Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
qayıtdı  
1944-cü ild
ə Güney Azərbaycana yenidən işçi qrupu gön-
d
ərilmişdi  
1943-cü ild
ə  Tehranda  Sovet  İttifaqı  ilə  mədəni  əlaqə 
sax
layan  İran  cəmiyyəti  yaradıldı.  Xüsusi  qrupun  fəaliyyəti 
n
əticəsində  Sovet  İttifaqı  ilə  mədəni rabitə  saxlayan  İran 
c
əmiyyətinin Təbriz şöbəsi və Təbrizdə Sovet mədəniyyəti evi 
açıldı.  Müharibənin tədricən  rusların  xeyrinə  dəyişməsi ilə 
əlaqədar Moskva Cənubi Azərbaycan məsələsinə 1944-cü ildə 
yenid
ən  qayıtdı  və  Sovet Azərbaycanından  Cənuba  yeni  işçi 
qrupu gönd
ərdi.  
Onu da xatırlatmaq yerinə düşər ki,  1945-ci il dekabrın 
12-d
ə 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə baş-
lamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbay-
can Milli Hökum
ətinin Baş naziri təyin edildi. Məhz həmin hö-
kum
ət  İranın daxilində  Azərbaycanın milli muxtariyyət hüqu-
qunu b
ərpa edərək azərbaycanlıların  öz  ana  dilində 
danışmaları,  yazıb-oxumaları  üçün  şərait  yaratdı,  məktəblərdə 
ana dilind
ə dərslərin keçirilməsini təmin etdi. Ölkədə aparılan 
islahatlarla 
əlaqədar milli hökumət  müvafiq  strukturların 
yaradılmasına başladı; - aqrar qanun, əmək haqqında qanun, dil 
haqqında  qanunlar qəbul etdi. Sonuncu qanunla Azərbaycan 
dili bütün Az
ərbaycan  ərazisində  rəsmi dövlət dili elan 
olunmuşdu.  
Qısa bir müddət ərzində ana dilində dərsliklərin, ədəbiy-
ya
tın,  mətbuat nümunələrinin  çap  olunmasına,  radio  verilişlə-
rinin s
əsləndirilməsinə başlandı. Qəzet və jurnallar, sayı 50-ni 
öt
ən dərsliklər, müxtəlif ədəbiyyat əsərləri nəşr edildi, kinoteatr 
tikildi, radiostansiya v
ə radiokomitə yaradıldı. Milli qəhrəman-
lara – S
əttarxan və Bağırxana heykəllər ucaldıldı. Behzad adına 
İncəsənət Muzeyi yaradıldı. Ərdəbil, Astara və Marağa şəhərlə-
rind
ə  teatr  binaları  tikildi.  Azərbaycan Rəssamlar və  Heykəl-
t
əraşlar Cəmiyyəti təşkil olundu. Onlarla kitabxana və qiraətxa-
 
 
12 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
na f
əaliyyətə başladı. Şəhər və kəndlərdə ibtidai və orta mək-
t
əblər yaradıldı. 1946-cı ildə Təbriz Universiteti təsis olundu. 
Milli hökum
ət Azərbaycanın  sosial-iqtisadi tərəqqisinə 
yol açdı, milli zülmün nəticələrini ləğv etdi, azərbaycanlıların 
var
lığını bir daha təsbit etdi.  
O ill
ərdə  ayrı-ayrı  ədəbi-mədəni və  siyasi cəmiyyətlərin 
birlikl
ərinin öz mətbu orqanları  mövcud  idi,  onların  sayı  40-ı 
aşırdı.  
 Az
ərbaycanın milli istiqlal tarixində çox əhəmiyyətli yer 
tutan  yeni  qurulmuş  Demokratik  Hökumət    və  onun  həyata 
keçirdiyi  müt
ərəqqi islahatlar təbii ki, o dövrdə yaşayan hər bir 
az
ərbaycanlı ziyalının ürəyindən idi və onlar bu işə qoşulmaq 
üçün bü
tün    bacarıq  və  qüvvələrini ikiqat sərf etməyə  hazır 
idil
ər. 
1945-
ci ilin oktyabrında sonralar Azərbaycanda dövlətlə-
rarası  münasibətlərin  əsasını  qoyan  Azərbaycanın  İranla 
M
ədəni  Əlaqələr Cəmiyyəti (sonralar Azərbaycanın  Xarici 
ölk
ələrlə  Dostluq və  Mədəni  Əlaqə  Cəmiyyəti)  yaradıldı.  Bu 
quruma görk
əmli  şair  Səməd  Vurğun  başçılıq  edirdi. 
F
əaliyyətinin ilk mərhələsində  cəmiyyətin  funksiyası 
Az
ərbaycanın  elm  və  mədəniyyət sahəsindəki nailiyyətlərini 
İranda tanıtdırmaqdan ibarət idi. Daha sonra isə İran üçün radio 
verilişlərinin və  başlıca  olaraq Azərbaycan  ədəbiyyatına  həsr 
olunmuş  kitab  və  kitabçaların  hazırlanması  kimi  fəaliyyət 
sah
ələri də oraya daxil oldu. 
C
əmiyyətin  çap  orqanı  1945-ci ilin avqustundan ərəb 
əlifbası ilə Azərbaycan dilində şair Rəsul Rzanın redaktorluğu 
il
ə  nəşr  olunan  aylıq  ictimai-ədəbi «Azərbaycan»  jurnalı  idi. 
Jurnal yüks
ək polioqrafik səviyyədə olub 30 min tirajla çıxırdı. 
D
ərgi 1-ci  sayında  yazırdı:  «Azərbaycan» məcmuəsi 
xalqımızın qədim mədəniyyəti və ədəbiyyatı, tarixi və azadlıq 
mübariz
əsilə  oxucularımızı  müntəzəm surətdə  tanış  edəcək, 
ist
ər Sovet Azərbaycanında və istərsə də Cənubi Azərbaycanda 
 
 
13 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
yaşayan  yazıçı  və  alimlərimizin elmi, ədəbi məqalələrini öz 
s
əhifələrində  dərc  edəcəkdir.  Bununla da məcmuəmiz 
Az
ərbaycan  xalqının  gələcək tərəqqi və  yüksəlişinə  kömək 
etm
əyə çalışacaqdır» 
 
Bakıda  əski  əlifba ilə  Azərbaycan dilində  nəşr  olunub 
(c
əmi 17 say) Güney Azərbaycanda yayımlanan ədəbi və rəngli 
illüs
trasiyalı bu jurnal həm forma, həm də məzmun cəhətdən və 
yüks
ək səviyyəsi ilə seçilirdi. 
Jurnalda çap olunan mövzulara g
əldikdə isə onlar iki isti-
qam
əti əhatə edirdi; I. sovet sosialist ideologiyasının təbliği; II. 
yerli 
əhalinin maarifləndirilməsi. Birinci qəbildən  olan 
yazılarda sovet  döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, 
antifaşist  təbliğatı,  sovet  cəmiyyətinin və  sovet həyat tərzinin 
göz
əl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğu 
«cidd-  c
əhdlə» göstərilməklə  sovet cəmiyyətinin gələcəkdəki 
xoşbəxt proqnozu verilirdi. «Böyük Vətən müharibəsi 
c
əbhələrində», «Böyük Vətən müharibəsi qəhrəmanları», 
«Sovet İttifaqında» və s. rübrikalar altında gedən bu yazılar o 
ill
ərdə sovet mətbuatında dərc edilən materialların bir növ eyni 
idi. T
əbii ki, sovetlər ölkəsinin hər sahədə uğurlarından danışan 
jurnal İranda kommunist təbliğatına xidmət edirdi.  
İkinci  qismə  isə  Azərbaycan mədəniyyətini
Az
ərbaycanın  klassik və  çağdaş  ədəbi  simalarını, dil və 
ədəbiyyat tarixini, dünya  ədəbiyyatı  nümunələrini, məktəb və 
maarif sah
ələrini özündə  əks etdirən  yazılar  daxil    idi.  Jurnal 
bel
ə yazıları verməklə yüksək bir amal güdürdü: Cənubda milli 
şüurun    və  milli iftixar  hissinin  oyanmasına    çalışırdı.Rəsul 
Rzanın jurnalın 1945-ci il oktyabr sayında çap olunmuş “Milli 
şüur və milli iftixar” məqaləsi  məhz bununla bağlı idi. Məqalə 
il
ə tanış olaq: 
«İnsan  uşaqlıq,  gənclik və  kamillik dövrü keçdiyi kimi 
mill
ətlər də həmin dərəcədə bu yolu keçir. Milli şüur bir xalqın 
öz istedad v
ə bacarığını dərk etmək, millətin ümumi mənafeyi 
 
 
14 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə