Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
nu qanun və rəsmiyyət yoluna salmışıq. Halbuki, 12 ildən bəri 
bu yolda bir addım atılmamışdır. Bu adamlar xalqın qarşısında 
rəciz  (özünü  öymək,  tərifləmək-P.M.)  oxuyub  onu  təhqir 
edirlər. Onların istədiyi budur ki, millət parlamentin kürsülərini 
və  mədrəsə  skamyalarını  təcəddüd  və  təkamülün  yüksək  və 
alçaq  digər  məqamlarını  öz  qanlı  yürüş  və  həmlələri  ilə  fəth 
etsin. Biz ki ölümə hazırıq. Nə eybi var. İnsan ölür, insanı dara 
çəkirlər, hələ ölməmişdən qabaq uca bir səslə haqq və həqiqət 
sözünü Vətən fəzalarında tənin əndaz edib, batil fikirləri lənətlə 
yad  edərək,  bizi  indiyə  kimi  aldanmamışlar.  Biz  qəflətə 
uyuyub, göz
lərimizi  yummuş  və  düşmənlərimizi  azad 
buraxmışdıq.  Lakin  bu  gün  bizim  şüarımız  başqadır.  Biz 
deyirik: g
ələcəyimizi təmin edəcəyik”.  
(19 ti
r tarixli nitqindən) 
“Azadixahların  istiqlaliyətə  olan  məhəbbət  və  əlaqələri 
işimizin rəhnidir (girov-red.). Siyasi məslək bütün əqidələrə üs-
tün
dür;  din,  məzhəb,  qövm,  millət,  siyasi  əqidələr  qarşısında 
nüfuz  və  təsir  edə  bilməz.  Məslək  birligi  məhəbbət  və  ittifaq 
doğurur. Biz gördük ki, böyük Rusiya inqilabından sonra, İran-
dakı  rus  əsgərləri  yerli  əhali  ilə  olan  əlaqələrini  dəyişib  azad 
fikirli insanlar oldular. Onlar İran azadixahlarının qəbri üzərinə 
gedib səmimiyət və məhəbbətlə  ağladılar, təəssüf etdilər. Rus 
əsgərlərinin bu rəftarı bütün dünyaya parlaq surətdə göstərdi ki, 
siyasi məslək hər bir şeydən üstündür.  
Azadlıq  yolunda  ölən  cavanların  və  qeyrətli  sərdarların 
adı  həmişə  dilimizdə,  zikr  olunmaqdadır.  Hamının  qəlbi  ən 
mehri
ban hisslər ilə həyacana gəlir, onları  yad edir:  Lakin bu 
yadvərlik  (yada salmaq-P.M.)  məzfəritə  doğru  gedən  bir 
sərbazın (əsgərin-P.M.) xatirəsi kimidir. 
Şəhidlərimizin  qəbri  üzərində,  kimsə  ağlamadı.  Kimsə 
ya
zıqcasına  nalə  və  fəryad  etmədi.  Biz  möhtərəm 
şəhidlərimizin  qəbri  üzərində  açıq  üz  və  şadlıqla  diz  çökdük. 
Onlara baxdıq və bu şəhidləri özümüz kimi diri hiss etdik. Bu o 
 
 
218 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
deməkdir  ki,  biz  tərəddüd  etmədən  öz  halımızı  onların  ölməz 
ruhu  ilə  əvəz  etməyə  hazır  edib.  Həmişə  bu  iradəyə  malik 
olmalıyıq.  Ölkənin  isteqlal  və  azadlığı  üçün  həmişə  şad  və 
şənliyə çalışmalıdır.  
Məhzunliq  (qəmginlik-P.M.)  tozuna  bürümüş  qəm  və 
qüs
sə  həmişə  ümüdsizlik  gətirər.  Yaşasın  beşaş  (sevincək, 
özündən  razı-P.M.)  ruhlar,  yaşasın  həyat  səhnəsində  açıq 
baxan, qorxu bil
məyən  və  uzaq  görən  gözlər!  məhv  olsun 
indiyə kimi həyatımızı acizlik, yas və biçarəlik təsirləri altımda 
saxlamış  qəm  və  məlal  (qəmginlik)    gətirən  ədəbiyyat,  əşar 
(şeir-P.M.) və musiqi. Xalqımızın böyük bir qüvvəsi bu ətalət 
və  ixtiyarsızlıq  kabusunun  altında  məhv  olmuşdur.  Bundan 
sonra həyatı şən və gülər üzlə keçirməli və həyat mübarizəsinə 
bəşaşət (sevinc-P.M.)  və şadlıqla girişməlidir. Varlıq gəlişinə 
acizlik,  nalə  miskinliklə  deyil,  ümüd  və  şərəf  gülüşləri  ilə 
girək. 
“Ey  hələ  də  qəhrəman  oğullarının  qarasını  əynindən 
çıxarmamış  ana  və  bacılarımız,  yas  və  matəmi  üzərinizdən 
götürün! Şəhidlərimizin balalarını şadlıq və başı ucalıq hissi ilə 
böyüdüb tərbiyə edin! Onlara mərdlik tərbiyəsi verin. Qoy bu 
balalar da şərafət meydanında can və başlarından keçsinlər. Ey 
hüzn, ey kabus rəd ol, bu pak və şən mühitdən uzaqlaş!”  
 
(14 ti
r tarixli nitqindən)    
(1946-
cı il, № 11-12, səhifə 46, 47, 48, 49)  
 
 
 
 
219 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
HACI MEHD
İ ŞÜKUHİ 
 
XIX-
cu  əsr  Azərbaycan  ədəbiyyatının  görkəmli 
nümayəndələrindən  sayılan  Hacı  Mehdi  Şükuhi  təxminən 
1825-
ci miladi ilində Təbriz şəhərində anadan olmuş və 1890-
cı ildə vəfat etmişdir. Təqribən 65 il yaşayan Şükuhi böyük bir 
divan  (kitab)  bağlamış  və  Azərbaycan  ədəbiyyatı  tarixində 
özünəməxsus görkəmli bir yer tutmuşdur.  
Məlumdur ki, XIX əsr Azərbaycan şeirində iki böyük cə-
rəyan vardı. Bunlardan biri Füzuli – cərəyanının davamı, digəri 
isə  yeni  yaranmaqda  olan  Vaqif  cərəyanı  idi.  Füzuli  yolu  ilə 
ge
dən  Azərbaycan  şairlərinin  əksəriyyəti  qəzələ  meyl  edir. 
Əsas  əsərlərini  bu  növdə  yazır  və  Füzuli  olmaq  istəyirdilər. 
Vaqif yo
lunu  davam  etdirən  şairlər  isə  əsas  etibarı  ilə  xalq 
ədəbiyyatına  istinad  edir,  heca  vəznində  qoşmalar,  təcnislər, 
mənzum  hekayələr  yazır  və  şeirdə  realiz  üsulunu  müdafiə 
edirdilər.  
Hacı Mehdi Şükuhi isə həm Füzuli yolunu, həm də Vaqif 
yolunu  davam  etdirən  şairlərimizdəndir.  Cavanlığını  Təbrizdə 
keçirən  və  uşaq  yaşlarında  yetim  qalan  bu  istedadlı  şair  əsas 
etibarı  ilə  ticarətlə  məşğul  olmuş,  bununla  əlaqədar  olaraq  və 
orta Asiya ölkələrini səyahət etmişdir. Ruhani mədrəsədə təhsil 
aldıqdan  sonra  şeir  yazmağa  başlayan  Şükuhi  bir  az  sonra  öz 
həmvətənləri  arasında  şair  kimi  tanınmışdır.  O,  öz    dövrünün 
gözüaçıq  gənclərindən  olmuş:  mövhumat,  xürafat,  cəhalət  və 
nadanlıq ilə hələ ilk əsərlərində mübarizə aparmışdır. Şübhəsiz, 
əksəriyyəti  savadsız  və  avam  olan  bir  xalq  içərisində  şairin 
mütərəqqi fikirləri tezliklə yayıla bilməmiş, əksinə olaraq, onu 
təqib edib, tən (uyğunsuzluq-P.M.) ilə qarşılaşmışlar. Ona görə 
də  şair  vətəni  tərk  etmək,  qürbətdə  yaşamaq  məcburiyyətində 
qalmışdır. Bu xüsusda Şükuhi özü belə deyir: 
 
 
 
220 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə