Şiəliyin gizli tərəfləri Ön söz


Əhli Sünnətin mallarının mübah olması



Yüklə 1,02 Mb.
səhifə4/14
tarix15.03.2018
ölçüsü1,02 Mb.
#32581
1   2   3   4   5   6   7   8   9   ...   14

4. Əhli Sünnətin mallarının mübah olması.
Bu məsələdə nəql etdiklərimiz sitatlara əlavə olaraq,Əbu Abdullahdan rəvayyət edilən bu hədisi də qeyd etmək olar: “Tapdığın yerdə nasibinin malını al və onun xümünü bizə ödə.”
Bu rəvayyəti şiənin böyük alimi Əbu Cəfər ət Tusi “Təhzibul əhkam” (4/122)-da,Feyz əl Kəşani “əl Vafi”(6/43)-də və bir çox alimləri kitablarında nəql etmişlər.

Bu rəvayyəti Muhsin əl Muallim “ən Nasb vən Nəvasib” adlı kitabında Nasibilərin (Əhli Sünnətin) mallarının alınmasının caiz olduğu məsələsində dəlil olaraq gətirmişdir. (“ən Nasb vən Nəvasib” səh 615, “Darul Hadi”Beyrut)

Bu rəvayyətin təsiri ilə şiələrin ən böyük müctəhidlərindən olan Ruhullah Xomeyni kitabında belə fətva verir: “Ən mötəbər rəyə görə özlərindən alınan qənimət və bu qənimətdən alınacaq xümsə görə nasibilərin hərb əhli hökmündə olmasıdır.Hətta,zahir olan budur ki,harada və necə olurlarsa olsunlar mallarının alınması caiz,xümslərinin ödənilməsi isə vacibdir.” (“Təhrirul vəsilə” c.1,səh 352)

Hiylə,oğurluq,aldatma,düşmənçilik və digər haram olan əməlləri Xomeyni “harada və necə olurlarsa olsunlar” sözləri ilə Əhli Sünnətə qarşı caiz hesab edir.Bəzi sünni zavallılar Xomeynini təbrik etmək üçün İrana getmişdilər.Digər qismi isə o öləndə təziyyə üçün ora getmişdilər.Bu adamlar təəsüf ki,Xomeyninin nə yazdığını oxuyur,nədə nasibi və nasibilər kimi ifadələri ilə kimləri qəsd etdiyini bilmir,onun Tusinin əməllərini İslam və müsəlmanların zəfəri kimi dəyərləndirdiyindən və onu ucaltığından xəbərsizdirlər.Bunlar bu zavallıların bilmədikləri çox az şeylərdən bəziləridir.

Sanki,cahilliyə doğru yarış içərsindədirlər.Bunlardan Allaha sığınırıq!

Bəli.Bunlar zavallı adamlardır.Şiəliyə görə nasibi olan sünninin qanı və malı onlara görə icma ilə mübahdır. Şiə fəqihi və mühəddisi şeyx Yusif əl Bəhrani məşhur kitabında yazır: “Nasibi haqqında müsəlman sözünün istifadə edilməsi,müsəlman olduqlarına görə mallarının alınmasının caiz olmaması fikri, haqq tayfanın icma etdiyi “Nasibinin kafir və nəcis olduğu,mallarının alınmasının caiz,hətta öldürülə biləcəkləri” hökmünə müxalifdir.” (“əl Hədaiqun nadira” 12/323-324)


Nemətullah Cəzairi yazır: “Onların (Nasibilərin) öldürülməsi və mallarının mübah hesab edilməsi caizdir.” ("əl-Ənvar ən-Numəniyyə"c. 2,səh 307)
Mühəddis Yusif əl Bəhrani kitabında bunları qeyd edir: “Əbu Saleh,ibn İdris və Səllar bu fikirdə olmuşlar.Zahir olan haqq da budur.Çox saylı xəbərlərə görə müxaliflərin kafir və nasibi olmaları,şirkə düşmələri,mallarının və qanlarının halal olduğu məsələsi sərih olaraq başa düşülməkdədir.Beləki,bir başqa kitabda biz bu məsələni heç bir şübhə yeri olmadan açıqlamışıq.” (“əl Hədaiqun nadira”10/360)


5. Şiəliyə görə Əhli Sünnət nəcisdir.
Şiənin təqlid mərcii olan Ayətullah Muhsin əl Hakim belə yazır: “əl Muqənnətul vəch”də olanları nəql etdikdən sonra “Təhzib”də ifadə edildiyinə görə Əhli-haqqa müxalif olan kimsə kafirdir.Dəlil çatmayan kimsələr istisna olmaqla yerdə qalanlar haqqında küffar hökmünün tətbiqi labüddür….Bu necə olmasın ki,Hillidən bəzən nəcis,kafir olduqlarına dair icma və hətta mütəvatir nasslar varid olmuşdur….Dördüncüsü,nasibinin nəcis olduğuna dair qeyd etdiymiz icma….” (“Mustəmsiqul urvətul vusqa” 1/392-393,Nəcəf)
Müasir alimlərindən Əbul Qasim Musəvi əl Xoyi “Minhəcus salihin” kitabında yazır: “…Mürtəd ilə,hərb əhli,qulat və nasibi kafir arasında heç bir fərq yoxdur.” (“Minhəcus salihin” 1/116; Nəcəf)
Köhnə təqlid mərcii olan Muhəmməd Kazım ət Təbatəbai “Urvətul vusqa” adlı kitabında yazır: “Qulat,xarici və nasibilərin nəcis olduğu məsələsində heç bir ixtilaf yoxdur.”( “Urvətul vusqa” 1/68,Tehran)
Əllamə Hilli “Nihayətul əhkam fi mərifətul əhkam”adlı kitabında yazır: “Xaricilər,qulat və nasibilər Əhli beytə düşmən olanlardır ki,bunlar nəcisdirlər.”(1/274; Beyrut)
Ruhullah Xomeyni “Təhrirul vəsilə” kitabında yazır: “Nasibilər və xaricilər -“Allah onlara lənət etsin” isə heç bir ixtilafsız nəcisdirlər.” (“Təhrirul vəsilə” 1/118; Beyrut)

Həmin səhifədə Xomeyni yazır: “Biz onların qətiyyətlə kafir olduqlarını demişdik.Hətta,bəzi vəziyyətlərdə onların öldürülməsi vacibdir.”

Bir sonrakı səhifədə (səh 119) Xomeyni yazır: “Ancaq şiə firqələrindən olan İsna-əşarilər imam olduqlarına inanmadıqları digər imamlara düşmən olub,onları söymədiyi müddətcə təmizdirlər.Əgər belə bir şey etsələr,onlar da digər nasibilər kimidirlər.”
İsna-əşarilərin şiə firqələrindən olduğuna görə necə də təmiz qəbul edildiyinə diqqət et! Halbuki,Əhli Sünnəti heç zikr etmir.Çünki,onlara görə sünnilər onsuz da nəcisdirlər.

Şeyx Səduq əl Qummi “Əməli” kitabında imam Sadiqdən hədis rəvayyət edir: “Heç şübhəsiz ki, mömin nasibi olmaması xaricində ixlaslı olanlara şəfaət edəcəkdir.Nasibi olana bütün peyğəmbərlər,mələklər belə şəfaət etsələr də şəfaətləri qəbul edilməz.” (“Əməli” səh 252,Beyrut)

Əllamə Məclisi bu rəvayyəti “Biharul Ənvar”da (8/41)-də zikr etmişdir.
Həmçinin, şeyx Səduq bu kitabının eyni səhifəsində Əbu Abdullahdan belə nəql edir:

Nuh (ə) gəmiyə iti və donuzu mindirmiş,vələduz-zina və bundan daha şərli olan nasibini mindirməmişdi.”


Ayətullah seyyid Abdullah əl Əla Musəvi əs Səbzvari belə deyir: “…Kafir olması məsələsində mürtəd,zimmi,xarici,qulat və nasibi arasında heç bir fərq yoxdur.” (“Camiul əhkam”səh 57; Beyrut,1992 il)
Ayətullah Hacı Seyyid Muhəmməd Rza Kəlbəyqani yazır: “14 məsumdan birinə düşmən olan vəya söyən kimsə İslam çərçivəsində olsa belə nəcisdir.İmam Əlinin də uluhiyyətinə inanan qulat kafir və nəcis hökmündədir.Eyni ilə xarici və nasibilər də eyni hökmdədirlər.”(“Muhtəsarul əhkam” səh 9; Qum)
Onların nasibiləri necə vəsf etdiyinə diqqət edin!Nasibilər tarixdə məlum olan,günümüzdə olmayan kimsələr idilər.Bununla bərabər xariciləri də qeyd edirlər.Bununla onlar Əhli Sünnəti qəsd edirlər. Bunun isbatı yuxarıda nəql edilən sitatlardır.
Şeyxləri Yusif əl Bəhrani kitabında yazır: “Məna baxımından mütəvatir xəbərlərdən çıxan nəticəyə görə bu sahədə olan iddiaların zəif və vəhn olması gizli deyildir. Beləki,məlum risalədə müxaliflərin kafir,nasibi və nəcis olduğu məsələsini izah etmişdik.Bu iki xəbərin nə sənəd,nə də dəlalət baxımından o xəbərlərə qarşı təsiri ola bilməyəcəyinə şübhə yoxdur.Bunların ya təqiyyəyə aid edilməsi ki,bu ravilərin halından bəlli olur,yada müxaliflərin xaricində ki,kimsələrə şamil edilməlidir.Eyni zamanda əshabımız arasında məşhur olan görüşə görə qulatın da xarici və nasibilər xaricində qalanlara şamil edilməsi lazımdır.Çünki,əshabımız bunların hamısının kafir olduğu məsələsində ixtilaf etməmişlər.”(“Şərhu risalətis səlatiyyə”səh 334, Beyrut,1988 il)
Nemətullah Cəzairi yazır: “Xəbərlərdə nasibinin nəcis olub yəhudi,xristian və məcusilərdən də daha şərli olduğu baradə imamiyyə alimlərinin icmasını qeyd etmişdik.....Təqlid mərcii olan Mirzə Həsən əl Hairi dediyi kimi: “Nəcasətlər on ikidir.....Kafirlər qismindən olan nasibilər.” ("əl-Ənvar ən-Numəniyyə"c. 2,səh 306,Beyrut)

Bu sözləri bir çox müasir təqlid mərciiləri də söyləmişlər.


6. Əhli Sünnətin yanında təqiyyə ilə əməl etməməyin haram olması.
Onlar özlərindən olan kimsələrin zərərini dəf etmək və intiqam almaq üçün Əhli Sünnə sultanlarının xidmətinə can atmışlar.Məzhəbləri buna onları təşviq edir.Hurr Amili Muhəmməd ibn Əli ibn İsanın imam Əbul Həsənə Abbasi xəlifələrinin xidmətinə girməsi haqqında yazdığı məktubu nəql edir: “Təhlükə olmadığı müddətcə Allah üzrü qəbul edəndir.Bunun əksi isə məkruhdur….Ona mənə verdiyi sualın cavabında yazdım: “Mənim onların əmrinə girmək haqqında fikrim,düşmənin başına bəla gətirmək və onlara yaxınlaşıb,intiqam almaqdan yanadır.Kim belə bir şey edərsə,haram iş görməz,əksinə savab və əcir qazanar.” (“Vəsailuş şia” 12/137)
Abbasi oğullarının xidmətinə girməklə, məqsədin onların başına bəla gətirib,intiqam almaq olduğuna dair imamın sözlərinə diqqət edin!
Hurr Amili Səfvan ibn Mehran əl Cəmaldan nəql edir: “İmam Əli ibn Əbul Həsənin yanına girdim.Ey Səfvan! Səndə olan hər şey xoş və gözəldir,bir şeydən başqa…dedi.Sənə fəda olum,o nədir? dedim. İmam dedi: “Dəvələrini bu adama (xəlifə Harun ər Rəşid) kirayə verirsən.” Səfvan dedi: “Vallahi,ona sevinc və əylənmək qəsdi ilə verməmişəm…..” Mənə dedi: “Kirayəni ödəyənə qədər onlarla qalmaq istəyirsən?” Dedim: “Bəli” Dedi: “Kim onlarla olarsa,onlardandır və gedəcəyi yer oddur.” Səfvan dedi: “Getdim və dəvələrimin hamısını satdım.Bu xəbər xəlifənin qulağına çatdıqda məni çağırdı və dedi: “Ey Səfvan! Qulağıma çatdığına görə dəvələrini satmısan.Mən sənə bu fikrin kim tərəfindən verildiyini bilirəm.Bu fikri sənə Musa ibn Cəfər verib.” Dedim: “Musa ibn Cəfərdən mənə nə!” O,dedi: “Vallahi,əgər yaxşı dostluğun olmasa idi səni öldürərdim.” (“Vəsailuş şia” 12/131)

7. Əhli Sünnətin ölülərinə cənazə namazı zamanı lənət oxumaları
Şeyx Mufid “əl Muğniyyə”kitabında yazır: “Möminlərdən heç kəsə vilayət məsələsində haqqa müxalif olanların cənazələrinin yuyulmasında və namazlarında iştirak etmələrinə icazə verilmir.Bunu yalnız zərurət halında təqiyyə edərək etmək olar.....Cənazə namazında ona lənət oxumaq və onun üçün dua etməmək lazımdır.” (səh 85,Muəsəsat nəşri İslami,Qum)
Şeyxut-taifə ləqəbli Əbu Cəfər ət Tusi “Təhzibul əhkam” kitabında yazır: “Bu məsələnin izahı belədir: “Əhli haqqa müxalif olan kimsə kafirdir.Deməli,hökm etibarı ilə kafir ilə eyni səviyyədə olmalıdır.Kafirin yuyulması caiz olmadığına görə eyni şəkildə müxaliflərin də yuyulması caiz deyildir.Cənazə namazının qılınması məsələsi isə Peyğəmbər (s.a.s) və imamların münafiqlərin cənazə namazlarını qılmaları çərçivəsində dəyərləndirilir.Müxaliflərin cənazə namazlarının necə qılınacağı və kafirin yuyulmasının caiz olmadığının dəlilini isə sonrakı səhifələrdə izah edəcəyik.” (“Təhzibul əhkam” c.1,səh 335, 3-cü nəşr,Tehran)
Kuleyni yazır: “Əbu Abdullahın dediyinə görə Abdullah ibn Ubey ibn Səlul öləndə Peyğəmbər (s.a.s) onun dəfnində iştirak edirdi. Ömər Rəsulullah (s.a.s)-a dedi: “Məgər Allah sənə onun qəbri üstündə dayanmağı qadağan etməmişdir?” Peyğəmbər (s.a.s) cavab vermədi. Ömər yenə soruşdu: “Ya Rəsuullah! Məgər Allah sənə onun qəbri üzərində dayanmağı qadağan etməmişdir?” Belə olduqda Peyğəmbər (s.a.s) dedi: “Heyıf ki,sən mənim nə dediyimi anlamırsan.Mən dedim ki,ilahi onun içinə od sal,qəbrini odla doldur,onu Cəhənnəmə vasil elə” (“Kafi-furu” “Kitab əl cənaiz” fəsli c.3,səh 188,İran)
Bu rəvayyəti Tusi “Təhzib”(3/196)-də,Hurr Amili “Vəsailuş şia” (2/770)-da “Müxaliflərin cənazələrinin necə qılınacağı” fəslində nəql etmişlər.
Kuleyni özünün “Kafi” kitabında Əbu Abdullahdan belə rəvayət edir ki, münafiqlərdən bir kişi ölürmüş, Hüseyn ibn Əli cənazə ilə birlikdə yola çıxır.Onun qarşısına bir mövlası çıxır, imam Hüseyn ondan soruşur: “Hara gedirsən?” O deyir: “Bu münafiqin cənazəsindən qaçıram ki, onun üçün namaz qılmayım.” İmam ona deyir: “Sən namaz zamanı mənim sağımda dayan və məndən nə eşitsən, sən də elə de.” Hüseyn təkbir duasında belə söyləyir: “Allahü əkbər! Allah, sən bu qulun filankəsə min dəfə eyni, bir-birindən fərqlənməyən lənətlər yağdır. Qullarından birini cəzalandır, onu Cəhənnəm odunun qızmarına at, ona Özünün ən şiddətli əzabını daddır.Çünki, o sənin düşmənlərinə dost, övliyalarına düşmən olmuşdur. O, sənin Peyğəmbərinin ailəsinə nifrət etmişdir.” (“Kafi” “Kitab əl-cənaiz” , “Düşmənçilik edənlər” fəsli, c.3,səh 189, İran)

Bu hədisi həmçinin, Tusi “Təhzib”,Şeyx Səduq “Mən lə yəhduruhul fəqih”,Hurr Amili “Vəsailuş şia” kitablarında nəql etmişlər.


Muhəmməd ibn Həsən ət Tusi “Təhzib”(3/316)-də yazır: “Cənazə namazı içərsində olan dörd təkbir təqiyyə ilədir.Çünki,bu qayda müxaliflərin məzhəbidir...”

Bu sözlər ilə Əhli Sünnətin qəsd olunduğu aşkardır.Çünki,sünnilər cənazə namazında dörd təkbir gətirirlər.

Hurr Amili “Vəsailuş şia” kitabında “Müxalifə (sünniyə) cənazə namazı qılmaq” fəslində yazır: “Muhəmməd ibn Muslimdən nəql olunur ki,imam dedi: “Əgər mərhum haqqı inkar edənlərdən idisə onda de: “Ey Allah! Onun qarnını və qəbrini odla doldur.Ona əqrəb və ilanları müsallat elə!” (“Vəsailuş şia” 2/771)

Bu rəvayyəti Yusif əl Bəhrani “Hədaiq” (10/414)-də və Muhəmməd Həsən ən Nəcəfi “Cəvahirul kəlam” (12/48)-da nəql etmişlər.


Şeyx Səduq kitabında Əbu Abdullahdan hədis rəvayyət edir: “Allahın düşməninin cənazə namazını qılarkən belə de: “Allahım!Biz bunun sənə və Rəsuluna düşmən olduğundan başqa bir şey bilmirik.Allahım onun qəbrini,qarnını odla doldur!Onu tezliklə Cəhənnəmə göndər!Çünki,sənin düşmənlərinə dost,dostlarına isə düşmən olardı.Peyğəmbər (s.a.s)-in Əhli beytinə də düşmən idi.Allahım! Onun qəbrini daralt,onu ucaltma,onu təmizləmə de.” (“Mən la yəhduruhu əl-fəqih” 1/105)

Bu rəvayyəti Hurr Amili “Vəsailuş şia”(2/77)-da “Müxaliflərin cənazə namazı necə qılınar” fəsli altında Bəhrani “əl Hədaiq”(c.10,səh 414)-də,ən Nəcəfi isə “Cəvahir”-də (c.12,səh 49)-də qeyd etmişlər.


Yusif əl Bəhrani bu rəvayyəti zikr etdikdən sonra (səh 415) demişdir: “Bu rəvayyətlərin hamısı görüldüyü kimi Əhli Sünnədən olan müxaliflər haqqındadır…”
Həmçinin,o eyni kitabın başqa yerində yazır: “On iki imama inanan möminin cənazə namazının qılınmasının vacib olması baradə heç bir fikir ayrılığı yoxdur.Eyni şəkildə xarici,nasibi,qulat və zeydi olan dindən zəruri olan etiqadlardan birinin əksinə etiqad edən adamın cənazə namazlarının təqiyyə xaricində qılınmasının caiz olmadığı xüsusunda da heç bir fikir ayrılığı yoxdur.” (“əl Hədaiq” 10/359)
Bəhrani başqa bir kitabında yazır: “Dördüncü təkbirdən sonra mömin üçün dua ediləcəyi bilinməlidir.Mömin deyil və haqqa müxalif olandırsa, bəddua olaraq belə deyilir: “Allahım! Onun qarnını və qəbrini odla doldur.İlanları,əqrəbləri ona müsəllat elə.” (“Risalətus salətiyyə” səh 328)
Əbu Əhməd əl-Usfur əl-Bəhrani “Risalətus salətiyyə” kitabına yazdığı şərhdə (333-cü qeyd) Mufidin sözlərini qeyd etdikdən sonra yazır: “Təhzib”də şeyx bununla razılaşmışdır.Sözlərinin sonuna qədər müxaliflərin kafir,hökmlərinin kafirlərin hökmü ilə eyni olması baradəki sözlərini davam etdirir.Əbu Saleh müxalifin cənazə namazının təqiyyə xaricində qılınmasının caiz olmadığını qəbul etmişdir.İbn İdris də inanclı bir adamın bu hökmdə olanların cənazə namazının qılınmaması rəyini qəbul etmişdir. Seyyid Murtəzanın da müxaliflər haqqındakı hökmü bəllidir.Yəni,o onların küfrünə hökm etmişdir.”
Bilindiyi kimi inanclı insan dedikdə onlar on iki imama etiqad edən şəxsi nəzərdə tuturlar.

Mirzə Həsən Hairi əl Əhkaqi “Əhkamu fiş şia”adlı kitabında yazır:

Kitabı olsun,ya olmasın kafirlərin bütün qisimlərinin cənazə namazının qılınması caiz deyildir.Təqiyyə və zərurət xaricində bu müxaliflər üçün də keçərlidir.Dördüncü təkbirdən sonra cənazəyə lənət oxunar.Beşinci təkbir edilməz…..Cənazə namazı mömin birinə aiddirsə,beş təkbir almaq vacibdir.Əgər namaz müxalif və ya münafiq birinə məxsusdursa dörd təkbir alınar və dördüncü təkbirdən sonra cənazəyə bəd dua edilir.” (“Əhkamu fiş şia”c.1,səh 186-187; “Məktəbətu Cafər Sadiq” Kuveyt,1997 il)

Buna bənzər fətvanı Ayətullah Mirzə Əbdurrasul əl İhqaqi “Əhkəmuş şəria” (1/229) kitabında vermişdir.

Həmin bu Hairi əl Əhkaqi digər kitabında İranı fəth edən səhabələri vəsf edərək,yazır: “Fars qadınlarının iffətinə göz dikən, quldur və şəhvət düşgünü olan bədəvi ərəblər"(“Risalətul İman”səh 232)

Nuri ət Təbərsi yazır: “Şeyx Tusinin “Tibyan” əsəri araşdırıldığında bu əsərin tamamilə müxalifləri idarə etmək və onlarla yaxşı keçinmək niyyəti ilə yazıldığı məlum olacaqdır....Nuri Təbərsi davam edərək yazır: “Əli ibn Tavus “Sadus Səud” adlı əsərində bunları yazır: “Atam Əbu Cəfər ət Tusi “Tibyan” adlı kitabında yazdıqları ilə bizdə razıyıq.Onu bu fikirləri yazmağa təqiyyə qəsdi olmuşdur.” (“Fəsl əl-xitab”səh 38)


8. Əhli Sünnəti aldatmağa hesablanmış təqiyyə namazı.
Bəziləri şiələrin sünni imamlar arxasında namaz qılmalarına aldanırlar.Bu davranışı onların Əhli Sünnətə qarşı duyduqları yaxınlıq və pərəstişin dəlili hesab edirlər.Yuxarıdakı fəsillərdə izah edildi ki,onlara görə iman ancaq Əli (r.a) və övladlarının vilayətini qəbul etməklə tamamlana bilər və buna etiqad etməyənlərin əməlləri qəbul edilməyəkdir.İndi isə gəlin,onların daha açıq ifadələri ilə tanış olaq.

Mühəddis Hurr Amili məşhur “Vəsailuş şia”kitabında “İmamların vilayəti qəbul edilmədiyi və imamlıqlarına inanılmadığı təqdirdə ibadətlərin batil olması” adlı fəsil tərtib etmiş və bu fəsildə 19 hədis nəql etmişdir.

Bu hədislərdən biri də imam Baqirdəndir.Bu hədisdə imam şiələrinə deyir: “Vallahi,Allah üçün sizdən başqa hacı yoxdur və sizdən başqasından da bu qəbul edilməyəcəkdir.” (“Vəsailuş şia” 1/90)

Hurr Amili daha sonra bu fəsildə 19 rəvayyəti nəql etdikdən sonra (səh 96) yazır: “Bu baradə həqiqətən çox sayda hədis mövcuddur.”


Alim,fəqih,imamları olan Ayətullah Hacı Ağa Hüseyn Təbatəbai Burucərdi “Camiu əhadis şia” (1/426) kitabında “Əməllərin qəbulunun imamların vilayəti və onların imamlığına inanma şərti ilə qəbul ediləcəyi” başlığı altında fəsil tərtib etmiş və orada 78 rəvayyət nəql etmişdir.

Bu hədislərdən biri də Rəsulullah (s.a.s)-dan nəql edilir.Peyğəmbər (s.a.s) buyurub: “Məni haqq ilə göndərənə and olsun ki,sizdən biriniz rükun ilə məqam arasında min il ibadət edərsə,sonra Əli və övladlarının vilayətini qəbul etməzsə,Allah onu başı aşağı Cəhənnəmə atacaqdır.” (“Camiu əhadisuş şia” 1/429)

Səhifə 431-də isə Əbu Həmzədən Əbu Abdullahın belə dediyini nəql edir: “Sizə müxalif olan özünü ibadətə həsr etsə,ictihad etsə belə, “o gün bir çox üzlər qaralar” ayəsinin hökmündədir.”
Etiqadlarında sabit olan davranış bu şəkildədir.Hurr Amili “Vəsailuş şia”(5/388)-da “Camaat imamının müxaliflərdən olması halında təqiyyə xaricində ona namazda uymanın caiz olmadığı” adında bir fəsil tərtib etmişdir.

383-cü səhifədə isə “Müxalifdən öncə fərzi əda etmənin,daha sonra onunla birlikdə namazı qılmanın müstəhəb olması” adında fəsil ayırmışdır.

5/381-də “Namazda müxalif kimsənin arxasında təqiyyə ilə namaz qılma və birinci səfdə durmağın müstəhəb olması” adında fəsil ayırmışdır.

Həmçinin, Burucərdi “Camiu əhadis şia”(6/410) adlı əsərində “Səhih etiqadlar mövzusunda müxalif olan kimsənin arxasında namaz qılmanın təqiyyə xaricində caiz olmamağı və təqiyyə səbəbi ilə camaatlarına qoşulmağın və onlarla bərabər ilk səfdə durmanın müstəhəb olması”adlı fəsil tərtib etmişdir.


“Camiu əhadis şia” (6/418)-da Burucərdi “Adamın fərz namazını vaxtında qılıb,daha sonra təqiyyə niyyəti ilə müxaliflə birgə namazı imam vəya camaat olaraq qılması vəya qılmadığı halda qılırmış kimi görsənməsinin müstəhəb olması” adında fəsil tərtib etmişdir.

Ona görə də məşhur alimlərindən olan Əbul Qasim əl Xoyi “Müsəlmanların camaatı ilə birgə namaz qılmaq” haqqında suala belə cavab vermişdir: “Təqiyyə ilə qılınarsa,səhihdir.” (“Məsail”,”Rudud” 1/26,Qum)


Ayətullah Muhəmməd Rza əl Musəvi Kəlbəyqani “müsəlmanların məscidində qılınan namaz” haqqında ona verilən suala belə cavab vermişdir: “Onlarla birlikdə namaz qılmağı tərk etmək fitnə və ixtilafa səbəb olacaqsa təqiyyə ilə bunu etmək caizdir.” (“İrşadus sail” səh 38,Kuveyt)
“Camaatın sünni olan imamına namazda uymaq caizdir,yoxsa deyil?” sualına belə cavab verilir: “Təqiyyə halında bu əməl caizdir və savabı böyükdür.” (“Məcməul məsail” 1/194,Kuveyt)
Xameneyi “Əcvibətul istiftat” adlı kitabında (səh 178,Beyrut) “Əhli Sünnətin arxasında camaat namazı qılmaq caizdir?” sualına belə cavab verir: “Onların arxasında camaat olaraq namaz qılmaq ehtiyyati məsləhət baxımından caizdir.”
Ayətullah Kazım əl Hairi “əl Fətava muntəhabə” adlı kitabında (1/75,Kuveyt) “Sünni qardaşlarımızın arxasında təqiyyə olmadan namaz qılmaq caizmi? İmam Xomeyninin həcc mərasimi zamanı sünnilər arxasında camaat namazı qılmanın mübahlığı haqqında fətvasının hökmü nədir?” sualına belə cavab vermişdir: “Caiz deyildir.Bu məsələnin imamın həcc mərasimi zamanına aid verdiyi fətva ilə qiyas etmək yersizdir.”
Həmin kitabda (səh 81)-də “İslam birliyi şüarı sünni bir adamın arxasında namaz qılmağa səbəb ola bilərmi? sualına belə cavab vermişdir: “Birlik və bərabərlik sünni adamın arxasında namaz qılmağa səbəb ola bilər.Lakin,ehtiyyata görə namazın yenidən qılınması məsləhətdir.”
Mirzə Həsən Hairi əl Əhkaqi “Əhkəmuş şia” kitabında yazır: “Şiə olan biri onların (sünnilərin) camaatına qoşulub,onlara iqtida etmədən öncə evində namazı əda edə bilərsə və sonra onlarla birlikdə camaat namazına qoşula bilərsə vəya onlarla birlikdə qıldıqdan sonra yenidən qəza edə bilərsə bunları etsin.

Zərurət olmadığı halda təqiyyə ilə camaatlarına qoşularaq,ilk səfdə durmaq və zahirən onlara uymaq müstəhəbdir.Lakin,iqtida etmədən namazı tək başına da qıla bilər.” (“Əhkəmuş şia” 2/341-342)
Müsəlman qardaş! Bu fətvalarla sən şiələrin Əhli Sünnət arxasında qıldığı namazların sırf aldatmadan ibarət olduğunu öyrənmiş oldun.Bunu Ticani bu sözlərlə etiraf edir: “Şiələr çox vaxt Əhli Sünnətlə birlikdə təqiyyə ilə camaat namazı qıldıqdan sonra oranı tez tərk edərdilər.Çox güman ki, evə qayıdıb,namazlarını yenidən qılırlar.”(“Kullul Hulul ində alir rasul” səh 160; Beyrut)
Həmçinin,sünnilərin namazda sağ əli sol əlin üzərinə qoymaları,Fatihə surəsindən sonra amin demələri şiələrə görə namazı batil edən səbəblərdəndir.Lakin,onlar buna təqiyyə ilə edildikdə icazə vermişlər. Bu cür fətva verənlər:

1-Ruhullah əl Musəvi əl Xomeyni -“Təhrirul vəsilə” (c.1,səh 186,190)

2-Ayətullah Seyyid Abdullah Səbzvari - “Camiul əhkam” (səh 92-93)

3-Ayətullah Muhəmməd Rza Kəlbəykani - “Muhtəsərul əhkam” (səh 68-69)

4-Əbul Qasim əl Xoyi “Məsailul Muntəhabə”

Daha altı belə şiə aliminin kitablarında belə fətvalar mövcuddur.


9. Əhli Sünnətə zəkat vermənin caiz olmaması.
Şiə alimləri zəkatın müxaliflərə verilməsini haram hesab etmişlər.Ayətullah Sistani “Minhəcus salihin”adlı kitabında (c.1,səh 373) yazır: “Kafirə zəkat verilməz.Müxalif də belədir.”

Həmin yerdə yenə yazır: “Müxalif biri özündən olanlara zəkat verib,daha sonra şiə məzhəbinə keçərsə,zəkatı təkrar verməlidir.Əgər möminə (şiəyə) vermişsə bu kifayət edər.”


Şiələrin təqlid mərciilərindən olan “Ayətullahlar” kitablarında “Zəkatın kimlərə verilməsi” fəslində eyni fətvaları vermişlər.Bunlardan bəziləri aşağıdakılardır:
1- Ayətullah Muhəmməd Hüseyn Şirazi “əl məsailul İslamiyyə”

2- Ayətullah Xomeyni “Təhrirul vəsilə”

3- Ayətullah Mirzə Əbdurrasul əl İhqaqi “Əhkamuş şəria”

4- Ayətullah Mirzə Həsən əl İhqaqi “Əhkamuş şia”

5- Ayətullah Əli əl Qəravi “Mucuzə fətaval mustənbəta”

6- Ayətullah Muhəmməd Fazil Lənkərani “əl Əhkamul vadihə”

7- Ayətullah Muhəmməd əl Kəlbəynaqi “Hidayətul ibad”

10. Müxaliflərin qeybətinin edilməsinin caiz olması.
Böyük müctəhidlərindən olan Ruhullah Musəvi Xomeyni kitabında yazır: “Zahir olan odur ki,qeybətin haramlığı mömin üçün olduqda keçərlidir.Buna görə də müxalifin qeybətini etmək caizdir.” (“Məqasibul muharrəmə” 1/249; Qum)

Onlara görə qeybətin haramlığı on iki imami etiqadında olanlara xasdır.

Ayətullah Seyyid Əbdulhüseyn Dəstağeyb yazır: “Bu bilinməlidir ki,qeybətin haram olması möminə yəni,həqiqi inanc əsaslarına inanan kimsəyə məxsusdur.Bu inanclardan biri də 12 imama etiqaddır.Ona görə də müxaliflərin qeybəti haram deyildir.” (“Zunubul kəbira” 2/267 “Darul İslamiyyə”nəşr.Beyrut,1988 il)

Xomeyninin ən yaxın silahdaşı olan 1983-cü ildən inqilab rəhbərliyini öhdəsinə alan Seyyid Dəstağeybin sözləri budur.Şiəliyə görə on iki imami əqidəsində olmayan hər kəsin qeybəti edilə bilər.


Muhəmməd Həsən ən Nəcəfi yazır: “İstənilən halda qeybətin haramlığı imamların birini belə inkar edən digər kafirlərə və müxaliflərə deyil,sadəcə 12 imam etiqadında olan möminlərə xas olduğu aşkardır.” (“Cəvahirul kəlam” 22/63)
Muhəmməd Həsən ən Nəcəfi bu kitabın başqa bir yerində belə yazır: “Hər halda İslam və iman küfrü baxımından müxaliflərin müşriklərin sırasında olması aşkardır.Əsrlər boyunca,müxtəlif ölkələrdə avamı və alimi ilə şiələr müxaliflərin qeybətini etmişlər.Belə ki,bu iş şiəliyə görə itaətlərin ən əfzəli,Allaha yaxınlaşma məqsədi ilə edilən əməllərin ən yaxşılarındandır. Bəzilərindən rəvayyət olunduğu kimi bu məsələdə icma hasil olduğu iddialarında heç bir qəribəlik də yoxdur.Hətta,bu əməlin qəti zərurətdən olması iddiası da mümkündür.” (“Cəvahirul kəlam” 22/62)
Ayətullah Əbul Qasim əl Xoyi “Misbah əl fuqaha” kitabında yazır:

Onun sözü və sözünün mənası budur ki,möminin arxası ilə qeybət etmək olmaz.”



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə