Sintaktik əlaqələr



Yüklə 94,02 Kb.
Pdf görüntüsü
tarix01.12.2017
ölçüsü94,02 Kb.
#13269


Sintaktik əlaqələr 

Söz  birləşmələri  ayrı-ayrı  sözlərin  təsadüfi  birləşməsi  deyil.  Birləşməni  təşkil  edən  sözlər 

müxtəlif məna münasibətlərində olur, sözlər müəyyən məntiqi ardıcıllıqla, qanunauyğun şəkildə 

düzülür,  onlar  arasında  sintaktik  əlaqələr  yaranır.  Sözlər  arasında  sintaktik  əlaqənin  iki  növü 

vardır: 

1.

 

Tabesizlik əlaqəsi 

2.

 

Tabelilik əlaqəsi 

 

Tabesizlik  əlaqəsi  sözlərin  bərabərhüquqlu  olmasına  əsaslanır,  yəni  söz  birləşməsini 

əmələ gətirən sözlər biri digərinə tabe olmur və ya biri digərindən asılı deyil, tərəflərdən biri 

digərini aydınlaşdırmır. 

 

Həmcins  üzvlər  arasında  və  tabesiz  mürəkkəb  cümlələr  arasındakı  əlaqə  tabesizlik  yolu  ilə 



düzəlir.

 

Məsələn,  Milli  Parkda  parıldayan  qırmızı,  sarı,  yaşıl  lampalar  ətrafa  xüsusi  gözəllik 



verir. Şiddətli külək əsdi, qumlu küçələrdə toz ətrafı bürüdü.  

Tabelilik əlaqəsi ilə bağlanan birləşmələrdə isə sözlərdən biri müstəqil, digəri isə asılı olur. 

Müstəqil  söz asılı  sözü özünə tabe edir. Asılı söz isə müstəqil sözə tabe olur və onu müəyyən 

cəhətdən izah edir. 



 

Əlaqə

Sintaktik əlaqə

Tabelilik əlaqəsi

Tabesizlik əlaqəsi

Məna əlaqəsi

Y

A

N

A

Ş

M

A

İ

D

A

R

Ə

U

Z

L

A

Ş

M

A

 

Müstəqil sözə tabeedici söz, asılı sözə isə tabe söz deyilir. Tabelilik əlaqəsi  cümlənin ayrı-



ayrı  üzvləri,  söz  birləşmələrinin,  tabeli  mürəkkəb  cümlənin  tərəfləri  arasında,  o  cümlədən, 

mübtəda  ilə  xəbər,  təyinlə  təyinolunan,  tamamlıqla  xəbər  və  zərfliklə  xəbər  arasında  olur. 

Qoşmalarla onun qoşulduğu sözlər arasında da tabelilik əlaqəsi olur.  

Azərbaycan dilində tabelilik əlaqələsiin üç növü vardır: 

1.

 

Uzlaşma 

2.

 

İdarə 

3.

 

Yanaşma 

 

Uzlaşma 

 



Uzlaşma  əlaqəsi  sintaktik  əlaqənin  elə  bir  formasıdır  ki,  bu  zaman  tabe  söz  tabeedici 

sözün  qrammatik  əlaqələrini  qəbul  edir,  onun  formasına  düşür.  Bu  əlaqə  növü  ilə  bağlanan 

sözlərin  hər  ikisi  eyni  qrammatik  formada  olur.  Əsas  tərəfin  tələbi  ilə  asılı  tərəfin  şəxsə  və 

kəmiyyətə  görə  uyğunlaşmasına  uzlaşma  əlaqəsi  deyilir.  Uzalşma  əlaqəsi  aşağıdakı  hallarda 

özünü göstərir: 

 

Mübtəda                 xəbər: 



Biz gəldi-gedəriksən yaşa dünya...(

S.V.) 


 

II növ təyini söz birləşmələrinin tərəfləri arasında: elektrik sobası, qəbul otağı və s. 



 

III  növ təyini söz birləşmələrinin tərəfləri arasında: 



sərginin eksponatları, Xatirənin  arzusu 

və s. 

Uzlaşma əlaqəsində əsas söz birinci, asılı söz ikinci olur. Mənsubiyyət və şəxs şəkilçiləri 

uzlaşma  əlaqəsinin  əsas  göstəriciləridir.  Azərbaycan  dilində  mübtəda  ilə  xəbər  arasında  şəxsə 

görə uzlaşma həmişə gözlənilir, lakin kəmiyyətə görə uzlaşma pozula da bilər.   

Xəbərin  mübtəda  ilə  kəmiyyətə  görə  uzlaşması    birinci  və  ikinci  şəxsin  tək  və  cəmində 

həmişə  gözlənilir: 



Mən  yazıram,  sən  yazırsan,  biz  yazırıq,  siz  yazırsınız.

  Yəni  mübtəda  təkdə 

olursa, xəbər də təkdə olur, mübtəda cəmdə olursa, xəbər də cəmdə olur. 

Azərbaycan  dilində  üçüncü  şəxsdə  xəbər  mübtəda  ilə  kəmiyyətə  görə  uzlaşa  da  bilər, 

uzlaşmaya da bilər. Bu, aşağıdakı qaydada olur: 

1.

 

İnsan anlayışı bildirən mübtəda üçüncü şəxsin təki ilə ifadə olunduqda xəbər həmişə üçüncü 

şəxsin təkində olur: 

Tahir soruşdu,

 

 Gülşən cavab verdi



2.

 

İnsan  anlayışı  bildirən  mübtəda  üçüncü  şəxsin  cəmi  ilə  ifadə  olunduqda  xəbər  mübtəda  ilə 

kəmiyyətə görə uzlaşa da bilər, uzlaşmaya da bilər: Qızlar rəqs edir. Qızlar rəqs edirlər.  

3.

 

Mübtəda digər canlı varlıqlara aid sözlə ifadə olunduqda xəbər mübtəda ilə uzlaşa da bilər, 

uzlaşmaya da bilər: 

 

Atlar, öküzlər kotana güc vurur,  



Gah yeriyir, gah yıxılır, gah durur. (M.Ə. Sabir) 

 

Quşlar uçub dəstə-dəstə gedirlər. 

 



Mübtəda  cansız  əşyalara  aid  sözlə  ifadə  olunduqda  xəbər  mübtəda  ilə  kəmiyyətə  görə 

uzlaşmır: 



Çiçəklər saraldı. Bütün qəzetlər “Xocalı soyqırımı”ndan yazırdı.

 

Uzlaşma  əlaqəsi  II  növ  təyini  söz  birləşmələrinin  tərəfləri  arasında  yalnız    üçüncü  şəxsdə 



olur: 

Sinif  otağı,  pəncərə  şüşəsi,  dərs  jurnalı  və  s. 

III  növ  təyini  söz  birləşmələrinin  tərəfləri 

arasında bütün şəxslərə

 

görə uzlaşma olur: 



 

Mənim gələcəyim 

Bizim gələcəyimiz 

Sənin gələcəyin 

Sizin gələcəyiniz 

Onun gələcəyi 

Onların gələcəyi 

Yuxarıda qeyd olunduğu kimi, mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma daimidir. 

Lakin  istisnalar  da  var.  Xəbər  şəxs  əvəzlikləri  ilə  ifadə  olunduqda  şəxsə  görə  uzlaşma  pozula 

bilər: 


Oxuyan mənəm, danışan bizik, bu mənəm, o sənsən və s. 

Xəbərin həmcins mübtədalarla şəxsə və kəmiyyətə görə uzlaşması 

Xəbərin həmcins mübtədalarla şəxsə və kəmiyyətə görə uzlaşması aşağıdakı şəkildə olur: 




1.

 

Həmcins mübtədaların biri  birinci  şəxs (mən, biz), digəri ikinci  (sən, siz) şəxs əvəzliyi  ilə 

ifadə olunarsa, xəbər birinci şəxsin cəmində 

 olur: 


Sən də, mən də bu işin içindəyik

.  


2.

 

Həmcins mübtədaların  biri  birinci (mən, biz), digəri isə üçüncü şəxs əvəzliyi  ilə (o, onlar) 

ifadə olunarsa, xəbər birinci şəxsin cəmində olur: 

3.

 

Həmcins  mübtədaların  biri  birinci  (mən,  biz),  digəri  isə  ikinci  (sən,  siz)  və  üçüncü  şəxs 

əvəzliyi ilə (o, onlar) ifadə olunarsa, xəbər birinci şəxsin cəmində olur: 

Sən, mən və o  bu işə 

tam cavabdehik. 

4.

 

Həmcins mübtədaların  biri  ikinci (sən, siz), digəri üçüncü şəxs əvəzliyi  ilə (o, onlar) ifadə 

olunarsa, xəbər ikinci şəxsin cəmində olur: 

Sən və Gülçin bu məsələdə haqlı deyilsiniz. 

 

I şəxs + II şəxs = I şəxs cəm 

I şəxs + III şəxs = I şəxs cəm 

I şəxs + II şəxs + III şəxs = I şəxs cəm 

II şəxs + III şəxs = II şəxs cəm 

5.

 

Həmcins  mübtədalar  yalnız  üçüncü  şəxslərdən  ibarət  olarsa,  xəbər  həmişə  üçüncü  şəxsdə 

olur: 

Kərim, Şəfaqət, Arzu tələbədirlər.

  

 



Həmcins xəbərlərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması 

 

Həmcins xəbərlərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması aşağıdakı kimidir: 



1.

 

Həmcins  feili  xəbərlər  birinci  və  ya  ikinci  şəxsdə  olan  (tək  və  cəm)  mübtədaya  aiddirsə, 

əvvəlinci  xəbərlərdə  bu  əlamətlər  atılır,  sonuncu  xəbərdə  isə  şəxsə  və  kəmiyyətə  görə 

uzlaşma qalır: 



Mən həm oxuyur, həm də işləyirdim. 

2.

 

Mübtəda  üçüncü  şəxsin  cəmi  ilə  ifadə  olunarsa,  həmcins  feili  xəbərlər    mübtəda  ilə  şəxsə 

görə həmişə uzlaşır, kəmiyyətə görə isə yalnız sonuncu həmcins xəbər uzlaşır: 

Onlar səliqə 

ilə ölçür, biçir, sonra kəsirdilər.  

3.

 

Həmcins ismi xəbərlərdə bütün şəxslər üzrə şəxs və kəmiyyət  şəkilçiləri yalnız sonuncuda 

saxlanılır:

  

Fidan çox yaraşıqlı, gözəl və nəzakətlidir. 



İdarə əlaqəsi 

Əsas  sözün  tələbi  ilə  asılı  sözün  ismin  adlıq  halından  başqa  digər  hallarına  düşməsinə 

idarə əlaqəsi deyilir. Uzlaşma əlaqəsindən fərqli olaraq, burada əsas tərəf asılı tərəfi öz formasına 

uyğunlaşdırmır,  yəni  birləşmənin  tərəfləri  eyni  qrammatik  formada  olmur.  Dilimizdə  idarə 

əlaqəsi, əsasən, hal şəkilçiləri vasitəsilə yaradılır.  

 



Asılı  tərəf  hal  şəkilçisi  qəbul  etmiş  hər  hansı  bir  nitq  hissəsi  ilə  ifadə  olunur: 

şəhərə  çıxış, 

gəmidə hadisə, jurnaldan oxumaq, kitabları sevən, yuvadan çıxaraq və s.

  

 

 

Buraya substantivləşmiş sözlər də daxildir:



 

gözələ baxmaq, şücaətlisini mükafatlandırmaq və 

s. 

 



Birləşmənin əsas tərəfi isə əsasən fel və qoşmadan ibarət olur: 

kəndə gələndə, buna əsasən, 

sənə görə və s.  

İdarə  əlaqəsi  digər  sintaktik  əlaqələrə  nisbətən  daha  geniş  yayılıb.  İdarəedici  sözlər 

cümlədəki digər sözlərin əksəriyyətini öz ətrafına toplaya bildiyi üçün idarə əlaqəsi sözlərin 

və söz birləşmələrinin bir-birinə bağlanmasında mühüm rol oynayır.  




İdarə əlaqəsinin iki növü var: 

1.

 

Feillərlə idarə. 

2.

 

Adlarla idarə. 

Feillər  adlıq  haldan  başqa  ismin  bütün  hallarını  idarə  edir.  Adlarla  idarə  zamanı  isimlər 

isim, sifət, say, əvəzlik, zərf və qoşmalarla idarə oluna bilir. 

Adlıq hal yalnız qoşmalarla idarə olunur: 

müəllim kimi, tələbə üçün, Şərif qədər və s.  

Yiyəlik hal isim, əvəzlik, məsdər və substantivləşmiş hər hansı sözün tələbinə görə işlənir: 



sənin masan, çörəyin hamısı, qızın oxumağı, sümüyün sınığı, dabankeşin ikisi və s.

  

Yönlük hal, əsasən feil, bəzən isim, sifət, say və zərflərin tələbinə görə işlənə bilir: 



yaylağa 

çıxdı, yerə düşmək, şəhərə gələn, yuxuya gedib, insana sevgi, həyata bağlı, ona istidir, bizə yaxın  

və s.  

Təsirlik hal  yalnız feil  və  feildən  əmələ  gəlmiş  sözlərlə  əlaqə  yaradır: 



sərəncamı imzaladı, 

suyu içmək,  kitabı oxuyan, qapını açanda və s. 

Yerlik  hal  başqa  hallara  nisbətən  zəif  idarə  olunur,  feil,  isim,  sifət,  sayların  tələbinə  görə 

işlənə  bilir:: 

dükanda  işləyir,  çayda  çimmək,  kənarda  dayanan,  yerdə  oturu,  məktəbdə  tədbir,  

kənddə çoxdur və s.  

Çıxışlıq hal əsasən feil,  bəzən isim,  sifət,  sayların tələbinə görə işlənə bilir: 



yoldan çıxdı, 

kənddən gəlmək, kitab alan, küçədən keçəndə, Səlimədən məktub, səndən xəbərsiz, ondan bilikli, 

beşdən üçü, ondan uzaq və s.  

 



İdarə əlaqəsi II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında da qeyd olunur. 

II növ 


təyini  söz  birləşmələrinin  tərəfləri  arasında  həm  uzlaşma,  həm  də  idarə  əlaqəsi  vardır.

    Bu 


birləşmələrində idarə əlaqəsi ikinci tərəfin birinci tərəfi özünə tabe etməsi və birinci tərəfin 

qeyri-müəyyən  yiyəlik halda işlənməsi ilə izah olunur: 



Kənd uşaqları bulaqdan su gətirmək 

üçün  tələsirdilər. 

 

III  növ  təyini  söz  birləşmələrinin  tərəfləri  arasında  da  həm  uzlaşma,  həm  də  idarə  əlaqəsi 



vardır. Uzlaşma əlaqəsinə görə hər iki tərəf eyni  qrammatik formada olur. İdarə əlaqəsində isə 

ikinci tərəf birinci tərəfi özündən asılı edir, onun  müəyyən yiyəlik halda işlənməsini tələb edir:  

Azərbaycan dilində  qoşmalar da idarə  edir. Onlar isim,  əvəzlik, məsdər və  substantivləşmiş 

sözlərlə işlənərək qoşulduqları sözləri ismin bu və ya digər halında olmasını tələb edir. Qoşmalar 

ismin  təsirlik  və  yerlik  hallarından  başqa  digər  (adlıq,  yiyəlik,  yönlük  və  çıxışlıq)    hallarında  

olan sözlərlə əlaqəyə girir: 



Aydın kimi, Şərəf üçün, Solmaz qədər, sənin kimi, bizim üçün, onlar 

qədər, evə kimi, məktəbə qədər, şəhərəcən, bundan başqa, sizdən savayı, ikisindən qeyri, bizdən 

ötrü, şənlikdən sonra və s.  

Yanaşma əlaqəsi  

Yanaşma  tabelilik  əlaqəsinin  ən  sadə  formasıdır.  Bu  əlaqə  formasında  sözlər  arasında 

sintaktik  əlaqə  heç  bir    şəkli  əlamətlərin  iştirakı  olmadan  yaranır,  yəni  birinci  tərəf  öz  şəklini 

dəyişmədən  (  heç  bir  qrammatik  şəkilçi  qəbul  etmədən)  ikinci  -  əsas  tərəfə  yanaşır.  Asılı  tərəf 

yanaşdığı əsas tərəfdən əvvəl gələrək onu müxtəlif cəhətdən izah edir. Əsas tərəf də birinci tərəfi 



özünə  tabe  edərək  onu  heç  bir  dəyişikliyə  uğramağa  qoymur: 

yaxşı  müəllim,  çalışqan  tələbə, 

qayğıkeş insan və s.  

I tərəfi  ismin 

halları

Birləşmənin növü

Sintaktik əlaqə növü

1.

Adlıq hal 

I növ TSB

Feli birləşmələr 

yanaşma 

2.

Yiyəlik hal

II növ TSB, III TSB 

idarə



uzlaşma

3.

Yönlük hal

Qeyri-təyini s.b 

Feli birləşmələr 

idarə

4.

Təsirlik hal

Feli birləşmələr 

idarə

5.

Yerlik hal

Qeyri-təyini s.b 

Feli birləşmələr 

idarə

6.

Çıxışlıq hal

Qeyri-təyini s.b 

Feli birləşmələr 

idarə

 

 

Yanaşma əlaqəsi ilə düzələn birləşmələrdə əsas tərəf başqa sözlərlə əlaqə girir və dəyişə 



bilir: 

yaxşı müəllimin tələbəsi , çalışqan tələbəyə diqqət , igid döyüşçünü qarşılamaq və s.  

 

Yanaşma  əlaqəsi  intonasiya  və  sözlərin  sırası  ilə  ifadə  olunur.  Yanaşma  əlaqəsi  təyinlə 

təyinolunan və zərfliklə xəbər arasında olur:

 

 



Təyin                    mübtəda: 

Gənc qadın otağı səliqəyə saldı. 

 



Təyin                    tamamlıq: 

Səlimə bütün qonaqları qarşıladı. 

 



Təyin                    təyin: 

 Onun çox səliqəli geyimi, səliqəli daran                 

mış saçları  hamının diqqətini çəkdi.  

 



Təyin                    zərflik: 

Böyük Amerikaya yolu açıq idi. 

 



Təyin                    ismi xəbər: 

Bu, çox  ibrətamiz məsəldir.

 



 

Təyin                   feili xəbər: 



Savadlı mühəndis ol,elinə xidmət et.

 



 

Zərflik              feili xəbər: 



Aşıq ucadan söylədi. Arif xeyli danışdı. Zərifə axşam gəldi və 

içəridə dincəldi. 

 



Feli birləşmələrdə asılı tərəflə əsas tərəf arasında:

 sən      güləndə

 



 



III  növ  təyini  söz  birləşmələrində  tərəflər  arasına  daxil  olan  sözlə  əsas  tərəf  arasında: 

şagirdin təzə                     çantası və s. 

CÜMLƏ 

Cümlə  nitqin  əsas  vahididir.  Biz  öz  fikirlərimizi  söz  və  söz  birləşmələri  ilə  deyil, 

cümlələr  vasitəsilə  ifadə  edirik.  Cümlə  insanlar  arasında  fikir  mübadiləsi  vasitəsi  olub  bitmiş 

fikir ifadə edir. Cümlə vasitəsilə iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə 

təhrik edilir. Cümlə sözlərdən və söz birləşmələrindən təşkil olunur. Sözlər qrammatik vasitələrlə  

sintaktik  əlaqə  yolu  ilə  cümləni  əmələ  gətirir.  Modallıq,  intonasiya  və  predikativlik  cümlənin 

əsas əlamətləridir.   

Modallıq  cümlədə  danışanın  söylənilən  fikrə,  gerçəkliyə  münasibəti,  cümlədə  ifadə  edilən 

məzmundur. Modallıq əşya, əlamət, keyfiyyət və s. haqqında məlumat verilməsidir. 



İntonasiya  sayəsində  cümlədəki  bütün  sözlər  vahid  intonasiyaya  tabe  olur  və  cümlədəki 

fikrin mənaca bitkinliyini təmin edir.  İntonasiyadan asılı olaraq cümlənin məqsədə görə növləri 

fərqləndirilir. 

Predikativlik  cümlənin  əsasını  təşkil  edir.  Predikativlik  (xəbərlik)  mübtəda  ilə  xəbər 

arasındakı  əlaqənin  ifadəsidir.  Predikativlik  sözlərin  müəyyən  qayda  ilə  düzülüşündən  və 

qrammatik  üsullarla  əlaqələnməsindən  meydana  gəlir.  Mübtəda  ilə  xəbər  arasındakı  qrammatik 

əlaqə feili cümlələrdə şəxs, zaman, şəkil əlamətləri ilə, ismi cümlələrdə şəxs şəkilçiləri ilə ifadə 

olunur.  Təktərkibli  cümlələrdə  ayrıca  mübtəda  və  xəbər  olmur.  Buna  görə  də  belə  cümlələrdə 

predikativlik təktərkibli cümləni təşkil edən baş üzvdə ( ya mübtəda, ya da xəbərdə)ifadə olunur.  

Cümlənin əsas xüsusiyyətləri: 

 

Cümlənin baş üzvlərdən (mübtəda və xəbər) ibarət qrammatik əsası olur. 



 

Cümlələr quruluşca sadə 



və mürəkkəb olur. 

 



Sadə cümlələrin yalnız bir qrammatik əsası olur. Məsələn: 

Ailə cəmiy yətin kiçik formasıdır. 

 



 

Mürəkkəb cümlələrin iki və daha çox qrammatik əsası olur. Məsələn: 



Əli onları xoş dindirir, 

Nazlı mərhəmət göstərir, Fateh onlara dərslərində kömək edirdi.  

 



Cümlə yalnız bir sözdən də ibarət ola bilər:

 Qəribədir. Səhərdir. Bu rəsmi Aytən çəkib? – 



Əlbəttə.  

Cümlənin məqsəd və intonasiyaya görə növləri 

Hər bir cümlə müəyyən məqsədlə söylənilir: 

 

Məlumat vermək məqsədilə. 



 

Məlumat almaq məqsədilə. 



 

Bir şeyin tələb olunması məqsədilə. 



 

Cümlələrin yaranmasında intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə rəngarənglik 

yaradaraq  məqsədi aydınlaşdırır. Bu cəhətdən cümlələr üç qrupa ayrılır: 

 



Nəqli cümlə  

 



Sual cümləsi 

 



Əmr cümləsi 

 

Cümlənin məqsəd və intonasiyaya görə 



növləri

Nəqli 

cümlə

Sual

cümləsi

Əmr 

cümləsi

Nəqli cümlə

 



Nəqli  cümlələr  əşya,  hadisə,  əlamət  və  s.  haqqında  məlumat  vermək  məqsədilə  işlənir: 

Sevgidən şəfqət doğar. Günəş yavaş-yavaş qalxır. Hamı Əhmədi qorxaq tanıyırdı.  

 



Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir. Xəbərdən əvvəlki sözün üzərində səs tonu bir 

qədər yüksəlir. Məsələn: 



Gülər özünü bulağa yetirdi.  Qorxu insanı yalançılığa sövq edir. 

 



Yazıda nəqli cümlələrin sonunda nöqtə (bəzən qoşa nöqtə, üç nöqtə, nöqtəli vergül) qoyulur. 

 



Nəqli cümlə digər cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini 

nəqli cümlələr vasitəsilə ifadə edirlər.  

 

Nəqli cümlələr hiss-həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir və yazıda nida 



işarəsindən ( ! ) istifadə edilir:  

Ana torpağım, Azərbaycan! 

Sual cümləsi 

Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir: Nə xəbər var ? Hardan gəlirsən?  

 

Sual  cümlələri  məlumat  almaq  və  məlumatı  dəqiqləşdirmək  məqsədilə  işlədilir:  Sən  bu 



barədə bilmirdin? 

 



Bəzi sual cümlələri cavab tələb etmir. 

Sözü neçə dəfə deyərlər?

  Bu tipli cümlələr ritorik sual 

adlanır. 

 



Yazıda  sual  cümləsinin  sonunda  sual  işarəsi  (  ?  )  qoyulur.  Məsələn:

 

“Həqiqət”  qəzetinin 



redaktoru kim olub?  

Sual cümlələri üç yolla yaranır: 



1. Sual əvəzliklərinin köməyi ilə. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri iştirak edir. 

Məsələn:


 

Ölkəmizin  paytaxtı  hansı  şəhərdir?  Nadir  şah  haqqında  nə  bilirsiniz?    Mehribanlıq 

nədir?  

2. Sual  ədatla

rının

 ( 


bəs, məgər,  yəni, -mı

) köməyi ilə. Məsələn: 



Bəs siz bu barədə bilirsiniz? 

Məgər  xəbərin  yoxdur?    Yəni  bu  belə  vacibdir?  Günəşin  batmasını  seyr  etmisənmi?    Bilmək 

istəmirsən ki?  

3.  Sual  intonasiyası  ilə.  Belə  cümlələrin  xəbərinin  son  hecası  bir  qədər  uzun  tələffüz  olunur.

 

Məsələn: 



Yarışda iştirak edəcəksən?  Oxumağı bilirsən? Kəndə gedəcəksən? 

 

Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin  cavabında həmin cümlələri tam və  ya 



bir hissəsini təkrar etməklə, yaxud da

 

bəli, hə, yox, xeyr, heç, əsla

 kimi təsdiq və inkar ədatları ilə 

cavab  vermək  olar.  Məsələn: 



Bu  sənin  kitabındır?

  sualına: 



Bu  mənim  kitabımdır.

 

Mənim 



kitabımdır. Bəli. Xeyir. Hə. Yox 

 və s. cavablarını vermək olar.  



Hüseyn Cavid “Qız məktəbində” 

-

 



Quzum, yavrum! Adın nədir? 

-

 



Gülbahar. 

-

 



Pəki,sənin anan, baban varmı? 

-

 



Var. 

-

 



Nasıl, zənginmidir baban? 

-

 



Əvət, zəngin, bəyzadə... 

-

 



Öylə isə, geydiyin geyim neyçin böylə sadə? 

Yoxmu sənin incilərin, altun bilərziklərin? 

Söylə, yavrum! Heç sıxılma... 



-

 

Var, efendim, var... Lakin 



Müəlliməm hər gün söylər, onların yox qiyməti, 

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. 

-

 

Çox doğru söz... 



Bu dünyada sənin ən çox sevdiyin 

Kimdir, quzum, söylərmisən? 

-

 

Ən çox sevdiyim ilkin 



O ALLAH ki, yeri-göyü, insanları xəlq eylər. 

-

 



Sonra kimlər? 

-

 



Sonra ONUN göndərdiyi elçilər. 

-

 



Başqa sevdiklərin nasıl, yoxmu? 

-

 



Var... 

-

 



Kimdir onlar? 

-

 



Anam, babam, müəlliməm, bir də bütün insanlar...  

Əmr cümləsi 

Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir:

 

Şəhidlərin qanı yerdə qalmayacaq.

 

 



 

Əmr cümləsinin xəbəri feilin əmr şəkli ilə ifadə olunur. Bu, əmr cümləsi üçün qrammatik 

göstərici hesab olunur.  

 



Adi tonla tələffüz olunan əmr cümlələrinin sonunda yazıda nöqtə qoyulur.  

 



Yüksək  tonla  tələffüz  edilən  əmr  cümlələrindən  sonra  nida  işarəsi  qoyulur.  Məsələn,  adi 

tonla:


 

Yaxın gəl. Dayan

. Yüksək tonla: 



Yaxın gəl! Dayan!  

Nida cümləsi 

Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümləsi deyilir. Məsələn:

 

Azərbaycan! 

Doğma Vətən!  

Nida  cümlələri  ayrıca  cümlə  növü  deyil.  Nəqli,  sual  və  əmr  cümlələri  yüksək  hiss  və 

həyəcanla tələffüz edildikdə nida cümləsi yaranır.   

Nida cümlələri əsasən iki yolla əmələ gəlir:  

1. Yalnız intonasiya vasitəsilə əmələ gələnlər. Məsələn: 

Yalan danışmaq olmaz!  

2. Nidaların köməyilə əmələ gələnlər. Məsələn: 



Bəh-bəh, nə gözəl oxuyur!  

 

Yüklə 94,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə