Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında yaratdığı problemlər və həkim tövsiyəsi



Yüklə 280,03 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix29.05.2018
ölçüsü280,03 Kb.
#46729
1   2   3   4   5   6

31 yanvar 2017-ci il

http://w w w.amu.edu.az

3



 Azərbaycanda baş verən 



Qanlı Yanvar faciəsindən 27 

il ötür. Bu müddət ərzində 

şəhid məzarları zamanın 

qan yaddaşına köçür, xalqı-

mızın müqəddəs and yerinə 

çevrilərək ehtiramla yad olu-

nur.

Yanvarın  18-də  Respublikamızın 



hər yerində olduğu kimi Azərbaycan 

Tibb  Universitetində  də  20  Yanvar 

faciəsinin  27-ci  ildönümünə  həsr 

olunmuş  anım  mərasimi    keçirilib. 

Toplantı  iştirakçıları  ilk  öncə  uni-

versitet  şəhərciyində  torpaqlarımı-

zın  azadlığı  və  bütövlüyü  uğrunda 

canlarından keçən şəhid tələbələrin 

xatirəsinə ucaldılmış abidəni ziyarət 

edərək  önünə  tər  çiçəklər  düzüb. 

İgid  Vətən  övladlarının    ruhunu  bir 

dəqiqəlik sükutla yad ediblər.  

  Sonra ATU-nun rektoru,  professor 

Gəray Gəraybəyli 20 Yanvar hadisələri 

zamanı  baş  vermis    dəhşətlərdən 

söhbət açaraq həmin gün qəhrəman 

Azərbaycan  xalqının  igid  övladları-

nın göstərdiyi şücaətlərdən danışıb. 

O, qeyd edib ki, Azərbaycan xalqı öz 

müstəqilliyini  asan  yolla  qazanma-

yıb,  bu  yol  xalqımıza  çətinliklər  və 

faciələr hesabına başa gəlib. 

  Sözünə davam edən G. Gəraybəyli 

ötən  əsrin  90-cı  ilində    ölkəmizin 

müstəqilliyi  və  azadlığı  uğrunda 

küçə lərə  çıxmış  vətəndaşlarımıza 

qarşı insanlığa sığmayan vəhşiliklərin 

törədildiyini, 

əliyalın 

insanla-


ra  ağır  silahlaradan  atəş  açıldığını, 

hətta  qocalara,  qadınlara,  uşaqlara 

belə  rəhm  edilmədiyini  xatırladıb: 

“Azərbaycan xalqının həyatında belə 

hadisələrdən biri 1990-cı ilin yanvar 

ayının 19-dan 20-nə keçən gecə baş 

verib.  Bu  hadisənin  mahiyyəti  illər 

keçdikcə  daha  da  dərinləşir,  böyük 

əhəmiyyət  kəsb  etməyə  başlayır. 

Əliyalın insanlara qarşı ağır texnika, 

tanklarla vəhşicəsinə hücum edildi-

yi,  insanların  gülləbaran  olunduğu 

bu  gecə  xalqımızın  tarixindəki  bö-

yük  faciələrindən  biridir.  Fövqəladə 

vəziyyətə, komendant saatına bax-

mayaraq, indiki müasir rabitə üsul-

larının olmaması halında belə, yan-

varın  21-i  səhər  tezdən  milyonlar-

la  insan  öz  ürəklərinin  çağırışı  ilə 

“Azadlıq”  meydanına  toplanmışdı. 

Həmin  gün  kimsə  tərəfindən  təşkil 

olunmamış  möhtəşəm  bir  dəfn 

mərasimi  keçirildi.  Təsadüfi  deyil 

ki, bu tarixi gün milli dirçəlişimizin 

vacib mərhələlərindən biri kimi he-

sab olunur . Həmin ğünlərdə azad-

lıq  mücadiləsinə  qalxmış  xalqın 

iradəsini  qırıb  böyük  imperiyanı 

saxlamaq  istəyirdilər.  Amma  xalqın 

iradəsi,  mərdliyi  sayəsində  onların 

bu  planları  reallaşa  bilmədi.    Hətta 

qadınlarımız öz vətənlərini qorumaq 

üçün təpədən-dırnağa qədər silah-

lanmış  ordunun  qarşısına  əliyalın 

çıxmışdılar.  Odur  ki,  bu  qanlı  gün  

bizim  tariximizə  faciə  ilə  yanaşı, 

həm  də    əsl  igidlik,  qəhrəmanlıq 

səhifəsi kimi daxil olub. Xalqımız öz 

qanı bahasına azadlığına qovuşub”.

G.Gəraybəylinin  sözlərinə  görə, 

20 Yanvar hadisələri tariximizdə bir 

dönüş  nöqtəsi  olaraq  milli  qürurun 

formalaşmasında, müstəqilliyin qo-

runub saxlanılmasında, bizim  dün-

ya  xalqları  arasında  özünəməxsus 

yer tutmağımızda böyük rol oynayıb: 

“Biz hazırda da görürük ki, bu tarixi 

faciə  həmin  qırğından  sonra  dün-

yaya  gələn  gənclərimizə  də  böyük 

təsir  göstərib,  onlarda  milli  qürur 

hisslərini daha da gücləndirib. Biz hər 

birimiz  dövlətimiz,  müstəqilliyimiz 

uğrunda  canlarından  keçən  oğulla-

rımız,  bacı  və  qardaşlarımızın  ruhu 

qarşısında baş əyirik”.  

Rektor  bildirdi  ki,  Heydər  Əliyevin 

yenidən  ölkə  rəhbərliyinə  qayıdı-

şından sonra bu istiqamətdə böyük 

işlər görülüb. Məhz onun təşəbbüsü 

ilə  ilk  dəfə  bu  hadisəyə  hüqu-

qi-  siyasi  qiymət  verilib,  şəhidlərin 

xatirəsinin  əbədiləşdirilməsi  üçün 

ulu öndər  mühüm sənədlər imzala-

yıb. Ümummilli lider Heydər Əliyevin 

siyasi kursunu  uğurla davam etdirən 

möhtərəm prezidentimiz cənab  Il-

ham  Əliyev    Vətənimizin  ərazi  bü-

tövlüyü uğrunda canlarından keçən 

insanların    əziz  xatirəsinin  daim 

anılması,  onların  ailələrinin  sosial 

rifah halının yüksəldilməsi, mənzil- 

məişət  şəraitinin  yaxşılaşdırılması 

istiqamətində və bir sıra əhəmiyyətli 

tədbirlərin  həyata    keçirilməsinə 

göstərişlər verib.     

Sonra  ATU-nun  III  cərrahi  xəstə-

liklər  kafedrasının  müdiri,  profes-

sor  Məmməd  Nəsirov  çıxış  edərək 

qanlı  Yanvar  olaylarının  şahidi  kimi 

həmin  gecəni  belə  xatırladı:  “Yan-

varın 10-dan etibarən şəhərdə bö-

yük  təxribatlar  gedirdi.  Bizi  çağırıb 

dedilər  ki,  şəhərdə  böyük  qırğın 

gözlənilir,  bütün  xəstələri  evə  ya-

zın,  tez  bir  zamanda  xəstəxananı 

boşaldın.  Elə  həmin  gün  hara-

dansa  təzə  yataq  dəstləri  gətirib 

xəstəxanaya  düzdülər.  Elə  bil  hamı 

nəsə gözləyirdi. Və belə də oldu. Heç 

bir xəbərdarlıq olmadan 19-u gecəsi 

Bakının hər tərəfindən şəhərə qoşun 

yeridildi. İnsanları qıra-qıra şəhərin 

mərkəzinə  doğru  irəliləyirdilər. 

Xəstəxana  yaralılarla  dolub  daşırdı, 

hətta dəhlizlər də xəstələrlə doluy-

du”.


“Həmin  gecə  açılan  ölümsaçan 

güllələrin  bir  neçəsi  indi  də  mənim 

stolumun üstündədir” deyən profes-

sor  qeyd  etdi  ki,  bu  faciədən  27  il 

keçməsinə  baxmayaraq,  20  yanvar 

hadisələri hər kəsin yaddaşına əbədi 

həkk  olunub.  Biz  hamımız  bu  gün 

qazndığımız  müstəqilliyimizə  görə 

məhz həmin şəhidlərə borcluyuq”.

  Daha  sonra  ATU-nun  I  cərrahi 

xəstəliklər  kafedrasının  dosenti 

Səxavət  Rəfiyev  də  həmin  müdhiş 

gecədə yaşanan o acı həqiqətlərdən 

söz açaraq dedi ki, yollar bağlı oldu-

ğundan,  həkimlər  böyük    çətinliklə 

özlərini  xəstəxanaya  çatdırırdılar: 

“Xəstəxananın  həyətində  izdiham 

vardı. Həkimlər az, əməliyyat otaq-

ları isə yaralılarla dolu idi. İnsanla-

ra  tibbi  yardımın  göstərilməsində 

Tibb Universitetinin tələbələri böyük 

köməklik  etdilər.  O  gecə  yaralıla-

ra  yardım  göstərən  həkimlərə,  tibb 

işçilərinə də atəş açıldığını söyləyən 

natiq Tibb Universitetinin müəllim və 

tələbələrinin fədakarlığını da xüsusi 

qeyd  edib:  “Əməliyyat  önü  palata-

larda və bütövlükdə əməliyyat blo-

kunda çoxlu xəstələr vardı. Növbəti 

əməliyyat  başlayanda  artıq  işıq-

lar  söndürülmüşdü.  Bu  zaman  biz 

tələbələrin və tibb işçilərinin köməyi 

ilə lampa və şam işığında əməliyyat 

etməli olduq. Həkimlər hətta qəzeti 

yandırıb  onun  işığında  əməliyyat 

aparırdılar. Qorxu yox idi ki, birdən 

oksigen  balonu  partlaya  bilər.  Bu 

ərazidə  yaşayan  əhali  və  yataqxa-

nada  qalan  tələbələrimiz  xəstələrin 

daşınmasında  və  əməliyyatın  apa-

rılmasında  bizə  yaxından    kömək 

etdilər. Bu insanlar həmin gün səhərə 

qədər və ondan sonraki günlərdə də 

könülü qanvermə aksiyası keçirdilər. 

Yaddaşlarımızdan  heç  vaxt  silin-

məyəcək  bu  gecədə  verdiyimiz 

şəhidlər 

Azərbaycan 

tarixində 

növbəti qəhrəmanlıq səhifəsini yaz-

mış  oldular.  Çox  şükür  ki,  bu  gün 

müstəqilik.  Azərbaycanın  sükanı 

etibarlı əllərdədir”.

  Tələbələr  adından  çıxış  edən  II 

müalicə  profilaktika  fakültəsinin  V 

kurs tələbəsi Nailə Şirəliyeva 1990-

cı  il  yanvarın  19-dan  20-ə  keçən 

gecə  amansızcasına  qətlə  yetirilən 

günahsız insanların xatirəsini gənc-

lərin daim əziz tutduğunu, eyni za-

manda  öz  ölkəsinin,  xalqının  müs-

təqilliyi  yolunda  şəhid  olanlarla 

qürur  duyduqlarını  bildirib:  “Artıq 

müstəqil  Azərbaycanımızın  azad 

vətəndaşıyıq. Müstəqilliyimizin əbə-

di  olduğunu  bütün  dünyaya  sübut 

edəcəyik”.    Şəhidlərin  heç  zaman 

unu dulmayacağını,    respublikamız-

da  və  eləcə  də    dünyanın  müxtəlif 

ölkələrində  fəaliyyət göstərən soy-

daşlarımızın  qəlbində  əbədi  yaşa-

yacaqlarını  söyləyən  N.Şirəliyeva 

gənc həkimlərin öz peşələrinə daha 

məsuliyyətlə  yanaşmalı  olduqlarını 

vurğuladı.     

Toplantını  yekunlaşdıran  universi-

tetin rəhbəri, professor G.Gəraybəyli 

Azərbaycanın  hər  bir  övladının  bu 

hadisə  haqqında  saatlarla  danışa 

biləcəyini qeyd edərək bir daha xa-

tırlatdı  ki,  həmin  gün  xalqımız  öz 

qəhrəman  övladlarını  itirsə  də  qa-

zandığı  azad,  müstəqil  Azərbaycan 

dövləti oldu.

Mənsur ƏLƏKBƏRLİ

Fotolar Cənnətalı Çingizindir

Q A N   Y A D D A Ş I M I Z

Tibb Universitetində 20 Yanvar 

şəhidlərinin əziz xatirəsi yad edilib



Yüklə 280,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə