Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə6/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   2   3   4   5   6   7   8   9   ...   231

 

15

Təyyarələr qanad çalıb, bomba atılan yerdən bir anlığa uzaqlaşır, sonra təzədən qayıdıb lap 



alçaqdan yaxtanın üzərində hərlənir. Bu isə kapitanı açıq-aşkar narahat edir. 

 

Fərzani dəniz səthinə yayılmış qara iri ləkədən gözlərini ayıra bilmir. 



 

– Yaxşı, mən daha gedim. Qonaqpərvərliyinizə görə çox sağ olun. Yeri gəlmişkən, siz haqlı 

çıxdınız. Hər halda Xəzərin bu hissəsində heç bir sualtı qayıq yoxdur. 

 

Təyyarələr gurultu ilə göyərtə üzərindən uçur. Adama elə gəlir ki, dor ağacına toxunacaqlar. 



Kapitan başını çiyinlərinə qısır. 

 

– Narahat olmayın, – trapa yaxınlaşan Əmiraslanov onu arxayınlaşdırır. 



 

– Mən bunlarla tanışam, hörmətimi saxlayırlar. Nə qədər ki, məni burada görürlər, yaxtanıza heç 

bir xətər toxunmaz... 

 

Yox, əgər (bu barədə düşünmək nə qədər dəhşətli görünsə də) nəsə olub-eləsə, təsadüfən bomba 



düşsə, ya da kater sizinlə toqquşsa, biz o saat akt tərtib edərik, dəyən ziyanı qanuni qaydada 

ölkənizə ödəyərik – həm gəmiyə görə, həm də adamlara. Ancaq mən güman edirəm ki, heç bir 

xoşagəlməz hadisə baş verməz. 

 

22 – Səhv etmirəmsə, siz nə barədəsə danışmaq istəyirdiniz? 



 

– deyə kapitan istehzalı bir təbəssümlə xatırladır. 

 

– Eh, əzizim Fərzani, əzizim Fərzani, heç ağlınıza da gəlməz kompaniyada əvvəlki yerində 



əyləşib, kapitanla təkbətək söhbətə başlayır. – Siz isə mənimlə lap yad adam kimi davranırsınız. 

 

– Əfv edin, ancaq mənə həqiqətən elə gəlir ki, sizinlə ilk dəfədir görüşürəm, – Fərzani karıxır. – 



Yəqin mənim barəmdə nəsə eşitmisiniz. 

 

– Bir-iki xırda-para məsələni nəzərə almasaq, ancaq yaxşı şeylər. 



 

Məsələn, bilirəm ki, həyatda hər şeyi öz əlinizin zəhməti ilə qazanmısınız. Birdorlu yelkənli 

balıqçı qayığından başlamısınız. 

 

İndi – on ildən sonra isə beş iri seyneriniz, Pəhləvidə xüsusi mülkünüz, Tehran bankındakı şəxsi 



hesabınızda otuz min dollarınız var. 

 

Əlbəttə, hər şey asan olmayıb, yeddi il əvvəlki uğursuzluğunuz yadımdadır, az qala müflis 



olacaqdınız. Ancaq xoşbəxtlikdən dostlarınız dar ayaqda əlinizdən tutdular. Yaxşı dostlardır: 

həm iranlılar, həm də almanlar. Siz də onlara borclu qalmır, yaxşılığı unutmursunuz. 

 

Buna görə də dostlarınızdan biri olan mənə bugünkü münasibətiniz xətrimə dəydi. Minnətdarlıq 



eşidəcəyimi gözləməsəm də, səmimi qarşılanacağıma, hər halda, ümid edirdim. 

 

– Qoy mənim alimənsəb dostum əmin olsun ki, bizim bundan sonrakı görüşümüzün şirinliyi bu 



görüşün acı təəssüratını onun qəlbindən siləcək, – deyə kapitan dillənir. – Öyrənə bilərəmmi 

möhtərəm dostuma nəyə görə minnətdar olmalıyam? Sualıma cavab gözləyirəm, axı əbəs yerə 

demirlər ki, insançün ən böyük qüsur nankorluqdur. 

 

– Minnətdarlıq barədə daha bircə kəlmə də danışmayın! 




 

16

 



– Əmiraslanov etirazını bildirir. – Söhbət övladını çox sevən bir ataya cüzi yaxşılıqdan gedir. 

Möhtərəm Fərzani isə, hamıya bəllidr ki, məhz bu cür atadır. Məsələ belə olmuşdu: Tehranda 

sovet mütəxəssislərinin yaşadığı qəsəbəyə gecə yarısı hücum etmiş bir dəstə quldur həbs 

edilmişdi. Həmin dəstəyə təsadüfən düşmüş bir cavanla söhbət aparası oldum. Ondan vəd aldım 

ki, bir də pis adamlara qoşulmayacaq, sonra da buraxdım. Yerdə qalanların hamısı qətl və yanğın 

törətməklə ittiham edilirdi. İttiham məhkəmə zamanı təsdiq olundu. Həmin xoşagəlimli cavanın 

adı Tevfiq Fərzani idi. 

 

Məgər bunu sizə danışmayıb? 



 

2 3– O mənə demişdi ki, özü qaçıb! – Xeyli susduqdan sonra Fərzani qurumuş dodaqlarını 

yalayaraq cavab verir. 

 

– Tevfiq yaxşı oğuldur, əziz atasını sevindirmək istəyib. 



 

Gərəksiz fikirlərlə qanını qaraltmağa lazım bilməyib. Axı əbəs yerə deməyiblər ki, valideynlərə 

qayğı övladın yaraşığıdır. 

 

– İndi onunla tez-tezmi görüşürsünüz? 



 

– O vaxtdan bəri bircə dəfə də görüşməmişik. Hərçənd etiraf etməliyəm ki, o tərbiyəli cavanla 

görüşsəm, məmnun olardım. Eyib etməz, hər halda məktublaşırıq. Yadıma düşdü, deyəsən 

Tevfiqin son məktublarından biri cibimdədir. Orada bəzi məlumatlar çatdırır, – Əmiraslanov 

cibini qurdalayıb, məktubu çıxarır və sifətinin qanı qaçmış Fərzaniyə uzadır. Fərzani yazılanları 

oxumağa başlayanda isə deyir: – Əhvalınızı pozmayın, əziz ağayi Fərzani, bu sizinlə məndən 

başqa heç kəsə əyan olmayacaq. 

 

– Məndən nə istəyirsiniz? 



 

– Əzizim ağaye Fərzani, lütf edib çatdırmaq istəyəcəyiniz məlumatı mən sizdən vaxtaşırı olaraq 

bircə şərtlə qəbul etməyə razıyam: istərdim ki, bu sizin üçün xoş və sərfəli olsun. Yox əgər 

təklifim ürəyinizcə deyilsə, dərhal unudun. Nə sizin özünüz üçün, nə də mənim dostum – sizin 

oğlunuz üçün bu söhbətin heç bir pis nəticəsi olmayacaq. Axı mən sizə, Allah eləməmiş, 

vətəniniz İranı sağmağı, ya da şəxsən özünüzə və ya var-dövlətinizə ziyan vura bilən iş görməyi 

təklif etmirəm... Söhbət almanlardan gedir. 

 

Onlarla sizin çox gözəl münasibətləriniz var, sizə etibar edirlər. 



 

Yeganə istəyim budur ki, mənimlə də arada bu cür dostluq münasibətləri yaransın. Bunu ürəkdən 

arzu edirsinizmi? 

 

– Bəli, – deyə Fərzani cavab verir. 



 

– Bir neçə ay əvvəl Berlindən imperiya coğrafiya cəmiyyətinin üzvləri təşrif gətirmişdilər. Hər 

şeylə maraqlanan adamlardı. Səhv etmirəmsə, indi onlardan biri yüksək vəzifə sahibidir. 

 

– İrandakı alman kəşfiyyatına rəhbərlik edir. Bu da onun şəkli. 



 

– Şəkildə iradəli sifəti olan orta yaşlı bir nəfər təsvir olunub. 

 

Əmiraslanov şəklə baxaraq, yaxın zamanlarda baş verən bir əhvalatı xatırlayır. 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə