Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında yaratdığı problemlər və həkim tövsiyəsi



Yüklə 280,03 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix29.05.2018
ölçüsü280,03 Kb.
#46729
1   2   3   4   5   6

http://w w w.amu.edu.az

31 yanvar 2017-ci il

6

• 



 

İnsan beyninin normal 

fəaliy yəti üçün sağlam və 

tamdəyərli qidalanma çox 

vacibdir.   

Məsləhət  1

.  Bəzi  qida 

məhsulları  var  ki,  bu 

məhsullar  beyinin  fəaliy-

yətinə  müsbət  təsir  edir. 

Məsələn, beyin üçün Ome-

qa-3 yağlı turşular çox va-

cibdir. Bu turşularla zəngin 

olan məhsul balıqdır.

Növbəti  beyin  üçün  va-

cib  olan  maddə  fenilala-

nin  amin  turşusudur.  Bu 

əvəzolunmaz aminturşusu 

orqanizmdə  sintez  olun-

mur  və  mütləq  qida  ilə 

orqanizmə  daxil  olunma-

lıdır. Fenilalanin ətdə, ba-

lıqda,  yumurtada,  süddə, 

kəsmikdə, xamada var.

Digər  vacib  aminturşu-

su  triptofandır.  Triptofan 

beyin  hüceyrələrinin  qo-

calmasının  qarşısını  alır. 

Triptofan hind quşu və to-

yuq  əti,  banan,  qoz,  fın-

dıq,  badam,  keşyu  kimi 

məhsullarda var.

Lizin aminturşusu təfək-

kürü 


aktivləşdirir. 

Bu 


maddə  acı  şokoladın,  ka-

kaonun,  qoz,  fındıq,  ba-

dam,  araxis,  cücərdilmiş 

buğda, lobya, noxud və s. 

kimi məhsulların tərkibinə 

daxildir.

Beynimiz  şirin  qidaları 

da xoşlayır. Qlükoza beyi-

nin normal fəaliyyəti üçün 

ən vacib maddələrdən bi-

ridir.  Qlükozanı  bal,  şirin 

meyvələr,  quru  meyvələr 

kimi  faydalı  məhsullardan 

alın.


Məsləhət 2

.  Beyini  nə 

qədər çox yükləsəniz, be-

yin o qədər yaxşı işləyəcək. 

Bu təsdiq olunmuş qayda-

dır. Təbii ki, söhbət həddən 

artıq  yükləmələrdən  get-

mir.


Beyninizi daim məşq et-

dirin  -  yeni  kitablar  oxu-

yun,  xarici  dillər,  şeirlər 

öyrənin,  krossvordlar  həll 

edin,  şaxmatı  oynayın  və 

s.

Bütün 



ömrünü 

elmi 


kəşfiyyatlara  həsr  etmiş 

alimlərin beyini qoca yaş-

larına  kimi  sağlam  və  ca-

van qalır.

Məsləhət 3.

 Beyinin nor-

mal  fəaliyyəti  üçün  ona 

kifayət  qədər  oksigen  la-

zımdır.  Hər  gün  1-2  saat 

ərzində havada olun.

Məsləhət 4. 

Fiziki  ak-

tivlik,  idman  orqanizmdə 

qan  dövranını  yaxşılaş-

dırır.  Təbii  ki,  bu  zaman 

beynizmizin  qan  dövranı 

da yaxşılaşır.

Məsləhət 5.

 Kifayət qədər 

yatın.  Daim  az  yatan  in-

sanların yaddaşı və diqqəti 

zəifləyir.

Beyinin  fəaliy yətini  yax-

şılaşdıran  xüsusi  dərman 

preparatları  mövcuddur. 

Belə  preparatlar  “noot-

rop”  adlandırılır.  Lakin  bir 

çox  həkimlər  hesab  edir 

ki,  bu  prepartalar  sağ-

lam insanlara (və xüsusilə 

də  sağlam  uşaqlara)  təyin 

etmək  düzgün  deyil.  Bu 

preparatların əksər hissəsi 

beyin funksiyalarının ciddi 

pozulmaları  olan  insanlar 

üçün  (məsələn,  Alsqey-

mer xəstəliyi olanlar və s.) 

nəzərdə tutulub.

Beyin  fəaliyyətini  yax-

şılaşdıran  təbii  vasitə  - 

qinko  biloba  bitkisidir.  Bu 

bitki  beyinin  fəaliyyətini 

stimullaşdırır. 

Bitkinin 

əsasında çoxlu sayda təbii 

nootrop preparatları möv-

cuddur.  Özünüzdə  beyin 

fəaliyyətinin zəiflənməsini 

hiss 

etdikdə 


həkimlə 

məsləhətləşdikdən  son-

ra bu preparatı qəbul edə 

bilərsiniz.



Gözün tor qişasının okklüziya xəstəliyi onun 

damarlarından birinin tıxanmasında ifadə 

olunur, bu da görmənin zəifləməsinə gətirib 

çıxarır. Tromboz fəsadlarının qarşısını almaq 

məqsədilə müalicə üçün adətən gözdaxili 

inyeksiyalardan istifadə olunur, lakin indiyə 

qədər trombların aradan qaldırılması üçün 

universal üsul yox idi. Venanın diametri çox 

kiçik (0,1 millimetr) olduğundan, damarlara 

iynə daxil edilərkən onların zədələnməsi riski 

yüksəkdir.

AZƏRTAC  “Naked  Science”  saytına 

istinadla  xəbər  verir  ki,  belçikalı  alimlər 

venanın  tor  qişasının  kateterlənməsi  (RVC) 

metodu  yaradıblar.  Bu  halda  xüsusi  ro-

botdan  istifadə  edilməsi  nəzərdə  tutulur. 

Əməliyyatın gedişində cərrah həmin robotun 

köməyi ilə diametri 0,03 millimetr olan iynəni 

tromblanmış venaya daxil edir. Bu zaman ro-

bot  həkimin  mikrohərəkətlərini  sabitləşdirir, 

iynə damara daxil ediləndən sonra inyeksiya 

tamamilə  başa  çatana  qədər  10  dəqiqədən 

artıq müddətdə həmin iynəni tutub saxlayır.

Həkimlərin  sözlərinə  görə,  yeni  ro-

bot  konkret  pasiyent  üzərində  sınaqdan 

keçirilib. Hazırda xəstə özünü yaxşı hiss edir. 

Sınaqların ikinci mərhələsində mütəxəssislər 

bu  prosedurun  klinik  effektlərini  yoxlayacaq, 

o  cümlədən  pasiyentin  görmə  qabiliyyətinin 

bərpaolunma dərəcəsini qiymətləndirəcəklər. 

Bildirilir  ki,  robot-cərrahın  yaradılması  üçün 

yeddi il araşdırma aparılıb.



Mütəxəssis sözü

u

 



 

Ali sinir fəaliyyətində olan 

pozğunluq ya üzvi dəyişiklik, 

ya da funksional pozğunluq 

nəticəsində həzm sistemi orqanla-

rında özünü büruzə verir.

Bu 

haqda 


klinikanın 

mətbuat 


xidmətinə  Tədris  Terapevtik  Klinikası-

nın dosenti, fizioterapevt Paşa Mehdiyev 

açıqlama verib.

O  bildirib  ki,  mədə-bağırsaq  sistemi 

xəstəlikləri  içərisində  ən  çox  yayılan 

mədə  və  onikibarmaq  bağırsağın  xora 

xəstəliyidir.

“Keçmişdə  bunun  etologiyasında 

nevroloji  amilin  üstünlük  təşkil  etdi-

yi  deyilirdi.  Stress,  əsəb  sarsıntıları 

ilə  bağlı  olan  bir  xəstəlik  kimi  bunu 

qiymətləndirirdilər. Elm inkişaf etdikcə 

bu xəstəliyin başqa səbəbləri ortaya çıx-

dı,  burada  tək  sinir  faktoru  yox,  başqa 

amillərin də rolu olduğu məlum oldu.

Xora  xəstəliyinin  ümumi  orqanizmin 

xəstəliyi  olması  ilə  bağlı  fikirlər  möv-

cuddur.  Sadəcə  olaraq  mədə  və  oniki-

barmaq  bağırsağın  xəstəliyi  selikli  və 

əzələ  qişalarının  zədələnməsi  ilə  özünü 

göstərir. Xora xəstəliyi zamanı xəstə olan 

şəxs  pəhriz  sisteminə  əməl  etməlidir. 

Buna  əməl  olunmazsa,  xoranın  əmələ 

gəlməsinə əlverişli şərait yaranar”. 

P.Mehdiyev  qeyd  edib  ki,  qıcıqlanmış 

bağırsaq sindromu xəstəliyi də geniş ya-

yılmış xəstəliklər sırasına daxildir.

“Bu xəstəlik də məhz funksional poz-

ğunluq  kimi  xarakterizə  edilir  və  sinir 

mənşəli olur. Elə insan var ki, bu xəstəlik 

onda ya ishal, ya da qəbzlik formasında 

özünü  büruzə  verir.  ABŞ-da  orta  yaş-

lı  əhalinin  20-40%-də  bu  xəstəliyə  rast 

gəlinir. Bu hal həyəcanla müşayiət olunur 

və ishal, ürəkbulanma, qusma əlamətləri 

olur.  Bu  zaman  əsasən  sakitləşdirici 

dərman  vasitələrindən  istifadə  etmək 

lazımdır.  Antibiotiklərdən  istifadə  isə 

qətiyyən  tövsiyə  olunmur.  Adətən,  il-

kin  olaraq  ishalı  dayandıran,  sinir  sis-

temini  sakitləşdirən  dərmanların  qəbul 

edilməsi  məqsədəuyğundur.  Xüsusilə, 

təbii  müalicəvi  üsullardan,  bitkilərdən 

istifadə, eyni zamanda mühiti dəyişmək, 

idman, dəniz, üzgüçülük kimi amillər də 

bu xəstəlikdə çox effektiv təsir göstərir”.

Sinir mənşəli pozğunluğa xüsusilə öd 

kisəsində rast gəlindiyini deyən, P. Meh-

diyev buna öd kisəsinin diskineziyası de-

yildiyini bildirib.

“Bir  şeyi  xüsusi  olaraq  vurğulamaq 

istəyirəm ki, bu, iltihab mənşəli pozğun-

luq  deyil.  Öd  kisəsində  heç  bir  iltihab 

əlamətləri olmur. Bu zaman sağ qabırğa 

altı nahiyədə diskomfort halları, bəzi hal-

larda  öd  xaric  olması,  ağız  boşluğunda 

acılıq, ürəkbulanma əlamətləri olur. Belə 

hallarda  antibiotiklərdən,  ödqovucular-

dan istifadə etmək heç bir fayda vermir. 

Yenə  də  deyirəm  ki,  təbii  vasitələrdən 

istifadə  daha  məsləhətlidir.  İş  və  yuxu 

rejimini tənzimləmək isə mütləqdir.

Ümumdünya  Səhiyyə  Təşkilatının 

(ÜST) verdiyi bir tərif var: “İnsan mütləq 

yaşayış və iş yerindən getməlidir”. Vacib 

deyil ki, yaxşı yemək yesin, çox yatsın, 

insan onu qıcıqlandıran mühitdən mütləq 

uzaqlaşmalıdır. İstirahət budur”.

Pərvin ARZUQIZI

Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında 

yaratdığı problemlər və həkim tövsiyəsi

Robot-cərrah gözün tor qişasının okklüziya 

xəstəliyinin müalicəsinə kömək edib

Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi

 səsvermə 

yolu ilə qurumun baş direktoru 

vəzifəsinə üç namizəd irəli sürüb. 

Onların adları Dünya Səhiyyə 

Assambleyasına təqdim olunacaq.

AZƏRTAC  DST-nin  saytına  istinadla 

xəbər  verir  ki,  səsvermədən  əvvəl  üzv 

dövlətlər  beş  namizədlə  müsahibə  apa-

rıblar. Namizədliyi irəli sürülən 3 nəfərin 

–  Tednos  Adhanom  Gebreyezus  (Efiopi-

ya),  David  Nabarro  (Böyük  Britaniya)  və 

Sani  Niştarın  (Pakistan)  adları  yanvarın 

25-də ümumi axşam iclasında elan edi-

lib.


DST-nin üzvü olan dövlətlər 2017-ci ilin 

mayında Dünya Səhiyyə Assambleyasının 

sessiyasında keçiriləcək səsvermə zama-

nı bu üç namizəddən birini seçməlidirlər. Yeni baş direktor vəzifəsinin 

icrasına 2017-ci ilin iyulunda başlayacaq.

Dünya Səhiyyə Təşkilatının baş direktoru 

vəzifəsinə namizədlərin adları açıqlanıb

Beyinin fəaliyyətinin yaxşılaşdırılması üçün 5 MƏSLƏHƏT



Yüklə 280,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə