Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Qan ağlayan dünya güldü, açdı əməl gülləri, 
Dünya xalqı sevinərkən gülümsədi, Təbriz də... 
Az
adlığın bayrağını Ərkin üstə taxdılar, 
Yenə sönmüş məbədlərdə məşəlləri yaxdılar. 
 
Əlbəttə,  biz  bu  cür  bədii  parçalardan  nə  dərəcədə  təsirli 
və  qiymətli  olduğunu  bilirik  və  müəllifin  daha  mənalı,  daha 
məzmunlu ictimai parçalar yazmağa qadir olduğunu hiss edirik
məhz buna görə də onun qarşısında müəyyən tələblər qoyuruq.  
Həbib Sahir eyni ruh yüksəkliyi və ilhamla İran Azərbay-
ca
nındakı azadlıq hərəkatını tərənnüm etsəydi, bu da gözəl sə-
mərə verə bilərdi. Buna Sahirin hər növ imkanı vardır. Xüsusən 
mil
li  azadlıq  hərəkatından  sonra  dərindən  nəfəs  alan  və  azad 
zəhmət  imkanı  əldə  edən  xalqın  həyatından  bədii  lövhələr 
yaratmaq, onun şairlik istedadını çox zənginləşdirə bilər.  
Sahirin,  “Bir  toxucu  qıza”  adlı  əsəri  və  “Keçmiş 
xatirələr” şeri, xalqın dünənki həyatından danışır. Oxuculara bu 
günün toxucu qızını tanıtmaqda maraqlıdr.  
 
Nazik ipək xalçaların gül açdı, 
Xələtində hər gəlinin, hər bəyin. 
Bəzədisə məclisləri, de görüm
Zavallı qız bu dünyada var nəyin? .. 
 
Deyə  yazan  şair,  bundan  sonra  mütləq  Təbriz  gözəlinin 
həyatında baş verən böyük təbdilatı göstərməli və onun ictimai 
mübarizə  meydanına  necə  atıldığından  da  yazmalıdır.  Ümu-
miy
yətlə  Sahirin  bədii  əsərlərində  lirik  bir  həqiqilik  və 
səmimilik vardır. Əlbəttə o, yeni mövzulardan yazdıqda da bu 
xüsusiy
yətdən uzaqlaşmamalıdır.  
Şair  çalışmalıdır  ki,  onun  hər  bir  şeirində  gözəl  fikirlər 
əsas  yer  tutmuş  və  bu  fikirlərindən  xalqın  taleyi,  həyatı  və 
mübarizəsi ilə bağlı olsun. Amma bəzən şair bu cəhəti unudur. 
Xüsusən “Gecədir” adlı parçada biz bunu aydın görürük.  
 
 
202 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Bundan başqa Sahirdə osmanlı dilinin və son dövrdə ya-
ran
mış osmanlı şairlərinin zərərli təsirlərini göstərməyi də özü-
müzə  borc  bilirik.  Sahir,  Azərbaycan  dilinin  təmiz,  aydın  və 
ahəngdar  ifadələrindən  bol-bol  istifadə  etməli,  xalqının 
həyatını dərindən öyrənməli və mübarizəsinə yaxından kömək 
etməlidir.  O  unutmamalıdır  ki,  yalnız  xalqının  böyük 
əməllərini,  meyl  və  arzularını  ifadə  edən  şair  böyük  sənətkar 
ola bilər.  
 
Hüseyn Mehdi 
(1946-
cı il, № 11-12, səhifə 70)  
  
AZƏRBAYCAN MƏCMUƏSİ 
 
Möh
tərəm müdür! 
Azərbaycan  demokrat  firqəsinin  rəhbərliyi  ilə  Azərbay-
can
da təşkil edilmiş milli hökümət tam bir il yaşadıqdan sonra, 
İran  sərbazlarının  (əsgərlərin-P.M.)  nizəsi  gücünə  ləğv 
edilməklə pərdə salındı. 
 
Bununla Azərbaycanda milli azadlıq hərəkatı qurtarırmı?  
Xeyr
,  qurtarmır!  Verilən  fərmanlar  mübarizənin 
gələcəkdə daha şiddətlə alovlanması üçün bir təməl daşı olaraq 
qoyulur.  
Əgər bu günkü İran mətbuatını və ədəbiyyatını vərəqləsə-
niz, siyasətçilərinin əlilə yazılmış sənədləri gözdən keçirsəniz, 
atəşin nitq və əmrlərə qulaq assanız onlarda mütəmadi “Ğəyur 
(cəsur-P.M.)  Azərbaycanlı”  sözünün  milyon  dəfələrlə  təkrar 
edil
diyini görərsiniz. Fars mənbələrindən gələn bu tərifnamələr 
zərif  niyyətlərlə  deyilsə  də,  azərbaycanlının  ğəyur    və  vətən-
pərəst olduğu sübut edilmiş bir həqiqətdir.  
İran  tarixinə  parlaq  səhifələr  yazan  azərbaycanlılardır. 
Fir
dovsiyə “Şahnamə”ni yazdıraraq, İran ədəbiyyatına min illik 
bir iftixar qazandıran Sultan Mahmud Qəznəvi deyildimi?  
 
 
203 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
O fars 
olmayıb, türk (azərbaycan türkü – P.M.) idi. XV-
XVI əsrlərdə İranı fəlakətdən qurtarıb, müstəqil dövlət şəklinə 
salan şah İsmayıl Xətai- azərbaycanlı idi.  
Öz ağıllı tədbirləri ilə məmləkəti abad edən və adı dastan-
larda deyilən şah Abbas Səfəvi azərbaycanlı idi.  
XVIII- 
əsrdə İranı yenidən əhya edən Nadir şah da azər-
bay
canlı qəbilələrdən olan əfşarilərdən idi.  
XX- 
əsrin ibtidasında (əsrin əvvəllərində-P.M.) İran xal-
qını istibdad zülmündən qurtarıb ölkədə məşrutə üsulunu bərpa 
edən hərəkatın başında azərbaycanlı Səttar xan dururdu.  
İndi  gələk  ədəbiyyat,  elm  və  sənət  sahəsinə.  Əgər  biz 
Niza
mi  Gəncəviləri,  Məcirəddin  Bilqaniləri,  Məhsəti 
Gəncəviləri.  Xaqani  Şirvaniləri,  Həmam  Təbriziləri,  Əbuəlala 
Gəncəvilər, Xətib Təbriziləri, Şeyx Mahmud Şəbüstəriləri, Ağa 
Mirzə Kələri, Şəms Təbriziləri, Qətranları, Saibləri və minlərcə 
belə  şəxsiyyətləri  İran  mədəniyyət  tarixinin  səhifələrindən 
çıxarırıqsa, bu tarixin böyük hissəsi ağarmış olar.  
Azərbaycanlılar  əsrlər  boyu  İrana  etdikləri  xidməti  və 
verdikləri qurbanları nəzərdən keçirir və bunların müqabilində 
özlərinin bu günkü siyasi, ictimai, iqtisadi və mədəni cəhətdən 
solğun vəziyyətlərini göz önünə gətirirlər. 
 
Əsrlər boyudur ki, İran azərbaycanlıları Hindistan, uzaq 
Çin, Rusiya, Türkiyə, və Ərəbistan ölkələrində sərgərdan qal-
mışlar. 
Vətəndən ayrı düşən İran Azərbaycanı əhalisi Vətən xari-
cin
də məruz qaldığı bütün müsibətlərin əsl kökünü və səbəbini 
bilməyə  çalışır  və  onun  çarəsini  arayır.  Onlar  eyni  zamanda 
özgə  məmləkətlərdə  millətlərin  həyat  tərzini  görüb,  onlardan 
gözəl  həyat  üçün  mübarizə  təriqini  də  öyrənir  və  Vətənə 
qayıdarkən bunu tətbiq etməyə çalışırlar. Əllərinə fürsət düşən 
kimi, əlverişli bir zəmin meydana gələn kimi yeni həyat üçün, 
XX-
ci əsrin müasir insanı olmaq üçün çarpışmağa başlayırlar.  
 
 
204 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə