Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə5/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   2   3   4   5   6   7   8   9   ...   231

 

12

– E-eh, əzizim, – Mahmudbəyov gülümsünür. – Mənim “Gekuba” ilə, “Gekuba”nın mənimlə nə 



işi?! Xalq komissarının əsas məqsədi bütün vətəndaşların təhlükəsizliyini təmin etməkdir, mənim 

vəzifəm isə bir insan həyatının. Hər kəs ilk növbədə öz vəzifəsini yerinə yetirməlidir. 

 

Kamil yüyürə-yüyürə xəstəxanaya girir. Mülki geyimli yekəpərin birisi dərhal onun qarşısını 



kəsir. 

 

– Qardaşımın yanına gedirəm. Yaralıdır. 



 

– Çox yaxşı. Üstünüzdə bir sənədiniz-zadınız var? 

 

Kamil ciblərini axtarır. Vəsiqəni tapıb, keşikçiyə təqdim edir. 



 

Bu vaxt haradansa başqa bir keşikçi də peyda olub, ikinciyə yanaşır. 

 

Hər ikisi diqqətlə vəsiqəni gözdən keçirir. Keşikçi təəssüflə deyir: 



 

– Əmr olunub ki, qardaşınızın yanına heç kimi buraxmayaq. Siz narahat olmayın, tezliklə 

sağalar. 

 

– Onda məndən vəsiqə niyə istəyirdin, hə? Oyun çıxarırsan? 



 

– Onsuz da narahatlıq içində olan Kamil əsəbiləşir. O, irəliyə bir addım atır, ancaq kişi yolunu 

kəsir. 

 

– Əmr olunub ki, heç kəsi buraxmayaq. 



 

Əmiraslanov tələsik pillələri enir. 

 

– Bu adam nə vaxt gəlsə, onu buraxın, – deyə keşikçiyə göstəriş verir. – Qardaşınızın vəziyyəti 



yaxşıdır. Səhv etmirəmsə, adınız Kamildir. Hardan bildiz qardaşınız burdadır? Onun yaralı 

olduğunu kim dedi? 

 

– Bütün şəhər bu barədə danışır. Evə çatana kimi azı beş nəfər mənə xəbər verdi, – Kamil çiynini 



çəkir. 

 

– Hər halda, Bakı qəribə şəhərdir, – Əmiraslanov kədərlə başını bulayır. 



 

Kamil birdən nəyi isə xatırlayır: 

 

– Bağışlayın, deyəsən, biz haradasa görüşmüşük? 



 

– Əlbəttə, bu gün səhər. Mən sizi o saat tanıdım! Əminəm ki, aşqarlar və sürtkü yağları məsələsi 

bundan sonra daha sürətlə həll ediləcək. 

 

19 Küləksiz dənizdə üzərində İran bayrağı dalğalanan yaraşıqlı yaxta gəzintiyə çıxıbmış kimi, 



asta sürətlə üzür. Qarşıdan suları köpükləndirə-köpükləndirə esminets şütüyür. Yaxtaya çatmağa 

yarım kilometr qalmış kəskin hərəkətlə dönərək onu haqlayır. Artıq yaxta ilə yan-yana, paralel 

kursla irəliləyir. Esminetsdən əmr eşidilir: 

 

– Xahiş edirik, dayanıb, sərnişinləri qəbul edəsiniz. 



 


 

13

– Bitərəf sulardayıq. Sizin tələbiniz qanunsuzdur, – yaxtanın kapitanı meqafona çağırır. O, mina 



gəmisinin yaxtaya tuşlanmış topunun üzərindən örtüyün götürülməsini gərgin həyəcanla izləyir. 

 

Esminetsdən təkrar əmr eşidilir. 



 

– Xahiş olunur, dayanıb sərnişinləri qəbul edəsiniz. 

 

Gəmi dayanır. İçərisində sərhədçilər olan kater yaxtaya yaxınlaşır. 



 

Mülki geyimli yeganə şəxs – Əmiraslanov səmimiyyətlə gülümsünərək, iki zabitin müşayiəti ilə 

endirilmiş trapla göyərtəyə qalxır. Qonaqları kapitan qarşılayır. Bu, ucaboy, dolu bədənli bir 

kişidir. Qalın qaşlı və saqqallı bu adamın simasından son dərəcə qəzəbləndiyi oxunur. 

 

– Siz beynəlxalq gəmiçilik qanunlarını pozursunuz, – deyə o, qaşqabaqlı halda Əmiraslanova 



müraciət edir. – Mənim gəmim bitərəf sulardadır! 

 

– Elə bizim gəmimiz də bu saat bitərəf sulardadır. Nə olsun? 



 

– Əmiraslanov gülərüzlə cavab verir. – Yəni doğrudanmı bitərəf sularda kiməsə qonaq getmək 

arzusu beynəlxalq gəmiçilik qanunlarının bu dərəcədə kobud pozulmasıdır? Axı sizinlə biz iki 

dost dövlətin təmsilçiləriyik, əzizim kapitan!.. Bəlkə örtülü bir yerə keçək? Bura nə isə soyuqdur. 

 

– Siz kimsiniz və məndən nə istəyirsiniz? – Kapitan hələ də kinli-kinli soruşur. 



 

– Biz kimik? Gəlin tanış olaq, – Əmiraslanov növbə ilə yoldaşlarını təqdim edir: – Mayor 

Çiçanidze, kapitan Salamov. Mən isə bunların rəisi Rəşid Əmiraslanovam. 

 

– Bəşir Əfrandi, – deyə kapitan özünü candərdi təqdim edir. 



 

– İndi öyrənə bilərəmmi ki... 

 

Əmiraslanov hamıya, əsasən də kapitana müraciətlə şikayətlənir: 



 

– Deyəsən, mənim yaddaşım zəifləyib. Mən əmin idim ki, şanşövkətli Pəhləvidən olan cəsur 

ağayi Fərzani ilə söhbət edirəm, ancaq məlum olur ki, qarşımdakı Bəşir Əfrandidir. 

 

20 – Keçin! – Kapitan çağırılmamış qonaqları zövqlə bəzədilmiş kayut-kompaniyaya dəvət edir. 



Əmiraslanov yumşaq divanda dinməzcə əyləşib, kölgə kimi o tərəf-bu tərəfə vurnuxan nökərləri 

seyr edir. 

 

– İndi öyrənə bilərəmmi mənim gəmimdə sizə nə lazımdır? 



 

– deyə kapitan hövsələsiz halda soruşur. 

 

– Deyirsiniz, Sizi necə adlandıraq? – Əmiraslanov alnını qırışdırıb sual verir. 



 

– Sizə necə xoşdursa, elə, – kapitan çiyni çəkir. – Adını dəyişməklə insan özü dəyişilmir. Sizə 

nəsə bir şey lazımdır? 

 

– Ağayi Fərzaninin yüksək şərəfinə xələl gətirə bilən, yaxud əmlakına ziyan vura bilən heç bir 



şey, – Əmiraslanov səmimi tərzdə sözə başlayır. – Sizdən kiçik bir xahişim var. Bir saat-saat 


 

14

yarımdan sonra siz nəzərdə tutulan yerdə, lap sərhəddə sualtı qayıqla görüşməlisiniz (o qayıq 



gecə Abşeron sahillərində olub). 

 

Sonra da həmin qayığı müxtəlif sulardan keçirməlisiniz. Siz həmişəki kimi, suyun səthində, 



qayıq da həmişəki kimi, suyun altında olacaq. Mənim dənizçilikdən başım çıxmır, ancaq 

mütəxəssislər mənə izah etdilər ki, yaxta motorunun səsi ilə siz sərhədçilərin diqqətini sualtı 

qayıqdan yayındırırsınız. Mühərrik uğultusu eşidirlər – baxırlar, sizin yaxtanızdan başqa heç nə 

görmürlər. Nə isə, bunlar heç. İndi sizdən kiçik bir xahişim var, ağayi Fərzani, xahiş edin, qayıq 

suyun üzünə qalxsın ki, mən onun kapitanı ilə görüşübsöhbət etmək imkanı qazanım. 

 

– Yəni indi mənimlə söhbət etdiyiniz kimi? – Fərzani istehza ilə gülümsünür. 



 

– Məhz bu masa arxasında olmasa da, keçər, – deyə Əmiraslanov ciddi tərzdə cavab verir, – axı 

siz sərhəddi səhvən pozmusunuz və mən sizinlə sadəcə, qonaq ev sahibi ilə danışan kimi söhbət 

edirəm. 


 

Onu isə dindirmək istəyirəm. Əlbəttə, bundan ötrü mən əvvəllərdə onu görməli, sonra da həbs 

etməliyəm... Xülasə, işimiz çoxdur. Hə, nə deyirsiz, mənə kömək edəcəksiniz? 

 

Fərzani cavabında gülür: 



 

“ – Tutalım, dövrümüzün həzrəti-Musası mənəm, sən deyən möcüzəni mən necə icad eləyim?!” 

– deyən şair min dəfə haqlıymış. 

 

Ətrafınıza nəzər salın, möhtərəm cənab, hər tərəf Xəzər dənizinin sularıdır! Siz məndən 



soruşacaqsınız, sualtı qayıq görmüşəmmi? 

 

21 Mən də deyəcəyəm görmüşəm – kinoda; məgər İranın sualtı qayığı var? Siz isə istəyirsiniz ki, 



mən onun kapitanı ilə rabitəyə girim! 

 

– Adamlara yazığım gəlir, – Əmiraslanov çiyinlərini çəkir. 



 

– Əgər bir saatdan sonra onlar suyun altında həlak olsalar, mən ürəkdən onların halına 

yanacağam. Bəs sizi necə, ağayi Fərzani, onların taleyi narahat etmir? 

 

– Lap həmin qayıq həqiqətən burada suyun altında olsaydı belə, mən onunla rabitəyə necə girə 



bilərdim? Bəlkə radio ilə? Mənim ki, radioötürücüm yoxdur. 

 

– Xəzər dənizi sualtı qayıqlar üçün o qədər də əlverişli yer deyil. Düz sahilədək su o dərəcədə 



şəffafdır ki, dənizin dibi də aydın görünür. Xüsusən də təyyarədən, – o, artıq bir neçə dəqiqədən 

bəri havada uçuşan iki hidrotəyyarə işarə edir. 

 

Saatına baxır: 



 

– Vaxtdır! Qoy başlasınlar hücuma! – deyə Əmiraslanov təəssüflə yoldaşlarına tapşırıq verir. 

Ancaq onları bircə saniyə ləngidərik, Fərzaniyə müraciət edir: – Bəlkə, hər halda, onları suyun 

səthinə çağırmaqçün bir üsul var? 

 

Bənizi kətan kimi ağarmış kapitan başını bulayır. 



 

Dərinlik bombalarının partlayışından su fəvvarələri yüksəlir. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə