğurdular. 
Bunların hamısı beynəlxalq irticanın göstərişi və dəsturları ilə 
h
əyata keçirilirdi. Həqiqətən  acınacaqlı  bir  haldır  ki,  İran 
vizar
ət maarifi rəsmi  statistika  kitabında  verdiyi  məlumata 
gör
ə, İranda yüzdə üç nəfər savadlı vardır. Ana dili – milli dil 
k
əsilib zorakı farslaşdırmaq siyasəti həyata keçirilən bir ölkədə 
bundan yaxşı nəticə gözləmək olmazdı.  
On  beş  il  bundan  əvvəl,  doktor  Əmad  Əlmülk  Möhsüni 
Az
ərbaycanda maarif rəisi  olduğu  zaman  azərbaycanlıların 
evl
ərində, kitabxanalarında Ana dilində olan mətbuatı od vurub 
ton
qal  qalayırdı.  Beləliklə  keçən  əsrdə, yüz il bundan qabaq 
çap  olunmuş  tarixi  elmi  və  ədəbi mətbuat  binasından  əlimizə 
g
əlib  çatan  yalnız  bir  sıra  məhdud  əsərlərdir; lakin bu əsərlər 
fövqalad
ə  tarixi  əhəmiyyətə  malik  olub  xalqımızın  milli 
inkişafında oynadıqları rol olduqca qiymətlidir. 
Biz
ə bu dövrdən yadigar qalan nəfis və nadir nəsr kitabla-
rından “Dərbəndnamə”, “Qarabağnamə”, Lefontən və Krılovun 
əsərinə  oxşar  hekayələr məcmuəsindən seçilib tədvin  edilmiş 
 
 
53 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
üç kitabdan ibar
ət  bir  külliyyatdır.  Bu  külliyyat 1856 miladi 
(1273 hicri) d
ə  Təbriz Darülsultanəsində,  Hacı  Əhməd  oğlu 
M
əşhədi Rzanın mətbəəsində çap edilmişdir. 
“D
ərbəndnamə”. Bu əsərin müəllifi mənim üçün hələ 
m
əchuldur. Zikr etdiyimiz kimi, əldə mövcud olan çap nüsxəsi 
bütün v
ə tamam deyildir. Belə ki, müntəxabat və seçilmiş par-
ça
lardır. Bu kitabda Azərbaycanın məşhur və ən qədim şəhərlə-
rind
ən sayılan Dərbənd haqqında geniş tarixi məlumata rast gə-
lirik. “D
ərbəndnamə”də  Dərbəndin tarixi, 1664 miladidən 
1800-cü ilin 
əvvəllərinədək təhrir olunmuşdur. Bu kitab Azər-
baycanın ümumi tarixini yazmaqda alimlərə böyük kömək edə 
bil
ər. Kitabın nəsri olduqca rəvan, şirin və gözəldir. Biz burada 
“Ərəb xəlifələrinin, Azərbaycanın fəthində iştirak edən qarətçi 
hakiml
ərə Bakı neftinin bağışlanması və cəzirələrin Dərbəndə 
hücum etm
ələri” fəslini nümunə olaraq zikr edirik: 
“Tarix iki yüz yetmiş ildə olanda, xəlifə Bağdad fərman 
ya
zıb  Dərbənd  əhlinə  göndərmişdir  ki,  Badukubənin neft və 
n
əmək(duz-P.M.) mədəninin mədaxilini Dərbənd əhlinə və mü-
barizl
ərə müraciət elədim. Məhəmmədin əmari neft və nəmək 
üstünd
ə təhvildar olub hər il neft və nəmək mədənlərinin məda-
xilini c
əm edib mübarizlərə təqsim edirdi. Belə rəvayət olunub-
dur  ki,  iki  yüz  doxsanıncı  ildə  Haşım  adlı  Dərbəndin höku-
m
ətinə müqərrər olub Dərbənd əhlinin məcmuə vəzifələrini və 
neft v
ə nəmək mədaxillərini və kəndlərdən hasil olan mənafe-
l
ərini qət edib özünə zəbt elədi. Dərbənd əhli naçar qalıb ticarət 
k
əsbinə məşğul oldular və Dərbənd arasında fəsq və fücur (bir 
növ xatalı-P.M.)işlər peyda oldu. Xəzri tayfası Dərbənd şəhə-
rinin 
əhatəsinə gəlib çox səy və kuşş elədilər. Şəhəri zəbt edə 
bilm
ədilər, axralamr sərhədlərdə olan mübarizə şəhərdən xəzər 
tayfasına həmlə  edib gərizan (qaçdılar-P.M.)elədilər. Tarix üç 
yüz iyirminci ild
ə, islam vilayətlərində inqilab düşüb Dərbənd 
şəhəri binizam oldu. Hərc və  mərc və  fitnə  və  fəsad zühur 
g
əldi. Axralamr, Dərbənd şəhəri və Dərbəndin həvalisində olan 
 
 
54 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə