Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə4/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   2   3   4   5   6   7   8   9   ...   231

 

9

– İki ildir aspiranturanı bitirmişəm, amma hələ heç dissertasiya da müdafiə eləməmişəm, – 



Kamil gülümsünür. – Məndən nə alim?! 

 

Bu sözlər elə bil Əbülfəzin ürəyindən xəbər verir: 



 

– Düz deyirsən, sən alim sayılsan, onda mən gərək yanıcı maye sayılam ki... hi-hi-hi... özü də 

“yunan alovu”. 

 

– Maşın gəldi, – deyə anası xəbər verir. 



 

Əbülfəz getməyə hazırlaşan Kamilə ani bir nəzər salıb, cəld eyvana yüyürür. 

 

Doğrudan da eyvanın altında qara “hökumət” maşını dayanıb. 



 

Əbülfəz təzədən içəri cumur, cəld qapıya doğru qaçıb, pilləkəndə özünü Kamilə yetirir: 

 

– Bura bax, doğrudan Bağırovla görüşəcəksən? 



 

Tarixi fakt – Mənim səndən bir xahişim var, – Əbülfəz pillələri enə-enə tələsik dillənir. – 

Eşidirsən? Belə fürsəti əldən buraxmaq olmaz. 

 

Məqam tap, ona mənim barəmdə danış. De ki, bir yaxşı dayım var, ağıllı, vicdanlı, bacarıqlı 



təşkilatçıdır. Deyərsən? 

 

– Tutaq ki, dedim. Sonra? 



 

– Sonra da nəzakətlə əlavə edərsən: “Əziz yoldaş Bağırov, əgər bu kristal kimi təmiz insanı 

harayasa rəhbər təyin etsəniz, bütün xalqımız üçün çox faydalı olar. Lap böyük yer olmasa da

eybi yoxdur, təki rəhbər olsun”. 

 

– İmkan olsa deyərəm, – Kamil əlini küçə qapısının dəstəyinə uzadaraq vəd edir. 



 

– Nə deyəcəksən, təkrar elə görüm, – Əbülfəz xahiş edir. – Hər bir kəlmənin əhəmiyyəti var. 

 

– Əsas məsələni deyərəm də... Deyərəm ki, doqquz nəfərdən ibarət bir gənclər təşkilatının 



rəhbəri olmaq lap sənin boyuna biçilib. 

 

– O hansı təşkilatlar elə? – Əbülfəz çaşqın halda xəbər alır. 



 

– Sənin ailən – arvadın, bir də səkkiz uşağın! 

 

– Köpək oğlu! – deyə Əbülfəz yoldan ötənlərə əhəmiyyət vermədən, uzaqlaşan maşının 



arxasınca çağırır. – Bu gündən mənim sən adda bacım oğlu yoxdur. Başdanxarab, üfləmə... 

 

Fayton xəstəxananın həyətinə girir. Poladı cərrahiyyə korpusuna aparırlar. Növbətçi həkim 



qayğılı halda başını bulayır. 

 

– Xəstəni əməliyyata hazırlayın, – deyə o, baş tibb bacısına tapşırıq verib, dəstəyi qaldırır: – 



professor Mahmudbəyovu!.. Professor, zəhmət olmasa, qəbul otağına düşün. – Dəstəyi yerinə 

qoyub, dərhal da başqa bir nömrə yığır. – Milisdir? Semaşko adına xəstəxananın cərrahiyyə 

şöbəsindən növbətçi həkim Topçiyev sizi narahat edir. Beş dəqiqə əvvəl bizə döş qəfəsi 

nahiyəsindən ağır bıçaq yarası almış bir cavan oğlan gətiriblər. Xəstə huşsuz haldadır. 




 

10

 



Polad cərrahiyyə stolundadır. Əməliyyata son hazırlıq işləri gedir. Yaraşıqlı şəfqət bacısı – 

praktikant Zərifə qan analizinin nəticələri yazılmış kağızları Mahmudbəyova gətirir. 

 

– Hemoqlobin... aha... Lap buğa kimidir, – deyə o, burnunun altında mızıldanıb, sonra Zərifəyə 



müraciət edir: – Sizin diaqnozunuz? 

 

– Yaralanıb, qan itirib... Ağzından da qan açılıb! 



 

– Elədir ki, var! Çox güman, plevrası zədələnib... Üstəlik də suda bədəni həddən artıq soyuq 

çəkib. Dediklərimlə razısınız? 

 

16 – Professor, o ölməyəcək ki? 



 

– Necə yəni ölməyəcək?! – Mahmudbəyov qımışır. – Qırx beş, bəlkə də əlli ildən sonra mütləq 

öləcək... Narkoz verin! 

 

Polad gözlərini açır. Nəzərləri Zərifənin ona zillənmiş baxışları ilə toqquşur. 



 

Bağırovun kabineti. Pəncərələrindən buxta və dəniz kənarının mənzərəsi görünən çox böyük 

kabinetdə cəmi bir neçə nəfər var. 

 

Bütün divar boyu dayaqlar üzərində dəniz neft mədəninin eskizi vurulub. Layihə müəlliflərindən 



biri – Əlövsət Rəhimov göstərici çubuğu eskiz üzərində gəzdirərək, son izahatları verir. Kamil 

çox diqqətlə qulaq asır. 

 

– Neft tankerlərlə sahildəki ən yaxın məntəqəyə – bax buraya daşınacaq. Burada neft emalı 



zavodu olacaq. 

 

– Bəs niyə sualtı neft kəməri ilə yox, məhz tankerlərlə? – deyə Bağırov Rəhimovun sözünü kəsir. 



 

– Biz bu barədə düşünmüşük, yoldaş Bağırov. Lakin gələcək dəniz mədəninin layihələndirildiyi 

yataq sahildən yüz kilometr aralıda yerləşir. Biz belə nəticəyə gəldik ki, nefti tankerlərlə daşımaq 

daha sərfəli olar. 

 

– Bəs hava pis olanda necə? Tankerlərin hərəkəti dayananda çıxarılan neft harada saxlanılacaq? 



Deməli, elə burada – açıq dənizdəcə neft anbarları tikməli olacağıq?.. Belə qənaətcillik bizə baha 

oturar. Neft kəməri mütləq nəzərdə tutulmalıdır. Sən mənimlə razısan, Rəhimov? 

 

– Bəli, yoldaş Bağırov. 



 

– İndi qalır ən ciddi məsələ: Xəzər dənizində, xüsusilə də qış mövsümündə elə günlər, bəzən elə 

həftələr də olur ki, fırtına çox şiddətli qasırğa həddinə çatır. Siz, yəni sən və sənin qrupun 

təminat verə bilərsiniz ki, bu qurğu küləyin şiddətinə davam gətirəcək? 

 

Cavab verməzdən əvvəl yaxşı-yaxşı fikirləş. 



 

– Biz qurğunun ümumi möhkəmliyini və bütün qovşaqların davamlılığını, 12 bal da daxil 

olmaqla, güclü küləyi nəzərə alaraq layihələndirmişik, – Rəhimov ləngimədən cavab verdi. 

 

– Bəs əgər külək daha şiddətli olsa? – Kamillə üzbəüz əyləşən şəxs, görünür, Bağırovun 



səsindəki şübhə intonasiyasını sezib sual verir. 


 

11

 



– 12 baldan da güclü külək? – Kamil gülür. – Görəsən bu nə ola bilər?.. Parovoz. Düzmü 

tapdım? 


 

17 Bağırov zəhmli baxışlarını Kamilə zilləyib, qiymət verirmiş kimi baxır. 

 

– Məmmədəliyev? Sən çox faydalı krekinq qurğusu işləyib hazırlamısan, bu, pis deyil. Bəs 



sonra?.. Deməli, sən təklif edirsən ki, dəniz neftinin sahildə emalı üçün bu təbii liman yerində iki 

zavod tikək? Orada yüksək keyfiyyətli benzin, sürtkü yağları, həmçinin mazut istehsal edilsin. 

Bu da pis deyil. Ancaq bəs necə olub ki, sən layihədə aşqarlar istehsalı sexini nəzərdən 

qaçırıbsan? Axı nə vaxtadək biz sürtkü yağları üçün aşqarları dünyanın bu neft paytaxtına 

xaricdən gətirəcəyik? Sənin mənliyin var? 

 

– Vaxt az idi, – deyə Kamil cavab verir. 



 

– O, təklif etmişdi, – Rəhimov dillənir. 

 

Təklif etmişdinsə, yenə dərd yarıdır. Əlimizdən gələni etməliyik ki, heç kəsdən asılı olmayaq. 



Məlum deyil sabah bizi nə gözləyir. 

 

Beynəlxalq vəziyyət çox ciddidir. – O, sözünə ara verir. Çünki gözü alır ki, mülki geyimli bir 



nəfər kabinetinin yan qapısından səssiz-səmirsiz keçərək, kandardaca hərəkətsiz durur. – Nə var? 

Nə olub?- deyə Bağırov masa arxasında oturmuş Rəşid Əmiraslanova müraciətlə soruşur, – yəni 

bir saat yarım sənsiz qala bilmirlər? 

 

– Üzr istəyirəm, yoldaş Bağırov, – o, hərbçilərə xas olan cəldliklə yerindən sıçrayıb dillənir. 



 

– Get, get, – Bağırov əlini yelləyib deyir. – Qozbeli qəbir düzəldər... Deməli, harda qaldım? Hə. 

Avropa üzərində qara buludlar getdikcə sıxlaşır. 

 

Xəstəxana palatası. Zərifə Poladın qoluna iynə vurur. Baş həkimin və professor 



Mahmudbəyovun müşayiəti ilə Əmiraslanov içəri girir. Nədənsə adamların gəlişindən Zərifə pərt 

olur, Əmiraslanov bunu sezir. 

 

– Hə, çempion, bu gün işlər necədir? Bir az söhbət edəkmi? 



 

Baş həkim otağı tərk etməzdən qabaq Zərifəyə də işarə edir ki, çıxsın. 

 

– Yox-yox, – Əmiraslanov mehribanlıqla gülümsünür, – qoy tibb bacısı qalsın. Mən həkim 



deyiləm, ancaq fikrimcə, bu, xəstəmizin sağalmasını tezləşdirər. Axı biz iş barədə danışmağa 

hazırlaşmırıq. 

 

Eləcə söhbət edəcəyik. 



 

– On beş-iyirmi dəqiqədən artıq olmaz, – Mahmudbəyov xəbərdarlıq edir. 

 

18 – Oldu, – deyə Əmiraslanov razılaşır. Baş həkimlə Mahmudbəyov dəhlizə çıxırlar. 



 

– Siz qətiyyən ehtiyatlı deyilsiniz, – baş həkim tənə ilə sözə başlayır. – Çox yaxşı bilirsiniz ki, 

Əmiraslanov hörmətli adamdır, xalq komissarıdır. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə