Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə14/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   10   11   12   13   14   15   16   17   ...   231

 

33

 



Əmrdə göstərilir ki, sən çox mühüm elmi işlə məşğul olduğuna görə hərbi xidmətdən azad 

edilməlisən. 

 

– Əşşi, mən heç bir iş-zad görmürəm! Səhər tezdən gedirəm laboratoriyaya, axşamacan bayquş 



kimi tək-tənha otururam. Hər gün beləcə... Heç bir faydası da yoxdur. Nə var nə var ki, Bağırov 

direktora nəsə deyib. Yəqin özünün də yadından çoxdan çıxıb... 

 

– Yoldaş Bağırov?! – Hərbi komissar ayağa qalxıb “farağat” durur. – Ay axmaq, bayaqdan niyə 



mənə demirsən?! – Zəngin düyməsini basır, dərhal haradansa peyda olan leytenanta deyir: 

 

– Maşın çağır, iki nəfər adam qoş buna. Təcili hökumət tapşırığını yerinə yetirmək üçün instituta 



göndər. Tapşır, yolda maşından buraxmasınlar! 

 

– Baş üstə, yoldaş mayor! 



 

Kamil ağzını açmaq istəməsə də, komissar: “heç nə eşitmək istəmirəm” – deyə əllərini yelləyir. 

 

...Kamil evlərinə girən kimi, kəsif iy hiss edir. Mətbəxə girəndə görür ki, atası ilə Əbülfəzin ağ 



neft pilətəsinin üstündə nəsə bişirirlər. 

 

Qazandan qatı tüstü qalxır, ancaq Əbülfəz buna əhəmiyyət vermir, lap yaxından durub tamaşa 



edir. Atası həmişəki kimi yenə də Kamilin gəlişinə sevinir. 

 

– Nə iş görürsən belə? – Kamil soruşur. 



 

– Qozlu qızılgül mürəbbəsi bişiririk! Adını da kimyaçı qoymusan, – Əbülfəz hırıldayır. 

 

– Sabun bişiriləndə uzaqda durmaq məsləhətdir, – deyə Kamil dillənir. – Kaustik soda buxarı ilə 



bir az da nəfəs alsan, ömürlük astmaya mübtəla olarsan. Onda nə mürəbbənin sənə köməyi olar

nə də sabunun. Ata! Evi tüstü bürüyüb ki... 

 

– Sabah ananın ad günüdür, bir hədiyyə tapmadım, – atası günahkar adam kimi izahat verir. – 



Özüm işə başladım. Üç-dörd damcı da ətir qatacağam – bir parça yaxşı əl-üz sabunu alınacaq. 

 

– Sabun indi qızıldan bahadır, – deyə Əbülfəz əlavə edir. 



 

– Mən axıra çatdıraram, siz gedin otağa, – Kamil deyir – Bu saat hazır olacaq. Sən get əyləş. Çox 

ləngiməyəcəyəm. 

 

Kamil gedəndən sonra Əbülfəz soruşur: 



 

– Bəs bir-iki... üç-dörd parça da düzəltmək olar? 

 

Kamil divanda oturub, nə isə oxuyur. Atası sevinə-sevinə otağa girir. Əlində yasəmən rəngli bir 



parça sabun var. Kamilin başı oxuduğu kitaba bərk qarışıb. Atası divana yaxınlaşır: 

 

– Nəyə belə girişmisən? 



 

– Sənin kitabındır, qədim kimyagərlər haqqında, – Kamil başını qaldırır, kitabı əlindən yerə 

qoymayıb deyir: 

 



 

34

– Çox maraqlıdır. Hə, hazırdır? – İyləyir, – əla sabundur. Lap köhnə vaxtlardakı sabunlara 



oxşayır. 

 

Mətbəxdə tək qalmış Əbülfəz sabun qırıntılarını tələm-tələsik yığışdırır. kənardan baxanda elə 



bil ki, həlledici oyunqabağı kartları qarışdıran qumarbazdır. 

 

Ankara. Üzərində svastika olan bombardmançı təyyarə hərbi aerodromda yerə enir. Onun 



ardınca qırıcılardan ibarət eskort da enir. Təyyarənin trapına Almaniya səfirinin maşını 

yaxınlaşır. Səfir Keyteli qarşılayır. Elə buradaca Türkiyənin silahlı qüvvələr və xarici işlər 

nazirləri, Keytel və qarşılayanlar bir-birini salamladıqdan sonra maşınlara əyləşirlər. 

 

– Baş nazirin sarayına, – deyə Keytel səfirin maşınında əmr edir. – Bircə dəqiqə də vaxt itirmək 



olmaz. Mən elə bu gün Berlinə qayıtmalıyam, – aerodromda cərgə ilə düzülmüş hərbi təyyarələri 

seyr edərək, məmnun halda dillənir: 

 

– Əla! Dostlarımız, deyəsən, pis hazırlaşmayıb. 



 

– Türkiyənin 26 diviziyası sovet sərhədində tam hərbi hazırlıq vəziyyətində dayanmışdır, – deyə 

səfir cavab verir. 

 

Bir saat əvvəl hərbi nazirlə söhbət zamanı o, bir daha təsdiq etdi ki, hərbi əməliyyata başlamaq 



üçün yalnız hökumətin əmrini gözləyir. 

 

– Bəs baş nazir Saracoğlu nə deyir? 



 

– O susur, cənab reyxsnazir. Ancaq mən hiss edirəm ki, bir türk kimi, o, Rusiyanın məhvini 

ürəkdən arzulayır. 

 

– Qəribədir. – Keytel çiyini çəkir. – Hər halda bu gün dəqiq bir söz deməlidir. Mən fürerin 



əmrilə bu gün ona görə baş nazirlə görüşə gəlmişəm ki, fürerin adından yeganə bir sual verim: 

 

Türkiyə, nəhayət, nə vaxt hücuma keçəcək? 



 

... – Türkiyə baş qərargahı plan işləyib-hazırlamışdır və mən İran yaylasından Zaqafqaziyaya 

hücuma başlamaq planını təsdiq etmişəm. Bununla eyni vaxtda hərbi-dəniz donanması Qafqazın 

Qara dəniz sahillərinə desant çıxaracaq. Qalır yalnız əlverişli məqam gözləmək. Və mən güman 

edirəm, daha doğrusu, əminəm ki, bu məqam çox tezliklə yetişəcək. Mən təntənəli surətdə vəd 

edirəm və mənim sözlərimi Almaniya rəhbərinə çatdırmağı sizdən rica edirəm, cənab Keytel: 

müzəffər alman qoşunları Moskvanı işğal edən kimi, biz müharibəyə qoşulacağıq. Bu sevincli 

hadisəni bütün dünya səbirsizliklə gözləyir. Bu həm qoşunların, həm də xalqın ruh yüksəkliyi 

üçün zəruridir! Mənim hökumətim və müxalifətin bir hissəsi də eyni fikirdədir. – Saracoğlu 

nəzakətli tərzdə, lakin qətiyyətlə cavab verir. 

 

– Moskva hələ sentyabrın sonlarınadək tutulacaq, – Keytel qaşqabaqlı cavab verir. – Lakin 



kommunizmə qarşı müqəddəs savaşda Almaniyanın və onun bütün müttəfiqlərinin mənafeləri 

təkidlə tələb edir ki, Türkiyə ayın axırınadək cənubdan hücuma başlasın. 

 

– Almaniyanın və onun müttəfiqlərinin mənafeləri həmişə mənim qəlbimdə coşqun əks-səda 



doğurmuşdur və doğuracaq... 

 

Lakin Allahın və xalqın iradəsi ilə mən ona görə seçilmişəm ki, ilk növbədə Türkiyənin 



mənafelərini qoruyum. İnandırıram sizi, narahatlıq üçün heç bir səbəb yoxdur. İyirmi gündən 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə