Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Tehran hökuməti Heydər xanın İrandan çıxmasına böyük 
əhəmiyyət verirdi. Və ona görə də onun İranı tərk etməsini öz 
nəzarəti  altına  almışdı.  Kəsrəvi  Təbrizi  “18  il  Azərbaycan 
tarixi”  adlı  kitabında  yazır  ki,  İran  baş  naziri  sepəhdar(hərbi 
komissar-P.M.)   
Heydər  xanın  İrandan  ayrılmaq  məqsədilə 
Tehrandan  hərəkət  etməsindən  sonra  yol  üstündə  olan  bütün 
İran  şəhərlərinin  hakimlərinə  teleqraf  ilə  göstəriş  vermişdi  ki, 
“Heydər  xan  çırağ  bərqi”yə  (elektrik  çırağı  –  bu  həm  də 
Heydər xanın peşəsinə işarə idi P.M.) hər şəhərdə iki saatdan 
artıq qalmağa icazə verməsinlər.  
Heydər  xan  xarici  ölkələrdə  iranlıların  müxtəlif 
dəstələrini bir yerə toplamaq, onları İranda demokratik qayda-
qanunları  bərpa  etmək  uğrunda  mübarizə  üçün  hazırlamaq 
sahəsində böyük işlər görür.  
Birinci  Dünya  Müharibəsi  İranı  da  müharibə  girdabına 
sal
dı. İran özü rəsmən müharibədə iştirak etmirdisə də, ancaq 
onun  torpaqları  müharibədə  iştirak  edən  başlıca  ölkələr 
arasında gedən hərbi əməliyyat meydanına çevrilmişdi.  İranın 
zəif  hökuməti  ölkənin  xarici  ordular  tərəfindən  talan 
edilməsinə və dağıdılmasına mane ola bilmirdi.  
İranın  ən  yaxşı  adamları  –  ölkənin  vətənpərvəri  təzədən 
vətəni  müdafiə  etməyə  qalxdılar.  Heydər  xan  bunların 
içərisində həmişə olduğu kimi, yenə görkəmli rol oynayırdı.  
Birinci  Dünya  Müharibəsinin  qurtarması  və  Almaniya 
ittifaqının  darmadağın  edilməsi  nəticəsində  Almaniya 
ittifaqının  orduları  İrandan  çıxıb  getdilər.  Sovet  hökumətinin 
göstərişi  ilə  rus  qoşunları  da  İranı  tərk  etdilər.  Beləliklə 
ingilislər  İranı  tamamilə  işğal  etmək  üçün  imkan  qazandılar. 
İngilislərdən  kömək  alan  irticai  qüvvələri  demokratik 
ünsürlərin  üzərinə  hücuma  keçdilər.  Bu  mübarizə  şiddətləndi 
və  nəticədə  İngiltərə  ilə  İran  arasında  müqavilə  bağlanması 
irtica qüvvələri ilə demokratik ünsürlər arasındakı mübarizəni 
daha da şiddətləndirdi. 
 
 
196 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Vəsoqəldulənin (İranda böyük şəxsiyyət olub) satqın ka-
binəsi 1919-cu ildə ingilislərlə ağır şərti müqavilə bağladı. Bu 
müqa
vilə əsasında  İran  İngiltərə imperializminin müstəmləkə-
sinə çevrildi. Müqavilənin bağlanması İran xalqının son dərəcə 
hid
dətlənməsinə səbəb oldu.  
Rusiyada 
baş  vermiş  Böyük  Oktyabr  Sosialist  İnqilabı 
İran  demokratik  ünsürlərinə  böyük  təsir  göstərdi.  Rusiyada 
Sovet höku
mətinin  qurulması,  Təzar  hökuməti  tərəfindən 
İranda  yürüdülən  talançı  siyasətdən  bu  hökumətin  imtina 
etməsi İranda öz vətənlərinin azadlığı və istiqlaliyyəti uğrunda 
həqiqətən  mübarizə  aparan  demokratik  ünsürlərə  mənəvi 
cəhətdən böyük yardım etdi.  
Azərbaycanda  Şeyx  Məhəmməd  Xiyabaninin  rəhbərliyi 
altında irticaçı hökumətə ziddi demokratik hərəkat əmələ gəldi. 
Xiyabaninin çıxışlarından məqsəd birinci növbədə Azərbaycan 
xalqının  tarixi,  milli  və  mədəni  arzularını  təmin  edən  əsaslı 
isla
hat yaratmaqdan ibarət idi.  
Gilanda  da  hökumət  və  imperialistlərə  qarşı  böyük 
hərəkat  inkişaf  etməkdə  idi.  Bu  hərəkata  Kiçik  xan    başçılıq 
edirdi.  Bu  hərəkat  xalq  arasında  Cəngəli  adı  ilə  məşhur  idi. 
Kiçik  xan  hələ  Birinci  Dünya  Müharibəsi  dövründə  xarici 
işğalçılara qarşı mübarizə aparmağa başlamışdı.  
1921- 
ci ildə Heydər xanın təşəbbüsü Gilandakı müxtəlif 
cərəyanlar birləşdirildi. Birləşmiş inqilab komitəsi – birləşmiş 
inqilabı hökumət yaradıldı. Yalnız bu birləşmə nəticəsində Gi-
lan
dakı hərəkat təşkilat cəhətdən möhkəmlənib hökumətə qarşı 
böyük bir çıxış şəklini aldı ki, bu çıxışın da müvəffəqiyyətləri 
göz  qarşısında  idi.  Təzə  təşkil  edilmiş  inqilab  komitəsində 
Kiçik xan hökumət sədri vəzifəsini tutdu. Heydər xan isə xarici 
işlər komissarı oldu.  
Gilan inqilab komitəsi hakimiyyət idarələri təşkil etmək, 
ordu yaratmaq, bir sıra demokratik islahat həyata keçirmək sa-
həsində  böyük  işlər  gördü.  Gilanın  inqilab  komitəsi  qısa  bir 
 
 
197 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
müd
dət  ərzində  bütün  Gilan  vilayətində  hakimiyyəti  öz  əlinə 
aldı. Təzə Gilan hökuməti ilk addımında çox çevik və qadir bir 
hökumət olduğunu göstərdi. Gilanda mərkəzi hökumətə və im-
perialistlərə qarşı baş verən bu mütəşəkkil hərəkat Tehran ha-
kim
lərini böyük qorxuya saldı. Tehran hökuməti Gilana təcili 
surətdə Kazak dəstələri göndərdi, bu dəstələrə o zamankı hərbi 
nazir Rza xan komandanlıq edirdi. Hökumət qoşunları Ləngrud 
dairəsində hücuma keçdilər, lakin bir müvəffəqiyyət qazanma-
dılar.  İnqilab  komitəsinin  gənc  ordusu  hökumət  qoşunlarının 
hücu
munu dəf edə bildi.  
Tehran hökuməti açıq mübarizədə məğlub olaraq və Gi-
lan
dakı  hərəkatı  zorla  əzmək  mümkün  olmadığını  yəqin 
edərək, hiylə işlətməyə başladı.  
Tehran hökuməti keçmişdə demokrat olan və məşrutə uğ-
runda  mübarizə  hərəkatında  iştirak  etmiş  Əfcəi  və  Ərdəbilini 
Gila
na göndərdi. Bunların hər ikisi Heydər xan və Kiçik xan ilə 
ta
nış  edilir.  Onlar  özlərinin  Gilana  gəlmələrini  rəsmən  belə 
izah  edirdilər  ki,  guya  Tehran  hökumətindən  narazıdırlar  və 
Gilan
dakı hərəkata rəğbət bəsləyirlər. Sonralar  məlum olduğu 
kimi,  bu  adamlar  həqiqətdə  Tehran  hökuməti  tərəfindən 
göndərilmişdilər və bu hökumətdən inqilab komitəsi ünsürləri 
arasında  pozğunluq  yaratmaq  və  hərəkatın  öz  içərisindən 
dağılmasına  kömək  etmək  tapşırığını  almışdılar.  Qeyd  etmək 
lazımdır  ki,  Tehran öz ümidlərində  səhv  etməmişdi.  Şah 
nümayəndələri  Gilana  gələrkən  Gilandakı  vəziyyət  bunların 
fəaliyyəti üçün çox əlverişli idi.  
Gilan inqilab komitəsi işində ciddi müvəffəqiyyətlərlə ya-
naşı olaraq inqilab komitəsinin özündə, birinci növbədə bu ko-
mi
tənin əsas ünsürləri – Heydər xan ilə Kiçik xan arasında ixti-
laflar  da  artırdı.  Heydər  xanın  təklifi  ilə  inqilab  komitəsi  bir 
sıra qərarlar çıxarmışdı və qərarlar inqilab komitəsinin qüvvət-
lənməsinə kömək edirdi.  
 
 
198 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə