Sifarişçi: Əmanətlərin Sığortalanması Fondu



Yüklə 9,62 Kb.
tarix18.06.2018
ölçüsü9,62 Kb.

KOTİROVKA SORĞUSU

Sifarişçi: Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri, Babək prospekti 16, telefon: 447774,5966591/92/93, dax. 1341, faks: 596 65 94 . Məsul şəxs: Vəliməmmədli Dəyanət Fikrət oğlu – İnsan resursları üzrə mütəxəssis



Aşağıda göstərilən xidmətləri kotirovka sorğusu üsulu ilə almaq (satınalınması) niyyətindədir:

- Əmanətlərin Sığortalanması Fondunun işçilərinin tibbi sığortalanması

Satınalma müqaviləsi üzrə ödənişlər bank köçürməsi yolu ilə aparılacaqdır.



Podratçı tərəfindən təklif olunan qiymət kotirovkaları xidmətlərin dəyərindən başqa, vergilər, icbari ödənişlər və digər bütün xərclər nəzərə alınmaqla göstərilməlidir.

Göstəriləcək xidmətlər Kotirovka sorğusuna Əlavə 1-də göstərilən tələblərə cavab verməlidir.

Xidmətlərin qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək, Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri, Babək prospekti 16 ünvana 25 aprel 2018-ci il tarixə saat 15:00-a qədər təqdim olunmalıdır.

Xidmətlərin qiymət katirovka zərflərinin açılışı 26 aprel 2018-ci il tarixində saat 10:30-da Əmanətlərin Sığortalanması Fondunun ofisində həyata keçiriləcəkdir.

Tibbi sığorta xidməti ilə bağlı ən sərfəli qiymət və təklif vermiş iddiaçı kotirovka prosedurunun qalibi müəyyən olunacaqdır.

İddiaçılar qiymət kotirovkaları və təkliflərlə bərabər aşağıdakı sənədləri təqdim etməlidirlər:



  • Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə və dövlət qeydiyyat şəhadətnaməsi),

  • ƏDV qeydiyyatının olub olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri,

  • Sığorta fəaliyyətinin həyata keçirilməsinə dair lisenziyanın surəti.

Əlavə olunur:

  1. Əmanətlərin Sığortalanması Fondunun işçilərinin tibbi sığortalanması üzrə xidmət proqramına dair tələblər (Əlavə №1);

  2. Kotirovka təklifinin və xidmətlərin qiymət cədvəlinin forması.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə