336
Xalq arasında qəbirləri vaxtaşırı ziyarət etmək bir adətdir. Bu
orta əsrlərdə də mövcud olmuşdur. Məsələn, Bidlisi göstərir ki, Şah
İsmayıl Ərdəbildə ata-baba qəbirlərini ziyarət etdi (27, 170). Suli
Fəqih yazır:
Atamızın, dədəmizin sininə
Varibən bir yadət idəlim yenə (55, 266).
Müasir dövrdə də əzizlərin qəbirlərini ziyarət etməyi insanlar
özünə borc bilir. Bu xüsusən də Novruz bayramı zamanı icrası vacib
sayılan davranışa çevrilmişdir.
Müasir dövrdə dəfn mərasimi
əvvəllər də olduğu kimi,
din xadi-
mi olan mollanın iştirakı ilə keçirilir və bu zaman bir sıra adətlərin
icrası mütləq sayılır. Xüsusən, müasir kəndlərdə dəfn mərasimində
ağı deyib ölünü oxşamaq adəti vardır. Özü də ağı deyən qadınlar
səslərinə müəyyən ahəng verərək sanki musiqi sədası kimi xüsusi
ifa ilə dil deyirlər. Bu zaman ölən insana xas olan keyfiyyətlər ağı-
larda öz əksini tapır. Yaşına, xasiyyətinə, sənətinə uyğun olan xüsu-
siyyətlər ağılara tökülür. Bəzi ailələr üçü ilə yeddisini birləşdir-
məyə üstünlük verir. Bir sıra hallarda isə cümə axşamları sadə
mərasimlə qeyd olunur və əlavə böyük ehsan verilmədən keçirilir.
N.Quliyevanın müasir dövrün dəfn adəti haqqında verdiyi mə-
lumatlarında bir sıra məsələlər (mərhumun ölən günü, üçü, yeddisi
və qırxı saxlanıldığı haqqında) öz əksini tapmışdır (25, 261). Müasir
dövrdə ölənin 52-ci gününü də qeyd edirlər. Bu da guya ətin sü-
mükdən ayrıldığı gündür. Lakin bu barədə məlumata heç bir orta əsr
müəllifinin əsərində rast gəlinmir. Deməli, 52-ci günün qeyd olun-
ması sonrakı dövrlərə aiddir.
İslam dinində
belə bir inanc da mövcuddur ki, ölü torpağa qarış-
malıdır. Buna görə də «Lənkəran əyalətinə İslam dini daha çox təsir
göstərdiyindən, qəbiristanlarda böyük başdaşı və sinədaşı qoymaq
günah hesab edilmiş, qəbirlərin yerlərlə bərabərləşməsi savab sayıl-
dığından indi qədim qəbir daşlarına çox az təsadüf edilir. Qədimdə
337
indiki Böyük bazar məhəlləsi üçün XVI əsrdə Lənkon adlı kəndin
yerində qəbiristan olmuşdur» (36, 398).
Azərbaycanın bir sıra ərazilərində (Qazax, Gədəbəy, Naxçıvan,
Qubadlı, Laçın və s.) mağara-pirlər mövcud idi. Əhali ölüləri
(güman etmək olar ki, onların vəsiyyətlərinə görə) müvəqqəti olaraq
belə yerlərdə bir müddət saxladıqdan sonra basdırmağa Kərbəlaya
aparırdılar (59, 102). Bu məlumat XX əsrin əvvəllərinə aid olsa da,
orta əsrlərin qalığı olduğuna şübhə yoxdur.
Hələ qədim dövrlərdən «yas törənində də ölən üçün 40 gün təzi-
yə saxlamaq, onun ölümünün 40-cı günü ehsan vermək adəti vardır.
Etiqada görə, ölənin 40-cı günü xüsusi mərasimlə yad edilmədikdə
bunun əzabını çəkən ruh qəzəblənib, yeni-yeni fəlakətlər törədir»
(40, 45).
Şirvanşahlar sarayında olduğum zaman burada Şirvanşah I Xə-
lillulahın anası və oğlanlarının dəfn olunduğunu müşahidə etdim.
Deməli, şahın əzizləri də sarayın daxilində basdırılırdı. Belə ki,
«türbənin yazısında göstərilir ki, onu 1435/6
illərdə I Xəlillulah ana-
sı və oğlu üçün tikdirmişdir. Şair Bədr Şirvaninin verdiyi məlumata
görə, həmin ildə Şirvan şahının anası Bibixanım və yeddi yaşlı oğlu
Fərrux Yamin vəfat etmişlər... I Xəlillulahın daha əvvəllər vəfat et-
miş üç oğlu Şeyx Saleh, Bəhram, və Məhəmməd İbrahim də burada
dəfn olunmuşlar» (34, 88). Təkcə «Təbrizdə bir sıra iri qəbiristanlıq
var idi. Hər bir böyük məhəllənin ayrıca qəbiristanlığı olurdu. On-
lardan Surxab, Gəcil, Çərəndab, Şam, Vilyankuh, Səyyaran və s.
göstərmək mümkündür. Hafiz Hüseyn Kərbəlayı Təbrizi adlarını
qeyd etdiyimiz və əlavə olaraq şəhərin özündə və bəzi yerlərində
dəfn olunmuş şəxsiyyətlər haqqında ətraflı məlumat vermişdir» (56,
79-80).
Orta əsrlərdə icra olunan dəfn mərasimi haqqında məlumatlar
dastanlarımızda da yer almışdır. V.Veysəlova yazır: «Azərbaycan
məhəbbət dastanlarında dəfnlə bağlı müxtəlif adət və mərasimlərə
rast gəlirik ki, bu da orta əsrlər Azərbaycanında dəfn adətlərini öy-
rənməkdə mühüm əhəmiyyət kəsb edir» (17, 114). Sınaqlarda müd-
rikləşən atalar sözlərində qeyd edilir ki, «Matəm dərd gətirər, gə-