Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında yaratdığı problemlər və həkim tövsiyəsi



Yüklə 280,03 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix29.05.2018
ölçüsü280,03 Kb.
#46729
1   2   3   4   5   6

31 yanvar 2017-ci il

http://w w w.amu.edu.az

5

Azərbaycanda şəkərli diabet 

xəstəsi üzərində aparılan mürəkkəb 

əməliyyat uğurla başa çatıb. 

Azərbaycan Tibb Universitetinin 

Tədris Cərrahiyyə Klinikasında 51 

yaşlı kişini əməliyyat olunduqdan 

sonra ölümdən qaytarmaq 

mümkün olub.

Klinikanın ümümi cərrah-transplan-

toloqu,  dosent  Sadiq  Həmzəyev  bil-

dirir ki, şəkərli diabeti olan xəstə sol 

ayağın total fleqmonası-absesi ilə kli-

nikaya  müraciət  edib.  Uzun  müddət 

şəkərli diabeti olan bu xəstənin aya-

ğında travmadan sonra ağrılar başla-

yıb İki həftə müalicə alsa da, ayaqda 

tam  hərəkətsizlik,  şişkinlik,  qızdırma 

olub.

Klinikada  xəstəyə  sol  aşağı  ətrafda 



total 

nekrozlaşma-abses 

diaq-

nozu  təyin  edilib.  Ayaqda  geniş 



kəsiklər  aparılıb,  nekrotik  toxumalar 

təmizlənib, 2 litrə yaxın irinli nekrotik 

kütlə çıxarılıb. Diz oynağında, oynaq-

daxili  nekrotik  kütlə  təmizləndikdən 

sonra  bütün  yerlərdə  yaralar  drenaj 

edilib.


Həkimin  sözlərinə  görə,  ilk  ola-

raq  belə  ağır  xəstələri  sepsisdən  - 

ölümdən  xilas  etmək  vəzifəsi  öndə 

dayanır:  “Daha  sonra  ayağı  amputa-

siyadan qorumaq, növbəti mərhələdə 

isə  ətrafın  dayaq-hərəkət  funksiya-

sının  maksimum  qorunması  vəzifəsi 

vacibdir. Biz artıq ilk iki vəzifəni yerinə 

yetirmişik.  İndi  ətrafın  maksimum 

dayaq-hərəkət  funksiyasının  saxla-

nılmasına  çalışırıq”.  Hazırda  xəstəyə 

arteriya  daxili  gündəlik  inyeksiyalar 

vurulur, yara təmizlənir.

S.Həmzəyev  bildirib  ki,  bu  cür  ağır 

xəstəliklər zamanı bəzən ətrafın (aya-

ğın) itirilməsi və ölüm halları baş verir. 

Əksər hallarda xəstənin səhlənkarlığı, 

diaqnozun vaxtında təyin edilməməsi, 

erkən  adekvat  müalicənin  aparılma-

ması  bu cür  gecikmiş  ağır  fəsadların 

yaranmasına gətirib çıxarır. Belə hal-

larda xəstənin yeganə xilası - radikal 

geniş  kəsiklərin  aparılması,  nekrotik 

toxumaların  təmizlənməsi,  həssas 

antibiotiklərin  dezintoksikasiyası  və 

bədənin  gücləndirilməsindən,  ətrafın 

gündəlik  sanasiyası  tədbirlərindən 

asılıdır.

Şəkərli  diabet  xəstələri  pəhrizini 

saxlamalı,  qanda  şəkərin  səviyyəsini 

tənzimləməli,  aktiv  həyat  tərzi 

keçirməli  və  vaxtaşırı  müalicə  al-

malıdırlar.  S.Həmzəyev  qeyd  edir  ki, 

son  zamanlarda  qida  məhsullarının 

keyfiyyətinin pis olması belə xəstələrin 

sayının artmasına şərait yaradır.



Şəkər xəstəsinin ayağından 

2 litr irin çıxarıldı

A

zərbaycan Tibb Universitetinin (ATU) 



IV kurs tələbəsi Kamran Məmmədov 

Azərbaycan Respublikası Prezidenti yanında 

Gənclər Fondunun keçirdiyi VIII qrant 

müsabiqəsinin qalibi olub.

Əsas  məqsədi  gənclərin  asudə  vaxtla-

rının  səmərəli  təşkili  və  şahmat  idmanının 

gənclər  arasında  təbliği  olan  layihədə  30 

nəfər uşaq və yeniyetmə iştirak edib.

Layihənin rəhbəri Kamran Məmmədovun 

sözlərinə görə, 30 uşaq və yeniyetmə ara-

sında baş tutmuş çempionat 7 turdan ibarət 

olub.  Çempionatda  iştirakçılar  2  yaş  qru-

punda mübarizə aparıblar. 

Qaliblər sertifikat və hədiyyələrlə təltif olu-

nublar.  Təltifetmə  mərasimində  Gəncə  şəhər 

Şahmat  Məktəbinin  müəllim  və  hakim  heyəti 

ilə  yanaşı  Gəncə  Şəhər  İcra  Hakimiyyətinin, 

Gəncə  şəhər  Gənclər  və  İdman  İdarəsinin 

nümayəndələri,  eləcə  də  valideynlər  iştirak 

ediblər.


Qeyd edək ki, Gəncədə Azərbaycan Respub-

likasının Prezidenti yanında Gənclər Fondunun 

dəstəyi  ilə  həyata  keçirilən  “Gəncə  Şahmat 

Şəhəri”  layihəsi  Gəncə  Şahmat  məktəbində 

keçirilib.  Çempionatın  keçirilməsinə  Gəncə 

şəhər Şahmat Məktəbi ilə yanaşı Gəncə şəhər 

Gənclər və İdman İdarəsi də yaxından dəstək 

olub.


ATU-nun mətbuat xidməti

Azərbaycan Tibb Universitetinin həkimləri bir­birinin ardınca mürəkkəb cərrahi 

əməliyyatları icra edirlər. Bu günlərdə ATU­nun Tədris Cərrahiyyə Klinikasında belə 

əməliyyatlardan biri ­ total tireoidektomiya əməliyyatı uğurla icra olunub.

1989-cu  il  təvəllüdlü  xəstə  boyunda  şişkinlik,  boğulma,  təngnəfəslik, 

əsəbilik kimi əlamətlərlə klinikaya müraciət edib. Qalxanabənzər vəzidə 

problemləri olan xəstə biopsiya olunduqdan sonra onun üzərində cərrahi 

əməliyyat aparılması haqqında qərar verilib. Beləliklə, xəstədə total tire-

oidektomiya – qalxanabənzər vəzin tamamilə çıxarılması əməliyyatı icra 

olunub.


ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə 

doktoru,  cərrah-endokrinoloq  Azər  Hümmətovun  sözlərinə  görə,  çı-

xarılan  vəzidə  təxminən  2  santimetrə  yaxın  ölçüdə  düyün  aşkarlanıb. 

Sağ  payda  yerləşən  bu  düyün  18  mmX21mm  ölçüdə  soyed  və  sistoz 

komponentlərindən təşkil olunmuş çoxlu sayda makro və mikrokalsinatla-

ra malik perinodulyar qanlanması olan düyün idi. Total intubasion narkoz 

altında sinir cihazının müşayiəti ilə total tireoidektomiya əməliyyatı icra 

olundu. Məlumdur ki, qalxanabənzər vəzin arxa səthində qayıdan qırtlaq 

siniri yerləşir.

Məhz həmin qayıdan qırtlaq siniri bilavasitə bizim səs tellərimizi iner-

vasiya edir. Bu əməliyyatın üstünlüyü ondadır ki, sinir cihazından istifadə 

etməklə biz bu sinirin zədələnməsinin qarşısını alırıq, onu qoruyuruq. Bu 

sinir cihazının iş prinsipi əsasında sinirə göndərilən impuls nəticəsində səs 

telləri yığılır və hərəkətə gəlir. Bu hərəkət həmin cihazın intubasiya boru-

suna bağlanan aktiv aparat tərəfindən qəbul olunur və monitora görüntü 

şəklində çıxarılır. Bununla da həmin sinirin zədələnməsinin qarşısını alırıq”.

Beləliklə,  Tədris  Cərrahiyyə  Klinikasında  xəstənin  səs  tellərinə  toxu-

nulmadan total tireoidektomiya əməliyyatı uğurla tamamlanıb. Xəstə elə 

həmin gün evə buraxılıb. Klinikanın həkimlərinin bacarığı sayəsində səs 

tellərini innervasiya edən siniri zədələnməyən bu xanım ATU-nun həkim 

briqadasına səmimi təşəkkürünü bildirib.

Kitab Azərbaycan Tibb 

Universitetində baza - tibb 

təhsilinin uşaq xəstəliklərinin 

propedevtikası və uşaq 

xəstəlikləri üzrə tədris proq-

ramı əsasında tərtib edilmiş 

ilk orijinal dərslikdir. Dərslikdə 

pediatriyanın qısa inkışaf 

tarixi, pediatriyada deontolo-

giya məsələləri, uşaq yaşının 

dövrləri, ayrı-ayrı orqan və 

sistemlərin anatom-fizioloji 

yaş xüsusiyyətləri, sağlam 

uşağın inkişafı, qidalanmanın 

müasir prinsipləri,  pediatriya-

nın müxtəlif bölmələrinə daxil 

olan xəstəliklərin etiologiyası, 

patogenezi, klinikası, diaq-

nostikası, müalicə və profi-

laktikası verilmişdir. Kitabda 

erkən yaşda rast gəlinən 

əsas xəstəliklər, ürək-damar, 

tənəffüs, həzm, sidik – 

ifrazat, endokrin, qanyara-

dıcı sistemlərin, revmato-

loji xəstəliklərin, həmçinin, 

neonatalogiya və uşaq 

infeksion xəstəlikləri

vərəm və respublikamızda 

aparılan immuno-profilak-

tikanın şərhi verilmişdir.

Dərslik tibb təhsili verən 

ali məktəb tələbələri və 

həkimlər üçün nəzər də 

tutulmuş, tərtib edilər-

kən son illərin elmi 

məlumatlarından və müva-

fiq ədəbiyyat materiallarından 

istifadə edilmişdir.

Dərsliyə Azərbaycan 

Tibb Universitetinin II uşaq 

xəstəlikləri kafedrasının mü-

diri,  respublikanın əməkdar 

həkimi, əməkdar elm xadimi

tibb elmləri doktoru, professor 

A.A.Eyyubova və Ə.Əliyev 

adına Azərbaycan Dövlət 

Həkimləri Təkmilləşdirmə 

İnstitutunun Pediatriya ka-

fedrasının dosenti, tibb üzrə 

fəlsəfə doktoru F.A.Qarayev 

rəy vermişlər.

İsayev İ.İ., Xanməmmədova S.Q., Məmmədova R.R. və 

Hüseynov N.Q.  tərəfindən yazılmış “Pediatriya”   (Ali 

məktəblər üçün dərslik, Bakı,  2017,  480 səh.) 

Kafedranın kitab rəfi



Yüklə 280,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə