Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Jurnalla tanış olan oxucular Azərbaycanın hər iki tayının 
h
əyatı  ilə  yaxından    tanış  olmaq  imkanı  qazanırdılar.İctimai-
siyasi prosesl
ər, ölkədə  yaranan demokratik əhvali-ruhiyyə, 
xal
qın  milli  azadlıq  hərəkatının  əhalinin bütün təbəqələrini 
əhatə  etməsi və  yüksələn xətt üzrə  inkişaf  edərək Milli 
Hökum
ətin  qurulması  ilə  nəticələnməsi həm  şimal,  həm də 
c
ənublu müəlliflərin bəhrələndiyi əsas mənbələrdən idi  
 “Az
ərbaycan”  jurnalında  çap  olunmuş  bədii  əsərlərə 
n
əzər saldıqda  təkcə  Cənub  şairlərinin  deyil,Şimaldan olan 

əlliflərin də  yaradıcılığında  maraqlı  bir  mərhələnin 
yarandığının  şahidi  oluruq.  1930-cu illərin  repressiyalarından, 
el
əcə  də  partiya, Lenin,  Stalin,  Oktyabr  inqilabına  mədhiyyə 
xarakterli 
əsərlər yazmaqdan  usanıb-bezmiş  şair  və  yazıçılar 
yeni bir mühit
ə  düşmüşdülər.  Həmin dövrdə  sovet  siyasəti 
Az
ərbaycan    xalqının  milli  maraqlarına    son dərəcə  uyğun 
g
əlirdi.  Azərbaycanın  siyasi  baxımdan olmasa da,  mədəni 
c
əhətdən birləşməsinə,  birgə  ədəbi, elmi fəaliyyəti üçün  bir 
növ fürs
ət  düşmüşdü,imkan  yaranmışdı.  ”Azərbaycan”  jurnalı 
da bu imkandan yararlanırdı. Cənubi Azərbaycanda baş verən 
d
əyişiklər,  siyasi  gedişlər, getdikcə  artan demokratik  əhvali-
ruhiyy
ə  Sovet Azərbaycanından  getmiş  şair  və  yazıçıların 
yaradıcılığında da bir yenilik,  içdən gələn olan bir mövzu idi.  
Onu da qeyd etm
ək lazımdır ki, Təbrizdə fəaliyyət göstərən 
işçi qrupu ilə  sovet hərbi  diplomatik nümayəndələri arasında 
münasib
ətlər ziddiyyətli idi. O dövrdə baş verən hadisələri araş-
dırmaya cəlb edən prof. C.Həsənlinin  yazdığına  görə  Güney 
Az
ərbaycandakı  proseslərin getdikcə  milli müstəviyə  keçməsi 
sovetl
əri o qədər də təmin etmirdi... Məsələ ilə bağlı SSRİ Xarici 
İşlər Komissarlığına  müraciət edilsə  də,  M.C.Bağırov  vaxtında 
bunun  qarşısını  ala  bilmiş,məsələnin  müsbət  həllinə  nail ol-
muşdu. 
Jurnal Güney Az
ərbaycanda ana dilində ədəbiyyatın inki-
şafı üçün geniş imkanlar yaradırdı. 
 
 
18 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Uzun ill
ər (xüsusilə 1920-ci illərdən sonra) ”ikiyə bölün-
müş  Azərbaycan mövzusu  hər iki tayda  -  Sovetlər Birliyində 
bolşevik,  İranda  şah  rejimi  tərəfindən «ikiyə  bölünmüş  Azər-
baycan m
əsələsi»  mövzusu  yasaq  olunmuşdu.  «Azərbaycan» 
jurnalında  dərc olunan materiallarda ikiyə  parçalanmış  xalqın 
m
ənəviyyatı,  mədəniyyəti, tarixi, ədəbiyyatı  küll    halında  ve-
rilirdi. O ill
ərdə «Vətən yolunda» və “Azərbaycan” kimi mətbu 
orqanların səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, 
hiss v
ə  duyğularını  əks etdirən  «parçalanmış  vətən həsrəti», « 
ayrılıq»  və vahid Azərbaycan mövzusu yaranırdı.  
Söz yox ki,  1941-1946-
cı  illərdə  Güney Azərbaycanda 
mil
li  ruhun  oyanması,  milli  özünüdərkin bədii  inikası  «Vətən 
yolunda» q
əzeti və  «Azərbaycan» jurnalı ilə bağlı olmuşdur. 
 1941-ci ild
ən etibarən hər iki taylı azərbaycanlılar arasın-
da bu günümüz
ə qədər  davam edən bir ədəbi hərəkatın əsası 
qoyulurdu... 
Q
ətiyyətlə  söyləyə  bilərik  ki,  bölünmüş  xalqın  ayrılıq 
h
əsrətinin:  «ayrılıq,  həsrət» motivlərinin  ədəbiyyata 
g
ətirilməsinin bünövrəsi ilk dəfə «Vətən yolunda» qəzetinin  və 
“Az
ərbaycan” jurnalının səhifələrində qoyulmuşdur.  
Bu 
ədəbi proses Süleyman Rüstəmin qəzetin 
s
əhifələrində çap olunmuş şeirləri ilə başlamış, bunun davamı 
olaraq R
əsul Rzanın ”Hilal”, paralel olaraq güneyli şairlərdən 
Mirmehdi Etima
dın  «Yaşamaz»,  Əli Fitrətin «Azərbaycan», 
Hilal Nasiri
nin  «Köşkü-balaban»  şeirlərində  sonralar 
is
ə,Cənubdan Şimala mühacirət edən Balaş Azəroğlu, Həkimə 
Billuri,M
ədinə  Gülgun,  Əli  Tudə, Söhrab Tahirin eləcə  də  
S
əməd  Vurğun,  Məhəmmədhüseyn  Şəhriyar,  Bəxtiyar 
Vahabzad
ə, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Məmməd Araz, 
X
əlil Rza,  Sabir Rüstəmxanlının  və  digər neçə-neçə  dəyərli 
söz ustadlarının əsərlərində ikiyə bölünmüş millətin faciəsi əks 
olunmuşdu.Bu gün  bu ədəbi proses artıq kiçik nəhrləri  özündə 
birl
əşdirən təlatümlü bir dəryaya çevrilib.Bu isə  ayrı  bir 
 
 
19 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
mövzunun  b
əhsidir. 
«Az
ərbaycan»  jurnalını  Sovet  hakimiyyətinin    mövcud 
olduğu  bütün  dövrdə  ən  maraqlı  və  milli mənafe  baxımından 
ən əhəmiyyətli mətbu orqanı hesab edən Cəmil Həsənli yazırdı 
ki, 
əvvəla,  bu  jurnalın  hər  sayında  Güney  və  Quzey 
Az
ərbaycanın  ictimai-siyasi, mədəni,  ədəbi həyatı,  tarixi 
birlikd
ə  əhatə  olunurdu.  İkincisi,  jurnal  Güney  Azərbaycan 
üçün  buraxıldığından  Sovet Azərbaycanında  hökm  sürən 
bolşevik  ideologiyasının  tələblərindən bir qədər  yayınır, 
Az
ərbaycan xalqının köklü mənafeyi, taleyi və tarixi ilə bağlı 
əsas məsələlərə toxuna bilirdi.  Bütöv Vətən, eyni xalq, vahid 
mill
ət məramı  demək olar ki, «Azərbaycan»ın  hər  sayından 
duyulurdu. Az
ərbaycan tarixinin, mədəniyyətinin, 
ədəbiyyatının,  sənətinin  əsrlər boyu vəhdət  şəklində  inkişaf 
etm
əsini əyani şəkildə sübuta yetirirdi”
 
 
C
ənubda  Demokrat  Hökuməti xain qüvvələrin əli ilə dev-
rildikd
ən sonra Rəsul Rza «Azərbaycan» jurnalını saxlamaq üçün 
bir çox t
əşəbbüslərdə  bulundu, hətta  M.C.Bağırova  məktub  da 
yazdı.Təəssüf ki, bunlar bir nəticə  vermədi.Və məktub  cavabsız 
qaldı.  
M
əktubun əvvəlində jurnalın qısa tarixçəsindən, görülən 
işlərdən, redaksiya ətrafında yaxşı müəllif kollektivinin toplan-
ma
sından  söz  açan  Rəsul Rza təklif irəli sürürdü: «Məlum 
oldu
ğu  kimi  Azərbaycanda belə  bir profilli jurnal yoxdur, 
halbuki buna böyük ehtiyac hiss olunur. Redaksiya hey
əti belə 
hesab edir ki, jurnalı bu həcmdə və bu formada saxlamaq, onu 
yeni Az
ərbaycan  əlifbasıyla  nəşr  edərək  respublikamızda 
yaymaq m
əqsədəuyğun olardı. Redaktor Rəsul Rza».   
R
əsul  Rzanın  elə  formatlı  və  profilli  jurnal  barədəki 
arzusu Az
ərbaycanda yalnız  40-45 ildən sonra həyata keçdi. 

əyyən bir zaman kəsiyindən sonra Rəsul Rzanın oğlu, 
hörm
ətli   yazıçımız Anar atasının 40-cı illərdə apardığı missi-
yanı 60-cı illərdə təşəbbüskarı və redaktoru olduğu “Qobustan” 
 
 
20 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə