Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə9/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   5   6   7   8   9   10   11   12   ...   231

 

21

 



– Onu burada gözləyim? 

 

– Sizi onun yanına ötürərlər. 



 

Anqarın bütün ərazisində təlimlər gedir. Təlimatçıların rəhbərliyi altında yüzlərcə adam əlbəyaxa 

döyüş fəndlərini təkrarlayır. 

 

Onların əynində Fərzaniyə tanış olmayan hərbi forma var, ancaq fərqlənmə nişanları gözə 



dəymir. Fərzani Səbanı uzaqdan görür. 

 

29 Bu, iradəli sifəti olan qırx-qırx beş yaşlarında bir kişidir. O da Fərzanini görür və səbirsiz 



halda əli ilə onu yanına çağırır. Lakin Fərzani yanaşmağa macal tapmamış, darvaza açılır, 

üzərinə xırdaca bayraq bərkidilmiş “Mersedes” avtoparka girir. Sürücü cəld yerə sıçrayıb, 

maşının qapısını açır. Çal saçlı, ucaboy bir kişi, onun dalınca isə iki nəfər müşayiətçisi maşından 

düşür. Səba Fərzaniyə ani bir nəzər salaraq, onların qabağına gedir. 

 

– Üzr istəyirəm, polkovnik, biz gecikmişik, – yeni gəlmiş şəxs salam verib sözə başlayır. Hiss 



olunur ki, hansı xoş təəssüratsa onu həyəcanlandırıb. – Tehrandan gec çıxdıq. Saraydakı 

görüşümüz çox məhsuldar keçdi. Söhbət gözlənilmədən uzandı, ancaq bizim ümumi işimiz üçün 

bunun yalnız faydası oldu. Həmçinin Almaniya səfiri də orada idi. 

 

– Həmçinin... – Səba sanki sözün səslənməsini yoxlamaq üçün təkrar edir. – Çox şadam ki, 



əhval-ruhiyyəniz yaxşıdır, çünki bu, qarşınızdakı mənzərəyə də uyğundur. Desantçılardır. 

Bölməyə yaxşıların da ən yaxşıları daxil edilib. Əla təlim keçiblər, öz borclarına sadiqdirlər. 

Demək olar ki, hər bir şəraitdə döyüşməyi bacarırlar. 

 

Başqa dəstələrdə olduğu kimi, buradakıların da üçdə bir hissəsi sizin həmvətənlərinizdir, 



qalanları ruslar, gürcülər, ləzgi, osetin, çərkəzlərdir. Xülasə, demək olar ki, bütün Qafqaz təmsil 

edilmişdir... 

 

Onlarla söhbət edəcəksinizmi? Yoxsa yol sizi yorub dincəlmək istəyirsiniz? 



 

– Dincəlmək? Siz zarafat edirsiniz, polkovnik. Artıq çoxdan bəridir ki, istirahət nə olduğunu 

unutmuşam. Əlbəttə, onlara bir-iki kəlmə demək istərdim. Bir halda ki, burdayam, onlar 

qarşısında çıxış etmək borcumdur. 

 

Səba mikrofona yaxınlaşır. Komandalar eşidilir və heç bir çaxnaşmasız- filansız, bir göz 



qırpımındaca desantçılar iki cərgəyə düzülür. Sükut çökür. Səba səliqəli cərgələri məmnun halda 

gözdən keçirib deyir: 

 

– Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası qanuni hökumətinin başçısı, baş 



nazir Xasay bəy Rəsulbəyli məxsusən sizinlə görüşmək üçün Parisdən buraya gəlmişdir. 

 

“Baş nazir” mikrofona yaxınlaşan kimi, gurultulu alqış sədaları Səbanın işarəsi ilə dərhal kəsilir. 



Sözə başlamazdan öncə Xasay bəy cib dəsmalını çıxarıb, nəmli gözlərini silir. 

 

30 – Mənim dostlarım! Mənim övladlarım! Mən öz göz yaşlarımdan utanmıram: həyatda elə 



nadir anlar olur ki, həmin anda əsl kişinin ağlamağa hüququ var. Xoşbəxtəm ki, sizlərlə – igid 

oğullarımla görüşdüyüm üçün uzun illərdən bəri ilk dəfə gözlərim yaşardı. Bu o deməkdir ki, 

qəddar düşmənlərimizin günahı üzündən Vətənimizin başına gələn bəlalar mənim qəlbimi hələ 

daşa döndərə bilməyib. 




 

22

 



Mən xoşbəxtəm ki, biz, nəhayət bir yerdəyik, hiylə və zorla xalqımızı özünə tabe etmiş zalımlara 

qarşı əldə silah birgə mübarizə aparacağıq... – Natiq hərarətli çıxışını davam etdirir. Səba isə hər 

şeyin lazımi qaydada getdiyini yəqin etdikdən sonra, nəzərə çarpdırmadan kənara çəkilir. 

 

– Qonaqlara deyərsən ki, məni təcili çağırdılar, – deyə o, təlimatçılardan birinin qulağına 



pıçıldayır. – Çıxışa görə təşəkkür eləməyi unutma. 

 

Səba Fərzani ilə maşına əyləşib, ofisi tərk edir. 



 

– Biz həddən artıq qayğısız olmuşuq, – Səba heç kimə müraciət etmədən mızıldanır. – Yaxşı ki, 

heç olmasa sərnişinləri düşürmək mümkün olub. 

 

– İndi onlara görə də narahatam, – Fərzani dillənir. – Axı Bakıda... 



 

nədir o?.. Hə, pasport qeydiyyatı var. Bircəsini qaralasalar, nə qədər dözümlü olsa da, hamısını 

ələ verər! 

 

– Kimi isə ələ verməkdən ötrü həmin şəxsin adını bilmək, görünüşünü yadda saxlamaq, haraya 



getdiyindən, yaxud gedə biləcəyindən xəbərdar olmaq lazımdır. 

 

– Məgər onlar bir-birini üzdən tanımır? 



 

– Hər bir qrupun üzvləri ilk dəfə yalnız tapşırığa yollanan zaman görüşürlər. Onlara bir-birləri 

barədə başqa heç nə bəlli olmur. Çatan kimi də dağılışırlar, hərə özünə tapşırılmış işə başlayır, – 

Səba sanki təlimat oxuyurmuş kimi sözləri aydın tələffüz edərək danışır və Fərzaniyə diqqətlə 

baxır: – Dostum, bu gün siz hər şeylə yaman maraqlanırsınız. Hə, deməli, o adamlardan heç biri 

o birilər barədə bir şey bilmir. Bu, yalnız bir nəfərə – mənə məlumdur! Müəyyən edilmiş gündə 

və saatda mənim göndərəcəyim adam onların hamısını axtarıb tapacaq. Və qabaqcadan nəzərdə 

tutulan niyyəti yerinə yetirəcək! – Səba coşqunluqla sözünü bitirib susur. Sonra xəfif təbəssümlə 

Fərzaniyə baxır: 

 

– Dostum, siz bu gün hər şeyə qeyri-adi maraq göstərirsiniz! 



 

31 – İki-üç gün ölümün gözünün içinə baxmış bir şəxs yəqin ki, dostlarına qeyri-adi görünər, – 

Fərzani də cavabında gülümsünür. 

 

– Əgər ciddi danışsaq, mən risq etməz, başqa bir yol axtarıb tapardım. 



 

– Əgər ciddi danışsaq, – deyə Səba məyus halda dillənir, – başqa bir yol yoxdur. Sərhədin bir 

metri elə qorunur ki, heç şahənşah taxt-tacı varisinin yataq otağı o cür mühafizə edilmir. 

 

Maşın, şəhəri arxada buraxaraq, sahilə paralel şose ilə şütüyür. 



 

Ətrafda bircə dənə də olsun tikili gözə dəymir. Dənizə doğru uzanan yan yola burularaq, maşın 

uca dəmir hasar önündə dayanır. 

 

Hasarın üstü ilə yüksək gərginlikli cərəyan naqilləri çəkilib. Əllərində avtomat tutmuş saatdarlar 



yuxarıdakı keşik qüllələrindən laqeyd halda maşına tamaşa edirlər. Darvaza açılır. Üç nəfər 

keşikçi çıxır. İkisi avtomatlarını hazır saxlayıb. Üçüncü – yəqin ki, rütbəcə yüksək olan, maşına 

yaxınlaşır. Səbanı tanıyıb, hərbi təzim edir. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə