Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında yaratdığı problemlər və həkim tövsiyəsi



Yüklə 280,03 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix29.05.2018
ölçüsü280,03 Kb.
#46729
1   2   3   4   5   6

31 yanvar 2017-ci il

http://w w w.amu.edu.az

7

Ziba  Əliyeva  1932-ci  ildə  Ağs-



tafa  rayonunda  ziyalı  ailəsində 

anadan  olmuşdur.  Orta  təhsilini 

həmin  rayonda  alan  Ziba  xanım 

1948-ci  ildə  Azərbaycan  Xari-

ci  Dillər  İnstitutuna  daxil  olmuş 

və  1953-cü  ildə  həmin  institutu 

fərqlənmə  diplomu  ilə  bitirmiş-

dir.  O,  ali  təhsilini  başa  vurduq-

dan  sonra 1953-1964-cü illərdə 

əmək fəaliyyətinə orta məktəbdə 

müəllim kimi davam etdirmişdir. 

1964-cü  ildən  N.Nərimanov 

adına  Azərbaycan  Dövlət  Tibb 

İnstitutunun  latın  dili  kafedrasın-

da  müəllim  vəzifəsinə  işə  qəbul 

olunan Z.Əliyeva ömrünün sonu-

na qədər həmin kafedranın  baş 

müəllimi olaraq çalışmışdır.

İşlədiyi illər ərzində Ziba xanım 

universitetin  ictimai  həyatında 

da fəal iştirak etmişdir. Belə ki, o 

1970-1990-cı illərdə universitetin 

həmkarlar  təşkilatının  büro  üzvü 

kimi aktiv fəaliyyət göstərmişdir.

Ziba  xanım  40-dan  artıq  elmi 

məqalənin, o cümlədən əczaçılıq 

fakültəsi  üçün  yazılan  “Latın 

dili  və  əczaçılıq  terminləri”  dərs 

vəsaitinin,  “Kliniki  terminlər 

lüğəti”nin müəlliflərindən biridir.

Ziba  xanım  bir  insan  kimi  o 

qədər  həssas,  o  qədər  səmimi 

idi  ki,  onu  bir  dəfə  görməklə  bu 

gözəl  xanımı  xoş  duyğularla  xa-

tırlamalı  olurdun.  Fədakar  ana, 

sevimli nənə, qayğıkeş və həssas 

müəllim  ömrü  yaşamış  Ziba  xı-

nım əzızlərinin və onu tanıyanla-

rın, həmçinin dərs dediyi sevimli 

tələbələrinin  qəlbində  əbədi  ya-

şayacaqdır

Allah rəhmət eləsin, qəbri 

nurla dolsun!!

Latın dili kafedrasının əməkdaşları

Ziba İbrahimxəlıi qızı Əliyeva

Universitetin Latın dili 

kafedrasına ağır itki üz 

vermişdir. Uzun müddət Latın dili 

kafedrasında baş müəllim işləmiş 

Ziba İbrahimxəlıl qızı Əliyeva 

dünyasını dəyişib.

Balqabaq şirəsi unikal 

müalicəvi məhsuldur. 

Onun tərkibində A, B, E, K 

vitaminləri, müxtəlif mine-

rallar və s. faydalı mad də-

lər var.

Balqabağın bişirilməsi za manı 

bu maddələrin bir çox hissəsi 

dağılır, şirədə isə onlar saxlanılır.

Balqabaq şirəsi pektinlərlə 

zəngindir. Pektinlər orqanizmi 

ziyanlı maddələrdən təmizləyir, 

bağırsaqların fəaliyyətini yaxşı-

laşdırır.

Balqabaq şirəsi ürək-damar 

sistemi xəstəlikləri olan insanlar 

üçün çox faydalıdır.

Bu şirə kişi sağlamlığına da 

müsbət təsir edir. Prostat vəzi 

xəstəlikləri olan kişilərə həkimlər 

hər gün, gündə 1 stəkan olmaqla 

bu şirəni qəbul etmək tövsiyə 

edirlər. Müalicə kursu - 2-3 həftə.

Balqabaq şirəsi orqanizmə 

cavanlaşdırıcı təsir edir, orqaniz-

min tonusunu artırır.

Qara ciyər xəstəliklləri zama-

nı da şirə müalicəvi və profilaktik 

məhsul kimi istifadə oluna bilər. 

Balqabaq və onun şirəsi qara 

ciyərin ən xoşladığı məhsullardan 

biridir.

Balqabaq şirəsi qədimdə sidik 

ifrazı sisteminin iltihabları zamanı 

müalicəvi vasitə kimi istifadə olu-

nurdu.

Balqabaq şirəsi öd kisəsinə 



və öd yollarına müsbət təsir edir, 

durğunluğu azaldır.

Artıq çəkidən əziyyət çəkən 

insanlar da bu şirədən faydalana 

bilərlər. Balqabaq şirəsi azkalorili 

məhsuldur, mübadilə proseslərini 

yaxşılaşdırır, artıq mayeni 

orqanizmdən xaric edir.

A vitamini və karotinlə zən gin 

olan balqabaq şirəsini uşaqların 

qidalanmasına daxil etmək 

lazımdır. A vitamini uşağın boyat-

ma və inkişaf proseslərində böyük 

rol oynayır.

Soyuq fəsillərdə balqabaq 

şirəsi soyuqdəymə xəstəlikləri 

zamanı müalicəvi vasitə kimi 

istifadə oluna bilər. Bunun üçün 

1/2 stəkan təzə balqabaq şirəsinə 

1 çay qaşığı bal əlavə edib gün 

ərzində 2 dəfə qəbul etmək 

lazımdır. Bu qarışıq insanın im-

mun sistemini gücləndirir ki, 

orqanizm daha fəal şəkildə virus-

larla mübarizə aparır.

Xəstəliklərin profilaktikası 

üçün və orqanizmi möhkəm-

lən  dir mək  məqsədi  ilə  balqa-

baq şirəsini hər səhər acqarına 

yeməkdən 20-30 dəqiqə əvvəl 

qəbul etmək lazımdır.

Balqabaq şirəsi bağırsaqları 

yaxşı “işlədir”. Bu səbəbdən qə-

biz likdən əziyyət çəkən insanlar 

bu şirəni tez-tez qəbul etməlidir.

Balqabaq şirəsini hazır 

la-

dıqdan dərhal sonra qəbul etmək 



lazımdır və şirəni təzə alma, kök 

şirələri ilə qarışdırmaq olar.

Bəzi mədə-bağırsaq sistemi 

xəstəlikləri zamanı, ishala meyil-

lik olduqda bu şirə insana ziyan 

vura bilər.



saglamolun.az

Son 10 ildə texnologiya 

ina nılmaz  dərəcədə  dəyi şib, 

ancaq bizim bioloji təka-

mülümüz bu inkişafdan geri 

qalır.


Hələ bir müddət əvvəl 

sensor ekranlı  və video 

əlaqəli telefonlar fantastika 

kimi görünsə də, hazırda bu 

heç kimi təəccübləndirmir.

Bu mükəmməldir, lakin 

bu texnologiyaların gətirdiyi 

vərdişlər sağlamlığımıza 

köklü şəkildə təsir edir və  

təbii ki, müsbət istiqamətdə 

deyil...

Bilirsinizmi ki, ayaqüstdə 

dayanaraq bir əlinizdə tele-

fon tutduqda bədəniniz san-

ki boynunuzda 6 yaşlı uşağı 

saxlayırmışsınız kimi ağırlıq 

hiss edir?

Siz supermarketdə növ-

bə də dayandıqda Facebook 

səhifənizə göz gəzdirərkən 

ya WhatsApp-da ki məsə 

mesaj göndərərkən bədə-

ninizə düşən təzyiq analoji 

olaraq 27 kq-a bərabər olur.

Nyu-Yorkda tibbi re-

abilitasiya klinikasının 

onurğa sütunu bölməsinin 

həkimi Kernet Hansraj 

başınızı əyərək mobil tele-

fona baxdığınız zaman 

bədəninizdə nələr baş 

verdiyinin virtual modelini 

hazırlayıb.

Boynunuzu biraz qaba-

ğa verərək başınızı aşağı 

əydiyiniz zaman boyun 

fəqərələrinə elə dərəcədə 

təzyiq edirsiniz ki, bunu 

ağlınıza belə gətirə bil-

məzsiniz. Əgər bu halda 2-4 

saat qalırsınızsa, deməli, 

həyəcan təbili çalmağın 

vaxtıdır.

Hansraj “Surgical 

Tech    no logy 

Internati o-

nal” jurnalında dərc olu-

nan məqaləsində qeyd 

edir ki, düzgün qamət 

qulaqların çiyinlərlə ey 

ni 

zolaqda olduğu duruş 



dur. 

Bu vəziyyət stress dərə-

cəsini azaldır və kortizol 

səviyyəsini aşağı salır. Bu 

səbəbdən də qeyri-düzgün 

du 


ruş forması bədənin 

vaxtından əvvəl sıra-

dan çıxmasına və amor-

tiza  siyasına 

(də yər lərini 

itirməsinə) yol açmaqla 

yanaşı eyni zamanda xron-

iki depressiya və halsızlığın 

mümkün səbəblərindən 

biridir.


Bu problemin yaran ma-

sının qarşısını almaq üçün 

telefonu düz qar 

şınızda, 

gözlərinizin 

səviy yəsində 

saxlayın. Başınızı əyməyin. 

Mətnin yazılması zaman 

planşeti 30 dərəcə bucaq 

altında tutmağa çalışın, elə 

ki, onun küncü biləklərinizi 

qorusun. Boyun çiyinlərlə 

eyni səviyyədə qalmalıdır.

Balqabaq şirəsinin faydalı və 

müalicəvi xüsusiyyətləri

Ayaqüstdə əldə telefon tutmaq 

bədənə təzyiq edir

• 

Amerika alimləri böyrək ça-



tışmazlığından əziy 

yət çəkən 

xəstələrin əksəriy yətinin kliniki 

göstəricilərin olmasına baxma-

yaraq, dep ressiya dərmanları 

qəbul etmədiklərini aşkar 

ediblər.   

AZƏRTAC  Naked  Science 

saytına  istinadla  xəbər  ve-

rir ki, tədqiqatlar çərçivəsində 

elm adamları hər ay kəskin və 

xroniki  böyrək  çatışmazlığın-

dan  əziyyət  çəkən  101  nəfər 

arasında sorğu aparıblar. Sor-

ğu  depressiya  əlamətləri  və 

müalicə  kursunun  gedişatına 

aid idi.

Araşdırmalar  zamanı  101 

nəfərdən 

39-da 


depressiya  əla mət-

ləri  müşa hidə  edi-

lib. 18 haldan 11-də 

depressiya əleyhinə 

dərmanların qəbulu 

həkim  tərəfindən 

məsləhət görülməsə 

də,  xəstələrin  91 

faizinin 

özlərinin 

bu  tipli  preparatla-

rı  qəbul  etməkdən 

imtina etdikləri bəlli 

olub.


Tədqiqatçıların  fik rincə,  bu 

göstərici adıgedən xəstəlikdən 

əziyyət 

çəkən 


insanların 

müalicə  istiqamətinə  yenidən 

baxılmasını tələb edir.

• 

Zehni yorğunluq 



başa 

ğrısı və yuxu-

suzluq kimi halla-

ra səbəb olur, sosial 

həyatımıza mənfi 

təsir göstərir.  

Mütəxəssislər 

həm 


bə dənin,  həm  də  zeh-

nin  yorğunluğunu  ara-

dan  qaldırmaq  üçün 

mixəkdən  yararlanmağı 

tövsiyə edirlər.

Zehni yorğunluğu ara-

dan  qaldırmaq  üçün  mixəkdən 

istifadə qaydası belədir:

Bir stəkan qaynar suyun içərisinə 

9-10 ədəd mixək atıb 5-6 dəqiqə 

dəmlənməyini  gözləyin.  Çayı  ilıq 

şəkildə  için.  İçdikdən  sonar  yor-

ğunluğunuzun  azaldığını  hiss 

edəcəksiniz. Bu çaydan hər gün 1 

stəkan içmək olar. Çayı səhər sa-

atlarında içməyiniz məsləhətdir.



Böyrək çatışmazlığından əziyyət 

çəkənlərin əksəriyyəti depressiya 

dərmanları qəbul etməlidirlər

Mixəyin inanılmaz təsiri


http://w w w.amu.edu.az

31 yanvar 2017-ci il

Bioloji kimya kafedrasının 

əməkdaşları kafedranın  asisstenti Ellada 

Hüseynovaya atası 



Eldar kişinin 

 vəfatından kədərləndiklərini bildirir və 

dərin hüznlə başsağlığı verirlər.

 I cərrahi xəstəliklər kafedrasının 

əməkdaşları kafedranın asisstenti Əmrah 

Əhmədova anası



Sənəm xanımın 

 vəfatından kədərləndiklərini bildirir və 

dərin hüznlə başsağlığı verirlər.

 Uşaq cərrahlığı kafedrasının 

əməkdaşları kafedranın dosenti Zemfira 

Səlimxanovaya qardaşı 



Orxan Səlimxanovun

 vəfatından kədərləndiklərini bildirir və 

dərin hüznlə başsağlığı verirlər.

Farmakologiya kafedrasının 

əməkdaşları və hərbi tibb fakültəsinin III 

kurs, 1110

b

 qrup tələbələri farmakologiya  



kafedrasının asisstenti 

Mədinə xanım İbrahimovanın  

  vaxtsız vəfatından kədərləndiklərini 

bildirir və mərhumun ailəsinə dərin 

hüznlə başsağlığı verirlər.

Farmakologiya kafedrasının 

əməkdaşları   kafedranın dosenti Aydın 

Əliyevə bacısı 

Məhəbbət  xanım Yusifovanın  

 vəfatından kədərləndiklərini bildirir 

və mərhumun ailəsinə dərin hüznlə 

başsağlığı verirlər.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 1800

Tibb aləmində

 

 Kafedraların professorları 



                 (elmlər doktorları):  

    


 

- I uşaq xəstəlikləri kafedrası - 1 yer 

- Psixiatriya kafedrası - 1 yer

- Bioloji kimya kafedrası - 1 yer (0,5 vahid)

- Farmakologiya kafedrası- 1 yer

 

Kafedraların dosentləri 



  (fəlsəfə doktorları): 

  

 



- I uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)

- Psixiatriya kafedrası  -1 yer (0,5 vahid)

- II uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)

- İctimai sağlamlıq və səhiyyənin 

   təşkili kafedrası - 1 yer (0,5 vahid)

- Latın dili kafedrası - 1 yer (0,5 vahid)



 

Kafedraların assistentləri: 

 

- İmmunologiya kursu - 1 yer



- II mamalıq və ginekologiya 

   kafedrası - 1 yer (0,5 vahid)

- İnsan anatomiyası kafedrası - 2 yer

- Fizioterapiya və idman təbabəti kafedrası - 1 yer

- Ortopedik stomatologiya kafedrası - 2 yer (0,5 vahid)

 

Kafedraların müəllimləri:   



- Xarici dillər kafedrası  - 1 yer (0,5 vahid)

- Hərbi tibb fakültəsinin tibbi 

  profilaktika kafedrası - 1 yer

- Hərbi tibb fakültəsinin hərbi terapiya kafedrası - 1 yer



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim 

olunma müddəti elan qəzetdə dərc olunduğu gündən 

30 gün keçənədəkdir. Sənədlər rektorun adına ya-

zılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim 

edilməlidir: 

AZ 1007, Bakı şəhəri , Ənvər Qasımzadə küçəsi 14: 

Telefon: (012) 597-43-23

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI 

YERLƏRİ TUTMAQ ÜÇÜN

MÜSA BİQƏ ELAN EDİR

Stomatologiya    fakültəsinin  IV    kurs,  740

a

  qrup  tələbəsi 



Əmirməsud Əlipursərvərinin adına verilmiş tələbə bileti it-

diyi üçün etibarsız sayılır.

  I  müalicə-profilaktika  fakültəsinin  II    kurs,  8

a

  qrup 



tələbəsi İmanov Eşqin Bəhriş oğlunun adına verilmiş tələbə 

bileti itdiyi üçün etibarsız sayılır.

II  müalicə-profilaktika  fakültəsinin    V  kurs,  310

a

  qrup 



tələbəsi  Yusifzadə  Elmar    Elçin  oğlunun  adına  verilmiş 

tələbə bileti itdiyi üçün etibarsız sayılır.

II  müalicə-profilaktika  fakültəsinin    IV  kurs,  280

b

  qrup 



tələbəsi  Ədilova  Tünzalə  Rövşən  qızının    adına  verilmiş 

tələbə bileti itdiyi üçün etibarsız sayılır.

II  müalicə-profilaktika  fakültəsinin  I    kurs,  361

a

  qrup 



tələbəsi Quliyev Elmir İzafət  oğlunun adına verilmiş tələbə 

bileti itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  II  kurs,  12

b

  qrup 



tələbəsi Arikan İbrahim Atilla  oğlunun adına verilmiş tələbə 

bileti və qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.

II  müalicə-profilaktika  fakültəsinin  VI  kurs,  380

a

    qrup 



tələbəsi Elias Rayanın adına verilmiş  qiymət kitabçası itdiyi 

üçün etibarsız sayılır. 

İsgəndərov İlqar  İsfəndiyar oğluna 1997-ci ildə Azərbaycan 

Tibb Universiteti tərəfindən pediatr ixtisası üzrə verilmiş in-

ternatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

II  müalicə-profilaktika  fakültəsinin  III  kurs,  245

b

  qrup 


tələbəsi Usubalıyev Məhəmməd Səxavəddin oğlunun adına 

verilmiş  qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.

u

Cenevrədə Dünya Sə hiy-



yə Təşkilatı (DST) İcraiyyə 

Komitəsinin 140-cı sessiyası 

davam edir.

AZƏRTAC  BMT-nin  Xəbərlər 

Mərkəzinə  istinadla  bildirir  ki, 

sessiya  iştirakçıları  yaddaşın, 

təfəkkürün  və  davranışın  deqra-

dasiya  etdiyi  sindroma-demen-

siyaya  qarşı  mübarizə  planını 

müzakirə edəcəklər.

Hazırda dünyada 47 milyon insan 

– planetin əhalisinin təxminən beş 

faizi demensiyadan əziyyət çəkir. 

Hər  il  9,9  milyon  insanda  de-

mensiya  yaranır.  DST  ekspertləri 

ehtiyat edirlər ki, bu xəstəlikdən 

əziyyət  çəkənlərin  sayı  2030-cu 

ildə 75 milyona çata bilər, 2050-

ci ildə isə 130 milyonu ötüb keçər. 

Hazırda  belə  xəstələrin  60  faizi 

aşağı və orta səviyyəli gəlirə ma-

lik ölkələrdə yaşayır. Xəstəliyin ən 

geniş  yayılan  forması  Altshey-

merdir.  Sindromun  bütün  hal-

larının  60-70  faizi  bu  xəstəliyin 

payına düşür. Damar demensiyası 

və  Levi  cisimcikli  demensiya  da 

xəstəliyin  yayılmış  formaların-

dandır.  Pasiyentlərdə  xəstəliyin 

müxtəlif formalarının eyni vaxtda 

olması halına tez-tez rast gəlinir. 

Demensiyanın formaları arasında 

dəqiq sərhəd yoxdur.

Beynin  zədələnməsinə  gətirib 

çıxaran  müxtəlif  xəstəliklər  və 

travmalar  demensiya  yaradır. 

Xəstəliyi yaradan amillər sırasın-

da yaş mühüm rol oynayır. Lakin 

həkimlər  əmindirlər  ki,  qocal-

ma heç də həmişə demensiya ilə 

nəticələnmir.

Bəzi  tədqiqatlar  göstərib  ki, 

koqnitiv  pozulmaların  yaranması 

ilə həyat tərzi və yoluxucu olma-

yan  xəstəliklərə  gətirib  çıxaran 

risk  amilləri  arasında  qarşılıq-

lı  əlaqə  mövcuddur.  Bu  amillərə 

oturaq  həyat  tərzi,  piylənmə, 

düzgün  qidalanmama,  siqa-

ret  çəkmək,  çoxlu  alkoqol  qəbul 

etmək, habelə orta yaş dövründə 

yaranan depressiya, təhsilin aşa-

ğı səviyyəsi, sosial təcridolma və 

intellektual  fəaliyyətin  olmaması 

aiddir.

DST-nin 2017-2025-ci illər üçün 



yeni  fəaliyyət  planı  demensi-

yanın  profilaktikasına  yönələn 

səyləri  möhkəmləndirmək  və  bu 

xəstəlikdən əziyyət çəkən adam-

lara və onların qəyyumlarına nor-

mal həyat tərzi üçün şərait yarat-

maq məsələlərini əhatə edir.

Qocalma heç də həmişə 

demensiya ilə nəticələnmir

 Allah  rəh mət  elə sin!

Kanadalı həkimlər dünyada ilk dəfə ağciyərini zədələyən

ağır xəstəlikdən əziyyət çəkən pasiyent üzərində unikal 

cərrahiyyə əməliyyatı aparıblar.

AZƏRTAC “TSN” saytına istinadla xəbər verir ki, infeksi-

yanın öhdəsindən gələ bilməyən və donor orqan tapma-

yan həkimlər radikal addım ataraq, xəstənin zədələnmiş 

ağciyərinı tamamilə kəsib götürmək qərarına gəliblər.

Otuz  iki  yaşlı  qadın  6  gün  süni  koma  vəziyyətində 

olub. Bu müddət ərzində onun ağciyəri funksiyasını qanı 

oksigenlə zənginləşdirən və karbonu kənarlaşdıran texni-

ka yerinə yetirib. Sonra donor orqan tapılıb və həkimlər 

uğurlu transplantasiya əməliyyatı aparıblar.

Hazırda  pasiyent  sağalmaq  üzrədir.  Onu  daha  bir 

köçürülmə əməliyyatı gözləyir, çünki xəstəlik böyrəklərini 

də sıradan çıxarıb. Amma bu dəfə donor tez tapılıb və bir 

neçə aydan sonra əməliyyat aparmaq planlaşdırılıb.



Siqaret 50-dən çox ağır xəstəliyin yaranma riskini art-

ırır. Bunlardan bəziləri ölümcül, bəziləri isə sağalmaz 

xroniki xəstəliklərdir. Ağciyər xərçənginin 90 faiz səbəbi 

tütünçəkmədir.

Bu zərərli alışqanlığın fəsadları haqqında Azərbaycan Tibb 

Universitetinin Tədris Terapevtik Klinikasından AZƏRTAC-a 

bildiriblər ki, siqaret ağız, dodaq, boğaz, səs telləri, qida 

borusu, sidik kisəsi, böyrək, qaraciyər, mədə və mədəaltı 

vəzi xərçənginə səbəb ola bilər.

Tütün məmulatları ürəyi və qan damarlarını zədələyərək 

ürəyin koronar xəstəlikləri, miokard infarktı, insult və pe-

riferik  damar  xəstəliklərinə  gətirib  çıxarır,  ağciyərlər  və 

tənəffüs yollarına təsiri nəticəsində xroniki bronxit, emfize-

ma və pnevmoniya kimi xəstəliklər yaradır.

Kanadalı həkimlər dünyada ilk dəfə xəstənin ağciyərini 

tamamilə kəsib götürüblər

Kanadalı həkimlər dünyada ilk dəfə xəstənin ağciyərini 

tamamilə kəsib götürüblər

Siqaret əllidən çox ağır xəstəliyin yaranma riskini artırır



Siqaret əllidən çox ağır xəstəliyin yaranma riskini artırır

Yüklə 280,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə