Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə8/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   4   5   6   7   8   9   10   11   ...   231

 

19

kifayətdir ki, İngiltərə – indi daha sabiq dənizlər hökmranı sayılan dövlət qorxuya düşüb, bütün 



radiostansiyalarını işə salsın. İngilis gəmiləri isə qorxudan zağ-zağ əsən çömçəquyruqlar kimi, 

sahildə başlarını soxmaq üçün, necə deyərlər, siçan deşiyi axtarırlar. – Şultsun səsində patetik 

notlar eşidilir. – Bundan əlavə, Almaniya hər il tərsanələrdən iki yüz ədəd sualtı qayıq buraxır. 

Təsəvvür edirsinizmi? İki yüz sualtı qayıq – özü də necə qayıqlar?! 

 

– Təsəvvür edirəm, – Əmiraslanov başı ilə təsdiq edir. – Fotoşəkillərini görmüşəm. Sizə bir sual 



versəm inciməzsiz? Sərnişin gəmilərini batırmaq onların nəyinə gərəkdir? Az qala hər gün 

sərnişin gəmilərinin batırılması barədə xəbərlər gəlir. Suda boğulan qadınlar, uşaqlar... hətta 

şəkillərdə belə, bu, çox müdhiş görünür. 

 

Özü də bitərəf ölkələrin gəmiləri atəşə tutulur. Belə hərəkətə izah tapmaq çətindir. 



 

– Buna mən ancaq təəssüf edirəm. – Şults qaşqabaqlı halda cavab verir. – Bu hər şeydən əvvəl 

Almaniyanın nüfuzuna zərbə vurur. 

 

Lakin müharibənin qəribəlikləri ilə həmişə barışmaq lazım gəlir... 



 

Deyəsən, əsas mövzudan yayındıq. İndi mən sizə bir sirr açacağam! 

 

Həm “Bismark”, həm də “Tirpits” gecə-gündüz okean sularını 27 yararaq o yan-bu yana üzmək 



əvəzinə, əfsuslar olsun ki, aylarla yanalma körpüsündə dayanıb durmağa məcburdur. Sizcə, niyə? 

 

Əmiraslanov başını bulayır: 



 

– Mən hərbi dənizçi deyiləm. 

 

– Ona görə ki, iki günlük kreyser yürüşü ərzində bu gəmilərin hərəsi səksən ton yanacaq udur. 



Hələ də yerdə qalan dəniz donanmasını – xətt gəmilərini, kreyserləri demirəm. Üstəlik də 

dünyada ən güclü hava donanması – Lüftvaffe var. 

 

– Ən güclü? Mən indiyədək elə hesab edirdim ki, bu, sırf amerikansayağı bir ədadır. “Dünyada 



ən uca göydələn”, “planetin ən qarınqulu adamı”... 

 

– Almaniyanın səyi sayəsində amerikalılar daha bu ədalarını tərgidirlər. Yeri gəlmişkən, başqa 



bir səbəbdən elə siz də Almaniyaya minnətdar olmalısınız, – Şults bu sözdən karıxan 

Əmiraslanovu məmnun halda seyr edərək dedi: 

 

– İki il əvvəl İngiltərə Fransa ilə birləşərək, Qafqazı işğal etməyə hazırlaşırdı. Onların baş 



qərargahları müfəssəl həyasızlıqla bəyan etmişdi ki, Bakı tək bircə dövlətə məxsus ola bilməz – 

necə dövlət olur-olsun, fərqi yoxdur. Yəqin bunu eşitmişsiniz? 

 

– Hətta bilirəm də. 



 

– Almaniya isə Fransa ilə İngiltərəni məcbur etdi ki, öz dərdsərlərilə məşğul olsunlar, burunlarını 

başqasının işinə soxmasınlar. 

 

Almaniyadan qeyri, buna daha hansı qüvvə qadirdir? Biz indi təkbətək söhbət edirik, gəlin açıq 



danışaq, yəni doğrudanmı siz buna görə böyük Almaniyaya minnətdar deyilsiniz? 

 

– Minnətdaram. – Əmiraslanov iri divar saatına yaxınlaşır. – Bu saat yüz beş il bundan əvvəl işə 



salınıb, indiyə kimi fasiləsiz işləyir. 


 

20

 



Özü də Almaniyadan gətirilib. Bir çox başqa nailiyyətlər üçün də sizin ölkəyə mənim hörmətim 

var. Ancaq şübhəsiz, ona görə yox ki, Almaniya guya, bizi kimlərdənsə qoruya bilər. 

 

Şults nəyi isə xatırlayıb saata baxır: 



 

– Qatar bir saatdan sonra yola düşür. Biz yenə görüşəcəyik, amma çətin ki, bir də bu cür arxayın 

şəraitdə söhbət etmək bizə müyəssər olsun. 

 

– Sizcə, vuruşacağıq? 



 

– Biz onsuz da elə indi sizinlə vuruşuruq, – deyə Şults çox ciddi tərzdə dillənir. – Və siz məni 

buraxmaqla, ilk məğlubiyyətə uğramış olursunuz. 

 

28 Əmiraslanov qəflətən Fərzaninin sual dolu baxışlarını üzündə hiss edib, fikirdən ayrılır. 



Dərhal da gerçək şəraitə “qayıdır”. 

 

– Hərdən o köçüb Pəhləvidə yaşayır – orada “Mersedes” firmasının nümayəndəsi sayılır. 



Firdovsi küçəsində firmanın filialı yerləşir. 

 

Bu adam sizə tanışdırmı? 



 

– Onun adı Səbadır, – Fərzani şəklə ötəri nəzər salıb deyir. 

 

– Səba ləqəbidir. – Əmiraslanov düzəliş verir. Əsl adı Henrix Şultsdur. Abverin mayorudur. 



Sualtı reyslər ideyasının müəllifi odur. Əzizim ağaye Fərzani, bütün bildiklərinizi yazın, – 

Əmiraslanov ona bloknotla qələm uzadır. – Gecə “desant”larını da unutmayın. 

 

Ətraflı yazın, – adamların sayını, adlarını... 



 

– Adlar və digər məlumatlar təkcə Səbaya bəllidir, bir də ola bilsin ki, sualtı qayığın 

komandirinə. 

 

– Nəyi bilirsiniz, onu yazın. 



 

– Nə gizlədim, mənim siz deyən savadım yoxdur, – Fərzani utancaq halda etiraf edir. – Yaxşısı 

budur, mən hər şeyi danışım, siz yazın. 

 

– Əzizim ağaye Fərzani, şifahi sözlər nə qədər qiymətli olsa da, deyilir və sonra da unudulur, 



sizin məktubunuz isə bu andan etibarən mənim yaddaşımın dayağı olacaq. Axı əbəs yerə 

deməyiblər ki: 

 

“Sözə inan, ancaq bir qiymətli əşyanı da girov kimi saxla”. 



 

Pəhləvi. “Mersedes” filialının təmtəraqlı binası önündə qara rəngli kiçik bir maşın dayanır. 

Fərzani maşından düşür. Geniş nümayiş zalından keçib gedərkən tanışları – əməkdaşlar və 

müştərilərlə yüngülcə təzim etməklə salamlaşır. Zalın qurtaracağında dar dəhlizə burulur. 

Divarda o qədər də nəzərə çarpmayan polad qapı görünür. Keşikçilər onun vəsiqəsini diqqətlə 

yoxlayırlar. Fərzani qəbul otağına keçir. Sarışın katibəyə salam verir. Otaqda idmançı – əsgər 

görkəmli iki cavan adam var. Əyinlərindəki kostyumlar da biçiminə görə hərbi geyimi andırır. 

 

– Səba bir-iki dəqiqə əvvəl sizi soruşurdu. İndi anqardadır. 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə