Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə67/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Tən əqvamə dözməyib qaçdım, 
Mülk qürbətdə bir dükan açdım. 
 
Xırda alverlə güzaran edən Şükuhi köhnə paltar alıb satar, 
yarı ac, yarı tox yaşarmış. Özü bu xüsusda deyir ki: 
 
Köhnə paltar alıb satardım mən, 
Gecələr ac-susuz yatardım mən. 
 
Bazarın  kasadlığı,  iqtisadi  vəziyyətin  çətinliyi  şairi  çox 

şündürmüş  və  özü  haqqında  bir  sıra  şeirlərin  yaranmasına 
səbəb olmuşdur.  
Yerli  hakimlərdən,  var-dövlət  sahiblərindən  xoş  sifət, 

layim  rəftar  görməyən  Şükuhi  marağını  tərk  etmək  fikrinə 
düşür:  
Cana gəldim bu şəhri viranda
Çürüdüm mən bu günc zindanda. 
 
Ailəsini, doğma vətənini həddindən artıq sevən bu sənət-
kar qürbətdə olduğu zaman bu mövzuda şeirlər yazır və vətənə 
qayıtmaq istərmiş. Tehranda iki oğlu Hüseynə və Həsənə yaz-
dığı mənzum (şeirlə yazılmış) məktub bu dediklərimizi təsdiq 
edir:  
Nur çeşmanım (gözümün nuru) ey Hüseyn və Həsən! 
Üzünüzü olar bir görüm görəsən? 
Kölnüm açmaz nə gülşənim, nə gülüm, 
Sizdən ayrı nə danışım, nə gülüm. 
Şərbətin çox zəbani cana dəyər, 
Sizi görmək iki cahana dəyər. 
 
Şükuhi qəsidələr, qəzəllər, mənzum hekayələr, qoşmalar, 
təsniflər, rübailər və fars dilində bir neçə şeir və hekayə  yaz-
mışdır.  XIX  əsr  və  ədəbiyyatımızda  artıq  inkişaf  etmiş  olan 
 
 
221 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
realizm  Şükuhi  yaradıcılığının  əsasını  təşkil  edir.  O,  istər-
istəməz  keçmiş  romantik  şairlərin  yaradıcılıq  yolundan,  üslub 
və  üsulundan  uzaqlaşır,  təsvir  və  ifadə  vasitələri  də  onun 
əsərlərində  yeni  boyalarla  verilir.  Vaqif  və  Zakir  kimi  realist 
şairlərimizdə  olduğu  kimi,  Şükuhinin  də  şeirlərində  insan 
gözəlliyi  təbiət  gözəlliyinə  qarşı  qoyulur.  O,  insandakı 
xüsusiyyətləri üstün tutaraq yazır: 
 
Gül olmaz bu nəzakətdə, 
Gün olmaz bu vəcahətdə. 
Nəsən bəs bu səbahətdə
Ki Hüseyni aləm aradır. 
 
Bu ruh şairin qəzəllərində də vardır. Əsrlərdən bəri gözəli 
gülə, bülbülə bənzədən şairlərdən fərqli olaraq Şükuhi yazır: 
 
Hər çe vurdum bir birə gülşəndə min həmra gülü, 
Görmədim hər gəz   gül ruyin kimi rəna gülü. 
Eşq ilə mən, Həsən ilə sən elədik  
Bülbül şuridəni mən, sən çəmən aragi. 
Dəmbədəm hər aşiq öz məşuqun istər, rəsmdir 
Mən səni, pərvanə şamı, bülbül şeyda gülü. 
 
Bu şeirdə realizm hakimdir. Şairin eşqi həyatıdır. Burada 
insan məhəbbəti, insan qəlbinin iztirabları duyulmaqdadır. Şair:  
Göz gördü, könül sevdi mənim canımı aldın, 
Bu aşıq biçarənin aya nə günahı? 
 
Qəzəl növü Azərbaycanın qədim şeirində ən çox yayılmış 
rübai şeir növüdür. Şairlərin çoxu əruz vəznində müxtəlif bəh-
rələrindən istifadə edərək gözəl qəzəllər  yazmışlar. Şükuhinin 
qəzəlyatını  diqqətlə  nəzərdən  keçirdikdə  görürük  ki,  o  qəzəl 
növündə də sadə sözlər, xalqın başa düşdüyü tərkib və ifadələr 
 
 
222 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
işlətmişdir.  Onun  qəzəlləri  əruz  vəzninin  ən  oynaq,  ən  sadə 
bəhrələrində yazılmışdır. Şükuhi qəzəlləri ilə tanış olmaq üçün 
onun birini misal gətirək: 
 
Salma məni bu möhlətə hicrana həmişə, 
Yandırma məni atəş suzanə həmişə. 
Könlüm sər zülfündə çəkərnalə dəmadəm 
Şurə gülü zəncirdə divanə həmişə. 
Görsəm olaram zülf pərişani pərişan, 
Çək zülf pərişanə pərişanə həmişə. 
Olaram yenə qurban gözünə yoxlama saqi, 
Gərdişdə gər kədər ola peymanə həmişə. 
Bir arx yarın! Nəhr çəkin! Sel tək axsın, 
Mey meykədən məclis zindanə həmişə.    
Can almağa xəncər çəkər əvvəl nər kəs məstin, 
Hisgilli baxar aşiq nalənə həmişə. 
Bu söz ilə qoy bircə dönüm başına, görsün, 
Yansın mənim əhvalıma pərvanə həmişə. 
Bülbül gül üçün nalə beş, üç gün çəkər amma
Getdin məni sən nalə və əfqanə həmişə. 
Tök eşqivi ey çeşm, var özgə Şükuhi,  
Döndər yer üzün tərəf gülüstanə həmişə. 
Lakin müasir oxucuların nəzərində Şükuhini daha böyük 
göstərən digər bir cəhət vardır. Məlumdur ki, hələ Vaqif döv-
rün
də  doğma  xalq  ədəbiyyatının  təsiri  altında  Azərbaycan 
yazılı  ədəbiyyatında  heca  vəzni  inkişaf  etmişdi.  Bu  tərəfdən 
bizim  şeirimizi  xalq  yaradıcılığına  yaxınlaşdırırdısa,  digər 
tərəfdən də dili sadələşdirir, şeiri geniş oxucular kütləsinin malı 
edir, üslubu realistləşdirirdi. Birinci dəfə Azərbaycanın böyük 
şairi  Molla  Pənah  Vaqif  (1717-1797)  tərəfindən  ən  yüksək 
pilləyə  qaldırılan  heca  vəzni  sonrakı  şairlərimizin 
yaradıcılığında  daha  da  inkişaf  etdirildi.  Bu  gün  belə  İran 
Azərbaycanı  şairlərinin  çoxu  əruz  vəznində  qəliz  şeirlər 
 
 
223 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
yazarkən yüz il bundan əvvəl Şükuhinin sadə qoşmalar deməsi 
diqqəti cəlb edən bir hadisədir. Yeri gəlmişkən qeyd etməliyik 
ki,  irticanın  zülmü  nəticəsində  öz  milli  mədəniyyətini  irəli 
apara  bilməyən  İran  Azərbaycanı  xalqı  mübarizədən  heç  bir 
zaman çəkinməmiş və hələ Şükuhi dövründə öz milli varlığını 
göstərməyə cəhd etmişdir. 
Şükuhinin qoşmalırını elmi cəhətdən tədqiq etdikdə şairin 
Molla  Pənah  Vaqif  yaradıcılığı  ilə  yaxından  tanış  olduğu  qə-
naətinə gəlirik. Bəzən bu şeirlərdə Vaqiflə eyni niyyətdə olma-
sına  rast  gəlirik.  Vaqifin  “Könüldən  könülə  yollar  görünür” 
söz
ləri  Şükuhidə  “Deyirlər  könüldən  könülə  yoldur”  şəklində 
təkrar edilmişdir.  
Şükuhinin  qoşmaları  ilə  oxucuları  yaxından  tanış  etmək 
m
əqsədi ilə onlardan bir nümunə göstərək:  
 
Birdə yolum düşsə yar otağına, 
Mənim işim hamı kəsdən saz keçər. 
İşə düşər deyib, danışıb, gülmək, 
Aralıqdan yüz min ərk naz keçər. 
 
Gül gülə söykənib, lalə laləyə, 
Qümrilər ,bülbüllər çəkərlər nalə. 
Saqi bu musəmdə gətir piyalə
Bir az keçməz payız gələr, yaz keçər. 
                                               
Yəhərləyin kəhər atı dubarə, 
Tüfəngimi verin gəlmişəm zarə. 
Mən istərəm bir də çıxam şikarə, 
Çox deyirlər bu kuşnədən qaz keçər. 
 
Əz mənim bağrımı qan ilə doldur, 
Dərdin bu canımda hamıdan boldur. 
Deyirlər könüldən könülə yol var, 
 
 
224 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Şükuhi könlündən niyə az keçər? 
 
Şükuhi heca vəznində yazdığı şeirlərdə daha realistdir. O, 
öz  sevgilisini  Vazehin  təriflədiyi  behişt  hurilərindən  də  üstün 
tutaraq yazır: 
 
Heç pəri sən kimi işvəgər olmaz
Heç mələk sən kimi ləb şəkər olmaz. 
Gözəllikdə sənə bərabər olmaz, 
Nə hurisən, nə qılmanı behiştin.  
 
Azərbaycan xalq ədəbiyyatında daha çox yayılmış təcnis-
lərə  də  Şükuhi  öz  yaradıcılığında  geniş  yer  vermişdir.  İstər 
əruz,  istərsə  də  heca  vəznində  yazdığı  parçalarda  gözəl 
cinaslara  rast  gəlirik.  Bu  cinasların  gözəlliyi  orasındadır  ki, 
onlar  təbii  işlədilmiş  və  şeirin  ahəngini,  vəznini  daha  da 
gözəlləşdirmişdir. Misal üçün bəzi cinasları gözdən keçirək.  
Bu məclisdə bir içmədim badə mən, 
Əbəs verdim öz ömrümü bada mən. 
Qul oldum ki, bəlkə yar ala məni, 
Çək əvvəl xəncərin gül yarala məni! 
 
Şükuhinin  qoşmalarında  sözlər  çox  təbii  işlədilmişdir. 
Vəzn  mahir  bir  sənətkarın  yaradıcılığında  olduğu  kimi 
mövzuya tabe etdirilərək oynaq şəkillərə salınmışdır. Təftiələr 
düzgün  və  müasir  heca  vəzninin  də  tələblərinə  uyğundur.  Bu 
qoşmalardakı  sözlər  sanki  müasir  Azərbaycan  dilində 
deyilmişdir.  Buna  misal  olaraq  şairin  bir  qoşmasını  da 
oxucularımıza təqdim etməyi lazım bilirik:  
 
Əbəs – əbəs çəkmə zəhmət sevgilim, 
Vermə Zeynəb xət və hala belə. 
O gündən ki, sənə aşiq olmuşam, 
 
 
225 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Yetməmişəm gül camalə bir belə. 
 
Şükuhi  yaradıcılığındakı  heca  vəznindən  bəhs  edərkən, 
bir  cəhəti  də  yaddan  çıxartmaq  olmaz.  O  da  şairin  heca 
vəznində müxtəlif növlərdən istifadə etməsidir. O, təkcə on bir 
hecalı  deyil,  səkkiz  və  on  hecalı  şeirlər  də  yazmışdır.  Səkkiz 
hecalı şeirinə misal olaraq, aşağıdakı parçanı göstərə bilərik: 
 
İstər məni ayrı salsın, 
Çərxi dönmüş fələk səndən. 
Ləblərinin var şəkəri
Tellərinin müşk ənbəri. 
Sənə gəlməz huri, pəri, 
Gözəl olmaz mələk səndən.   
Azərbaycan  şeirində  nümunəsinə  çox  az  rast  gəldiyimiz 
on  hecalı  şeirlərə  misal  olaraq  Şükuhi  yaradıcılığında  gözəl 
parçalar vardır. Məsələn: 
 
Bir deyən yoxdur o camalə, 
Aşıq nalən gəlsin, gəlməsin. 
Həsrəti çoxdur bezəm vüsala, 
Bir dedə giryan gəlsin, gəlməsin. 
 
Şükuhi yaradıcılığında nəzərə çarpan cəhətlərdən biri də 
gözəl  təbiət  təsvirləridir.  Klassik  Azərbaycan  şeirində  az 
təsadüf etdiyimiz bu növ şeirlərə onun  yaradıcılığında da rast 
gəlirik. Baxın o, baharı necə təsvir edir: 
 
Reyhan əyilibdi sünbül üstə, 
Sünbül xəm olub qərənfil üstə. 
Bülbül özün öldürür gül üstə, 
Gül sayə salıbdı bülbül üstə. 
Oza bahara qıl tamaşa. 
 
 
226 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
Şükuhi  yaradıcılığında  dastan  və  mənzum  hekayələr  də 
mühüm  yer  tutur.  Mənzum  hekayələrində  ibrətamiz  cəhətlərə 
daha  çox  yer  verilir.  Şair  belə  hekayələrini  nağıl  tərzində 
yazaraq deyir:  
 
Bu nağılı nağıl edir bir şəxs qafil, 
Eşit ibrət götür ol mərd, aqil. 
 
Onun  mənzum  hekayələri  içərisində  “Münazzirə  ağıl  və 
eşq” daha mühüm yer tutur.  
Bu nağılı həkim qüssə pərdaz, 
Bu tərz ilə eyləyibdir ağaz. 
 
Misraları  ilə  başlanan  mənzum  hekayəsində  Şükuhi  ma-
raq
lı bir məzmun yaratmışdır. Şair təsvir edir ki, Ağıl ilə Eşq 
adlı iki şəxsiyyət var imiş, Ağıl kamal əhlinə, Eşq isə cam və 
badəyə həris idi. Ruh adlı padşah Ağıldakı xüsusiyyətləri görüb 
özünə  vəliəhd  təyin  edir.  Eşq  isə  özünə  qiymət  verilmədiyini 
görüb, pal
tarını dəyişərək, bir neçə süvari ilə baş götürüb qaçır, 
Qafqaza 
gəlir.  Qafqaz  valisi  Eşqin  pişvazına  çıxıb  onu  özünə 
damad  (kürəkən)  təyin  edir.  Günlərin  birində  vali  ölür,  onun 
yerində Eşq sultan olur. 
Şair təsvir edir ki, Ağıl da hökmüranlığa keçmiş və onun 
Del adlı oğlu olmuşdur. Bir gün Del xəstələnir. Ona səyahətə 
çıxmağı məsləhət görürlər. Öz atasından icazə alıb o yoldaşları 
il
ə  qırx  günlük  səfərə  çıxır.  Onlar  gözəl  bir  bağçada  məclis 
qururlar.  Bunu  eşidən  Eşq  Qeyrət  adlı  sərdara  əmr  edir  ki, 
şahzadənin  başını  gətirsin.  Eşqin  bu  tədbirindən  Ağıl  xəbər 
tutur. O da öz ordusuna əmr edir ki, hücuma keçsin.  
Dastandan məlum olur ki, Eşqin Hüsn adlı qızına Ağlın 
oğlu  Del  aşiq  olmuşdur.  Atasının  təkidi  ilə  Həsən  də  davaya 
ha
zırlaşır, atlanaraq Delin təşkil etdiyi məclisə tərəf gedir.  
 
 
227 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Müharibə ərəfəsində Ağıl Eşqə bir məktub göndərib yazır 
ki,  mən  dünyada  xoş  işlər  görürəm.  Alimlər,  mühəndislər, 
böyük adamlar məndən qüvvət alaraq şöhrətə çatırlar. Sən isə 
insanları  dərdə  giriftar  edirsən.  Fərdad,  Şirin,  Leyli,  Məcnun, 
Şeyx  Sənan  və  sairələri  eşqin  nəticəsində  nakam 
olmamışlarmı?  Sənə  döyüş  layiq  deyildir:  “Gəl  öp  əlimi 
ayağıma düş!” 
E
şq isə öz vəzir-vəkilini yığıb cavab yazır. O götərir ki, 
Fərhad eşqin sayəsində böyük usta oldu. Məcnun, Züleyxa və 
sairələri mənim sayəmdə dünyada məşhur oldular. Nəhayət ca-
vabında belə deyir: 
 
Mən hazıram əldə tiğ bəran, 
Sən gəl, bu mənəm bu baş, bu meydan. 
 
Şükuhi yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində mü-
hüm  yer  tutur.  Hazırda  Azərbaycan  ədəbiyyatı  tarixinin  geniş 
kursunu yazan alimlərimz onun divanını elmi surətdə tədqiq və 
təhlil etməkdədirlər. Heç şübhə yoxdur ki, onun seçilmiş əsər-
lərinin  nəşri  müasir  oxucularımız  tərəfindən  böyük  hörmətlə 
qar
şılanacaq.  
 
Filologiya elmləri namizədi 
 
C.Hacızadə(1946-cı il, № 11-12, səhifə 62, 63, 64) 
     
            
 
                                                        
                       
    
         
 
 
 
 
228 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MÜNDƏRİCAT 
 
C
əmil Həsənli. Ön söz ............................................................. 3 
P
ərvanə Məmmədli. Rəsul Rza və Güney Azərbaycan .......... 7 
 M
əhəmməd Səid Ordubadi. Şəmsəddin Təbrizi və  onun 
elm
ə aid nəzəriyyələri ....................................................................... 22 
Firidun İbrahimi. Həqiqi xalq maarifi uğrunda .................... 31 
M
əhəmməd Səid Ordubadi. Təbrizlilərin mübarizə  
tarixind
ən .......................................................................................... 34 
 M
əhəmmədzadə. İran Azərbaycanında kənd təsərrüfatına aid 
b
əzi qeydlər ...................................................................................... 44 
İmran Qasımov. Azərbaycanda sinema sənəti ...................... 47 
M
əhəmmədli Abbas. Azərbaycanda mətbuat  
tarixind
ən I .............................................................................. 54 
Az
ərbaycanda mətbuat tarixindən II ....................................... 59 
M.Arif. 
Şairlərimizin haqqında bəzi qeydlər ......................... 67 
İsmayıl Hüseynov. Şirvanşah İbrahim .................................. 74 
Mirz
ə İbrahimov. Məhəbbətin var olsun  ............................. 82 
C.Haşımoğlu. Təbrizdə qələbə günü  .................................... 86 
R
əsul Rüstəmov. Azərbaycan xalqının generalları ................ 90 
Nüsr
ət Bağırov. Zəncan şairləri ............................................ 97 
Yusif Şirvan. Təbrizdə rəsmlər nümayişqahı ...................... 102 
Memar E.Salamzad
ə. Azərbaycanın böyük memarı  ......... 105 
M
əhəmməd Baqır Əsbilani. Vətən sevgisi......................... 107 
Abbas Sabiri. 
Əziz yurdum Azərbaycan ............................. 108 
Əmin Sadiq. Bayraməli Abbaszadə Həmal ......................... 110 
Mehdixan V
əkilov. Böyük sərkərdə .................................... 116 
M.C
əfər. Mübariz xalq şairi  ................................................ 122 
Abdulla Şaiq. Sevimli şairimiz ............................................ 129 
 
 
229 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Cəmo Cəbrayılbəyli. Sabir haqqında xatirələrim ................ 132 
Qulam Məhəmmədli. Təbriz və təbrizlilər haqqında .......... 136 
Həbibə Zeynalzadə. Gəl apar məni ..................................... 142 
Şəşgilani. Zeynəb paşa ......................................................... 145 
Qılman  M. Vətən dili və onun müəllifi  ............................. 148 
Yusif Şirvan. Urmiya- Zərdüştün vətəni ............................. 152 
Səhənd yanır ......................................................................... 154 
M. Mübariz. 
Azərbaycan ictimai fikir inkişafı tarixindən 
Xaqani Şirvani ...................................................................... 158 
Əvəz  Sadıq. İki sənətkar ..................................................... 169 
M
əhəmməd Səid Ordubadi. Şərq klassik ədəbiyyatında  tə-
s
əvvüf ............................................................................................. 172 
Qulam Məhəmmədli. İstedadlı şairə ................................... 184 
Qəzənfər Əlizadə. Bakı xan sarayının divanxanası ............. 188 
“Əfəndiyev üsulu” ................................................................ 190 
Əli Tudə. Təbriz dövlət filarmoniyası .................................. 192 
H.Məmmədbəyli. Qədim rəsədxana .................................... 196 
H.H. 
Böyük inqilabçı Heydər xan ........................................ 201 
Hüseyn Mehdi. 
Həbib Sahir ................................................ 208 
Həbibullah Nəsrəddin oğlu.  Azərbaycan məcmuəsi ......... 211 
Sultanov. 
Azərbaycan topçuları ........................................... 215 
Xiyabani  – 
xalq azadlığı haqqında ................................... 219 
C.Hacızadə. Hacı Mehdi Şükuhi ......................................... 229 
 
 
 
 
230 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə