Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Qiyamın lüzumunda surətin  ehtiyacını hiss etdik. Son za-
manlar  Azərbaycanın  müxtəlif  əyalətlərində  bir  sıra  nizami 
əməliyyat  icra  edilmişdir.  Bu  əməliyyat  yalnız  istehza    və 
rüsvay
çılıqla  kifayətlənib  qalmır.  Həmin  əməliyyat  yazıq 
millətin  maliyəsini  pozmuşdur,  lazım  olmadığı  halda  qeyri-
mütənasib maaş ilə təyin edilmişdir. Məmurlar Tehrana gələrək 
buradakı  məmurların  üzərinə  əlavə  edilmişlər.  Azərbaycanda 
elə  bir  qarətçilik  həngaməsi  başlamışdır  ki,  onun  mislini 
(oxşarını-P.M.)  heç  bir quldur  dəstəsinin  soyğunçuluğunda 
görmək  mümkün  deyildir.  Nəzmiyənin  gizli  əməliyyatını 
yazmaq və demək ilə başa çatmaz. 
Qiyamımızın məqsədi bu məsuliyyətsizliyə son qoymaq; 
oğru, yol kəsən və xainlərin əllərini ölkənin maliyə işlərindən 
uzaq
laşdırmaq, müqəssirləri cəzasına çatdırmaqdır. Bəli, bu qi-
yam  dünyanı  xainlərin  başına  dar  edəcəkdir.  Azərbaycandan 
qa
çan  və  Təbrizdən  qovulan  oğrular  Tehranda  sədrnəşin  (yu-
xarıda  oturan-P.M.)  ola  bilməməli  və  digər  əyalət  və 
vilayətlərdə hökümət idarələrini ələ almamalıdırlar.  
Hərəkat  zamanı  baş  qaldıran  müxtəlif  bizim  fəaliyyəti-
mizin şiddət və kəsrətinə  səbəb olacaqdır. Biz öz nəzəriyə və 
fəaliyyətimizin dairəsini daha da genişləndirəcəyik. Bir zaman 
irti
caçıların  nəzəriyəsi  və  uzağı  görməyən  çarəcuların  (çarə 
axtaran-P.M.) 
hərəkəti  nəticəsində  bağlanmış  Rusiya  dövlət 
duması  öncə  çox  mətdel  (orta-P.M.)    tələblər  irəli  sürürdü. 
Lenin fövqala
də  bir  sürətlə  mübarizəyə  atıldı.  Tarixin  bu 
səhifələri müxaliflər üçün bir ibrət dərsi olmalıdır. Lakin onlar 
bilməlidirlər  ki,  bu  səhifələr  eyni  zamanda  zülm  və  sitəmdən 
cana gəlmiş insanlar üçün də bir təşviq mənbəyi olur”.  
(12 tir 
tarixli nitqqindən) 
Bizə hakim olan ruh, Təcəddüd ruhudur. Bizim nəqşəmiz 
ağıl və məntiqə arxalanır. Bunu düşmənlərimiz də etiraf edirlər. 
Hökümət  də  bunu  təsdiq  edir  və  deyir  ki:  “Sizin  bu  amal  və 
məqsədləriniz alqışlanmalıdır. Biz də sizin bu məramınıza şərik 
 
 
212 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
olur və nəqşənizi təsvib edirik verin o nəqşənizi biz yerinə ye-
tirək. Siz isə gedib rahat olun”.  
Onlara demək lazımdır ki: “Əfsus, biz bu ağıl və məntiq 
nəqşələrini  inanılmayan  və  etimad  olunmayan  əllərə 
tapşırmağa qərara almışıq”. 
“Əgər biz öz mühitimiz içərisində həbs olub qalarıqsa və 
nəzərimizi  kölgəmizdən  uzağa  atmırıqsa,  heç  vaxt  gözəl  bir 
icti
mai vəziyyət təsəvvür edə bilmərik.  
Adət, tərəqqi və təcəddüd manedir. Avam şəxs öz adətinə 
səmimi  bir  əlaqə  bəsləyir.  Onun  ağıl  və  məntiqi  gözündədir. 
Gördüyü  bir  şeyə  adət  edir  və  ünsiyət  bağlayır.  Bu  adət  nə 
qədər  yalnış,  çirkin  və  zərərli  olsa  belə,  ondan  əl  çəkmək 
istəmir.  
Belə  adamlar  keçmişi  unudur,  gələcəyin  isə  fikrində  ol-
mur
lar.  Onlar  gündəlik  həyat  ilə  yaşayırlar.  Bu  günki 
paltarlarını  babalarının  geyimi  ilə  müqaisə  etmir  və  heç  vaxt   
sabah  nə  kimi  paltar  geyəcəyini  də  düşünmürlər.  Bu  gün 
geydikləri paltarı canlarından əziz tuturlar. Bir papaq, bir yeni 
formalı paltar, hətta bir Avropa modalı bir başmaq belə onların 
nəzərində  mühüm  bir  məsələ  təşkil  edir.  İctimai  həyat  da 
belədir.  
Siz bir həyat üsuluna adət etmişsiniz. Bu üsulun pisliyini 
anlayarkən, onu dəyişmək fikrinə qalmırsınız. İslahat işinə baş-
lar
kən, keçmiş əlaqəniz sizi məyus edir. Lakin bilməlisiniz ki, 
bu günki papağınız atalarınızın dünənki papağı deyildir.  Sabah 
da bu günki papağı qoymayacaqsınız. Gələcəyi nəzərdə tutmalı 
və övladınızı da gələcək zaman üçün tərbiyə etməlisiniz. Lakin 
bilməlisiniz  ki  ,  yaxın  gələcəkdə  elə  bir  gün  olacaqdır  ki,  bu 
gün
ki  məramı  sizə  təklif  etdikdə,  onu  köhlənmiş  görüb  üz 
çevirəcək və ölümü ona tərcih (seçim) verəcəksiniz.  
Ey  təbrizlilər,  bu  qiyamsizin  başınızı  uca  edəcək.  Sizə 
yeni  paltar  geydirəcəkdir.  O  sizi  zamanın  ruhu  ilə 
ayaqlaşdıracaqdır. Lakin düşmənlər sizi kəsaf (çirkli-P.M.) və 
 
 
213 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
köhnəliyə palçığa və ağırlığa tərəf çəkmək, sərgərdan qoymaq 
və qərq etmək istəyirlər”.  
(20 ti
r tarixli nitqindən)  
“ Kütlə nədir? Kütlə, fransəzların dediyi kimi, anonim bir 

vvədir. Bu, ümman kimi bəzən aşıb-daşan, bəzən sakit olan 
bir  varlıqdır.  Lakin  bu  qüvvənin  məsuliyyətini  aradan 
götürmüş,  xainlər,  oğrular  və  vicdansızlar  üçün  geniş  bir 
meydan  açmışdır.  Vəzirlər,  səfirlər  fatehlər  kimi  nüfuzlu 
varlılar kütlənin fədakarlığı və səadəti sayəsində müvəffəqiyyət 
qazanırlar  bu  adamların  əməliyyatının  dayağı,  qələbələrinin 
səbəbi və arzularına nail olmaq vasitəsi kütlədir. Lakin bu kütlə 
məchul  və  qeyri-məsul  bir  vəziyyətdə  qalmışdır.  Həmin 
adamlar kütlənin işi ilə özlərinə şöhrət qazandırırlar. Halbuki, 
onların yaramaz işləri kütləni ləkələyir. 
Əgər kütlə bu dözülməz və yaramaz vəziyyətdən qurtar-
maq istəyirsə, əgər o öz xilasını arzulayır, şərəfli və düzgün bir 
həyat  istəyirsə,  məsuliyyətdən  çıxıb,  məsuliyyəti  öz  öhdəsinə 
alma
lı  və  mübarizə  səhnəsində  tanınmış,  müstəqil  bir  sima 
kimi özünü göstərməlidir. Kütlənin məsuliyyətdən xilas olması 
üçün qanuna müvəffəq olan ictimai işlər mürəttəb, intizamlı və 
məsul dəstələr arasında bölünməlidir. Bunların üzərində daimi 
nəzarət qoyulmalıdır. Bu nəzarət kütləni xalq nümayəndələrinə
yəni  xalqdan  ayrılmış  dəstə  ilə  həmişə  təmasda  saxlamalıdır. 
Məsuliyyəti  özünün  üzərinə  qoymalıdır.  Buna  görə  də  hər 
şeydən  əvvəl  qəbul  ediləcək  əsas,  xalqın  bilavasitə  dövlət 
işlərinə müdaxilə etməsidir. Kütlə hər şeydən üstündür. Dövlət, 
hökumət, qanun və bunlar kimi hər şey xalqın hakimiyyət və 
iqtidarı altında olmalıdır”.  
(29  
həməl tarixli nitqindən) 
“Əqidə bir dərəcəyə qədər sinfi və şəxsi mənfəətlər təsiri 
altında olur. Maddi və təbii tələbləri cəhətdən yüksək siniflərə 
mənsub olub, bu sinfin xilafına olan digər bir sinfin, məsələn, 
kütlənin əqidə və mənafeyini müdafiə etmək iddiasında olanlar 
 
 
214 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə