ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   5   6   7   8   9   10   11   12   ...   118

 
27 
 
Ey təbib – ami, əl çək çarə qılmaqdan mana, 
Aşiqin canında daim dərdi – canan gizlidir (23, 279). 
 
Nəsimi əsasən lirik mövzulara müraciət etdiyi üçün əsərlərində 
gözəllərin vəsfi müəyyən yer tutur. Onu da qeyd etməliyik ki, «Nə-
simi lirikasında ən yüksək romantik məhəbbət tərənnüm olunur. Qa-
dın vəfalı, sədaqətli könül həmdəmi kimi təsəvvür edilir. Aşiqə isə 
tövsiyə olunur ki, belə incə, zərif və vəfalı varlığın etibar və etiqa-
dını doğrultsun, onun yolunda hər cür fədakarlığa hazır olsun» (21, 
167-168). 
Nəsimi qadına ən gözəl, incə bir məxluq kimi baxır. Romantik 
ruhlu Nəsimi qadına qəmər üzlü, gül yanaqlı, ənbər saçlı, həq sifətli 
nigar, pəri, dildar, dilbər, huri və s. kimi xoş sözlərlə müraciət edir. 
Hətta  Nəsimiyə  görə  «Qadın  ən  gözəl  və  ən  yüksək  bir  varlıqdır. 
Onun cəmalı «ilahi hüsnün» təcəllisidir.» (22, 281) Şair ona o qədər 
incə  münasibət  bəsləyərək  müraciət  edir  ki,  Nəsimi  şeriyyəti  baş-
dan-başa qadına hörmət, məhəbbət və ehtiramla doludur - desək, ya-
nılmarıq. Onu da əlavə etmək lazımdır ki, «Nəsimi qadın ləyaqətini, 
gözəlliyini qiymətləndirirkən, ümumiyyətlə nifrət etdiyi din xadim-
lərinə bu cəbhədən də hücum etməli olurdu.» (22, 25) Ümumiyyət-
lə, orta əsr müəllifləri məhz qarşılıqlı məhəbbət hisslərini əsas götü-
rürərək  ailə  xoşbəxtliyinin  və  səadətinin  də  əsasının    məhz  bunda 
olduğunu dönə–dönə qeyd edirlər. Aydındır ki, gələcək ailə həyatını 
qurmaq istəyən insanlar arasında qarşılıqlı istək olarsa, o da öz bə-
rabərində qarşılıqlı hörməti, ehtiramı və həmçinin güzəşti də gətirər.  
Orta  əsr  müəlliflərinin  əsərlərində  diqqəti  cəlb  edən  mühüm 
cəhət bir də budur ki, onların yaradıcılığında qızbəyənmə adəti  oğ-
lanla  qızın  məhz  bir-birini  görüb  bəyənməsi  kimi  təqdim  olunur. 
Məsələn, XII əsrin görkəmli mütəfəkkir şairi, dünya şöhrətli Nizami 
Gəncəvinin  bütün  əsərlərində  təsvir  olunan  obrazların  hamısı  bir-
birini özləri görüb bəyəndikdən sonra sevirlər. Yəni, bu işdə kənar 
adamların iştirakı yoxdur. Bu xüsusiyyət özünü hələ məşhur «Kitabi 
Dədə-Qorqud»  dastanında    da  göstərir.  Belə  ki,  dastanda  qarşılıqlı 
bəyənilib xoşlanmaq məsələsi Beyrəklə Banıçiçək arasındakı müna-


 
28 
 
sibətdə  öz  əksini  tapmışdır.  Ümumiyyətlə,  qızbəyənmə  və  elçilik 
adəti ilə bağlı motivlər digər dastanlarda da mövcuddur. Bu xüsusda 
Azərbaycanın  məhəbbət  dastanlarını  etnoqrafik  mənbə  kimi  tədqiq 
edən Vüsalə Veysəlovanın kitabında öz əksini tapan məlumatlar da 
maraq doğurur (18, 93-101). Xüsusən də nağıllarımızda və dastanla-
rımızda  qızla  oğlanın  bir-birini  görüb  «bir  könüldən  min  könülə 
aşiq  olması»,  yuxuda  qızla  oğlanın  butasının  verilməsi  halları  əks 
edilir.  Bu  da  onu  deməyə  əsas  verir  ki,  görüb  qarşılıqlı  bəyənilmə 
halları orta əsrlərdə də mövcud idi. Bundan əlavə keçmişdə belə bir 
adət   olub  ki, qız bəyəndiyi  oğlana öz qırmızı  rəngli baş örtüyünü 
verirdisə, bu birbaşa razılıq əlaməti kimi qəbul olunurdu. Elçilər bu 
yaylığı  elçilik  zamanı  qız  evinə  göstərməklə  onun  əvvəlcədən  razı 
olduğunu  valideynlərinə  eyham  edirdilər.  (20,  355)  Yaylığın  bəyə-
nilən  oğlana  qız  tərəfindən  verilməsi  başının  ona  bağlanmasına,  el 
içində adının onunla bərabər çəkilməsinə, ona mənsub olub nikahını 
qəbul etməsinə razılıq əlamətidir. 
Azərbaycan xalq dastanlarında yuxuda buta verilməsi geniş əks 
olunmuş bir məsələdir. Suli Fəqih «düş içində əhdlərin bərgitdilər» 
deməklə, yuxuda buta verilərək əhd olunduğunu söyləyir. (34, 59) 
Ümumən buta bir naxış növü kimi də müxtəlif məna çalarlarına 
(sevgili buta, küsülü buta, qoşa buta və s.) malik olmaqla Azərbay-
can tətbiqi sənət nümunələrində görünməkdədir. Bu butanın nəinki 
yuxularda, eyni zamanda təfəkkürün məhsulu kimi, məişətdə müəy-
yən yer almasında da özünü göstərir. Türk dillərində but sevgili an-
lamı verir. «Avesta»da sevgili sözü «butay» kəlməsi ilə əlaqədardır. 
Q.Qeybullayev  IV  əsr  müəllifi  Tanaisə  əsaslanaraq  göstərir  ki, 
yuxuda buta verilməsi əqidəsi qədim türk tayfaları olan saklarda da 
vardı. (20, 350)  Yuxu insanların  tam  aydınlaşdıra bilmədiyi qeyri-
adi görünən bir təzahürdür. Ona görə də burada insana verilən buta 
ilahi qüvvə tərəfindən təqdim olunan bir ömürlük bağlılıq rəmzi ki-
mi qiymətləndirilə bilər. Təsadüfi deyildir ki, Azərbaycan dastanla-
rında butasının ardınca uzun yol qət edərək uzaq məsafədə yaşayan 
sevgilisini axtarmağa gedən qəhrəmanlar təsvir olunur. Belə qəhrə-
manlar min bir əzaba qatlaşaraq butasına qovuşur. Bəzən buta kəl-


 
29 
 
məsini Budda ilə əlaqələndirənlər də olur. (35, 77-78) Butanı Budda 
ilə  əlaqələndirmək  elmi  və  dini  nöqteyi-nəzərdən  yanlış  fərziyədir 
və heç bir məntiqi əsasa söykənmir. Çünki Budda ilahi sayılan qüv-
vədir, o özü nələrisə etməyə qadir müqəddəs varlıq sayılır, onu gö-
türüb kimə isə yuxuda vermək dini baxımdan da qəbul edilə bilməz.  
    
XIII  əsrin  müəllifi  bəlli  olmayan  «Dastani-Əhməd  Hərami» 
poemasında toya qədərki müxtəlif adət  və ənənələr öz  geniş  əksini 
tapmışdır.  Bunlardan  biri  də  elçilikdən  əvvəl  qızbəyənmə  adətidir. 
Bu işdə ən çox məsuliyyətin yenə də ananın üzərinə düşdüyü işıq-
landırılır. Belə ki, əsərdə ananın bəyəndiyi qızı öz oğluna kəbin et-
mək istəyi təsvir edilir. Yəni əvvəlcə ana qızı «gözaltı» edir. Burada 
deyilir: 
 
Der idi kim gecə – gündüz arasam, 
Sərasər dünyayı bir – bir darasam. 
Bunun kimi lətif qanda bulaydım, 
Ki, oğluma anı kəbin qılaydım (2, 133).   
 
Güləndam  ilə  ünsiyyətdə  olduqdan  sonra  qızı  bəyənib  onu  öz 
oğluna  almaq  istəyən  ana  oğlunun  yanına  gedir.  O  məsləhət  görür 
ki, oğlu da eyni zamanda özü qızı görüb bəyənsin. Bu minvalla da 
oğlu  ilə söhbətində  ana  qızın  gözəlliyini vəsf etməklə  yanaşı,  eyni  
zamanda onun hansı ailəyə mənsub olduğunu, ailənin yeganə övladı 
olduğunu  da  vurğulamağı  unutmur.  Oğlanın  anasına  bu  xüsusda 
cavabı isə belə olur ki, əgər onun da canı sevsə və qıza könül versə, 
bu  işdə  razılıq  hasil  oluna  bilər.  Anası  da  əvvəlcədən  oğlu  ilə 
şərtləndirdiyi  kimi,  aynabəndin  önündən  qızı  gətirərkən  onu  gör-
məsi  üçün  oğlunun  köşkün  pəncərəsindən  boylanmasını  məsləhət 
görür  (2,  133-134).  Beləliklə  də,  qızın  bəyənilməsində  ilk  olaraq 
əsasən ananın rəyinə üstünlük verildiyi əsərdən aydın görünür. 
Qız bəyənildikdən sonra atılan addım oğlan tərəfinin qız evinə 
elçi  göndərməsidir.  Azərbaycanın  qədim  adətlərindən  biri  olan 
«elçilik  ailənin  qurulmasında  ilk  addımdır,  evlənmək  məqsədilə 
oğlan evinin yaxın qohumlarından ibarət numayəndələrin qız evinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə