Şifahi akademik kommunikasiya elmi nitq nəzəriyyəsi, təcrübəsi və ritorik kanon, müəyyən çıxış mətni üzərində iş mərhələsidir



Yüklə 17,44 Kb.
tarix29.11.2023
ölçüsü17,44 Kb.
#140185
sifahi akademik kommunikasiya


Şifahi akademik kommunikasiya elmi nitq nəzəriyyəsi, təcrübəsi və ritorik kanon, müəyyən çıxış mətni üzərində iş mərhələsidir. Bura nitq vasitələri ilə elmi mətnin əsaslandırılması, arqumentlərin, tövsiyələrin rolu, şifahi elmi nitqin spesifikliyi – məntiqiliyi, əyaniliyi, sxematik təqdimetmə ehtimalı, eləcə də elmi məlumat, seminar məşğələlərində çıxış, şifahi rəy, magistr buraxılış işinin ixtisas müdafiəsi və s. daxildir. Şifahi akademik kommunikasiyanın dialoq janrı elmi məruzənin müzakirəsi, yazılı akademik mətn və şifahi çıxışla yekunlaşır, monoloq janrda informasiyaverici xarakter daşıyır. Monoloq biliklərin ötürülməsi, çatdırılmasıdır, bu halda danışan dinləyənlərin informasiya qəbul etməsini, intellektual bacarıqlarını, eyni zamanda buna hazır olub-olmadıqlarını nəzərə almalıdır. Bu növə müxtəlif məzmunlu nitqlər: məruzə, mühazirə və s. məlumatlar aid edilir. Məruzə müəyyən bir mövzu ətrafında söylənilən monoloji nitqdir, həcminə və məntiqi məzmununa, adresata çatdırma zamanında məsuliyyətinə görə xarakterizə olunur. Məruzənin mətni əvvəlcədən hazırlanır: mövzu dəqiqləşdirilir, bu barədə material toplanır, mənbələrə müraciət olunur, biblioqrafiya tərtib edilir, tezis və ya plan hazırlanır, nəticə ilə yekunlaşır. Məruzə şifahi şəkildə təqdim olunsa da, mətnin tam şəkildə oxunması norma hesab olunur. Məqsəddən asılı olaraq, məruzənin mətni məlumat (xüsusilə elmi mövzuda), müzakirə (xüsusilə, işgüzar hesabat, dərsliklər) xarakterli ola bilər. Bütün hallarda dəqiq məntiqi struktura, faktlara əsaslanmalı, şifahi olduğu üçün həm neytral, həm publisistik, həm də ədəbi dillə bərabər şəkildə reallaşmalı, həmçinin məruzəçi tərəfindən məqsəddən asılı olaraq, ritorik şəkildə dialoqlaşmalıdır. Məruzə bu və ya digər şəraiti, nəticəni kəmiyyət və keyfiyyət baxımından qiymətləndirmə vasitəsidir, ona görə də mətni müvafiq konkret bir məsələyə həsr edilməli, nəticələr dəqiq olmalıdır; müəllif fikirlərini obrazlı, cəzbedici şəkildə ifadə edə bilər.
Auditoriya qarşısında yüksək səviyyədə çıxış üçün bəzi məsləhətlər: Məruzənin vaxtı 10-15 dəqiqə nəzərdə tutulmalıdır. Ona görə də hazırlıq zamanı mətndən vacib məsələləri seçməli, fəsil və bölmələrin məzmunu qısa şəkildə çatdırılmalıdır. Tam şəkildə, yəni yazılı məlumatı mənimsədikdən sonra və eyni məzmunu şifahi şəkildə də verə bilməyə hazır olduqda məruzə söylənməlidir, bu, təbii ki, auditoriyaya yaxşı təsir bağışlayır. Lazım gəldikdə pauzadan istifadə etməli, tələsməməli, nitqin sürəti dəqiqədə 120 sözdən artıq olmamalıdır. Çıxış zamanı sözlərin sonluqlarını aydın ifadə etməli. Əvvəlcədən dinləyicilərin sizə hansı sualları verə biləcəyini müəyyənləşdirməli, auditoriya qarşısında özünüzü tam hazırlıqlı göstərməli, təmkininizi qorumalı (bu, auditoriyanın əhvaliruhiyyəsinə təsir göstərir). Daha sərrast cavab üçün ehtiyac olduqda sxem, diaqram, xəritə, foto və s. tədarükü görməli.
Şifahi nitq eşitmə, dinləmə, qavrayış üçün nəzərdə tutulan səsli nitqdir. Şifahi nitqin baş vermə səbəbi insanın beyin fəaliyyəti, düşünmə qabiliyyəti ilə idarə olunur. Danışıq üzvləri fəallıq göstərir, danışan dinləyicilərinə təsir mexanizmi kimi intonasiya, mimika və jestlərdən istifadə edir. Şifahi nitqin xüsusiyyətlərini belə qruplaşdırmaq olar.
1)Şifahi nitq söylənilir və eşidilir;
2)Şifahi nitqdə dinləyicilərin kimliyi nəzərə alınaraq aydın, ümumişlək sözlərə üstünlük verilir;
3)Qısa və sadə cümlələr, yarımçıq və elliptik, yaxud söz-cümlələr, replikalar əsas yer tutur;
4)Nitq danışıq dili xüsusiyyətləri ilə səsləşir.
Nitqin bu formasının yaranması elmə məlum deyildir. Lakin bununla bağlı nəzəriyyələrin və fərziyyələrin hamısı bir həqiqəti təsdiqləyir ki, lap uzaq keçmişlərdə də nitq informasiya mübadiləsi zərurətindən meydana gəlmişdir və əcdadlarımızın ehtiyaclarına xidmət etmişdir. Kitabda danışmaq, ünsiyyət bağlamaq, dinləmək fəaliyyəti geniş planda araĢdırıldığından yalnız şifahi və yazılı kommunikasiya arasındakı fərqləri diqqətə çatdırmaqla qənaətlənirik. Bunlar aşağıdakılardır: Şifahi kommunikasiya:
1. Zəngin intonasiya çalarlıqlarına malikdir.
2. Çoxsaylı paralinqvistik (jest, mimika, bədən hərəkətləri və s.) vasitələrin iştirakı istisna olunmur.
3. Özünəməxsus tempi mövcuddur (bu zaman kəsiyində nitqin məqamla bağlılığını əks etdirir).
4. Yüksək dərəcədə avtomatlaşmış nitqdir.
5. Dil vahidlərindən istifadə olunmasında sərbəstlik var.
6. Yüksək nitqdir (deyilən sözü geri qaytarmaq mümkün süzdür).
Yüklə 17,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə