Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə3/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   2   3   4   5   6   7   8   9   ...   231

 

6

Yaxşı yeməklə bolluca təmin edilmişəm. – Əbiyev bir az fikirləşib, vəziyyəti daha ətraflı təsvir 



edir. – Təmiz hava? Burada əla dəniz havası uduram. Deməli, hava sarıdan da bəxtim gətirib. 

 

Qalır bir şey; o da ki... Doktor, onlar gedən deyillər. 



 

– Bəy, rica edirəm, mənim yanımda belə zarafatlar etməyin, – deyə həkim etirazını bildirir. – Elə 

keçən dəfə də fikrimi yayındırdınız, Sizə deməyə hazırlaşırdım ki, il uzunu şəhərdən uzaqda 

yaşamağınız heç ürəyimcə deyil. 

 

– Şəhərdə yaşamaq mənimçün çətindir, şəhər evləri, ələlxüsus da ümumi mənzilləri olan binalar 



əsl işgəncədir. Birdən qanın qara olur, heç kəslə kəlmə kəsmək istəmirsən, ancaq məcbursan ki, 

qonşularla danışasan. Öz komamda tənha yaşamaq o cür mənzildə qalmaqdan yaxşıdır. Onsuz da 

divarın o üzündə yad adamlar yaşayır. 

 

– Axı qışda buralarda heç kəs qalmır. Hamı bağlardan şəhərə köçür. Olmadı belə, oldu elə... 



 

– Buralar çox sakit yerdir. Heç vaxt heç bir hadisə-filan olmur. 

 

Son 50 ildə üçcə dəfə dava olub – üçü də qısqanclıq üstdə özü də hər üçü yazda. 



 

Əbiyev həkimin baxışlarını izləyərək, onun diqqətlə nəyə isə fikir verdiyini görür. Üst-başı qan 

içində, paltarlarından su süzülən bir adam evə yaxınlaşır. Bu, Poladdır, səndələyə-səndələyə 

çətinliklə pillələri qalxır. 

 

Məmməd başını qapıdan içəri salır: 



 

– Bəy, gələn var. Buraxım? 

 

– Tez onu tut, yıxılmasın. Gəlirik, – Əbiyev çətinliklə yerindən qalxır. 



 

Huşunu itirən Polada ilk yardım göstərdikdən sonra bəyin isti xalatına bürüyür və köməkləşib 

onu faytonun oturacağına yerləşdirirlər ki, şəhərə aparsınlar. 

 

– Özünə gəlincə qoy hələ burada qalsın, – deyə Əbiyev təklif edir. 



 

– Vəziyyəti təhlükəlidir. Onu təcili xəstəxanaya çatdırmaq lazımdır, – həkim qəti etirazını 

bildirir. 

 

Yaralı ilə həkimi aparan fayton uzaqlaşır. Əbiyev fikirli halda keçib masa arxasında əyləşir, 



sonra da radioqəbuledicini – ortada işıqlanan gözcüyü olan iri taxta qutunu – o dövrdə geniş 

yayılmış 12 “ÇRL-8” markalı radionu qurur. Efir maneələri və alqış sədaları səngiyəndə Hitlerin 

uca səslə söylədiyi nitqi eşidilir. Əlində məcməyi içəri girən Məmməd maraqlanır: 

 

– Bu adam kimdir? Niyə belə hirslidir? 



 

– Adolf Hitlerdir. Özü də hirsli-zad deyil, əksinə, kefi kökdür. 

 

O, böyük uğur qazanıb, Məmməd. Avropanın yarısını tutub, – radioya qulaq verib, eşitdiklərini 



tərcümə edir: – Deyir, guya Allah onu yer üzünə bir məqsədlə göndərib: alman xalqını xoşbəxt 

etmək. Və o həmin məqsədə çatmaq yolunda heç bir maneə qarşısında dayanmayacaq, – 

radioqəbuledicinin səsi kəsilir. – Onu heç nə dayandıra bilməz! 

 



 

7

– Mən belə adamlar görmüşəm. Beləsi heç vaxt yaxşı şey vəd etməz. Yox, əgər haranısa 



yandırmağa, kimi isə öldürməyə söz verirsə, sözünün üstündə duracaq. Bu da ciddi danışır, 

səsindən bilinir. 

 

Əbiyev səbirsizliklə əlini yelləyir: 



 

– Sən o yaralıdan danış, bizim qonşudan. Anlaşılmaz əhvalatdır. 

 

– Kim isə əvvəl onu bıçaqlayıb, sonra da hər ehtimala qarşı suda batırmaq istəyib. Belə bir adət 



var, bəy. 

 

– Get, Məmməd, get. 



 

Şəhər vağzalının binası qarşısında fayton və taksilərdən ibarət qarışıq cərgələr düzülüb. 

 

Kamil dənizkənarı küçədə evlərinin qabağında taksidən düşür. 



 

Bu, müharibədən əvvəlki tipik arxitektura üslubunda ağ daşdan tikilmiş, hündür Venetsiya 

pəncərələri və iri açıq küçə eyvanları olan binadır. Atası evdədir, Kamilin dayısı Əbülfəzlə 

söhbət edir. 

 

– Dayını təbrik elə, – anası utancaq halda başını aşağı dikmiş Əbülfəzə işarə edərək Kamilə 



deyir. – Dünən uşağı olub. 

 

– Səkkizincisi? Pah atonnan! Bu qədər uşağı neynirsən, a kişi? 



 

– deyə Kamil heyrətlənir. Təbrik edirəm, təbrik edirəm. 

 

– Səkkizinci olanda nə olar? – Əbülfəz möhkəm inciyir. – Narahat olma, birtəhər dolandırarıq. 



Qorxma, səndən çörək-su istəyən deyiləm. 

 

Kamil onu axıradək dinləmədən qonşu otağa keçib, tələsik paltarını dəyişməyə başlayır. 



 

– Adam da belə şey eləyər? – Anası tənə ilə dillənir. – Təbrik əvəzinə... 

 

1 3– Yaxşı, yaxşı, bağışla. Zarafat elədim, qoy özləri üçün törəyib çoxalsınlar. 



 

Anası cavab verməyə macal tapmamış, telefon zəng çalır. Dəstəyi götürüb qulaq asır və sonra 

yerinə qoyub deyir: 

 

– Bağırovun qəbul otağındandı. Dedilər ki, on birə on beş dəqiqə qalmış sənin dalınca maşın 



göndərəcəklər. 

 

– Lap yaxşı. Deməli, birlikdə səhər yeməyinə hələ vaxtımız var, – atası öz fikrini bildirir. 



 

– Kimi çağırıblar Bağırovun yanına? Guya səni? Ola bilməz! 

 

Əbülfəz bic-bic gülür. 



 

– Çağırıblar, çağırıblar, – stol arxasına keçən Kamil dillənir. 

 

– Ancaq sən əsəbiləşmə. 




 

8

 



– Söhbətə adam qəhətdir? – Əbülfəz hələ də heyrətlənir. 

 

– Səninlə danışmaq heç mənimçün maraqlı deyil, o da ola... yəqin səni eyni familiyalı başqa 



adamın yanına çağırıblar. Xüsusi belə adamlar saxlayırlar ki, sənin kimilərlə onlar söhbət 

eləsinlər. 

 

Atası söhbətin mövzusunu dəyişməyə cəhd göstərir: 



 

– Gələn bazar mən də bağa gedəcəyəm. Təsəvvür edirəm, indi oralar necə gözəldir. 

 

– A kişi, sən ayaq üstə zorla durursan, – deyə anası söhbətə qoşulur. – Mayın ortalarınacan heç 



yerə getdi yoxdur! Bəs Polad şəhərə gəlməyəcək? 

 

– Həftənin axırında gələcək. Bu nədir belə? – Kamil atasının ona uzatdığı açıq kitabı alıb 



maraqla baxır. 

 

– Şagirdlərim üçün hazırlamışam – neft tarixinə dair faktlardır. 



 

Bax, bunlar Roma imperiyası dövrünə aiddir, daha dəqiq 624-cü ilə. Həmin il qədim Roma 

imperatoru Bakıya soxulmuş, atəşpərəstlərin bir neçə məbədini dağıtmışdı. Ancaq romalılar bu 

diyarı qul edə bilməmişdilər. Bizim əcdadlarımız o zaman görünməmiş silahdan – içərisinə 

yanıcı maye doldurulmuş gil qablardan istifadə etmişdilər. Bu qabları hara tullasan, hədəfə dəyən 

kimi hər şeyi yandırırmış, onun alovunu söndürmək qeyri-mümkün imiş – nə su, nə də qum 

kömək edirmiş. Qoşunda xüsusi “neffatinlər” – “neft atanlar” olarmış, onlar katapultalardan 

həmin maye doldurulmuş bardaqlarla “atəş açarmışlar”. Tarixçilərin təsvirinə görə, həmin maye 

yanarkən özündən oksigen ayırır. Odur ki, həmin alovu söndürmək əslində mümkün deyilmiş. 

Özün bilirsən, yalançı vətən- 14 pərvərlik duyğusu mənə yaddır, ancaq bütün faktları diqqətlə 

araşdırandan sonra inamla deyə bilərəm: Bakıda işlədilmiş həmin silah o vaxtadək tarixdə 

olmayıb. 

 

– “Yunan alovu”na bənzər bir şeymiş, – Kamil xəfif təbəssümlə dillənir. 



 

– Bəli, bəli. Məhz “bənzər” bir silahmış. Konstantinopolda yaşayan memar Kallinik Bakıdan 

gətirilmiş neft əsasında artıq 650-ci ildə həmin dəhşətli silahı təkmilləşdirir. Onun reseptinə 

əsasən, çoxavarlı gəmilərin burnunda quraşdırılan xüsusi nasoslardan düşmən üzərinə yanar 

maye şırnağı tuşlayırmışlar. Bu silaha “yunan alovu” adını da məhz o verib. Bir neçə yüz il 

ərzində – ta 1189-cu ildə İkinci Lüteran kilsəsi “canlı qüvvə arasında həddən artıq və lüzumsuz 

insan tələfatına səbəb olduğu” üçün “yunan alovu” nun Avropada tətbiqini qadağan edənədək 

bəşər övladı həmin silahdan istifadə etmişdi.* Hə, necədir? Maraqlıdır? 

 

– Gör a, sən demə, benzini lap qədimlərdə ixtira ediblərmiş, – Əbülfəz heyrətlə başını yırğalayır. 



 

– Bəs sənin üçün maraqlı deyil, hər şeyi alovlara qərq edən bu qatışıq nədən və necə 

hazırlanırmış? – deyə atası Kamildən soruşur. 

 

– Maraqlı olmağına maraqlıdır. Bəs səninçün? 



 

– Mənim bura nə dəxlim? – deyə atası qımışır. – Mən orta məktəbdə kimya müəllimiyəm, sənsə 

alim. İkimiz də kimyaçıyıq, ancaq hərənin öz vəzifəsi var. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə