Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Şəmsəddinə birinci gün söhbət əsnasında Cəlaləddin belə 
bir sual verdi:  
-
 
Elm üz
ərində çalışmaqda  əsas məqsədin nədir?!  
C
əlaləddin Rumi bu sualın cavabında:  
-
 
Elm üz
ərində çalışmaqda məqsədim şəriət və sünnətin 
adabini örg
ənmək və onu xalqa örgətməkdir – dedi.  
C
əlaləddin Ruminin cavabı böyük mütəfəkkiri qənaətlən-
dirm
ədi. 
O, C
əlaləddinə müraciətlə:  

Burası aydındır. Elm üzərində çalışmaqda başqa daha nə 
kimi m
əqsədi təqib edirsiniz? – dedikdə, Cəlaləddin də:  

Bundan başqa nə kimi məqsəd ola bilər! – dedi. 
Şəmsəddin özünün elmə və həyata aid nəzəriyyəsini de-
m
əyə  başladı.  Cəlaləddinin məclisində  olan ruhanilər və  tələ-
b
ələr onu çox diqqətlə dinləyirdi. O sözünə başladı:  
“Elm ondan ibar
ətdir ki, səni geniş məlumata çatdırsın. – 
dedi – elm ondan ibar
ətdir ki, həqiqətin yolunu sənə göstərsin. 
Əgər oxuduğun və öyrəndiyin elm səni sənligindən çıxarıb tə-
mamil
ə başqa bir insan  etməyi bacarmazsa, o cür elmdən cə-
hal
ət min mərtəbə yaxşıdır”.  
Bu fikir Koniya dünyasında böyük şurəş yaratdı. Bu şurəş 
v
ə  dedi  –  qodulara baxmayaraq Cəlaləddin  Rumi  Şəmsəddini 
altı ay öz yanında qonaq saxladı. Bu müddətdə Şəmsəddin mo-
iz
ə və təlimatdan geniş istifadə etdi.  
C
əlaləddinin şagirdləri, ruhanilər və müridlər Şəmsəddin 
T
əbrizini  “İslamyətdən xaric fikirlər yürüdür” deyə  şurəşə 
başladılar. Şəmsəddini söyüb təhqir etdilər.  
N
əhayət  Şəmsəddin Cəlaləddinin  yalvarış  və  üzrlərinə 
baxmayaraq Konid
ən Təbrizə hərəkət etdi.  
C
əlaləddin heç bir vəchlə  böyük mütəfəkkirin  ayrılığına 
döz
ə  bilmədi.  Bu  ayrılığın  acı  təsirlərini tərənnüm etdirə 
bil
əcək könül yandırıcı şeirlər yazdı və mədhiyələr yarandı. 
 
 
27 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Lakin bunların heç birisi Cəlaləddin Rumini təskin etmə-
di. O, hazırlanıb Təbrizə yola düşdü və bu səfəri barəsində aşa-
ğıdakı şeirləri yazdı. 
Sarbana barbekeşan zaştəran  
Şur Təbriz əst kui delestan. 
 (T
ərcüməsi; Ey sarban dəvələri yüklə. Elə bil ki, Təbizin 
coşması qəlbi fəth edəndir.-red.) 
C
əlaləddin Şəmsəddin Təbrizi tərəfindən özünə layiq bir 
ehtiramla 
qarşılandı və uzun müddət iki elm silahdaşı bir yerdə 
yaşadı. Cəlaləddin yenə də Şəmsəlddini özü ilə bərabər götürüb 
Koniya şəhərinə apardı.  
Şəmsəddin  Koniya  kimi  şurəş  və  fəsad  ocağına  tez-tez 
getm
əsinin səbəbi tarixcə  məlum deyildir. O, bir məcbiriyyət 
n
əticəsindəmi Təbrizdən getmişdi və yainki Cəlaləddinə nisbət 
b
əslədiyi məhəbbət və sədaqət nəticəsindəmi vətənini buraxıb 
Koniyaya gedirdi. H
ər halda burası qaranlıqdı.  
Şəmsəddin  Koniya  şəhərinə  olan ikinci səfəri  əvvəlkinə 
nisb
ətən  daha  böyük  şurəşlə  qarşılandı.  Bu  dəfə  Şəmsəddin 
Ana
dolu  şəhərlərindən keçib Təbrizə  getməyi  bacarmadı.  O, 
Şam şəhərinə köçüb iki il tamam Şamın Salhiyyə məhəlləsində 
yaşadı. Suriya alim və ziyalıları tərəfindən hədsiz ehtirama nail 
oldu  
İki  ildən sonra Cəlaləddin Rumi  öğlu  Bəhaəddinə  min 
qızıl  dinar  verib  Şəmsəddin Təbrizinin  dalınca  Şam  şəhərinə 
gönd
ərdi. Şəmsəddin Təbrizə qayıtmaq məqsədilə Cəlaləddinin 
d
əvətini qəbul edərək  Koniya  şəhərinə  gəldi. Bir neçə  gün 
orada qalandan sonra gec
ələrin birində  Cəlaləddin ilə  söhbət 
etdiyi  zaman  onu  dişarıdan  bir  nəfər  çağırdı.  O,  qalxıb  dişarı 
çıxmaq istərkən Cəlaləddin tələsik bir surətdə ondan soruşdu: 
-
 
S
əni nə  üçün  çağırdılar?  –  dedikdə  Şəmsəddin  otağın 
qa
pısından çıxarkən:  
-
 
M
əni öldürməyə çağırırlar! – dedi və getdi. 
 
 
28 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
C
əlaləddin onun dalınca çıxmaq istərkən bir qışqırtı eşit-
di, tez dişarı çıxdı. Yerdə bir neçə qətrə qandan başqa bir şey 
görm
ədi. O səs  islam  şərqini qəflət  yuxusundan  oyandırmaq 
üçün yorulmadan s
əslənən böyük islahatçının son səsi idi.  
Deyil
ənlərə  görə  Cəlaləddin  bir  gün  sonra  öz  ayrılmaz 
dostunun doğranmış meyitini Koniya quyularının birindən tap-
dırıb dəfn etdirdi. 
Şəmsəddin Təbrizi hicrətin  altı  yüz  altmış  ikinci  ilində 
t
əxminən  altmış  yaşlarında  Cəlaləddin  Ruminin  kiçik  oğlu 
Əlaəddin tərəfindən qətl edildi. 
Şəmsəddin Təbrizinin bu faciəli ölümü o zaman bütün is-
lam şərqində unudulmaz bir hadisə kimi qarşılandı. Cəlaləddin 
Rumi öz dostunun adını davam etdirmək üçün Şəms Əlhəqaiq 
adlı ən bədii və qiymətli əsərini yazdı. Həmin əsərdə Şəmsəd-
dinin ölümün
ə həsr etdiyi şerində belə yazır: 
Ey  bağban,  ey  bağban  aməd xəzan  əndər xəzan bərşax 
b
ərk  əz dər du dele bəngər  neşan,  bəngər  neşan.  Hasel  bər 
am
əd zağ və ğəm dər bağ miquyəd qədəm pərsan zavsus setəm 
qu gülüstan, gülüstan. Cüm
ə  dər xətan səf zəde, camisiyə 
mat
əm zədə bi bərk zar nuhe gər zan emtahan zan emtahan. Ey 
bağban, ey bağban aməd xəzan əndər xəzan bər şaxo bərk əz 
d
ərdo del bengər neşan, bengər neşan. 
 ( T
ərcuməsi;Ey  bağban,  Ey  bağban  xəzan(payız  fəsli) 
g
əldi. Xəzan fəslində  ağacların  qol-budaqlarında  dəri hiss et( 
yarpaqların  tökülməsinə  işarə  edir) Demək nəticə  belə  imiş, 
qarğa addımlayaraq qəmlə deyir bəs  zülmdən haı gül çiçək 
Bütün ağaclar səf çəkrək qolsuz- budaqsız qara geyinmiş  
sınaqdan çıxmış halda hüznülü şəkildə mərsiyə oxuyurdular.)  
C
əlaləddin Rumi Şəms Əlhəqaiq adlı əsərindəki başqa bir 
şerində Şəmsəddin Təbrizinin şöhrətini mədh edərək yazır: 
Xorşide  Şərq məfxər Təbriz  şəmsdin  əndər  piş  dəra nə 
şödə delhaye çun səhab. 
 
 
29 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə