Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Səttar  xanlar,  Xiyabanilər,  Əranilər,  Pişəvərilər  və 
bundan sonra gələcək rəhbərlər bunlardan bir nümunədir.  
Qəvam  Əl  Səltənə  hökuməti  Azərbaycan  Demokrat 
Firqəsinin  bağladığı  məahedənamə  (müqavilə-P.M.)  də 
Azərbaycandakı  hərakatın  İran  xeyrinə  bir  nehzət  olduğunu 
təsdiq  etdi.  Sənədi  imzaladı  və  ...  Sonra  tüpürdüyünü  yalayıb 
bu  hərakatı  qolabi (saxta-P.M.)  adlandırmaqla  onu  qanlara 
boyadı.  
Bu gün Tehran hökuməti Azərbaycan Demokrat Firqəsi-
nin və onun rəhbərlərini satqın, xain, qolabi deyərək ləkələyir. 
Minlərcə  azərbaycanlı  oğul  və  qızları  qırıb  ailələri  başsız 
qoyur
lar. Silahsız xalqı qıran İran ordusu qələbə qazanmaq adı 
ilə öz tarixinə qanlı ləkələr daxil edir.  
Əlbəttə,  Rəzmaraların  (İran  qoşunlarının  komandirinin 
adı-P.M.)  əmri  ilə  İran  sərbazının  (sərbaz-əsgər)  nizəsi 
azərbaycanlının ürəyinə taxılarkən, beş, on, yüz, bəlkə də min 
nəfər  Ağazadə  Şahin  kimi  şirəkeş  (tiryək  çəkən)  bişərəflər 
Tehran ha
kimlərini  mədh  etməklə  öz  canlarını  xilas  etməyə 
çalışacaqlar.  Onlar  Tehranın  ünvanına  gurultulu  nitqlər 
söyləyəcəklər.  
Lakin bu səslər həqiqi azərbaycanlıların səsi deyildir.  
Həqiqi  azərbaycanlının  səsini  susmuş  dillərdə,  çatılmış 
qaşlarda  və  düşüncəli  baxışlarda  hiss  etmək  lazımdır.  Bunlar 
isə milyonlardan ibarət olan Azərbaycan kütləsidir.  
Bu günkü və bundan sonrakı qanlı və cəlladanə tədbirlər 
ürəklərdə  elə  bir  kin,  ədavət  və  intiqam  hissi  oyadacaqdır  ki, 
onun partlayışı cəlladlara çox baha oturacaqdır. 
İş Xiyabanilərdə, Əranilərdə və ya Pişəvərilərdə deyildir, 
bəlkə  əsl  məsələ  və  şəxsiyyətləri  meydana  gətirən 
səbəblərdədir.  Bu  xalqın  milli  faciə  və  fəlakətləri  vardır  ki, 
bunlar islah edil
mədikcə  azərbaycanlı  sakit  oturmayacaqdır. 
Artıq  azərbaycanlını  bəzəkli  cümlələr,  tərifnamələr  təmin 
 
 
205 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
etməyəcəkdir, azərbaycanlıların qanunu tələb və istəklərini qan 
dəryasında boğmaq da mümkün olmayacaqdır.  
Azərbaycan xalqının milli azadlığı məsələsi mürtəce qüv-
vələri dəhşətə salmışdır. Onlar qanlı cinayətlərinə bəraət qazan-
dırmaq üçün –  bu  azadlıq,  İranı  parçalamaq  üçündür-  deyə 
yazırlar.  
İranın mənafeyi nöqteyi-nəzərindən və bu günkü insan və 
millətlər  hüququnun  qorunması  nöqteyi-nəzərindən  Azərbay-
can məsələsinin həlli üçün ancaq bir  yol vardır. O da bundan 
iba
rətdir  ki,  bütün  fitnələrə  son  qoyulmalı,  bu  xalqın  milli 
azad
lıq,  varlığı,  dili,  sərvəti  və  hüququ  özünə  qaytarılmalıdır. 
Əks təqdirdə beş milyonluq bir xalq güllə və dar ağacı gücünə 
onun boy
nuna  salınmış  zəncirə  davam  gətirməyəcək,  tez-gec 
öz hüququ
nu  əlinə  almaq  uğrunda  daha  kəsgin,  daha 
mütəşəkkil, daha amansız mübarizəyə qalxacaqdır. 
 
Həbibullah Nəsrəddin oğlu 
(1946-
cı il, № 11-12, səhifə 15 ) 
 
 
 
206 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN TOPÇULARI 
 
1942-
ci  ilin  noyabr  günləri  tarixə  qızıl  hərflərlə  yazıldı. 
Noyab
rın 19-da Sovet qoşunları Stalinqrad tərəfdə böyük hücu-
ma başlamışdılar. Bu zaman düşmənin Stalinqrad ətrafında mü-
has
irəyə  alınmış  22-ci  diviziyasının  darmadağın  edilməsində 
So
vet topçuları müstəsna və həlledici rol oynadılar.  
Sovet  İttifaqının  genralisimus  Stalin  yoldaş  Sovet  topçu 
qüvvələrini  ordunun  zərbə  qüvvəsi  adlandırmışdır.  Böyük 
Vətən müharibəsinin gedişi və zəfərlə başa çatdırılması Sovet 
Ordusu
nun  belə  bir  zərbə  qüvvəsinə  malik  olduğunu  aydın 
göstərdi.  Stalinqrad  ətrafındakı  tarixi  vuruşmalardan  sonra 
Sovet topçu
ları Voronej, Kursk,  Bolqoqrad, Xarkov, və Kiyev, 
Leninqrad,  Minsk,  və  Kşinyov  ətrafında  alman  qoşunlarının, 
darmadağın  edilməsini  təmin  edən  mühüm  qüvvə  idi.  Şərqi 
Prusiyada  Visla,  və  Oden  çayları  tərəfində  nəhayət  Berlin 
kuçələrindəki tarixi vuruşmalarda da Sovet topçuları öz döyüş 
bayraqlarına əbədi şöhrət qazandırdılar.  
Sovet  ölkələri  öz  qəhrəman  topçularından  minlərlə  ada-
mın şərəfli adını tanıyır. Bunu göstərmək kifayət edir ki, Sovet 
topçu qoşunlarının əsgər, zabit və generallarından 1600 nəfəri 
Sovet  İttifaqı  qəhrəmanıdır.  Bir  milyondan  artıq  topçu  Sovet 
İttifaqının müxtəlif nişan və medalları ilə təltif olunmuşdur. Bu 
rəşadətli  topçuların  sırasında  igid  Azərbaycan  oğulları  da  az 
deyildir.  
Xalqımızın  cəsur  oğulları  topçuluq  sənətini  keçmişdən 
se
virlər.  Keçmiş  rus  ordusu  sıralarında  xidmət  edib  topçu 
general-
leytenant  rütbəsinədək  yüksəlmiş  Əliağa  Şıxlınski, 
Səmədbəy Mehmandarov və başqaları müzəffər rus topçuluğun 
ənənələri  əsasında  tərbiyə  almış  və  düşmənlərlə  mübarizədə 
böyük  hünər  və  qəhrəmanlıq  göstərmişdilər.  Böyük  Vətən 
müharibəsinin  alovları  içərisində  tərbiyə  edilmiş  Azərbaycan 
 
 
207 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə