Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
h
əyatını  əbədiləşdirmək, hikmətli rübailərini dillər  əzbəri 
etm
ək üçün Məhsəti haqqında aşiqanə bir dastan yaradılmışdır.  
Az
ərbaycan  ədəbiyyatı  tarixində  Məhsəti  xanım  tək 
deyildir. Bel
ə ədib və fazil qadınlarımız, istedadlı şairlərimiz az 
olma
mışdır.  Lakin  qadınlara  qarşı  kəm  etinalıq  və  həqarətli 
n
əzər  bir  çoxlarının  yüksəlməsinə  mane  olmuşdur.  Bir 
çoxlarının  əsərləri  itib  batmış,  toza qərq  olmuşdur. 
Bel
ələrindən biri də şairə Heyran xanımdır. Şeir və ədəbiyyat 
maraqlısı 
olan 
mənurlərimizin hümməti sayəsində 
az
ərbaycanca və  farsca  yazdığı  şirin  qəzəlləri, müxəmməs və 
t
ərcibbəndləri bizə gəlib çatmışdır. Heyran xanım XVIII əsrin 
ikinci yarısında Təbrizdə doğulub 80 il ömür sürmüşdür. Şairə 
sanki öz başına gələn hadisələrin bədii sərgüzəştini vermişdir. 
Bu sad
ə və aydın qəzəllərdə biz şairənin gah böyük bir həsrətlə 
çırpınan  qəlbini,  gah  vüsal  eşqiyaqilə  açılan  qollarını,  gah 
əğyarə qarşı çevrilən kəç baxışlarını, gah da azad bir qadınlıq 
vüqarı  ilə  yüksələn və  heç kəsə  baş  əymək istəməyən sərv 
qam
əti görürük .  
 
Bunca Heyran, h
əzin salma ayaqdan özünü 
Gülşən canda bitən sərv xaramana yetər. 
 
Heyran xanım Məhsəti kimi mütəfəkkir və mübariz deyil-
dir. Amma onun t
əmiz hissiyatı, fədakarlığı, incə zövqü, həssas 
bir q
əlbi vardır ki, oxucunu dərhal cəzb edir. Qəzəlləri buna bir 
misaldır.  
Bu n
ə rüxsari zibadır, bu nə zülfi pərişandır, 
M
əgər xurşid rəxşan əbrnisan içrə pünhandır. 
T
əali Allah, bu nə əbru, nə çeşm və bu nə müjgandır, 
Biri x
əncər, biri ahu, biri şəmşir borandır.  
Bu n
ə ləbdir, nə dəndandır və ya luluyi ğəltandır. 
Bülurin h
əqə içrə guya ləl bədəxəşandır... 
... Ərqdən qətrələrdir səfhə rüxsar da ya kim 
 
 
67 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
S
əhab zülf ara xurşid rui zərrə əfşandır. 
Boyun t
ək qəd ziba görünməz dəhrdə əsla
Z
əsne qadir yekta, nəhal gülşən candır. 
İki aşiq olub süzən camalın şəminə hərdəm  
Biri p
ərvanəye  miskin, biri sər gəştə heyrandır. 
 
Heyran  xanımdan  sonra  XIX-  cu  əsrdə  Qarabağda 
əvvəlcə aşıq Pəri, sonra  Xurşidbanu Natəvan, Fatimə Kəminə 
kimi görk
əmli qadınlar yetişmişdir. Xan qızı adı ilə də məşhur 
olan Nat
əvan  xanım  Şuşa  şəhərində  1837  –  ci ildə  anadan 
olmuşdur.  Yüksək bir tərbiyə  və  təhsil alan Natəvan  xanım 
farsca v
ə ərəbcəni öyrənmiş, rəssamlığa və zərif əl işinə həvəs 
göst
ərmiş, öz incə rübai şeirləri ilə müasirlərini heyran etmişdi.  
Nat
əvan  xanım  böyük  bir  ağıl  və zəka, təb rəvan sahibi 
olmaqla b
ərabər böyük bir ədəbiyyat və  şeir  hamisi  idi. 
Qarabağın  bütün  görkəmli  şairlərini  öz  başına  toplayan 
Nat
əvan  xanım  orada  məşhur  “Məclisül üns” ədəbi məclisin 
t
əşkil etmiş idi. Bu şairənin təsir nüfuzu ancaq Qarabağ deyil, 
Az
ərbaycan hər yerinə  yayılmışdı:  Bakı  və  Şamaxı 
şəhərlərində  ki  ədəbiyyat məclisləri (“Məcmuəl  şüara”  və 
“Beytul s
əfa”) da Natəvan  xanımın  hər bir qəzəlini çox 
s
əbrsizliklə  gözləyir və  meydana  çıxan  kimi  ona  müxtəlif 
n
əzirələr yazırdılar.  
Nat
əvan xanımın bu qədər şöhrət qazanmasının səbəbi nə 
idi?  Əlbəttə, Azərbaycan  qadınları  içərisindən belə  bir nadir 
vücudun, bel
ə  şeir  hamısının  və  böyük  bir  şairənin meydana 
çıxması müasir azəri şairlərinin diqqətini cəlb etməyə bilməzdi. 
Hamı  onu  görmək, onunla iftixar etmək, heç olmasa qəzəlinə 
bir n
əzirə yazmaqla ona öz bürcünü verməyə çalışırdı. Amma 
bunun 
əsl səbəbi Natəvanın qəzəllərinin səmimiyəti və dəruni 
olması  idi.  Bu  qəzəllərdə  şairənin ruhi əks  edilmişdir.  Bu 
q
əzəllərdə oxucu Natəvan xanımı bir aşiq kimi, bir nakam Ana 
kimi, bir sev
ən qəlb sahibi kimi görüb hiss edir. Natəvan xanım 
 
 
68 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
öz q
əzəllərində  fəraqdan, hicrandan, intizardan, “sinəsindəki 
d
ərd və qəm nəhandan” şikayət edir. O, vərəmdən ölən cavan 
bir  oğulun fəraqidır.  Bu  yüksək arzu və  əməllərin  intizarıdır. 
Biz bun
lara inanır, şairənin dərd və qəm nəhaninə şərik oluruq.  
Varımdı  sinədə  dərd və  qəm nəhan ölürəm, fəda olum 
s
ənə gül ilə imtəhan ölürəm...  
Dövrün bütün şairlərini Natəvan xanıma nəzirələr yazma-
ğa məcbur edən də bu səmimiyət və dəruni hissiyat idi.  
Nat
əvan  xanımın  qəzəllərində  həm də  bir sadəlik və 
şuxluq  vardır.  Onda  təzə  ifadələr, təzə  hiss və  fikirlər  vardır. 
Bu q
əzəllər onun həyatından  ayırmaq  olmur,  hər qəzəl bir 
münasib
ət,  bir  hal  üçün  yazılmışdır.  Şairənin  əsərlərində  ki 
sad
əlik xalq ədəbiyyatındadır, bu sadəlik onun qəzəllərinə eyni 
zamanda bir şirinlikdə vermişdir. 
 
Olmuşam dəhrbəla içrə bu gün divanə mən,  
Varmadım meyxanəyə, sındırmadım peymanə mən. 
Əhdlərdən keçmədim, peymanələr sındırmadım, 
Lac
ərm bimehrlər tək olmuşam əfsanə mən. 
T
ərk gülzar etmişəm bülbül kimi mən ey rəqib
Aqib
ət bir guşə içrə gəlmişəm əfğanə mən. 
 
Nat
əvan xanım da Məhsəti və Heyran xanım kimi Azər-
baycan şeirində bir təzəlik izi qoyub getmişdir. Bu üç şairənin 
əsəri bu gün də Azərbaycan xalqı üçün bir iftixar mənbəyidir. 
Az
ərbaycan qadınının ictimai mübarizə, mədəniyyət və ədəbiy-
yat s
əhnəsinə  atılması  böyük  fitri  istedaddan  başqa  bir  də  bir 
c
əsarət və  fədakarlıq  tələb edirdi. Kim bu azəri  qadınlarının 
yüz ill
ər bundan əqdəm  asanlıqla  bu  məqama çatdıqlarını 
güman edirs
ə, çox səhv edir. Mürtəce cəbhədən  yağdırılan 
böhtan v
ə  məlamət  oxlarına  sinə  gərmək, təbəqə  sellərinə  bir 
dağ  kimi  davam gətirmək, iradə  və  mətanət göstərmək 
say
əsində Azərbaycan qadınları öz səslərini həm öz əsrlərində 
 
 
69 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə