Сила Архимеда



Yüklə 314,4 Kb.
səhifə1/5
tarix31.05.2022
ölçüsü314,4 Kb.
#88423
  1   2   3   4   5
arximed-quvvsi-mart-2020 (1)


Təzyiq. Təzyiq qüvvəsi
Səthə təsir edən qüvvənin səthin sahəsinə olan nisbəti təzyiq adlanır.

Tutaq ki sahələri müxtəlif olan səthlərə eyni qüvvə təsir edir. Bu halda:

  1. Sahəsi kiçik olan səthə göstərilən təzyiq böyük olar.;

  2. Sahəsi böyük olan səthə göstərilən təzyiq kiçik olar.

Tutaq ki sahələri eyni olan səthlərə müxtəlif qüvvələr təsir edirsə, onda

  1. Böyük qüvvə təsir edən səthə göstərilən təzyiq böyük olar.

  2. Kiçik qüvvə təsir edən səthə göstərilən təzyiq kiçik olar.

Təzyiq – səthə təsir edən qüvvə ilə düz mütənasib, səthin sahəsi ilə tərs mütənasibdir.

Eyni qüvvə müxtəlif səthə müxtəlif təzyiq göstərir

Təzyiq

  • skalyar kəmiyyətdir;

  • ölçü vahidi:

(paskal).

  • Praktikada təzyiqin sistemdən kənar vahidləri də istifadə olunur:

1 kPa = 10³ Pa, 1MPa = 10 Pa, 1mPa=10 Pa.
Təzyiq qüvvəsi göstərilən təzyiqin səthin sahəsinə olan hasilinə bərabərdir:
Ft=p∙S.
Əgər cisim üfüqi müstəvidə sükunətdə olarsa, onda

  1. Cismin səthə təsir etdiyi təzyiq qüvvəsi:

Ft=mg.

  1. Cismin səthə göstərdiyi təzyiq:


Nəinki bərk cisimlər hətta qazlar və mayelər də təzyiq göstərir.
Paskal qanunu. Mayeyə və ya qaza göstərilən təzyiq maye və qazın bütün istiqamətlərinə dəyişmədən ötürülür.


Mayenin təzyiqi
H ündürlüyü h olan maye sütununa nəzər yetirək. Bu sütuna ağırlıq qüvvəsi F=mg təsir edir. Mayenin kütləsi: m=ρV, həcmi V=Sh.

Mayenin təzyiqinin düsturu:
p=ρm∙g∙h.
Dərinlik artdıqca mayenin qabın dibinə göstərdiyi təzyiq də artır. Daha böyük dərinlikdə hidrostatik təzyiq böyükdür, kiçik dərinlikdə hidrostatik təzyiq kiçikdir. Eyni dərinlikdə hidrostatik təzyiqin qiyməti eynidir.
B əzi hallarda maye üzərinə düşən atmosfer təzyiqini də nəzərə almaq lazımdır. Bu halda mayenin göstərdiyi tam təzyiq hesablanır:
p=patmmaye∙gh.
Mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi
Ft=p∙S ⇔ Ftmayegh∙S.
Mayelərin və qazların təzyiqi manometrlə ölçülür.
İlk dəfə atmosfer təzyiqini italyan alimi Toriçeli tərəfindən təyin olunub.

Yüklə 314,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə