211
Qeyd edək ki, «Xalq yaradıcılığındakı ən gözəl əxlaqi keyfiy-
yətlər, nəcib davranış normaları, didaktik istiqamət Q.Təbrizinin,
Ə.Bəhmənyarın, Ə.Xaqaninin, X.Təbrizinin, N.Gəncəvinin, Ş.Xə-
tainin, M.Füzulinin, M.P.Vaqifin və b. əsərlərində yüksək pilləyə
qaldırılmış, inkişaf etdirilmiş və dərin məzmun almışdır. Onlar öz
əsərlərində böyüyən nəslin təlim-tərbiyə məsələlərinə geniş yer ver-
məklə maarifçi filosof və orijinal fikir sahibləri kimi şöhrət
tapmışlar» (58, 20). Qətiyyətlə demək olar ki, «orta əsr milli
tərbiyəşünaslığımızın beynəlxalq aləmdə nailiyyəti hesab edilən
N.Tusi yaradıcılığı bu gün də milli-mənəvi, elmi-pedaqoji irsimizin
qızıl fondunu təşkil edir» (41, 67). Nəsimi «əxlaq tərbiyəsi üçün,
hər şeydən əvvəl, mənəvi, maddi və fiziki çətinliklərə dözmək
qabiliyyətinin aşılanması yolu ilə şəxsiyyətdə bütün mənfi hisslərin
və sifətlərin ləğv olunmasına nail olmağı tələb etmişdir» (41, 70).
Orta əsrlərin müsəlman dünyasında tərbiyə problemində halal
və haram anlayışları mövcud idi. Ərəbcə həllə – yol verilmək anla-
mı kəsb edən halal sözü, islam dininə etiqadı olanlara icazə verilən
bir sıra hərəkətlər deməkdir. Hətta müsəlmanlar üçün bir sıra
heyvanların ətləri halal, bəzilərininki isə haram sayılmışdır. Halalın
əksinə olan haram isə bir sıra hərəkətlərə qadağa və məhrumiyyətlə-
rin qoyulmasıdır. Bunlar əsasən şərab içmək, tiryəkdən istifadə
etmək, qumar oynamaq, sələmçilik məqsədilə pul vermək, zina et-
mək və s. haram sayılmışdır. Sufi təriqətinin numayəndələri dili, əli
və beli bağlı olmağı təbliğ etmişlər. Dili bağlı, yəni qeybət
etməmək, əli bağlı, yəni oğurluq etməmək və nəhayət, beli bağlı
yəni başqasının qadınına göz dikməmək.
Müsəlman cəmiyyətinin qanunları fiqh vasitəsilə müəyyən olu-
nurdu. Fiqh hüquq qaydalarının prinsiplərini əks etdirən elmi bi-
liklər toplusudur. Cəmiyyətin bütün sahələrini əhatə edən hüququn
tənzimlədiyi bütün məsələlər fiqhdə izah olunur. Həyatın bütün sa-
hələrini cəmləşdirən hüquqi qanunlar (ailə, cinayət, inzibati, mülki
və s.) tənzimləmə xarakteri kəsb edir. Bu tənzimləmə isə adət və
ənənələrə, şəriətə söykənir. Bununla yanaşı, əsrlərin süzgəcindən
keçib gələn bir sıra qəti qərarlaşmış adət və ənənələr zamana öz mö-
212
hürünü vurmuşdur. Öz köklərilə qədimlərə gedən bu adətlər ürf ad-
lanır. Ürfdə əsasən ictimai rəy mühüm əhəmiyyət kəsb edir. Bunun-
la bərabər, qiyasın da müəyyən rolu vardır. Ərəbcə ölçü mənası bil-
dirən «qiyas məsələni Quranda və sünnədə olan müddəalara bənzət-
mək yolu ilə həll etməyə imkan verir. Qiyas islamın yayıldığı ilk
əsrdə, əhl-əl-hədis, yəni ənənəçilər, ancaq tarixi mənbələrə əsas-
lanma tərəfdarları ilə əhl əl-rəy, yəni məntiqi, rasional mənbədən
istifadə olunması, bu və ya digər məsələni müsəlmanın şəxsi rəyinin
köməyi ilə həll etməyin mümkünlüyü fikrinin tərəfdarları arasında
mübahisələr gedən vaxt meydana gəlmişdir» (59, 42-43).
Ailədə onun funksiyasının əsasını təşkil edən uşaqların doğul-
ması orta əsrlərdə planlaşdırılmayan bir iş idi. Nə qədər uşaq olursa-
olsun, onun qarşısının alınmasına səy göstərilmirdi. Öz zamanı üçün
bu işdə müəyyən planlaşdırma və qarşısı alınma yolları mümkün
deyildi. Ailələrdə uşaqların çoxalması ilə yanaşı, kütləvi yayılan
xəstəliklərin qarşısı alınmadığına görə ölüm hadisələri də çox
olurdu. Orta əsrlərdə hərbi yürüşlər zamanı törədilən qətlləri də
buna əlavə etsək, mənzərə daha da aydın olur.
1. Təsərrüfatda işçi qüvvəsi kimi baxılırdı.
2. Xalqın ənənəsi, artıb törəmək, varislik və bundan doğan
psixoloji düşüncə tərzi.
3. Say etibarilə böyük ailənin daha da güclü olmasını nümayiş
etdirirdi.
4. Ailənin daha da möhkəm olmasını təmin edirdi.
Həyatın uzun yollarında getdikcə təkmilləşən ailə münasibətlə-
rində köklü dəyişikliklər baş verir. Zamanla ailə üzvləri də yaşa
dolur.
Orta əsrlər dövründə Azərbaycan ailəsindəki tərbiyə problemini
araşdırarkən məlum oldu ki, ara-sıra çatışmayan cəhətlərinə bax-
mayaraq, bütövlükdə o, mütərəqqi xüsusiyyətlərə malikdir və bu
günümüzdə mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə
çatdırılmasında əvəzsiz vasitədir.
213
Uşağın daxili, mənəvi aləmi onun gələcək inkişafını müəyyən-
ləşdirir. Bəzən uşaqlar daxili dünyalarını büruzə verməkdən utanıb
çəkinir. Bu cür uşaqlara qarşı daha həssas yanaşılmalıdır. Hər bir
uşaq ayrı-ayrılıqda fərqlidir, özünəməxsus keyfiyyətlərə malikdir.
Tərbiyəvi yanaşmada mütləq bu xüsusiyyətlərə diqqət yetirmək
lazımdır. Ailənin daxili həyatında hər kəsin öz işi və fəaliyyəti qəti
olaraq müəyyənləşdirilirdi. Yaşından və cinsindən asılı olaraq hər
kəsin müəyyən vəzifələri vardı.
Orta əsr müəlliflərinin əsərlərində tərbiyə məsələlərinə dair
Nizami yaradıcılığının misilsiz rolu vardır. Buradakı tərbiyəvi
səciyyə daşıyan müxtəlif istiqamətli (elmi, fiziki və s.) problemlərin
həllinə şairin nail olması bütövlükdə orta əsrlərdəki tərbiyə məsələ-
sinə olan münasibətdir (1, 83–84). Ə.Əhmədov yazır: «Poemada
(Nizaminin «Sirlər xəzinəsi» nəzərdə tutulur. – Ş.B.) bol-bol rast
gəldiyimiz hikmətli sözləri, idiomatik ifadələri, öyüd və nəsihətləri
təqribən aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Mənfi insani keyfiyyətləri qamçılayan beytlər; Nizami belə
keyfiyyətlərdən uzaq olmağa çağırır.
2. Beytin bir sətrində, yaxud şer parçasının bir hissəsində insanı
eybəcərləşdirən mənəvi qüsurlardan söhbət gedir, digər sətrdə və ya
hissədə bu mənəvi qüsurların antipodu olan gözəl insani xüsu-
siyyətlərdən bəhs olunur. Təbiidir ki, Nizami öz həməsrlərində
məhz nəcib insani xüsusiyyətlər görmək istəyirdi.
3. Beytlərdə, yaxud şer parçalarında yalnız ali insani keyfiyyət-
lər tərənnüm olunur.
4. Ömrün yetkinlik çağının düşüncə və qənaətlərindən bəhs
edən öyüd və nəsihətlər» (33, 212).
Təlim, tədris, tərbiyə məsələləri də M.H.Naxçıvaninin diqqət
mərkəzində duran problemlər sırasındadır. O, öyrənməyi hər zaman
gərəkli hesab edirdi. Şərqin iri mədəniyyət mərkəzlərinin adlarını
qeyd edərək bunlarla mədəni və elmi əlaqələrin saxlanılmasını ön
plana çəkirdi, məsləhət görürdü və «M.H. Naxçıvani rəiyyəti başa
salmaq, həm də başa düşməkdə biliyə, aqilliyə malik olmağı əsas
sayırdı. O qeyd edirdi ki, qarşılıqlı müsahib danışanı, ərz və hökm
Dostları ilə paylaş: |