Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
t
opçuları  öz  ata-babalarının  döyüş  ənənələrini  daha  da 
artırmışlar. 
Sovet İttifaqı Qəhrəmanı Abbas Quliyev öz zəhimli topu 
və qoçaq topçuları ilə birinci Belarusiya cəbhəsində düçmənin 
külünü  göyə  sovurmuş,  Dnepr  çayını  məharətlə  keçib  alman 
tor
paqlarındakı vuruşmalarda şöhrət qazanmışdır.  
Sovet  İttifaqı  Qəhrəmanı  Səlahəddin  Kazımovun  topları 
Kursk və Dnepr tərəfdə düşmənin çoxlu tankını və insan qüv-
vəsini məhv etmişdir.  
Sovet  İttifaqı  Qəhrəmanı  Məhiəddin  Mirzəyev  və  onun 
azərbaycanlı topçuları Berlin küçələrində gedən zəfərli vuruş-
lar
da düşmənə amansız divan tutmuşlar.  
Sovet İttifaqı Qəhrəmanı polkovnik Həbibüllah Hüseynov 
topçu  qoşunlarının  hərəkət  və  zərbəsini  idarə  etməkdə  böyük 
şöhrət qazanmışdır.  
Qafqazdan Berlinə qədər şanlı döyüş  yolu keçmiş, azər-
bay
canlılardan ibarət 416-cı diviziyanın qəhrəman topçuları da 
düşmənin  saysız-hesabsız  tanklarını,  istehkamlarını  və  canlı 
qüvvəsini qırıb, dağıdıb, məhv etmişlər. 
Birinci  atəşini  Şimali  Qafqazda  Mozdok  yaxınlığında, 
axırıncı atəşini Berlində açmış 22 yaşlı Knyaz Hüseyn oğlu Ca-
vadov indi ən yetgin bir top komandiridir. Böyük Vətən müha-
ribəsi ərzində, o, beş minə qədər atəş açmışdır. Toqonroq, Me-
lito
pol,  Nikalayev,  Odessa,  Kşinyov  şəhərlərinin  alınmasında 
öz topu ilə iştirak etmişdir.  
Knyaz 
Hüseyn oğlu 1945 – ci ilin məşhur yanvar hücu-
munu xatırlayıb deyir:  
-
 
Biz  Visla  çayının  önünə  getdik.  O  qədər  texnika,  o 
qədər  top  var  idi  ki,  öz  topumuzu  qoymağa  yer  tapmırdıq. 
Yanvarın  14-də  düşmən  üzərinə  minlərlə  topdan  atəş  açıldı. 
Bizim topumuz da b
u  topların  içərisində  idi.  O  zaman 
düşmənin müdafiə xəttini yarıb Oder çayına tərəf irəlilədik.  
 
 
208 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Bərk şaxta idi. Oder çayı buz bağlamışdı. Lakin topçula-
rımız  toplarını  buzun  üstü  ilə  o  taya  keçirib  mövqe  tuturlar. 
Mənim  topçularım  Oder  çayı  üstündə  olan  Kosterin  şəhərini 
almaq uğrunda şiddətlə vuruşdular... 
Kosterində küçə vuruşmaları zamanı Knyaz Hüseyn oğlu 
yaralandı.  O,  səhiyə  məntəqəsində  bir  qədər  yatdıqdan  sonra 
ye
nə topunun yanına qayıtdı və Berlinin alınmasında iştirak et-
di.  O,  Berlin  küçələrində  öz  topundan  150  mərmi  atdı.  O  və 
onun  kimi  igid  azərbaycanlı  topçulardan  Süleyman 
Mahmudov, Yu
nis  Mahmudov,  Dadaş  Yaqubov,  Əmirxan 
Qarayev  Berlin  vuruşmalarında  Sovet  piyada  qoşunlarına 
kömək  etdilər.  Onlar  Şeprəyə  çayı  üzərindəki  körpünü 
düşməndən  qoruyaraq  öz  piyadalarının  çaydan  salamat 
keçmələrini təmin etdilər.  
Hitlerçilər Azərbaycana gələ bilmədilər. Azərbaycan top-
çu
ları isə Berlinə gedib mənfur düşməni öz yuvasında məhv et-
dilər.  
Toplar  artıq  susmuşdur.  İndi  Sovet  xalqı  dinc  quruculiq 
işləri ilə məşğuldur. Belə bir zamanda Sovet topçuları üçün öz 
vətəninin  keşiyində  möhkəm  dayanmaqdan  şərəfli  heç  nə  ola 
bil
məz. Bütün Sovet topçuları ilə birlikdə Azərbaycan topçuları 
da Vətən müharibəsinin zəngin döyüş təcrübəsi, topçuluq elmi 
və texnikasının yeni nailiyyətlərini yorulmadan öyrənirlər. 
Müharibə  cəbhələrində  böyük  qəhrəmanlıq  göstərmiş 
pod
polkovnik  Ağayev,  kapitan  Nəsib  Əliyev,  Sovet  İttifaqı 
Qəhrəmanı  Səlahəddin  Kazımov,  qvardiyaçı  baş  leytenant 
M.Q.Məlikov,  leytenant  N.Qasımov  və  bir  çox  başqaları  indi 
mürəkkəb  topçuluq  sənətini  böyük    səylə  azərbaycanlı 
döyüşçülərə öyrədirlər. Onlar cəbhələrdə xalqımızın azadlıq və 
istiqlaliyyətini  şərəflə  qoruduqları  kimi,  indi,  əmin-amanlıq 
dövründə topçu bölmələrini döyüş vərdişlərini təkmilləşdirmək 
və  azərbaycanlılardan  usta  topçular  hazırlamaq  üçün  də 
 
 
209 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
fədəkarcasına  çalışırlar.  Müharibə  qurtarandan  bəri 
azərbaycanlılardan bir sıra mahir topçular yetişmişdir.  
Top komandiri Şahmar Mahmudov müharibədə iştirak et-
mişdir.  Lakin  topçuluq  sənətini  sevən  bu  gənc  azərbaycanlı 
müha
ribə  təcrübələrini  öyrənib  top  heyətinin  təlim  və 
tərbiyəsində bunları bacarıqla tətbiq edir. Belələri çoxdur.  
Sovet topçu qüvvələrinin müharibə illərindəki parlaq mü-
vəffəqiyyətlərini hazırlamış olan Sovet silahlı qüvvələrinin rəh-
bəri Stalin yoldaş dinc quruculuq şəraitində Sovet topçu qüvvə-
lərinin daha da təkmilləşməsinə böyük diqqət yetirir. 
Sovet topçuları və bütün Sovet Ordusu öz döyüş təcrübə-
lərini zənginləşdirərək, Sovet xalqının dinc yaradıcılıq əməyini 
iti 
gözlə qoruyurlar.  
 
Padpolkovnik Sultanov 
(1946-
cı il, № 11-12, səhifə 26, 27, 28)   
   
 
 
210 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
XİYABANİ – XALQ AZADLIĞI HAQQINDA 
 
Məcmuəmizin 6-cı nömrəsində azərbaycanın böyük alim, 
mütəffəkir  və  demokrat  Şeyx  Məhəmməd  Xiyabaninin  tərcü-
meyi-
halı  haqqında  məqalə  dərc  olunmuşdu.  İndi  isə 
Xiyabaninin  xətt  hərəkət,  ictimai  fikir,  mübarizə,  arzu  və 
əməlləri  haqqında  1920  (1339  hicri)  il  qiyam  günlərində 
söylədiyi 
nitqlərindən 
alınmış 
parçaları 
möhtərəm 
oxucularımıza təqdim edirik.  
Xiyabani  bu  nitqləri  “Təcəddüd”(Xiyabaninin  rəhbərliyi 
ilə Təbrizdə 1917-20-ci illərdə çıxan qəzet-P.M.) qəzeti nəzdin-
də təşkil etdiyi “Təcəddüd səhnəsində” söyləmişdir.  
 
“Biz keçmiş xərabələri üzərində  
Gələcəyin qəsrlərini tikəcəyik” 
 
                                          Xiyabani 
 

İndiyə kimi İranda olan qiyamlar səthi və zahiri olmuş-
dur.  Buna  görə  də  ictimai  və  siyasi  həyatımızda  mühüm  bir 
isla
hat vücuda gətirmək mümkün olmamışdır. Biz istəyirik ki, 
xalq  bundan  sonra  bilərəkdən,  şüurlu  surətdə  azadlıq  mübari-
zəsinə  eqdam  etsin.  Bu  məqsədə  çatmaq  üçün  xalqın  fikrini 
işıqlandırmaq lazımdır. 
Biz böyük, geniş bir qiyamı öhdəmizə götürmüşük. Onun 
əzəmət və əhəmiyyətini də yaxşı bilirik və güman edirik ki, təş-
ki
latımız bu mühüm eqdamatın öhdəsindən gəlməyə qadir ola-
caq
dır.  Əzm  və  iradə  sahibi  olan  şəxslər  bu  qiyamı  idarə 
etməyin öhdəsindən gələ bilirlər. Biz heç vaxt  yorulmayacaq, 
qanun əsasını icrayə qoymaq, məşrutiyət rejimini qüvvədən işə 
çevir
mək yolunda səbr və mətanətlə dayanacağıq.  
 
 
211 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə