ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   4   5   6   7   8   9   10   11   ...   118

 
24 
 
siyyətinə  uyğunlaşmağa,  qayda–qanuna  tabe  olmağa  daha  çox 
təmayül  edər,  bunlarla  yanaşı,  özü  gözəl,  əsli  nəcib,  ailəsi  dövlətli 
isə,  butun  məziyyətlər  bir  yerə  toplanmış  olar,  üstünə  əlavəyə  heç 
bir ehtiyac qalmaz. Bü xüsusiyyətlərin bəzisi olmasa da, ağıl, iffət 
(ismət)  və  həya  mütləq  vacibdir.  Yerdə  qalan  üç  xüsusiyyəti:  gö-
zəllik, sərvət, əsil-nəsəbi o birilərindən üstun tutmaq, din və dünya 
işlərinə  xələl  gətirib  fəlakət  və  həlakətə  səbəb  ola  bilər»
 
(1,  152). 
Göründüyü kimi, N.Tusi burada gözəlliyi, sərvəti və əsil-nəsəbliliyi 
başqa  keyfiyyətlərdən  üstün  tutmağı  vacib  saymır.  Çünki  bunlar 
doğrudan  da  qalıcı  şeylər  deyildir.  Ailəyə  daxil  olunacaq  qızın 
seçilib  bəyənilməsi  məsələsində  N.Tusinin  verdiyi  bu  məsləhətləri 
təqdirəlayiqdir. Göründüyü kimi, müəllif burada toy mərasimindən 
əvvəl icra olunan qızın bəyənilməsi kimi el adətinə işarə etmişdir. 
Maraqlı cəhət budur ki, «Əxlaqi-Nasiri» əsərində bu göstərilən-
lər orta əsrlərdə qızın seçilməsi məsələsinə xüsusi əhəmiyyət veril-
diyinə müəllif tərəfindən diqqətin ayrılmasıdır. N.Tusinin bu əsərin-
də  belə  bir  fikir  də  vardır  ki,  o  qızlardan  söhbət  açarkən  deyir  ki, 
həddi-büluğa  çatmışları  babına  ərə  vermək  lazımdır  (1,  162).  Bu 
çox dəyərli fikirdir. Belə ki, xalq arasında da yayılmış məsəl vardır 
ki, tay tayını tapmasa, günü ah-vayla keçər. Babı dedikdə, görünür 
ki, müəllif ilk növbədə ailə səviyyəsi və sosial durumu uyğun gələn, 
el  arasında  müəyyən  hörmət  sahibi  olan,  əsilli-nəsilli  ailə  üzvünü 
nəzərdə  tutmuşdur.  Ona  görə  də  hərə  öz  babını  tapmağa  üstünlük 
verib. Güman edə bilərik ki, N.Tusi bab dedikdə, həm də yaş məsə-
ləsindəki  uyğunluğa  da  toxunmaq  istəmişdir.  Həddi-büluğa  çatmış 
qızlar haqqında el arasında deyirlər ki, «qızlar bulağından su içib». 
Bu o deməkdir ki, artıq qızlar ərgənlik yaşına çatmışlar. Bu xüsusda 
da məhz belə atalar sözləri  yaranmışdır:  Ailənin səadəti  yüz ölçüb 
bir biçməkdədir. Ailədə yanılmaq yamanlıq gətirər. Ailənin üzüağlı-
ğı namusdur. Anası halal olanın balası da qanan olar. (1, 120) Qızın 
isməti  -  atanın  dövləti!  (38,  73)  El-obada  gözəlliyi  dillərə  düşən 
qızlar  haqqında  deyirlər  ki,  «qızılquş  əldə  gəzər,  gözəl  qız  dildə». 
(39, 317) Bundan əlavə, «anasına bax qızını al, qırağına bax bezini 
al» el sözü dillər əzbəri olmuşdur. Suli Fəqih yazır: 


 
25 
 
Gözəl oldur ki, məlahətli ola
Həm sözi dəxi həlavətli ola (34, 73). 
 
El arasında belə deyirlər ki, «elini ürküt, ağsağından yapış». Bu 
bilavasitə  öz  elindən  kənar  düşmə,  obandan  olan  qız  al  anlamına 
gəlir.  Yəni,  öz  axsağın  başqasının  iti  gəzənindən  daha  yaxşıdır  və 
həm  də  yaxındır.  Odur  ki,  uzun  əsrlər  boyu  adətən  hər  bir  kənd 
sakini öz tayfası içindən evlənməyə üstünlük verirdi.  
Orta əsr müəlliflərinin yaradıcılığında nəzəri cəlb edən bir mə-
sələ vardır ki, bu da onların ailə həyatının qurulmasında mühüm şərt 
saydıqları qarşılıqlı məhəbbət kimi müqəddəs hissi tərənnüm etmə-
ləridir. Səmimi eşq duyğusu və gözələ bəslənilən ülvi hisslər onların 
əsərləri boyunca vəsf olunan əsas xüsusiyyətlərdən biridir. Fikrimizi 
təsdiq  etmək  üçün  orta  əsrin  görkəmli  şairlərinin  bəzilərinin  yara-
dıcılığında yer alan bir neçə fakta müraciət edək. Məsələn, XII əsrin 
görkəmli şairəsi Məhsəti Gəncəvinin eşq haqqında dediklərindən: 
 
Eşqin minbərinə cıxandan ki, biz 
Eşqdən başqa söz bilmədik hərgiz. 
Bizim bu mənzilə ayaq qoymasın 
Eşq ilə yanmayan, buz kimi hissiz (12, 6). 
 
Məhsəti Gəncəvi kimi həmin dövrün tanınmış söz ustası Əfzə-
ləddin Xaqani yaradıcılığında da eyni duyğular tərənnüm olunur. İn-
sanın  daxili  emosional  vəziyyətini  dolğunluqla  əks  etdirməyə  çalı-
şan Xaqani isə  eşqi belə vəsf edir: 
 
Aşiqlik dünyasına qədəm qoymayan insan 
Ürəyinə gözündən axıtmamışdır al qan. 
Hər kəsə ki, vurmayıb qəm oxunu məhəbbət
O, eşqin əhvalını biləcəkdir haradan? 
Sevginin mənasını duya bilməz o kəs ki, 
Həmnəfəsi olmayıb bir nazəndə mehriban (13, 308). 
 


 
26 
 
Məsələn,  XIII  əsr  Azərbaycan  ədəbiyyatının  nümayəndələrin-
dən  biri  İzzəddin  Həsənoğlunun  zəmanəmizə  gəlib  çatmış  qəzəllə-
rində gözəllərin vəsfi, ona bəslənilən səmimi eşq duyğuları belə əks 
olunmuşdur:  
 
And içərəm səndən artıq sevməyim, 
Sənin ilə xoş keçər canım bənim.  
Hüsn içində sana manənd olmaya
Əsli yuca, könlü alçağım bənim (2 , 25). 
 
Burada  müəllifin  qeyd  etdiyi  «əsli  yuca»  –  yəni,    uca,  yüksək 
əsilə, nəsilə malik olan» deməkdir, «könlü alçağım» isə «təvazökar» 
mənasında  işlənmişdir.  Şair  göründüyü  kimi,  burada  üstüörtülü  də 
olsa, ailədə əsasən əsilli-köklü, nəcabətli və daxilən, mənəvi cəhət-
dən  zənginliyi  ilə  seçilərək  daim  təvazökarlıq  nümayiş  etdirən  xa-
nımlara  üstünlük  verildiyini  göstərmək  istəmişdir.  Belə  misalları 
çox çəkmək olar. Çünki ülvi hisslər orta əsr müəlliflərinin hamısının 
əsərlərində tərənnüm olunmuşdur. Belə ki, «əsl məhəbbət şəxsiyyəti 
fəallaşdırır.  İnsan  sevərkən,  cavab  sevgisinə  nail  olmaq  istəyir;  bu 
onda yaradıcı enerjini, ən yaxşı insani keyfiyyətləri oyadır, onu fasi-
ləsiz  inkişafa,  təkmilləşdirməyə,  mənəvi  comərdliyin  tamamilə 
aşkara çıxmasına təhrik  edir.  İnsan özünə qarşı daha tələbkar olur, 
onun xarakterində xeyirxah, yaxşı nə varsa, hamısını həyata keçirir. 
Ona görə də məhəbbət ən yüksək dərəcədə əxlaqi hissdir, o, insanı 
yeni əxlaqi yüksəkliyə qaldırır, onda öz hərəkətləri üçün məsuliyyət 
hissini  gücləndirir,  kəskinləşdirir»  (29,  262).  Məhəbbət  həyatı  bir-
birinə həsr etmək duyğusudur. 
Başqa orta əsr müəllifləri kimi, İmadəddin Nəsimi də eynilə ailə 
münasibətlərinin əsasında eşq və məhəbbəti görür. O, hətta eşqə gü-
nah  kimi  baxan  adamların  özlərini  günahkar  adlandırır.  Şair  bütün 
yaradıcılığı  boyu  ən  ülvi  duyğu  hesab  etdiyi    məhəbbət  hissini  tə-
rənnüm edərək onu «möhkəm iş» adlandırır. (23, 253) Bu xüsusda 
şair yazır:             
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə